Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-106/2021 25.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçı, üçüncü şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X3rşı (üçüncü şəxs Göygöl şəhər bələdiyyəsi) Göygöl şəhəri, 19-cu küçə, 23 ünvanında yerləşən, mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 (bundan sonra mətndə cavabdeh) qarşı xx.xx.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göygöl şəhəri, 19-cu küçə, 23 ünvanında yerləşən, mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Göygöl şəhər Bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 07 saylı qərarı ilə Göygöl Bələdiyyəsinin perespektiv inkişaf fond torpağından iddiaçıya 0.06 hektar fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi verilib. Qeyd olunan torpaq sahəsi hazırda Göygöl şəhəri, 19-cu küçə, 23 ünvanında yerləşir. Torpaq sahəsi 10 ildir fasiləsiz olaraq iddiaçının sahibliyində və istifadəsindədir. Bələdiyyənin qərarı və digər müvafiq sənədləri, keçmiş torpaq şöbəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü çəkilmiş və bütün sənədləri tam olaraq qanunidir. O, aidiyyəti üzrə çıxarışın verilməsi üçün Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 müraciət etsə də, sonuncu bundan imtina etimşdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək Göygöl şəhəri, 19-cu küçə, 23 ünvanında yerləşən, mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X4 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin nümayəndəsi X5 iddia ərizəsinin təmin ounmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti; - Göygöl bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 07 nömrəli qərarının təsdiqlənmiş surəti; - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin torpaq sahəsinin plan və ölçü sənədinin surəti; - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin mütəxsəssisinin xx.xx.2010-cu il tarixli, 22 nömrəli rəyinin surəti; - Göygöl bələdiyyəsinin xx.xx.20210-cu il tarixli aktı; - Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********34 nömrəli imtina məktubunun əsli; - Göygöl bələdiyyəsinin iddiaçıya ünvanladığı xx.xx.2010-cu il tarixli, 204 nömrəli məktubunun surəti; - xx.xx.2021-ci il tarixli 01 nömrəli mütəxəssis rəyinin surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X1 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, Göygöl bələdiyyəsinin iddiaçıya ünvanladığı xx.xx.2010-cu il tarixli, 204 nömrəli məktubda qeyd olunmuşdur ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” xx xxxxxx 2008-ci il tarixdə qəbul edilmiş Azərbaycan Respublikası Qanunun 13.1.1-ci maddəsinə əsasən 20 ildən çox Azərbaycan Respublikası ordusunda xidmət etmiş və itefaya buraxılan hərbi qulluqçulara fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi bir dəfə pulsuz verilir. İddiaçının müraciəti araşdırılmış, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 13.1.1-ci maddəsi və N saylı hərbi hissə kmandirinin arayışına istinad edərək növbəti torpaq bölgüsündə İddiaçı torpaq sahəsinin ayrılması məqbul hesab edilmişdir. Göygöl bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 07 nömrəli qərarndan görünür ki, Göygöl bələdiyyəsi həmin qərarda Göygöl bələdiyyəsinin perespektiv inkişaf fond torpağından 0,06 hektar ayrılıb 20 ildən artıq hərbi xidmət keçmiş istefada olan İddiaçı fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin verilməsi barədə hazırlanmış sənədlər nəzərə alınması, İddiaçı Göygöl bələdiyyəsinin perespektiv inkişaf fond torpağından 0,06 hektar torpaq ayrılaraq, fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsi pulsuz verilməsi, DT və XK-si Göygöl rayon şöbəsindən verilən torpaq sahəsini qeydiyyata alınmasının xahiş edilməsi, İddiaçı aldığı torpaq sahəsinə mülkiyyət hüququna dair sənədləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reysteri Xidmətinin X7ndə qeydiyyata alınmasınının təmin edilməsi və torpaq sahəsində aparılacaq tikinti işlərini rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq-Tikinti şöbəsi ilə razılaşdırılmış qaydada aparılmağının İddiaçı tapşırlmasını qərara almışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xanlar rayon şöbəsinin mütəxsəssisinin xx.xx.2010-cu il tarixli, 22 nömrəli rəyində qeyd olunmuşdur ki, İddiaçı verilməsi nəzərdə tutulan torpaq sahəsi 0.06 hektar olmaqla Göygöl bələdiyyəsinin mülkiyyətinə aiddir və Verilməsi nəzərdə tutulan torpaq sahəsi KPİ olmaqla həmin məqsəd üçün verilməsi qanunamüvafiqdir. Göygöl bələdiyyəsinin xx.xx.20210-cu il tarixli aktında görünür ki, həmin aktı imza edənlər Göygöl bələdiyyəsinin şəhər daxili torpağından 0.06 hektar ayrılıb İddiaçı fərdi yaşayış evinin tikintisi üçün həyətyanı torpaq sahəsinin satılmasını məqsədə uyğun hesab etmişlər. Bundan sonra iddiaçı ərizə ilə cavabdeh inzibati orqan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X6 müraciət edərək Göygöl şəhəri, 19cu küçə, 23 ünvanında yerləşən, mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinə çıxarışın verilməsini xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X7 xx.xx.2020-ci il tarixli, **********34 nömrəli imtina məktubunda bildirmişdir ki, torpaq sahəsinin Göygöl şəhər bələdiyyəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, faktiki torpaq sahəsinin Göygöl şəhər bələdiyyəsinin mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı torpaq sahəsindən kənarda yerləşdiyi müəyyən edilmişdir. Bundan başqa iddiaçının müraciətinə əlavə edilmiş torpaq sahəsinin plan və ölçüsündə göstərilən koordinatların Ərazi İdarəsinin elektron baza və xəritə məlumatlarına əsasən başqa şəxsə məxsus olduğu üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. Bu səbəbdən iddiaçının müraciətinin icrasını təmin etmək mümkün olmamışdır. Məhkəmə cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini əsaslı hesab etmir. Belə ki, xx.xx.2021-ci il tarixi Mütəxəssis rəyindən məlum olur ki, Göygöl rayonunun ərazisində 0.06 hektar həyətyanı torpaq sahəsinə dair Göygöl bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 07 saylı qərarı ilə İddiaçı ayrılmış, 408305 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatları ilə onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatlarının 192 kv.m hissəsi ilə üst-üstə düşür, Elektron baza məlumatlarına əsasən iddiaçıya məxsus 408305 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədinin koordinatlarına əsasən Göygöl bələdiyyəsinin xx.xx.2010-cu il tarixli, 07 saylı qərarı ilə İddiaçı ayrılmış 0.06 hektar torpaq sahəsi Göygöl rayonunun yeni bələdiyyə xəritəsinə əsasən yaşayış məntəqələri daxilində bələdiyyə mülkiyyətinə aid ərazi ilə üst-üstə düşür. Odur ki, məhkəmə xx.xx.2021-ci il tarixi Mütəxəssis rəyini əsas götürərək hesab edir ki, cavabdehin imtina məktubunda göstərdiyi səbəblər əsassızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü bəndinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən müəyyənləşdirilir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbi qanunidir, iddiaçı sözügedən 0,10 hektar həyətyanı torpaq sahəsinin alınması müqabilində üçüncü şəxs Ağdam rayon Quzanlı bələdiyyəsinə ödəniş etdiyi üçün iddiası təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. Həmin Qanunun 12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə hazırki iş üzrə sübutları tam və hərtərəfli araşdırdıqdan sonra qiymətləndirərək iddianın təmin edilməsi qətanətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia ərizəsi təmin olunmalı, Göygöl şəhəri, 19-cu küçə, 23 ünvanında yerləşən, mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinə iddiaçının adına çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Göygöl şəhəri, 19-cu küçə, 23 ünvanında yerləşən, mülkiyyətində olan 0,06 hektar torpaq sahəsinə İddiaçı adına çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-106/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-106/2021
25.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver