Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1057/2021 27.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, Üçüncü şəxs X8 hüquqi varisi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı ********** qeydiyyat nömrəli 27.12.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X8 adına verilmiş ********** qeydiyyat nömrəli 27.12.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, üçüncü şəxs X8 hüquqi varisi X12 ilə həmkəndlidir. ünvan 1 ünvanında ona və ailə üzvlərinə məxsus 0.41 ha həyətyanı torpaq sahəsi var. Həmin torpaq sahəsinin 0.25 ha hissəsi onun, X4, X7, X3, X2, X13, X9 və X14 ümumi birgə, 0.0474 ha hissəsi isə oğlu X7 mülkiyyətinə verilmiş, həmin torpaq sahəsində onlar, mərhum qayınatası Hüseyn Bayramov və onun mərhum atası Əli Bayramov 100 ildən çoxdur ki, ardıcıl olaraq istifadə etmişlər və hazırda da onların istifadəsindədir. Lakin, üçüncü şəxs X6 mərhum anası X15 uzun illər onların istifadəsində olan 27 dekabr 2012-ci il tarixdə 0.41 ha torpaq sahəsinin 0.06 ha hissəsinə ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış almışdır. Lakin həmin torpaq sahəsi hazırda da onların istifadəsində olmaqla bağ kimi istifadə edirlər. 2019-cu ildə Minə Hüseynova ona və qaynı Köçəri Bayramova qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi barədə iddia qaldırdıqdan sonra ona məlum olmuşdur ki, uzun illər onların istifadəsində olan torpaq sahəsi Minə Hüseynovanın mülkiyyətinə verilmişdir. Minə Hüseynova ona və mərhum oğlu X25 kənd qəbiristanlığına yaxın ərazidən ümumilikdə 0.20 ha torpaq sahəsi verildiyini, həmin torpaq sahəsini kolxoza verdiyini, onun əvəzində isə Şəmkir-Cəyir çayının qırağından, X5 və İddiaçı çəpərinin yaxınlığından 0.14 ha torpaq sahəsi verildiyini göstərərək, ona qarşı iddia qaldırmışdır. Halbuki, mərhum Minə Hüseynova ona Morul kənd qəbiristanlığına yaxın ərazidə verilmiş 0.14 ha torpaq sahəsini Şəmkir şəhər sakini Lətif adlı şəxsə alqı-satqı müqaviləsi əsasında satmışdır. Sonradan isə heç bir əsas olmadan onun və ailəsinin uzun illər istifadəsində olan torpaq sahəsini mülkiyyətinə keçirmişdir. Həmin torpaq sahəsinə görə hər il torpaq vergisi ödəmiş, mübahisəli torpaq sahəsi hazırda onların mülkiyyətində olan 0.25 ha torpaq sahəsinə bitişik olduğundan və satılmalı olduğu halda ilk olaraq onlara təklif edilməli olduğu halda həmin torpaq sahəsinə dair mərhum X8 adına çıxarış verilmişdir. Ona görə də mərhum X8 adına verilmiş ********** qeydiyyat nömrəli, 27.12.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı gəlməmiş cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Şifahi məhkəmə baxış iclasında üçüncü şəxs X8 hüquqi varisi X11 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının mübahisələndirdiyi torpaq sahəsi mərhum anası X10 2012-ci il tarixdə satılmış və alqı-satqı müqaviləsinə əsasən mərhum anasının adına ********** qeydiyyat nömrəli, 27.12.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Belə ki, inzibati mühakimə icraatı qaydasında baxılan iddianın hüquqi cəhətdən yoxlanılması iki - mümkünlük və əsaslılıq hissələrinə ayrılır. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə formal prosessual şərtləri araşdırır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik hüquq sahəsində qüvvədə olan) qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz iddiaçının üzərinə düşür. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-nin sözügedən normasının mahiyyətindən belə anlaşılır ki, inzibati icraat qaydasında baxılan iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən müvafiq cavabdehlik daşıyan və qanunla üzərinə məsuliyyət qoyulan inzibati orqana qarşı verilməli və iddiaçı iddia ərizəsində qanunla qorunan hüquq və azadlıqlarının pozulmasını əsaslandırmalı, müvafiq sübutlarını əlavə etməlidir ki, iddianın məhkəmə icraatı mümkün olsun. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını yoxlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Başqa sözlə iddiaçı inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdan əvvəl, iddia irəli sürmək üçün subyektiv hüququnun olmasını əsaslandırmalıdır. Hazırki işin araşdırılan hallarından isə görünür ki, iddiaçının hazırki tələblə məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. İş materiallarında olan 27.12.2012-ci il qeydiyyat tarixli RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, mərhum X1 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına aldırmış və daha sonra İddiaçı və digərlərinə qarşı torpaq sahəsinin zəbtdən azad edilməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldırmış, məhkəmənin 26.11.2019-cu il tarixli 2(076)-1340/2019 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, seriya RX ******* saylı, 27.12.2012-ci il tarixli ********** qeydiyyat nömrəli **********22 reyestr nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əsasında X8 mülkiyyətində olan və Şəmkir şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən İddiaçı çıxarılması qət edilmiş, həmin qətnamədən İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti Gəncə Apelyasiya Məhkəməsinin 16.11.2020-ci il tarixli 2(104)-1640/2020 nömrəli qətnaməsi ilə təmin edilməmiş və iş üzrə Şəmkir Rayon Məhkəməsinin 26.11.2019-cu il tarixli 2(076)- 1340/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi iddiaçının sözügedən torpaq sahəsinə hər hansı bir hüququ mövcud deyildir. Artıq subyektiv hüquq mövcud olmadığından məhkəmə hesab edir ki, iddia tələbi mümkün sayıla bilməz. Beləliklə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı ********** qeydiyyat nömrəli 27.12.2012-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1057/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1057/2021
27.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver