Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1054/2024 25.04.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “doğum akt qeydində düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Mübahisənin qısa şərhi: İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək mərhum anasının ölüm haqqında akt qeydində ata adının “Talış”dan “Hadik”ə dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/15-469/2023 nömrəli məktubunda bildirmişdir ki, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməlidir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xx.xx.1978-ci il tarixdə 24 saylı qeydiyyata alınmış doğum akt qeydində düzəliş edilərək ata və ananın soyadının “Quliyev” –“Quliyeva kimi, ananın ata adının isə “X7” kimi qeyd edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1978-ci il tarixdə Bərdə rayonu Otuzikilər kəndində anadan olmuş, atası X9, anası X2r. Anadan olduğu zaman valideynləri iddiaçıya doğum haqqında şəhadətnamə almış, həmin doğum haqqında şəhadətnamə ilə orta məktəbə getmiş, şəxsiyyət vəsiqəsi almışdır. Lakin doğum haqqında şəhadətnaməsi alınan zaman anasının ata adını səhv olaraq “Hadikə” olaraq yazılmışdır. Əslində anasının atasının adı “Talış”dır və doğum haqqında şəhadətnaməsində X7 yazılmalıdır. Hətta atasının və anasının soyadını yanlışlıq edərək “Quluyev” –“Quluyeva” olaraq qeyd edilmişlər. İddiaçının bütün sənədlərdə soyadı Quluyevdir. Lakin atasının və anasının bütün sənədlərində soyadları “Quliyev” –“Quliyeva” olaraq qeyd edilmişdir. Anasına aid olan bütün sənədlərdə ata adı “Talış” olmasına baxmayaraq idddiaçının doğum haqqında şəhadətnamədə ata adını “Hadikə” yazılmışdır. Doğum akt qeydində baba adının düzgün olaraq Talış olaraq yazılması il bağlı Cavabdehnə müraciət etmiş, lakin imtina edilmiş və ona məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Məhz buna görə iddiaçı məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Belə ki, hər bir vətəndaşa ehtiyac olduğu kimi məndən şəxsiyyət vəsiqəsi almaq zərurəti yaranmışdır. İddiaçı hesab edir ki, tələbi haqlıdır, cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq iddiaçı iştirak etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Cavabdeh iddiaya dair münasibət bildirməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməmələrinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 62.3-cü maddəsi). İşdəki sənədlərə görə: Bərdə rayon dövlət arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 201 nömrəli arayışa əsasən Bərdə rayon Otuzikilər kənd Sovetliyinin Otuzikilər kəndi üzrə 1983-1985, 1986-1990-ci illər üzrə X3 ailə başçısı olduğu 1, 3 saylı təsərrüfatda X7 həyat yoldaşı olduğu və ata adının həqiqətən sənəddə Talış qızı yazılmışdır. xx.xx.2009-cu il tarixdə verilmiş 380832 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2009-cu il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 24 nömrə ilə qeyd aparılmışdır. xx.xx.2012-ci il tarixdə verilmiş 522474 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2012-ci il tarixdə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 06 nömrə ilə qeyd aparılmışdır. xx.xx.1978-ci il tarixdə tərtib edilmiş 24 nömrəli doğum akt qeydindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdə Bərdə rayonun Otuzikilər kəndində anadan olmuş, ata qrafası X10, ana qrafasında X5 qeyd olunmuşdur. xx.xx.1975-ci il tarixdə tərtib edilmiş 67 nömrəli doğum akt qeydindən görünür ki, X4 xx.xx.1975-ci il tarixdə Bərdə rayonunda anadan olmuş, ata qrafası X10, ana qrafasında X6 qeyd olunmuşdur X1 Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-16-5/4-13-9213/2023 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaşlıq vəziyyəti akt qeydləri Xidmətin və qeydiyyat şöbələrinin arxivində 1948-ci ildən saxlanılır. Belə ki, X1 qeydiyyatı kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və X1 reyestri xidmətinin arxivində saxlanılır.Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Azərbaycan Respublıkasının Milli Arxiv İdarəsinə təhvil verilir. Azərbaycan Respublikasının Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-DA/2- 98/2024 nömrəli məktubunda bildirilmişdir ki, Quliyeva (Quluyeva) Rasta Talış (Hadikə) qızının təvəllüdü haqqında heç bir məlumat aşkarlanmamışdır. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Tələbin xx.xx.1978-ci il tarixli, 24 saylı doğum haqqında akt qeydinə əsasən şəhadətnamənin təkrar verilməsi hissəsi ilə bağlı məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.1978-ci il tarixdə Bərdə rayonu Otuzikilər kəndində anadan olmuş, bu barədə X1 xx.xx.1978-ci il tarixdə 24 nömrəli qeyd edilmişdir. Hazırda iddiaçı doğum akt qeydində düzəlişlər olunmasını xahiş etmiş, lakin cavabdeh orqan bundan imtina etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1 və 158.2-ci maddələrinə əsasən X1 qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. X1 qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir 159.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və X1 dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. 160.1 və 160.2-ci maddələrinə əsasən X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə X1 qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. X1 qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “X1 qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” əsas müddəaların 1-ci bəndinə əsasən X1 qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. “Əsas Müddəalar”ın “normalarının tələbinə görə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.4-cü maddəsinə uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarış daxil olduqda qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən rəy tərtib edilmədən akt qeydinin qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanılan nüsxəsinin üzərində zəruri dəyişiklik edilir, onun digər nüsxəsində də zəruri dəyişiklik edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X1 reyestri xidmətinə və ya Naxçıvan Muxtar Respublikası X1 arxivinə elektron qaydada bildiriş göndərilir. Dəyişiklik edilməli olan akt qeydi başqa qeydiyyat şöbələrində və ya konsulluq idarələrində saxlanıldıqda məhkəmənin qətnaməsindən çıxarış icra olunması üçün aidiyyəti üzrə həmin qeydiyyat şöbələrinə və ya konsulluq idarələrinə göndərilir (10-1 bənd). Beləliklə, yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaş vəziyyət aktlarının düzgün qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Məhkəmə araşdırması zamanı müəyyən olunur ki, iddiaçı xx.xx.1978-ci il tarixdə Bərdə rayonun Otuzikilər kəndində anadan olmuş, atası X9, anası X7 olsa da, doğum haqqında akt qeydlərində valideynlərin soyadı “Quluyev” və “Quluyeva”, həmçinin anasının ata adı Hadikə kimi göstərilmişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur (24.1). İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz (24.2). İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir (24.3). Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər (70.3). Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə xx.xx.1978-ci il tarixdə tarixli, 24 nömrəli doğum haqqında akt qeydində düzəliş edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı məxsus xx.xx.1978-ci il tarixli, 24 nömrəli doğum haqqında akt qeydində ata qrafasında soyadın müvafiq olaraq “Quliyev” kimi, ana qrafasında isə “X14” kimi düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1054/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1054/2024
25.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver