Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-105/2024 18.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı orqanizmin funksiyasının itirilmə faizinin müəyyən edilməsi və əlilliyin təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, orqanizmin funksiyasının itirilmə faizinin müəyyən edilməsi və əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edərkən xx.xx.2020-ci il tarixdə Talış kəndi istiqamətində keçirilən döyüş əməliyyatları zamanı düşmən tərəfindən atılmış mərminin partlaması nəticəsində qarın boşluğu nahiyyəsindən ağır xəsarətlər almış, xx.xx.2020-ci il tarixdə Naftalan şəhər Mərkəzi Xəstəxanasına təxliyyə edilmişdir. Həmin tarixdə "Laparatomiya, qarın boşluğu orqanlarının təftişi, qaraciyər yarasının tikilməsi, qarın boşluğunun sanasiyası və drenajı" cərrahi əməliyyatı icra edilmiş, xx.xx.2020- ci il tarixdə Yevlax RMX-na göndərilmiş, daha sonra müalicəni davam etdirmək üçün Zərdab RMX-na köçürülmüş və orada xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixinədək a statsionar şəraitdə müayinə və müalicə olunmuşdır. xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissənin (Hospitalın) ştatlı Hərbi Həkim Komissiyası tərəfindən tibbi şəhadətləndirilmiş və həmin Komissiyanın qərarı ilə hərbi xidmətə müvəqqəti yararsız hesab edilmiş və 20 gün müddətinə məzuniyyət verilərək ambulator müalicə təyin edilmişdir. Sözügedən tibbi şəhadətləndirməyə əsasən Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın) xəstəliyin səbəb əlaqəsi haqqında Hərbi Həkim Komissiyasının qərarı belə olmuşdur:- "Partlayış travması (xx.xx.2020) Qarının ön divarının qarın boşluğuna nüfuz edən, qaraciyərin zədələnməsi, daxili qanaxma ilə müşaiyət olunan kor qəlpə yaralanmasına görə aparılmış lapartomiya, qarın boçluğu orqanlarının təftişi, qaraciyər yarasının tikilməsi, qarın boşluğunun sansiyası və drenajı cərrahi əməliyyatdan (xx.xx.2020) sonrakı vəziyyət hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır." Həmin diaqnoz Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının xx.xx.2021-ci il tarixli 12082 nömrəli arayışı ilə də bir daha təsdiq edilmişdir. Hərbi xidmətdən xx.xx.2020-ci il tarixdə təxris olunduqdan sonra keçən 2 il 2 ay ərzində həmin hərbi travmadan sağlamlığını itirmişəm, dəfələrlə müayinə və müalicələr alsa da faydası olmamışdır. Buna baxmayaraq cavabdeh tərəfindən qanunsuz olaraq ona əlillik təyinatı edilmir. Belə ki, Bərdə rayon X2 Hüquqi şəxsin Həkim Məsləhət Komissiyası tərəfindən müayinə olunaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertizası və X1 Hüquqi şəxsin Tibbi Sosial Ekspert Komissiyasına xx.xx.2021-ci il tarixli 0232003AAT91 saylı göndəriş göndərilmiş və həmin göndəriş əsasında Tibbi Sosial Ekspert Komissiyasında xx.xx.2021-ci il tarixli imtina cavabı verilmişdir. Bərdə rayon X2 Hüquqi şəxsin Həkim Məsləhət Komissiyası tərəfindən əlillik təyinatı üçün cavabdehin Tibbi Sosial Ekspert Komissiyasına təkrarən xx.xx.2021-ci il tarixli göndəriş-Forma 88 verilmiş və xx.xx.2021-ci il tarixdə həmin Komissiyada əyani müayinə edilmiş, lakin indiyədək naməlum səbəbdən yenə də əlillik təyin edilməmiş, nə də əlillik təyinatından imtina edilməmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakının təmin etməmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı məhkəmə-tibbi ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsə həvalə edilmiş, lakin iddiaçı əyani müayinəyə getməmiş və müayindən yayınmışdır. Bu hal Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə- Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubu ilə öz təsdiqini tapmışdır. Odur ki, qeyd olunan hal iddiaçının hazırkı iddia ilə bağlı hüquqi marağının olmadığını deməyə əsas verir. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. -Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin:- -35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 81, 85-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı orqanizmin funksiyasının itirilmə faizinin müəyyən edilməsi və əlilliyin təyin edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-105/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-105/2024
18.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver