Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-105/2023 16.01.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının etibarnamə üzrə nümayənəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmək kitabçasında və arxiv arayışında qeyd olunan illərin ümumi sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə vəzifə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-6178/2022 nömrəli qərardadı ilə iş aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 30 mart 1975-ci ildən 06 mart 1984-cü ilə kimi Şəmkir rayonunda yerləşmiş keçmiş “Rüstəm Əliyev” adına kolxozda kolxoçu, xx.xx.1984-cü il tarixli, 87/k nömrəli əmrlə X4 Cihazqayırma zavoduna yığma-çilingər şagirdi işinə qəbul edilmiş, 30 iyul 1986-cı il tarixli, 88/k/2 nömrəli əmrlə yığma sahəsinə nəzarətçi keçirilmiş, 04 avqust 1987-ci il tarixli, 151-A nömrəli əmrlə 01 iyul 1987-ci il tarixdən iş ustası vəzifəsinə keçirilmiş, xx.xx.1992-ci il tarixli, 106 saylı əmrlə lehimləyici və XİTM-ri sahəsinə fəhlə-usta keçirilmiş, xx.xx.2003-cü il tarixli, 161 saylı əmrlə Şəmkir Техnoloji Təcrübə Cihazqayırma zavodu Şəmkir "xxxx" ASC-nə çevrildiyindən cəmiyyətə üzv qəbul edilmiş, xx.xx.2003-cü il tarixli 01-ə saylı əmrlə "xxxx" ASC-nin KŞ-nin müfəttişi təyin edilmiş və xx.xx.2004-cü il tarixli, 04-K saylı əmrlə öz xahişilə işdən azad edilmişdir. İşlədiyi bu yerlər haqqında əmək kitabçasında müvafiq qeydlər aparılmış, həmçinin işlədiyi yerlər barədə X6 Rayon Filialından arxiv arayışları verilmişdir. Şəmkir "xxxx" ASC-nin 2000-2004-cü illərə aid əmr və əmək haqqı kitabları Arxivə təhvil verilmədiyindən xx.xx.2003-cü il tarixli, 161 saylı əmrlə Şəmkir Теxnoloji Təcrübə Cihazqayırma zavodu Şəmkir "xxxx" ASC-nə çevrildiyindən cəmiyyətə üzv qəbul edilməyi, xx.xx.2003-cü il tarixli 01-ə saylı əmrlə "xxxx" ASC-nin KŞ-nin müfəttişi təyin edilməyi və xx.xx.2004-cü il tarixli, 04-K saylı əmrlə öz xahişilə işdən azad edilməyi barədə arxiv arayışları ona verilməmişdir. 06 aprel 2021-ci il tarixli, K-1-163 saylı Arxiv arayışında onun X5 Cihazqayırma zavodunda işləməyi barədə 2000-ci ilin yanvar ayından-2004-cü ilin avqust ayına kimi əmək haqqı hesablanmışdır. Göstərilənləri nəzərə alaraq yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, xx.xx.1992-ci ildən xx.xx.2003-cü il tarixə kimi Şəmkir Техnoloji Təcrübə Cihazqayırma zavodunda, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü ilə kimi Şəmkir "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməklə ona yaşa görə əmək pensiyasının təyin olunmasını cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə kimi qoyulmasına dair qərar çıxarılmasını xahiş etmiş və məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İş üzrə şifahi məhkəmə baxışı iclası 16 yanvar 2023-cü il tarixə təyin edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçının təqdim etdiyi sənədlərin surətinə əsasən onun sığorta stajı xx.xx.2006-cı il tarixinədək dək 18 il 5 ay 25 gün olmaqla tələb olunan müddətdən, yəni 25 ildən azdır. Eyni zamanda xx.xx.2006-cı il tarixinədək sığorta stajına uyğun olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 13356,26 manat təşkil edir ki, bu məbləğ qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır.Qeyd olunanları nəzərə alaraq sızə yaşa görə əmək pensiyası təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin təsdiqlənmiş surəti, Şəmkir rayon Dövlət Arxivinin xx.xx.2019-cu il tarixli, 311 nömrəli və xx.xx.2021-ci il tarixli, R-1- 163 nömrəli, xx.xx.2022-ci il tarixli, R-1-85 nömrəli, xx.xx.2022-ci il tarixli, k-3-164 nömrəli arayışları, iddiaçıya məxsus xx.xx.1956-cı il tarixli, 55 nömrəli əmək kitabçasının təsdiqlənmiş surəti, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli, **********4 nömrəli məktubu, cavabdehin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli etirazı və xx.xx.2022-ci il tarixli, **********7 nömrəli xidməti məktubunun surəti əlavə edilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək, həmçinin mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün olmaqla yanaşı mahiyyəti baxımından əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia mahiyyəti üzrə aşağıdakılara görə əsaslıdır. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən xx.xx.1984-cü il tarixindən xx.xx.1992-ci il tarixinədək, Azərbaycan Respublikası Dövlət X2 xx.xx.2019-cu il tarixli № 12-1-311 nömrəli arxiv arayışına əsasən əməkhaqqı aldığı xx.xx.1992-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1993-cü il tarixinədək, xx.xx.1998-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.1999-cu il tarixinədək, xx.xx.1999-cu il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2001-ci il tarixindən xx.xx.2001-ci il tarixinədək, xx.xx.2003-cü il tarixindən xx.xx.2004-cü il tarixinədək, həmçinin kolxozdakı 5 il əmək fəaliyyəti dövrü də nəzərə alınmaqla ümumilikdə 18 il 5 ay 25 gün mübahisələndirilməyən dövr kimi sığorta stajı müəyyən edilmişdir. Bundan başqa cavabdehin xx.xx.2022-ci il tarixli, **********3 nömrəli etirazında isə xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixinədək olan dövrlərin iddiaçının sosial sığorta stajına daxil edilərək mübahisəsiz sığorta stajının 20 il 3 ay 15 gün olduğu qeyd edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********7 nömrəli xidməti məktubunun surətinin məzmunundan müəyyən olunur ki, sonuncu iddiaçının sosial sığorta stajına daxil edilməsini tələb etdiyi xx.xx.1992-ci ildən xx.xx.2003-cü il tarixə kimi Şəmkir Техnoloji Təcrübə Cihazqayırma zavodunda, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü ilə kimi Şəmkir "xxxx" ASC-də işlədiyi dövrləri əhatə edən xx.xx.1993-xx.xx.1998, xx.xx.1998-xx.xx.1999, xx.xx.1999-xx.xx.1999, xx.xx.2001-xx.xx.2001, xx.xx.2001-xx.xx.2001 və xx.xx.2001xx.xx.2003-cü ilədək olan dövrlərdə əmək haqqı ödənilməsi barədə məlumatın olmaması səbəbindən həmin dövrləri sosial sığorta stajına daxil etməkdən imtina etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Halbuki, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2003-cü il tarixə kimi Şəmkir Техnoloji Təcrübə Cihazqayırma zavodunda, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü ilə kimi Şəmkir "xxxx" ASC-də işləməsi iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli, 55 nömrəli əmək kitabçasında öz təsdiqini tapmış, cavabdeh isə həmin əmək kitabçasının mötəbərliyini mübahisələndirməmişdir. Belə ki, işdə olan xx.xx.1976-cı il tarixli, 55 nömrəli əmək kitabçasının təsdiqlənmiş surətindən məlum olur ki, İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2003-cü il tarixə kimi Şəmkir Техnoloji Təcrübə Cihazqayırma zavodunda, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü ilə kimi Şəmkir "xxxx" ASC-də işləmişdir. İddiaçıya məxsus əmək kitabçası ilə də təsdiq olunur ki, sonuncu xx.xx.1992-ci ildən xx.xx.2003-cü il tarixə kimi Şəmkir Техnoloji Təcrübə Cihazqayırma zavodunda, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü ilə kimi Şəmkir "xxxx" ASC-də fasiləsiz olaraq işləmişdir. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın “Sosial sığorta stajının hesablanması proseduru» adlanan 3-cü hissəsində göstərilmişdir ki, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının PAS-a (X7) daxil edilməsi üçün əsas olan sənədlərdən biri də əmək kitabçasıdır. Ona görə də məhkəmə iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2003-cü il tarixə kimi Şəmkir Техnoloji Təcrübə Cihazqayırma zavodunda, xx.xx.2003-cü il tarixdən xx.xx.2004cü ilə kimi Şəmkir "xxxx" ASC-də işlədiyinə dair əmək kitabçasında göstərilən məlumatları mötəbər sübut sayır və hesab edir ki, həmin dövrlər iddiaçının əmək stajına daxil edilməlidir. Həmçinin Şəmkir rayon Dövlət Arxivinin R-1-163 nömrəli, xx.xx.2022-ci il tarixli arxiv arayışında yazılmış qeyddən görünür ki, müəssisəsnin 1994-1996-cı illərinə dair əmək haqqı kitabları Arxivə təhvil verilməmişdir. Cavabdeh orqan da yuxarıda qeyd edilmiş dövrləri iddiaçının əmək haqqı almaması əsasında sosial sığorta stajına daxil etməmişdir. Məhkəmə cavabdehin mövqeyi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, sonuncu tərəfindən məhkəməyə bir halda iddiaçının mübahisələndirilməyən sığorta stajının 20 il 3 ay 15 gün, digər halda isə 18 il 5 ay 25 gün olduğu bildirilmişdir. Məhkəmə xx.xx.1992-ci ildən xx.xx.2003-cü il tarixə kimi Şəmkir Техnoloji Təcrübə Cihazqayırma zavodunda, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü ilə kimi Şəmkir "xxxx" ASC-də işlədiyi müddətin tam şəkildə sosial sığorta stajına daxil edilməməli olması ilə bağlı arqumentlərini əsaslı hesab etmir, belə ki, cavabdeh bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. Bununla yanaşı iddiaçının işlədiyi müəssisə tərəfindən mübahisələndirilən dövrlərə dair əmək haqqı kitablarının arxivə təhvil verilməməsi iddiaçının təqsiri ilə bağlı olmayan hal olduğundan, onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalı, işçinin sosial təminat hüququna müdaxilə edilməsinə əsas olmamalıdır. Bundan başqa, İddiaçı iddia tələbində ona yaşa görə pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin 3-cü bəndinə əsasən hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7. maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Göründüyü kimi yaşa görə əmək pensiyası təyin edilməsi üçün iki şərt 1. pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu olmadıqda isə azı 25 il sığorta stajı olduqda;
2. əmək pensiyaları haqqında qanunvericilikdə nəzərdə tutulan yaş həddinə çatdıqda təyin edilir. Məhkəmə qeyd edir ki, 2018-ci il 1 iyulundan - 2019-cu ilin 30 iyununadək olan dövrdə qadınlara yaşa görə pensiya təyin edilməsi üçün yaş həddi 61 yaş müəyyən edildiyindən və 25 ildən çox sığorta stajı olduğundan iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranır. Belə ki, iş materiallarından məlum olur ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür və xx.xx.2019-cu il tarixdə 61 yaşı tamam olmuşdur. Bununla yanaşı iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2003-cü il tarixə kimi Şəmkir Техnoloji Təcrübə Cihazqayırma zavodunda, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü ilə kimi Şəmkir "xxxx" ASC-də işlədiyi müddət də tam daxil edildikdə, onun ümumilikdə 25 il 2 ay 25 gün sığorta stajı tamam olur. Odur ki, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, iddiaçının xx.xx.1992-ci ildən xx.xx.2003-cü il tarixə kimi Şəmkir Техnoloji Təcrübə Cihazqayırma zavodunda, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü ilə kimi Şəmkir "xxxx" ASC-də işlədiyi dövrlərin tam şəkildə sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin; 34.1. maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. 58.7. maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 62.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.1992-ci ildən xx.xx.2003-cü il tarixə kimi Şəmkir Техnoloji Təcrübə Cihazqayırma zavodunda, xx.xx.2003-cü il tarixdən xx.xx.2004-cü ilə kimi Şəmkir "xxxx" ASC-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı gündən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, Heydər Əliyev pr. 105) vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə (Gəncə şəhəri, Atatürk pr. 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Emin Axundov