Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-105/2025 18.02.2026 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyata alınması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, Göygöl Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu) qarşı Gəncə şəhəri, Nizami rayonu, Dəyirmançı- BYB, sahə 20 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla bu barədə çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. Kirovabad şəhər İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli qərarı və xx.xx.1988-ci il tarixli 20 nömrəli protokol əsas götürülməklə, X6 Kombinatının xx.xx.1998-ci il tarixli 17 nömrəli protokolundan çıxarış əsasında X6 Kombinatının işçilərinə bağçılıq təsərrüfatı üçün hər birinin sahəsi 0.04 ha olmaqla, 35 nəfərə bağçılıq torpaq sahəsi ayrılmışdır.
2. X2 Təşkilatının ümumi iclasında, 20 nömrəli torpaq sahəsi Kombinatda baş mühasib vəzifəsində çalışmış İddiaçı Bəhram oğluna verilmişdir.
3. Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmaqla torpaq sahəsinin koordinatları müəyyən olunaraq “X3” çıxarış tərtib olunmuşdur.
4. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, “Dəyirmançı” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrasından imtina edilmişdir.
5. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5- 1/2-1774/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, X6 Kombinatının (Dəyirmançı bağçılıq-yoldaşlıq birliyinin) sənədləri Gəncə Şəhər İcra Hakimiyyətidə saxlanılmır. X6 Kombinatının xx.xx.1998-ci il tarixli 17 nömrəli protokolu ilə 20-ci sahədən və X9 21-ci sahədən ayrılmış 0.04 ha torpaq sahələrinin koordinatlarının hansı sənədlər əsasında müəyyən edilərək, bu barədə X3 çıxarışların tərtib edilməsi barədə Gəncə Şəhər İcra Hakimiyyətində hər-hansı bir məlumat yoxdur.
6. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli3-21-3-33/2- 10627/2023 nömrəli cavab məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018ci il tarixli ********** qeydiyyat nömrəli **********86 reyestr nömrəli çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, Göygöl-Şəmkir yolunun solu, Dəyirmançı BYB, sahə 21 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi X7 mülkiyyəti kimi qeydə alınmışdır (qeydiyyata əsas olmuş sənədlər iddiaçının hüququn qeydiyyatı üçün təqdim etdiyi sənədlərlə eynilik təşkil edir).
7. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-1377/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, daxil olmuş sərəncamla əlaqədar xx.xx.2025-ci il tarixində 3 saylı Gəncə Ərazi İdarəsinin mühəndisi Sevindik Həsənov tərəfindən baxış keçirilmişdir. Torpaq sahəsi üzərində, faktiki olaraq daşınmaz əmlak obyekti olan tikili və qurğu müşahidə olunmamışdır. Həmin torpaq sahəsi hal-hazırda, xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli Çıxarışa əsasən (Xeyrinə hüquq yüklü edilən şəxs - AR Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Hüququ yüklü edilən şəxs – Göygöl Rayon İcra Hakimiyyəti) dövlət mülkiyyətində olan 482.592 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.04 ha hissəsi ilə üst-üstə düşür.
8. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il tarixli ********* qeydiyyat nömrəli **********40 reyestr nömrəli çıxarışa əsasən Göygöl rayonu, Firuzabad qəsəbəsində yerləşən, dövlət mülkiyyətində olan 482.592 ha torpaq sahəsi AR Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun xeyrinə daimi istifadə hüququ üzrə yüklü edilmişdir.
9. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-33/2-1867/2025 nömrəli cavab məktubunda bildirilmişdir ki, Göygöl rayonu, Firuzabad qəsəbəsində yerləşən 482.592 ha dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair xeyrinə hüquq yüklü edilən şəxs – AR Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi- Tədqiqat İnstitutu, Hüququ yüklü edilən şəxs – Göygöl Rayon İcra Hakimiyyətinin adına xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli çıxarış verilmişdir. Daşınmaz əmlaka dair aparılmış tədqiqat yerquruluşu planında qeyd olunan koordinatlar əsasında aparıldığı üçün torpaq sahəsinə əyani müayinə baxışı keçirilməmişdir. Bu səbəbdən müayinə aktının məhkəməyə göndərilməsi mümkün olmamışdır.
10. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2026-cı il tarixli 3-21-3-33/2-99/2026 nömrəli cavab məktubunda bildirilmişdir ki, elektron baza məlumatlarına əsasən, X7 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatına dair xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli **********86 reyestr nömrəli çıxarış sənədi ləğv edilməmişdir və hal-hazırda qüvvədədir. **********86 reyestr nömrəli çıxarış sənədi və həmin çıxarışda göstərilən torpaq sahəsilə qonşuluqda yerləşən və başqa fiziki şəxslərə məxsus digər torpaq sahələri üzərində dövlət qeydiyyatına alınmış çıxarış sənədləri də vardır ki, həmin çıxarış sənədləri də ləğv edilməmişdir və qüvvədədir. Belə ki, **********86 reyestr nömrəli çıxarış sənədi və həmin çıxarışda göstərilən torpaq sahəsilə qonşuluqda yerləşən və başqa fiziki şəxslərə məxsus digər torpaq sahələri üzərində dövlət qeydiyyatına alınmış çıxarış sənədlərində göstərilən torpaq sahələri, xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli çıxarışa əsasən (Xeyrinə hüquq yüklü edilən şəxs - AR Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Hüququ yüklü edilən şəxs – Göygöl rayon İcra hakimiyyəti) dövlət mülkiyyətində olan 482.592 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhəddi daxilində yerləşsələr də, ayrıca sahə olaraq 482.592 ha torpaq sahəsilə üst-üstə düşmürlər. **********86 reyestr nömrəli çıxarışa əsasən X7 mülkiyyətində olan 0.04 ha torpaq sahəsi və İddiaçı adına tərtib olunmuş, X3 çıxarış sənədində göstərilən 0.04 ha torpaq sahəsinin yerləşdiyi ərazi, Xanlar (Göygöl) rayonu Üçtəpə bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətinə verilmiş torpaqların xx.xx.2002-ci il tarixli yerquruluşu planında, X4 ərazisi olmaqla, dövlət mülkiyyətinə aid kənd altı (yaşayış) sahəsi olaraq göstərilmişdir. Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanı əsasında hazırlanmış, torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS və AZCAD) və elektron baza məlumatlarında isə, həmin ərazi Göygöl rayonu, Üçtəpə İnzibati Ərazi Dairəsində yerləşən Firuzabad qəsəbəsi ərazisində, kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid, dövlət mülkiyyətində olan örüş sahəsi olaraq göstərilmişdir. II. Məhkəmədə icraat
11. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X6 Kombinatının xx.xx.1998-ci il tarixli 17 nömrəli protokolundan çıxarışına əsasən İddiaçı ayrılmış torpaq sahəsinə Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin “X3” çıxarışında göstərilən koordinatlar nəzərə alınmaqla, mülkiyyət hüququnu təsdiq edən çıxarışın və texniki pasportun verilməsinə dair cavabdehin üzərinə vəzifə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Kirovabad şəhər İcrayyə Komitəsinin (X6 Kombinatının xx.xx.1998-ci il tarixli, 17 nömrəli protokolundan çıxarış) xx.xx.1986-ci il tarixli qərarı və xx.xx.1988-ci il tarixli 20 nömrəli protokoluna əsasən, X6 Kombinatının işçilərinə bağçılıq təsərrüfatı üçün hər birinin sahəsi 0.04 ha olmaqla, 35 nəfərə bağçılıq torpaq sahəsi ayrılmışdır. X2 Təşkilatının ümumi iclasında, 20 nömrəli torpaq sahəsi Kombinatda baş mühasib vəzifəsində çalışmış İddiaçı Bəhramoğluna (bundan sonra “İddiaçı”) verilmişdir. “Gəncə-Dəyirman” ATSC-nin Həmkarlar Komitəsinin 33 nömrəli xx.xx.1998-ci il tarixli arayışı ilə 20 nömrəli torpaq sahəsinin Kombinatda baş mühasib vəzifəsində çalışmış İddiaçı Bəhram oğluna verilməsi faktını təsdiq etmişdir. Bundan başqa, Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin “X3” çıxarışı ilə torpaq sahəsinin koordinatları müəyyən olunmuş və hüquq sahibi kimi iddiaçını tanımış və bu barədə təsdiqlənmiş çıxarış verilmişdir. İddiaçı cavabdehə xx.xx.2023-cü il tarixində ünvanladığı müraciətində, “Daşınmaz Əmlakın Dövlət Reyestri” haqqında Azərbaycan Respublikasının qanununun 8.0.7, 10.7 və 10.2.2-ci maddələrinin tələblərinə əsasən, bağçılıq təsərrüfatı üçün iddiaçıya ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın və torpaq sahəsinin texniki pasportunun verilməsini xahiş etmişdir. Lakin, cavabdeh xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-H015-8/2023 nömrəli məktubu ilə bağçılıq təsərrüfatı üçün iddiaçıya ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın və torpaq sahəsinin texniki pasportunun verilməsindən imtina etmişdir. Qeyd olunan məktubda cavabdeh imtina etməsinin səbəbini, Dəyirmançı bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin ərazi idarəsinə təhvil verilməməsi ilə əsaslandırmışdır. Lakin, həmin əsaslandırmanın hüquqi əsası göstərməmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən bağçılıq təsərrüfatı üçün iddiaçıya ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın və torpaq sahəsinin texniki pasportunun verilməsindən imtina etməsi əsassızdır. Bildirilir ki, həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.7-ci maddəsinə həm də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanununun 8.0.7-ci maddəsinə əsasən, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlakın dövlət qeydiyyatı üçün əsas hesab olunur. Maddələrin məzmunundan göründüyü kimi, iddiaçının təqdim etdiyi bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin iclasının protokolundan çıxarışı (X6 Kombinatının xx.xx.1998-ci il tarixli, 17 nömrəli protokolunun çıxarışın) iddiaçıya ayrılmış ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi üçün əsasdır. Gəncə Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin “X3” çıxarışında da, iddiaçı hüquq sahibi kimi tanınmışdır. Qanunvericilikdə mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsi üçün əsas olan müvafiq sənədlər konkret göstərilmiş və iddiaçı qanunvericiliyin tələblərinə əsasən həmin sənədləri təqdim edərək, ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədi verilməsini üçün cavabdehə müraciət ermişdir. Belə olan halda, cavabdeh hansı əsasla çıxarışı verməkdən imtina edir?. Cavabdeh imtinanın səbəbini, Dəyirmançı bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin ərazi idarəsinə təhvil verilməsi ilə əlaqələndirmiş və məktubunda Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 saylı “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” sərəncamına istinad etmişdir. Bildirilir ki, sözügedən sərəncam ilə Yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş və ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır. Göründüyü kimi, həmin sərəncamda sənədlərin 3 saylı ərazi idarəsinə deyil, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sərəncamın icra edilməməsi, iddiaçıya ona ayrılmış torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən sənədin verilməsinə imtina edilməsi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən, X6 Kombinatının xx.xx.1998-ci il tarixli, 17 nömrəli protokolundan çıxarışına əsasən, İddiaçı ayrılmış torpaq sahəsinə, Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin “X3” çıxarışında gsötərilən koordinatlar nəzərə alınmaqla, mülkiyyət hüququnun təsdiq edən çıxarışın və texniki pasportun verilməsi dair cavabdehin üzərinə vəzifə qoyulmasına dair qərar qəbul edilməsini xahiş edirlər.
13. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırki iddia tələbi “Gəncə şəhəri, Nizami rayonu, Dəyirmançı-BYB, sahə 20 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla bu barədə çıxarışın və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir.
14. Məhkəmənin xx.xx.2026-cı il tarixli qərardadı ilə hazırki cavabdeh hüquqi varisi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. III. Prosessual məsələlər
15. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti, Göygöl Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu adi cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.
16. Cavabdehin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz imtinada göstərilən dəlillərlə əsaslandırılmışdır.
17. Üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazları məhkəməyə daxil olmamışdır.
18. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2026-cı il tarixə təyin edilmiş, bu barədə tərəflərə məlumat verilmişdir.
19. Cavabdehin nümayəndəsi və üçüncü şəxs Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi X5 məhkəmə iclasına gəlmişlər. Digər üçüncü şəxslər nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. İddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakları olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və digər üçüncü şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. IV. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri
20. Cavabdehin nümayəndəsi X1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.
21. O, sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, sözügedən ərazidə X12 da daxil olmaqla, 16 nəfər fiziki şəxsin mülkiyyət hüququ qeydə alınmışdır. Həmin şəxslərin çıxarışları hazırda qüvvədədir. Hansı ki, həmin torpaq sahələri AR Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun daimi istifadəsində olan 482.592 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində yerləşirlər. Həmin şəxslərə çıxarışlar daha əvvəlki tarixlərdə verildiyindən AR Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun istifadəsinə veriləcək dövlət torpaqlarının koordinatları yerdə müəyyən edilən zaman sözügedən sahələr çıxılmaqla yerdə qalan sahə üzərində istifadə hüququnun qeydiyyatı aparılmışdır. Ona görə də çıxarış verilmiş sahələrlə üst-üstə düşmə halı yaranmamışdır.
22. Üçüncü şəxs Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, həmin ərazinin İnstitutun istifadəsində olmaqla, hazırda da kənd təsərrüfatı məqsədlər üçün istifadə edildiyini bildirmiş və iddianın rədd olunmasını xahiş etmişdir.
23. İş üzrə yekun məhkəmə aktının elan olunması xx.xx.2026-cı il tarixə təyin edilmişdir. Tərəflər və üçüncü şəxslər yekun məhkəmə aktının elan olunmasında iştirak etməmişlər.
Əsaslandırma hissəsi:
24. Məhkəmə iddia ərizəsini və iş materiallarındakı sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır.
25. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarına görə: Bənd 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Bənd 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Bənd 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Bənd 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Bənd 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Bənd 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.
26. İş materialları, o cümlədən işin faktiki halları ilə müəyyən edilir ki, Kirovabad şəhər İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixli qərarı və xx.xx.1988-ci il tarixli 20 nömrəli protokol əsas götürülməklə, X6 Kombinatının xx.xx.1998-ci il tarixli 17 nömrəli protokolundan çıxarış əsasında X6 Kombinatının işçilərinə bağçılıq təsərrüfatı üçün hər birinin sahəsi 0.04 ha olmaqla, 35 nəfərə bağçılıq torpaq sahəsi ayrılmışdır. X2 Təşkilatının ümumi iclasında, 20 nömrəli torpaq sahəsi Kombinatda baş mühasib vəzifəsində çalışmış İddiaçı Bəhram oğluna verilmişdir. Gəncə şəhəri İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşdırılmaqla torpaq sahəsinin koordinatları müəyyən olunaraq “X3” çıxarış tərtib olunmuşdur.
27. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh orqana müraciət edərək, torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını təsdiq edən çıxarışın və texniki pasportun verilməsini xahiş etmiş, cavabdeh orqan xx.xx.2023-cü il tarixli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina edərək, imtinasını onunla əsaslandırmışdır ki, aparılan araşdırma zamanı, “Dəyirmançı” bağçılıq yoldaşlıq birliyi tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrasından imtina edilmişdir.
28. İddiaçı hazırki tələbində Gəncə şəhəri, Nizami rayonu, Dəyirmançı-BYB, sahə 20 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmaqla bu barədə çıxarışın və plan-ölçü sənədinin verilməsini xahiş edir. Eyni zamanda, ona ayrılmış torpaq sahəsinin qonşuluğunda yerləşən Gəncə şəhəri, Nizami rayonu, Göygöl-Şəmkir yolunun solu, Dəyirmançı BYB, sahə 21 ünvanındakı 0.04 ha torpaq sahəsinin X7 adına qeydə alınmasına dair çıxarışı təqdim edərək, cavabdeh orqanın fərqli yanaşma sərgilədiyinə istinad etmişdir.
29. Məhkəmə tərəfindən X9 çıxarış verilməsinə əsas olmuş hüquqmüəyyənedici və texniki sənədlər əldə edilməklə, öyrənilmiş və məlum olmuşdur ki, iddiaçının hüququn qeydiyyatı üçün təqdim etdiyi sənədlərlə eynilik təşkil edən sənədlər əsasında əsasən Gəncə şəhəri, Nizami rayonu, Göygöl-Şəmkir yolunun solu, Dəyirmançı BYB, sahə 21 ünvanında yerləşən 0.04 ha torpaq sahəsi X7 mülkiyyəti kimi qeydə alınmışdır (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli **********86 reyestr nömrəli çıxarış).
30. Eyni zamanda, iş üzrə mütəxəssis rəyinin əldə edilməsi məqsədilə məhkəmə qərardad qəbul etsə də, iddiaçı rəyin verilməsi üçün tələb olunan xərci ödəmədiyindən mütəxəssis baxışının keçirilməsi mümkün olmamışdır. Eyni əsasla, məhkəmə tikinti-texniki ekspertizanın təyin edilməsi barədə qərardad da icrasız geri qaytarılmışdır.
31. Daha sonra məhkəmənin sorğusu əsasında iddiaçının adına tərtib edilmiş X3 çıxarış sənədində əks olunmuş koordinatlar üzərində kameral müayinə aparılaraq, həmin torpaq sahəsinin xx.xx.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********40 reyestr nömrəli çıxarışa əsasən (Xeyrinə hüquq yüklü edilən şəxs - AR Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Hüququ yüklü edilən şəxs – Göygöl Rayon İcra Hakimiyyəti) dövlət mülkiyyətində olan 482.592 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.04 ha hissəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
32. Məhkəmə tərəfindən iddiaçıya ayrılmış 20 nömrəli torpaq sahəsinin qonşuluğunda yerləşən 21 nömrəli sahənin X7 mülkiyyəti kimi qeydə alınması səbəbilə həmin üst-üstə düşmə halının aydınlaşdırılması məqsədilə müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, X10 da daxil olmaqla, sözügedən ərazidə 16 nəfər şəxsin mülkiyyət hüququ qeydə alınmasına baxmayaraq, həmin sahələr AR Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun daimi istifadəsində olan 482.592 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə üst-üstə düşmürlər.
33. Cavabdehin nümayəndəsi bunun səbəbini onunla izah etmişdir ki, həmin torpaq sahələri AR Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun daimi istifadəsində olan 482.592 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin daxilində yerləşirlər. Lakin həmin şəxslərə çıxarışlar daha əvvəlki tarixlərdə verildiyindən AR Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun istifadəsinə veriləcək dövlət torpaqlarının koordinatları yerdə müəyyən edilən zaman sözügedən sahələr çıxılmaqla yerdə qalan sahə üzərində istifadə hüququnun qeydiyyatı aparılmışdır. Ona görə də çıxarış verilmiş sahələrlə üst-üstə düşmə halı yaranmamışdır.
34. Hazırda isə iddiaçının üzərində hüququn qeydiyyatını aparılmasını tələb etdiyi 0.04 ha sahə ilə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2025-ci il tarixli ********* qeydiyyat nömrəli **********40 reyestr nömrəli çıxarışa əsasən Göygöl rayonu, Firuzabad qəsəbəsində yerləşən, dövlət mülkiyyətində olan və AR Kənd Təsərrüfatı Nazirliyi Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun xeyrinə daimi istifadə hüququ üzrə yüklü edilmiş 482.592 ha torpaq sahəsinin üst-üstə düşmə halı isə mövcuddur.
35. Yəni, iddiaçının mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi sahənin üzərində artıq başqa hüquqi şəxsin əşya hüququ qeydə alınmışdır ki, həmin qeydiyyat (çıxarış) ləğv edilmədən iddiaçının tələbinin təmin edilməsi mümkün deyildir.
36. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinin məzmununa görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtmal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.
37. İnzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir.
38. Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə: Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
39. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.
40. Ona görə də, iddia mümkün sayılmamalıdır.
Nəticəvi hissə:
41. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq
qərara aldı:
İddia mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Gülşən Əliyeva