Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1054/2020 16.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X4 etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6) qarşı sərəncamda və icarə müqaviləsində dəyişiklik edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6) qarşı Ağdam RİHB-nin xx xxxx 2018-ci il tarixli, 52 nömrəli sərəncamında və xx xxxx 2018-ci il tarixli, 20 nömrəli icarə müqaviləsində göstərilən Ağdam rayonu, Ergi düzündə yerləşən 26.25 hektar torpaq sahəsinin “qoyunçuluğu inkişaf etdirmək məqsədilə” sözləri dəyişdirilərək “kənd təsərrüfatı məhsullarının əkilib becərilməsi məqsədilə” sözləri ilə əvəz edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyəmüraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh başçısının xx xxxxxxx 2002-ci il tarixli 138 nömrəli Sərəncamına əsasən xx xxxxxxx 2002-ci il tarixli icarə müqaviləsi ilə ona Ağdam rayonu Ergi ərazisindən əkinçilik məqsədilə 15 müddətinə 25 hektar torpaq sahəsi icarəyə verilmişdir. Həmin torpaq sahəsində müxtəlif növ kənd təsərrüfatı bitkiləri əkmişdir. Torpağın məhsuldarlığı yaxşı olduğu üçün yüksək məhsul əldə etmişdir. Həmin torpaq sahəsi əkin təyinatlı torpaq olduğu üçün ona dövlət tərəfindən sahibkarlara kömək məqsədilə kənd təsərrüfatı təyinatlı torpaqların istifadəçiləri üçün nəzərdə tutulmuş subsidiya da verilmişdir. Qeyd edilən icarə müqaviləsinin müddəti 2018-ci ildə bitdiyi üçün yenidən Cavabdehnə müraciət etmişdir. Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli 52 nömrəli sərəncamına və xx xxxx 2018-ci il tarixli 20 saylı icarə müqaviləsinə əsasən həmin torpaq sahəsi yenidən 5 il müddətinə 26,25 hektar torpaq sahəsi icarəyə verilmişdir. Ancaq icarə müqaviləsində torpağın təyinatı əkinçiliyin inkişafı məqsədilə deyil, qoyunçuluğun inkişafı məqsədilə, yəni örüş sahəsi kimi qeyd edilmişdir. Ancaq həmin ərizəyə əlavə edilmiş xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyindən də göründüyü kimi, Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli 52 nömrəli sərəncamında və xx xxxx 2018-ci il tarixli 20 nömrəli icarə müqaviləsində göstərilən torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyasına aiddir. O, göstərilənlərlə bağlı cavabdeh təşkilat icarədar - Cavabdehnə öz etirazını bildirərək torpaq sahəsinin əkin təyinatlı torpaq sahəsi olduğunu bildirmiş və bundan əvvəlki sərəncamda və icarə müqaviləsində həmin torpaq sahəsinin əkin təyinatlı olduğunu bildirərək sərəncamda və icarə müqaviləsində düzəliş aparılmasını xahiş etmiş, Cavabdeh mübahisə ilə bağlı məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən əkinçiliyə yararlı torpaq sahələrinin artırılması üçün aidiyyəti orqanlara və cavabdeh təşkilatlara xüsusi tapşırıqlar verilmişdir. Ona görə də, o, 20 ildir ki, istifadəsində olan torpaq sahəsini dəfələrlə kübrə və peyin verməklə münbit vəziyyətə gətirmişdir. Hazırda da həmin sahələrdə soğan, sarımsaq, taxıl əkərək orada yüksək məhsuldarlıq gözləyir. Ona görə də hesab edir ki, Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli 52 nömrəli sərəncamında göstərilən Ağdam rayonu Ergi düzündə yerləşən 26,25 hektar torpaq sahəsinin “qoyunçuluğu inkişaf etdirmək məqsədilə” sözləri dəyişdirilərək “kənd təsərrüfatı məhsullarının əkilib becərilməsi məqsədilə” sözləri ilə əvəz edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsinə dair qərar çıxarılmalıdır. Bundan sonra, iddiaçı məhkəməyə iddia qaldırmaq üçün Azərbaycan Respublikası İPM-in 38-ci maddəsində nəzərdə tutulan prosessual müddətin bərpa edilməsi barədə ərizə təqdim etmiş, hazırkı iddia tələbinə mahiyyəti üzrə baxılması üçün prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin və prosessual müddətin bərpa edilməsi barədə ərizəninməzmununa uyğun izahat vermiş əlavə olaraq bildirmişdir ki, qeyd olunan sərəncamdan 2018-ci ildə məhkəmə prosesləri zamanı məlumatı olmuşdur. Ağdam Rayon Məhkəməsində iddia qaldırmış və məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizəsi baxılmamış saxlanılmışdır. Onun məqsədi cavabdeh tərəfindən verilmiş sərəncamın dəyişdirilməsidir. Odur ki, iddia tələbinin və prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X4 etibarnamə üzrə nümayəndəsi X3 izahat verərək istər xx xxxxxxx 2002-ci il tarixli, istərsə də hazırda mübahisələndirilən sərəncam üzrə iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmadığını, ona şəhadətnamə və ya çıxarış verilmədiyini, iddia tələbinin həlli məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfin və üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən buraxılmış prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və iddia tələbi mümkün sayılmamalıdır. İş materiallarında olan; -Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli, 52 nömrəli sərəncamının surətindən görünür ki, Ağdam rayonu ərazisinin 23 saylı qış otlaq sahəsindən Ağdam rayon Mərzili kənd sakini İddiaçı qoyunçuluğu inkişaf etdimək məqsədi ilə 26.25 hektar torpaq sahəsinin 5 (beş) il müddətinə icarəyə verilməsi qərara alınmışdır. - Ağdam Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(013)-900/2019 nömrəli qərardadının surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı torpaq sahəsinin təyinatının müəyyən edilməsi tələbi barədədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Göründüyü kimi iddiaçı hazırda mübahisələndirilən sərəncam- inzibati aktdan qəbul edildiyi gündən məlumatlı olmuş, bununla bağlı məhkəməyə müraciət etmiş, məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. Yəni ən geci xx.xx.2019-cu il tarixdən hazırkı məhkəməyə müraciət etmək üçün nəzərdə tutulan prosesual müddət ötürülmüş və həmin müddətin ötürülməsinin səbəbləri barədə ərizəyə heç bir sübut əlavə olunmamış, məhkəmə iclasında da təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.1. və 32.1. maddələrinə əsasən inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair (mübahisələndirmə haqqında iddia) iddiadır və həmin iddia növünün ümumi və xüsusi mümkünlük şərtləri müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1. maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkmədən tələb edir. Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri- iddia qaldırmaq səlahiyyəti (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə riayət edilməsi (İPMin 38.1-ci maddəsi) də mövcud olmalıdır. Belə ki, mübahisələndirmə haqqında iddia «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır Əgər iddiaçı iddianı mübahisələndirilən qərarı qəbul etmiş inzibati orqana 30 gün müddətində təqdim edərsə, bu halda da iddia müddətinə riayət edilmiş hesab olunur. İşdə olan sənədlərdən və iddiaçının müddətin bərpası barədə ərizəsindən məlum olur ki, İddiaçı Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 52 nömrəli sərəncamından məlumatlı olmuş və inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan müddətdə məhkəməyə müraciət etməmişdir. Məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsinə dair əsaslar, bununla bağlı hər hansı bir sənəd iddiaçı tərəfindən təqdim edilmədiyindən iş üzrə prosessual müddətin bərpa edilməsi üçün heç bir qanuni əsas yoxdur və iddiaçı sözügedən sərəncamı-inzibati aktı qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Azərbaycan Respublikası İPM-in 24-cü maddəsində qanunla nəzərdə tutulan müddətin üzrlü səbəbdən buraxılması hallarında prosessual müddətin bərpası imkanı nəzərdə tutulmuşdur. Prosessual müddətin, yəni prosessual hərəkətin buraxılmasından əvvəlki prosessual vəziyyətin bərpa olunmasının xüsusi əhəmiyyəti ondan ibarətdir ki, buraxılmış və sonradan edilən prosessual hərəkət müəyyən şərtlər daxilində vaxtında edilmiş hərəkət qismində nəzərdən keçirilir. Müxtəlif əsaslar mövcud olduqda, prosessual müddətin bərpası yalnız o halda mümkündür ki, müddətin buraxılması əsası ilə müddət buraxılması arasında səbəbli əlaqə olsun. Bu o deməkdir ki, prosessual hərəkətin edilməsinə maneə olmuş əsasın yaranmayacağı təqdirdə, tərəf, əslində həmin hərəkəti vaxtında edə bilərdi. Səbəbli əlaqənin mövcud olmadığı halda, prosessual müddətin bərpası üçün şərtlər də mövcud olmayacaqdır. Prosesual müddətin bərpası proses iştirakçısının qanunla müəyyən edilmiş hər hansı bir müddəti buraxması ilə şərtləndirilir. Bu mənada müddətin buraxılması yalnız o zaman mövcud olur ki, tərəf öz iradəsindən asılı olmayaraq hərəkətsizlik etsin. Əgər tərəf bilərəkdən hərəkətsizlik edibsə, bu o deməkdir ki, müddətə riayət olunmasına mane mövcud olmamışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1. maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Adıçəkilən Qanunun 73.2. maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı Cavabdeh başçısının xx xxxx 2018-ci il tarixli, 52 nömrəli sərəncamının mübahisələndirilməsi ilə bağlı iddia müddətini ötürmüşdür. İddia tələbinin icarə müqaviləsinin ləğv edilməsi hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, inzibati məhkəmələr inzibati icraat baxımından «İnzibati icraat haqqında» Qanununun şamil olunduğu, yəni Qanunun 1.1 və 1.2-ci maddələrinin tətbiq dairəsinə aid bütün işlər üzrə səlahiyyətlidir. Bu isə o deməkdir ki, bu zaman ya «İnzibati icraat haqqında» Qanununun 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati aktlar, ya da «İnzibati icraat haqqında» Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş mənada faktiki xarakterli hərəkətlər olmalıdır. İnzibati hüquqi akt qeyri-müəyyən hüquq münasibətlərini tənzimləyir, yəni fiziki və hüquqi şəxslərin qeyri-məhdud dairəsi üçün məcburi davranış qaydalarını müəyyən edir, fərdi hüquqi tənzimləməni həyata keçirir, yəni publik hüquq müstəvisində yaranan konkret məsələləri və mübahisələri həll edir. “İnzibati icraat haqqında” Qanununda “inzibati akt” anlayışı özündə yalnız fərdi aktları ehtiva edir. Belə ki, Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Göstərilən maddənin mahiyyətini təhlil edərək belə nəticəyə gəlmək olar ki, inzibati akt inzibati orqan tərəfindən qəbul edilməli, ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı, ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı və hakimiyyət tədbiri olması əlamətləri ilə səciyyələnir. Beləliklə, inzibati akt qanunvericiliklə müəyyən edilmiş qaydada publik idarəetmənin səlahiyyətli subyektləri tərəfindən qəbul edilir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının razılığı” müddəasının şərh edilməsinə dair xx.xx.2013-cü il tarixli qərarı). Məhkəmə qeyd edir ki, hazırda mübahisə predmeti olan xx xxxx 2018-ci il tarixli, 20 nömrəli icarə müqaviləsi yuxarıda qeyd edilənlərə əsasən inzibati akt üçün nəzərdə tutulan xüsusiyyətlərə malik olmadığından, inzibati akt hesab edilə bilməz. Beləliklə məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, İddiaçı buraxılmış prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməməli, İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6) qarşı sərəncamda və icarə müqaviləsində dəyişiklik edilməsinə dair iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki,bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80-cı və 35-ci maddələrini rəhbər tutaraq, Q ə r a r a a l d ı: İddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında ərizəsi təmin edilməsin. İddiaçı Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı X6) qarşı sərəncamda və icarə müqaviləsində dəyişiklik edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1054/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1054/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver