Məhkəmə qərarları › İş №2-1(114)-106/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-106/2020

25.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-106/2020 25.02.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddaçının nümayəndəsi X12, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X21 etibarnamə üzrə nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X24 (bundan sonra AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X28) qarşı (üçüncü şəxslər Samux rayon bələdiyyəsi və X14) şəhadətnamə əsasında mülkiyyətində və istifadəsində olan 0.08 ha torpaq sahəsinin ölçülüb sərhədlərinin müəyyən edilməsi və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X16rşı (üçüncü şəxslər Samux rayon bələdiyyəsi və X14) iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, şəhadətnamə əsasında mülkiyyətində və istifadəsində olan 0.08 ha torpaq sahəsinin ölçülüb sərhədlərinin dəqiq müəyyən edilməsi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının özü irinci qrup əlildir. Samux rayon X4 xx xxxxxx 1998-ci il tarixli qərarı ilə ona 0.08 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsi ilə bağlı JN-1323A saylı, KOD 50701006 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə mövcuddur. Həmin torpaq sahəsində 27 ildir ki, atası ərik bağları salmış bununla ildə bir dəfə onu müalicəyə aparır. Lakin üçüncü şəxs X14 torpaq sahəsini zəbt etdiyini iddia edərək məhkəmədə iddia qaldırmış və məhkəmənin qərarı ilə 27 illik ərik bağları salınmış torpaq sahəsinin 128 kv.m hissəsi əlindən alınaraq iddiaçıya verilmişdir. Şəhadətnamədə qeyd olunmuş 0.08 ha torpaq sahəmin sərhədlərinin dəqiqləşdirilməsi və yenidən ölçülməsi ilə bağlı Samux rayon Bələdiyyəsinə və şəhadətnamə əsasında çıxarışın verilməsi ilə bağlı DƏDRX-nin 3 saylı X24 müraciət etmişdir. X18 sərhədlərin yenidən ölçülüb dəqiqləşdirilməsi barədə ərizəsini, DƏDRX-nin 3 saylı X28 isə vəzifəli şəhadətnaməyə əsasən çıxarışın verilməsi barədə ərizəsini təmin etməkdən imtina etmişlər.Samux rayon Bələdiyyəsinin nə səbəbdən ona ayrılmış torpaq sahəsinin sərhədlərini yenidən ölçüb dəqiqləşdirməkdən imtina etməsi başa düşülən deyil. Hətta çıxarışın verilməsi ilə bağlı DƏDRX-nin 3 saylı X24 rüsum da ödəmişdir. Bu günədək mülkiyyətində olan torpaq sahəsinə çıxarış ala bilmir. Bu səbəbdən də iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və tıərəflərə rəsmi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi, atası X19 iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək şəhadətnamə əsasında iddiaçının, yəni qızı İddiaçı mülkiyyətində və istifadəsində olan 0.08 ha torpaq sahəsinin ölçülüb sərhədlərinin dəqiq müəyyən edilməsi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsi vəzifəsinin cavabdeh DƏDRX-nin 3 saylı X21 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasındacavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X21 etibarnamə üzrə nümayəndəsi X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1322A saylı şəhadətnaməyə əsasən, Samux rayonu, Nəbiağalı kəndində (indiki Samux şəhəri) X5, Hümbətova (Zeynalova) Aynurə Qərib qızının, X6 və X9 adına Samux rayon X4 xx xxxxxx 1998-ci il tarixli, 04 saylı qərarı ilə 0,08 ha torpaq sahəsi verilmişdir. Gəncə “ASAN Xidmət” mərkəzində notariat kontorunun xx xxxxx 2017-ci il tarixli, 4Ə-853 reyestr nömrəli “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən, X15, X10, X17 və Babayeva (Zeynallı) Nazlı Vüqar qızı 0,08 ha torpaq sahəsindən onlara düşən paylarını X11 bağışlamışlar. Həmin müqavilə əsasında Samux şəhərində yerləşən 0.08 ha torpaq sahəsi üzərində X7 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq xx.xx.2017-ci il tarixli, **********49 reyestr nömrəli çıxarış verilmişdir. Hüquqların dövlət qeydiyyatı ilə bağlı ölçmə işləri aparılan zamanı 0.0016 ha zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1323A saylı şəhadətnaməyə əsasən, Samux rayonu, Nəbiağalı kəndində (indiki Samux şəhəri) X3 adına Samux rayon X4 xx xxxxxx 1998-ci il tarixli, 04 saylı qərarı ilə 0,08 ha torpaq sahəsi verilmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi R.Qarayev “Torpağın mülkiyyətə verilməsinə dair” JN-1323A saylı şəhadətnamədə qeyd olunan 0.08 ha torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün xx.xx.2019-cu il tarixdə ərizə ilə 3 saylı X24 müraciət etmişdir. Ərizənin icrası ilə bağlı 0.08 ha torpaq sahəsinə müayinə baxışı keçirilən zaman mübahisəli hal aşkar olunmuş, ölçmə işlərinin aparılmasına şərait yaradılmamışdır. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və bununla bağlı ərizəçiyə xx xxxxx 2019-cu il tarixdə bildiriş göndərilmişdir. Tərəflərindən aparılmış araşdırma zamanı X7 0.08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınan zaman tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü sənədinin DWJ məlumatlarına uyğun şəkildə tərtib edilmişdir. Həmin ərazidə (kvartalda) yerləşən torpaq sahələrindən mülkiyyətçilərin naturada fərqli istifadə etdikləri müəyyən edilmişdir. Torpaq sahələrinin naturaya faktiki ölçülərə uyğun işlənilməsi mülkiyyətçilərə təklif olunmuş, lakin bəzi mülkiyyətçilər buna razı olmadıqları üçün mübahisəli hal yaranmışdır. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxsSamux rayon bələdiyyəsi nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, digər üçüncü şəxs X14 isə məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında üçüncü şəxs Samux rayon bələdiyyəsinin nümayəndəsi X20 iş üzrə qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: JN-1323A KOD50701006 saylı «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surəti; İddiaçıya məxsus AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; DƏDRX-nin 3 saylı X28 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********65 nömrəli və xx.xx.2019-cu il tarixli, **********50 saylı məktublar. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X8 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN-1323A KOD50701006 saylı «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında 0.08 hektar torpaq sahəsi iş üzrə İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı ərizə ilə cavabdeh inzibati orqan DƏDRX-nin 3 saylı X24 müraciət edərək şəhadətnamə əsasında mülkiyyətində və istifadəsində olan 0.08 ha torpaq sahəsinin ölçülüb sərhədlərinin dəqiq müəyyən edilməsi və həmin torpaq sahəsinə dair çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü bəndinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən müəyyənləşdirilir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı, qanunvericiliyin tələblərinə əsasən dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüququ əsasında ona məxsus 0.08 hektar torpaq sahəsininölçülüb sərhədlərinin dəqiq müəyyən edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 8-ci maddəsinin 8.0.5-ci maddələrinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.5-ci maddəsində nəzərdə tutulmuşJN-1323A KOD50701006 saylı «torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamə əsasında ona ayrılmış üzərində mülkiyyət hüquqlarının tanınmasını xahiş etmişdir. Həmçinin məhkəmə tərəfindən alınmış, iş üçün əhəmiyyət kəsb edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, iddiaçının faktiki istifadəsində olan 734,00 kv.m torpaq sahəsiinn 697,00 kv.m hissəsi JN-1323A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən iddiaçının mülkiyyətində olan 0,08 ha (800,00 kv.m) torpaq sahəsinin sərhədləri daxilində olduğu müəyyən edilmişdir. İddiaçının faktiki istifadəsində olan 734,00 kv.m torpaq sahəsinin 37,00 kv.m hissəsi isə JN-1322A nömrəli şəhadətnaməyə əsasən başqa mülkiyyətçinin torpaq sahəsinə aiddir. Araşdırma nəticəsində JN-1323A nömrəli şəhadətnaməyə əsasən iddiaçının mülkiyyəində 0,08 ha torpaq sahəsinin 103,00 kv.m hissəsinin isə iddiaçı tərəfindən deyil, faktiki olaraq digər şəxs və yaxud şəxslər tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, tərəflərin izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın təmin edilməsi qətanətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, JN-1323A KOD50701006 saylı «torpağın mülkiyyətə verilməsinə dair» əsasında İddiaçı mülkiyyətində və istifadəsində olan 0.08 ha torpaq sahəsinin ölçülüb sərhədlərinin dəqiq müəyyən edilməsi və həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsiAzərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X21 üzərinə qoyulmalı, İddiaçı 60 (altmış) manat 60 (altmış) qəpik məbləğində torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci tutularaq Kadastr və Yerquruluşu Layihə-Tidqiqat Mərkəzinin, VÖEN **********, müxbir hesab AZ37NABZ********************, SWİFT-AİİBAZ2X, AZ23AİB******************** nömrəli hesabına keçirilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. JN-1323A KOD50701006 saylı «torpağın mülkiyyətə verilməsinə dair» əsasında İddiaçı mülkiyyətində və istifadəsində olan 0.08 ha torpaq sahəsinin ölçülüb sərhədlərinin dəqiq müəyyən edilməsi və həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X21 üzərinə qoyulsun. İddiaçı 60 (altmış) manat 60 (altmış) qəpik məbləğində torpaq sahələrinin inventarlaşdırılmasına dair ekspertiza xərci tutularaq Kadastr və Yerquruluşu Layihə- Tidqiqat Mərkəzinin, VÖEN **********, müxbir hesab-AZ37NABZ********************,SWİFT- AİİBAZ2X,AZ23AİB******************** nömrəli hesabına keçirilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar