Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1056/2024 16.08.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialına qarşı “onun xx.xx.1983-xx.xx.1983-İnqilab sovxozunda fəhlə işlədiyi illərin, xx.xx.1983-xx.xx.1983, xx.xx.1984-xx.xx.1985-ci illərdə İnqilab sovxoz kamsomol təşkilatında işlədiyi illərin, xx.xx.1991-xx.xx.1991-ci illərdə X2 Sovetində icra komitəsinin katibi işlədiyi illərin sığorta stajına daxil edilərək əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1960-cı ildə anadan olmuş, hazırda ünvan 1 kəndi ünvanda yaşayır. İddiaçı pensiya təyini üçün cavabdehə müraciətinə xx.xx.2024-ci il tarixli, məktubla bildirilmişdir ki, təqdim edilmiş əmək kitabçası və arxiv arayışlarının surətlərinə əsasən iddiaçının sığorta stajı 24 il 24 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirilir ki, təqdim edilmiş X4 Filialının xx.xx.2023-cü il tarixli arxiv arayışının 01.01,1377-ci ü tarixindən 31 surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan .05.1983-cü il tarixinədək “İnqilab” sovxozunda və 01.03 1985- i il tarixindən xx.xx.1990-cı il tarixinədək Sabirkənd kəndi XDS İK-də əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Eyni zamanda bildirilir ki, sözügedən dövrlər sığorta stajına daxil edilsə belə ümumi sığorta stajı qanunvericiliklə tələb olunan 25 ilə tamamlanmır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib. Məlumat üçün bildirilir ki, əlavə sənədlər təqdim edəcəyi təqdirdə müvafiq qaydada araşdırıldıqdan sonra sığorta stajı qanunvericiliklə tələb olunan göstəricilərə uyğun gələrsə pensiya təminatı hüququna yenidən baxıla bilər. Azərbaycan Respublikası X4 filialının xx.xx.2023-cü il tarixli arxiv arayışda qeyd edilmişdir ki, İddiaçı 6 №-li şərab zavodunun xx.xx.1992-ci il tarixli 2. § 4 №-li əmri ilə zavoda mikrobioloq vəzifəsinə qəbul edilmişdir. xx.xx.1995-ci il tarixli 1, § 8 №>-li əmrlə 1 №-li şərab zavoduna mikrobioloq vəzifəsinə təyin edilmişdir. xx.xx.2000-ci il tarixli 2 №-li əmrlə köçürmə yolu ilə 6 №-li şərab zavoduna keçirilmişdir. xx.xx.2002-ci il tarixli 2 №-li əmrlə işdən azad olunmuşdur. Həmçinin “Şəmkir Konyak” ATSC-nin xx.xx.2002-ci il tarixli 12 №-li əmri ilə spirtçəkmə sexində işə başlaması qeyd edilmişdir. xx.xx.2004-cü il tarixkli 4 №-li əmri ilə işdən azad olunmuşdur. (Qeyd: Şəmkir Konyak zavodunun işçilərinə aid 1997-1998-ci illərə dair və “Şəmkir Konyak" ATSC-nin 1999-2006-cı illərə dair əmək haqqı kitabları Şəmkir Filialına təhvil verilmədiyi üçün filialda saxlanılmır). Azərbaycan Respublikası X4 filialının xx.xx.2023-cü il tarixli arxiv arayışda qeyd edilmişdir ki, Şəmkir Filialında mühafizə olunan Sanbirkənd kəndi ərazisində fəaliyyət göstərmiş sabiq “İnqilab” sovxozunun fəhlə və qulluqçularına aid əmr kitablarına əsasən İddiaçı sovxozun xx.xx.1982-ci il tarixli 4 №-li əmri ilə 8 №-li briqadaya fəhlə qəbul edilmiş və xx.xx.1983-cü il tarixli 38, § 4 №-li əmri ilə “İnqilab” sovxozuna komsomol komitə katibi seçildiyinə görə fəhləlikdən azad edilmişdir. Sovxozda işləyərkən qazandığı əmək haqqı aşağıdakı kimi olmuşdur: 1983-cü ildə may ayında 196,82 manat kartof pulu, dekabr ayında cavan üzüm bağından 40.72 manat. Azərbaycan LKGİ Şamxor rayon komitəsinin arxiv sənədləri X4 Filialına təhvil verilmədiyi üçün İddiaçı əmək kitabçasında qeyd olunan 1983-1985-ci illərdə “İnqilab” sovxoz komsomol təşkilatında işləməsi barədə məlumat verilməsi tərəfimizdən mümkün deyildir. Sabirkənd kəndi XDS İK-nin 1985 və 1991-ci illərə dair əmr (həmçinin sessiya iclas protokolları) kitabları, həmçinin 1991-ci ilə dair əmək haqqı kitabı filiala təhvil verilmədiyi üçün 1985-ci ildə işə qəbul edilməsi, 1991-ci ildə işdən azad olunması əmrləri və 1991-ci ildə işləyərək qazandığı əmək haqqı barədə məlumat verilməsi tərəfimizdən mümkün deyildir. Sabirkənd kəndi İƏV üzrə nümayəndəliyin 1991-ci ilə dair əmr və əmək haqqı kitabları arxivə təhvil verilmədiyi üçün arxivdə saxlanılmır. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “İnqilab” kolxozunda sıravi kolxoçu vəzifəsində, xx.xx.1982-ci ildən 31 may 1983-cü il tarixədək “İnqilab” sovxozunda fəhlə vəzifəsində xx.xx.1983-cü ildən xx.xx.1985-ci il tarixədək “İnqilab” sovxoz komsomol təşkilatında azad katib vəzifəsində və xx.xx.1985-ci ildən xx.xx.1991 -ci il tarixədək X2 Sovetinin İcrayə Komitəsinin katibi vəzifəsində işlədiyi müddətin ona yaşa görə əmək pensiyası hüququ verən sığorta (iş) stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 12 noyabr 1977-ci ildən 1982-ci ilin oktyabr ayının 01-dək Şəmkir rayonu Sabirkənd kəndi ərazisində fəaliyyət göstərmiş “İnqilab” adına kolxozda kolxozçu işləmişdir. (əsas: 3-48-13F/2-H-396/2023 saylı, 05 iyul 2023-cü il tarixli arxiv arayışı və xx.xx.1981-ci il tarixdə açılmış əmək kitabçası). xx.xx.1982-ci il tarixli 4 nömrəli əmrlə “İnqilab” kolxozu öz bazası əsasında sovxoz təşkil olunması əsası ilə əlaqədar olaraq 1977-ci ildən xx.xx.1982-ci il tarixə kimi olan cəmi 6 il 2 ay iş stajı fəhlə qulluqçu iş stajına çevrilmişdir (əsas: İT-İ № ******* saylı, xx.xx.1984-cü il tarixli əmək kitabçası). “İnqilab” adna sovxozun xx.xx.1982-ci il tarixli 4 saylı əmri ilə sovxoza fəhlə qəbul olunmuş,xx.xx.1983-cü il tarixli 38 saylı əmrlə sovxozunda komsomol komitə katibi seçildiyi üçün fəhlə vəzifəsindən azad edilmişdir. Azərbaycan LKGİ-nin Şamxor rayon komitəsinin xx.xx.1983-cü il tarixli 37 saylı əmri ilə xx.xx.1983-cü ildən İnqilab sovxoz komsomol təşkilatında azad katib vəzifəsinə təsdiq edilmişdir. Azərbaycan LKGİ-nin Şamxor rayon komitəsinin xx.xx.1985-ci il tarixli 6 saylı əmri ilə sovet işinə keçdiyinə görə xx.xx.1985-ci il tarixdən tutduğu vəzifədən azad edilmişdir. Sabirkənd XDS İK-nin xx.xx.1985-ci il tarixli əmri ilə Sabirkənd XDS İK-nin katibi vəzifəsinə təyin edilmişdir. Sabirkənd İcra hakimiyyətin nümayəndəsinin xx.xx.1991 -ci il tarixli 3 saylı əmri ilə XDS İKnin səlahiyyətinə xitam verilməsi ilə əlaqədar olaraq Sabirkənd XDS-nin katibi vəzifəsindən azad edilmişdir. Şəmkir rayon 6 nömrəli Şərab zavodunun 2 nömrəli xx.xx.1992-ci il tarixli əmri ilə zavoda mikrobioloq vəzifəsinə təyin edilmişdir. (əsas: əsas: İT-İ № ******* saylı, xx.xx.1984-cü il tarixli əmək kitabçası və 3-48-13F/2-H-396/2023 saylı, 05 iyul 2023-cü il tarixli iki sayda arxiv arayışları). 1 nömrəli şərab zavodunun xx.xx.1995-ci il tarixli əmrlə zavoda mikrobioloq vəzifəsinə təyin olunmuş,1 nömrəli Şərab zavodunun xx.xx.2000-ci il tarixli 2 nömrəli əmri ilə köçürmə yolu ilə 6 nömrəli şərab zaboduna keçirilmiş, 2 nömrəli şərab zavodunun xx.xx.2002-ci il tarixli 2 nömrəli əmri ilə işdən azad edilmişdir. “Şəmkir Konyak” ATSC-nin xx.xx.2002-ci il tarixli 12 nömrəli əmri ilə spirtçəkmə sexində işə başlamış və xx.xx.2004-cü il tarixli əmrlə işdən azad edilmişdir. O, noyabr ayı 1977-ci il tarixdən -xx.xx.2004-cü il tarixədək 27 il fasiləsiz işləmişdir. O, xx.xx.2023-cü il tarixdə ərizə ilə cavabdehə müraciət edərək, ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş lakin sonuncu tərəfindn imtina cavabı verilmişdir. Cavabdeh orqan iddiaya qarşı etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.1984-cü il tarixli, MT-İ ******* nömrəli əmək kitabçasına, X4 filialının 05 iyul 2023-cü il tarixli, 3-48-13F/2-H-396/2023 nömrəli arxiv arayışına, xx.xx.2023-cü il tarixli, qarşılıqlı yoxlama aktına əsasən İddiaçı sığorta stajı xx.xx.1977-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1985-ci il tarixdən xx.xx.1990-cu il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, xx.xx.2002-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti dövrləri daxil edilməklə 22 il 5 ay 24 gün olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi üçün Mərkəzi Filiala verdiyi ərizəsinə və təqdim etdiyi sənədlərə əsasən müəyyən olunmuşdur ki, sığorta stajı 22 il 5 ay 24 gün olmaqla, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, pensiya təyinatının aparılmasına imkan verməyən mübahisəli sığorta stajı aşağıdakı illərdir: S xx.xx.1983-xx.xx.1983 - “İnqilab" sovxozunda fəhlə işlədiyi dövrdə əmək haqqı almadığı müddət xx.xx.1983xx.xx.1983, xx.xx.1984-xx.xx.1985 - “İnqilab" sovxoz komsomol təşkilatında işlədiyi dövrdə əmək haqqı almadığı müddət, xx.xx.1991-xx.xx.1991 - X3 Sovetində icra komitəsinin katibi işlədiyi dövrdə əmək haqqı almadığı müddət. İddiaçı işlədiyi aylar üzrə əmək haqqı almadığından məcburi dövlət sosial sığorta haqqı ödənilməmişdir. Beləliklə də itirmiş olduğu gəlirin kompensasiyasından söhbət gedə bilməz. İşlədiyi aylar üzrə müəssisə tərəfindən əmək haqqı verilmədiyi halda, həmin avların is stajına daxil edilərək iddiaçıya DSMF tərəfindən əmək pensiyasının təyin edilməsinin heç bir hüquqi əsası yoxdur. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Pensiya təminatı departamentinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilməsini, xx.xx.1983-xx.xx.1983-İnqilab sovxozunda fəhlə işlədiyi illərin, xx.xx.1983-xx.xx.1983, xx.xx.1984-xx.xx.1985-ci illərdə İnqilab sovxoz kamsomol təşkilatında işlədiyi illərin, xx.xx.1991-xx.xx.1991-ci illərdə X2 Sovetində icra komitəsinin katibi işlədiyi illərin sığorta stajına daxil edilərək ona hüququ yarandığı xx.xx.2023-cü il tarixdən( 63 yaş tamam olduğu vaxtdan ) yaşa görə əmək pensiyasının təyin edilməsi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır. İddiaçının sığorta stajı cavabdeh tərəfindən qəbul edilən və iş materiallarında olan sənədlər qeyd edilən dövr ilə birlikdə 25 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Məhkəmə araşdırması zamanı görünür ki, iddiaçı xx.xx.1983-xx.xx.1983-İnqilab sovxozunda fəhlə işlədiyi illərin, xx.xx.1983-xx.xx.1983, xx.xx.1984-xx.xx.1985-ci illərdə İnqilab sovxoz kamsomol təşkilatında işlədiyi illərin, xx.xx.1991-xx.xx.1991-ci illərdə X2 Sovetində icra komitəsinin katibi işləmişdir. İddiaçı isə həmin dövrlərdə fəaliyyət göstərən müəssisədə işləməsi ilə bağlı əmək kitabçasını təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinin 1-ci hissəsində qeyd olunur ki, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir Eyni zamanda, məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Sadəcə müəssisənin əmək haqqı cədvəlləri arxivə təhvil verilmədiyindən iddiaçının həmin dövrlər üçün əmək fəaliyyətinə dair əmək haqqı cədvəlləri, son hesablaşma kitabları aşkar edilməmişdir Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əmək haqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə çatmaqla, tələb olunan 25 il sosial sığorta stajından artıq sosial sığorta stajı toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Göründüyü kimi, Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli və iddiaçının xx.xx.1983-xx.xx.1983-İnqilab sovxozunda fəhlə işlədiyi illərin, xx.xx.1983-xx.xx.1983, xx.xx.1984-xx.xx.1985-ci illərdə İnqilab sovxoz kamsomol təşkilatında işlədiyi illərin, xx.xx.1991-xx.xx.1991-ci illərdə X2 Sovetində icra komitəsinin katibi işlədiyi illərin sığorta stajına daxil edilərək ona hüququ yarandığı xx.xx.2023-cü il tarixdən( 63 yaş tamam olduğu vaxtdan ) yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, iş materiallarında mövcud olan ИT- İ № ******* əmək kitabçasının əslinə baxış keçirdərkən məlum olmuşdur ki, iddiaçının xx.xx.1983-xx.xx.1983-İnqilab sovxozunda fəhlə işlədiyi illərin, xx.xx.1983-xx.xx.1983, xx.xx.1984-xx.xx.1985-ci illərdə İnqilab sovxoz kamsomol təşkilatında işlədiyi illərin, xx.xx.1991-xx.xx.1991-ci illərdə X2 Sovetində icra komitəsinin katibi işlədiyi illər əmək kitabçasında qeyd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 2236/2024 nömrəli qərarında da qeyd etdiyi mövqe ondan ibarət olmuşdur ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə qeyd edir ki, cavabdeh orqan tərəfindən bu qeydlərin şübhəli olmasına dair hər-hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1983-xx.xx.1983-İnqilab sovxozunda fəhlə işlədiyi illərin, xx.xx.1983xx.xx.1983, xx.xx.1984-xx.xx.1985-ci illərdə İnqilab sovxoz kamsomol təşkilatında işlədiyi illərin, xx.xx.1991-xx.xx.1991-ci illərdə X2 Sovetində icra komitəsinin katibi işlədiyi illərin sığorta stajına daxil edilərək ona hüququ yarandığı xx.xx.2023-cü il tarixdən( 63 yaş tamam olduğu vaxtdan ) yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1056/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1056/2024
16.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver