Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1060/2024 17.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Quliyev Zəfər Arif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musayeva Ülviyyə İlham qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayədəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı xx.xx.1993-xx.xx.1994-cü illərdə Mülki Müdafiənin Gəncə Regional İdarəsində işlədiyi, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit işlədiyi, xx.xx.1997-xx.xx.2000-ci il tarixlərdə Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçi vəzifəsində işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməklə, təyin edildiyi xx.xx.2023-cü il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İşdəki sənədlərə əsasən: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1958-ci il tarixdə Gürcüstan, Bolnisi rayonunda anadan olmuş, hazırda ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. İddiaçı xx.xx.1975-ci il açılmış əmək kitabçasına əsasən xx.xx.1975-xx.xx.1977, xx.xx.1980-xx.xx.1981-ci il illərdə, gürcü dilindəki (ilkin qeydlər rus dilində, sonrakılar azərbaycan dilində və kiril əlifbası ilə aparılmışdır) əmək kitabçasına əsasən xx.xx.1981xx.xx.1988, xx.xx.1988-xx.xx.1990, xx.xx.1990-xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1992-xx.xx.1993, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. ББ seriyalı 147814 nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1977-xx.xx.1978, xx.xx.1978-xx.xx.1978, xx.xx.1978-xx.xx.1979-cu illərdə Qazax rayon Mülki Müdafiədə, xx.xx.1993-xx.xx.1994, xx.xx.1994-01.1997, xx.xx.1977-xx.xx.2006-cı illərdə Gəncə regional Mülki Müdafiədə müxtəlif vəzifələrdə çalışmışdır. Gəncə Mülki Müdafiə Regional şöbəsinin xx.xx.2004-cü il tarixli, 75 nömrəli arayışına əsasən iddiaçı Azərbaycan Respublikası Baş Nazirinin yanında Mülki Müdafiə qərargahının Gəncə Regional İdarəsinin xx.xx.1993-cü ildən xx.xx.1994-cü ilə qədər əhalinin mühafizəsi bölməsində zabit, xx.xx.1994-cü ildən xx.xx.1997-ci ilə qədər Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit vəzifələrində xidmət etmişdir. 0616827 nömrəli əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2003-cü il tarixli, 283 nömrəli sərəncamı ilə 3 ay sınaq müddəti ilə müvəqqəti olaraq Gəncə şəhər İcra Hakimiyyəti başçısı aparatının MMQ-nin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2003-cü il tarixli, 397 nömrəli sərəncamla iddiaçıya 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmiş, xx.xx.2012-ci il tarixli, 185 nömrəli sərəncamla dövlət qulluğuna xitam verilmiş, xx.xx.2012-ci il tarixli, 203 nömrəli sərəncamla Gəncə şəhər İcra Hakimiyyəti başçısı Aparatının Sənədlərlə və vətəndaşlaın müraciətləri ilə iş şöbəsinin vətəndaşların qəbulu və iş sektorunun məsləhətçisi vəzifəsinə təyin edilmiş, xx.xx.2018-ci il tarixli, 137 nömrəli sərəncamla “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.1-ci maddəsinə əsasən dövlət qulluğuna xitam verilmişdir. İddiaçıya hüququ yarandığı xx.xx.2023-cü il tarixdə avtomatlaşdırılmış qaydada 381,19 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə ərizə ilə Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına (bundan sonra mətndə - cavabdeh) müraciət edərək qulluq stajına görə dövlət qulluğu pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-17741/2023 nömrəli qərarı ilə iddiaçıya təyin edilmiş pensiya məbləği “Dövlət qulluğuna xitam verilməsi” səbəbi ilə yenidən hesablanmış, 760 manat vəzifə maaşı, 12,50%-lə 95 manat qulluq stajına əlavə, 38 manat hakimiyyət səlahiyyətlərinə görə əlavə, 65 manat rütbəyə görə əlavə, 277,40 manat mükafat, cəmi 1.235,40 manat dövlət məvacibin 57% hissəsində - 704,18 manat məbləğində pensiya xx.xx.2023-cü il tarixdən iddiaçıya təyin edilmişdir. Pensiya təyin edilən zaman xx.xx.1975-xx.xx.1976, xx.xx.1976-xx.xx.1977, xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1988, xx.xx.1988-xx.xx.1990, xx.xx.1990xx.xx.1991, xx.xx.1991-xx.xx.1992, xx.xx.1992-xx.xx.2012, xx.xx.2012-xx.xx.2018-ci illər üzrə 39 il 10 ay 05 gün ümumi iş stajı, xx.xx.1987-xx.xx.1992, xx.xx.1996-xx.xx.1999-cu illər üzrə 17 il 04 ay 22 gün dövlət qulluğu stajı nəzərə alınmışdır. X1 xx.xx.2024-cü il tarixli, 9-3/2-1568/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 9-3/2- 2182/2024 nömrəli məktublarında qeyd edilmişdir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin Qanunun 22.7-1-ci maddəsinə uyğun olaraq, dövlət qulluqçusunun dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri"nin 2.1.2-ci yarımbəndinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə nəzərə alınan müddətlərinə Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində müddəti daxil edilir. hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət Qeyd edilənlərə əsasən bildiririk ki, iddiaçının 1993-1997-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin yanında Mülki Müdafiə Qərargahının Gəncə regional idarəsində hərbi rütbə nəzərdə tutulan zabit və baş zabit vəzifələrində xidmət müddəti, 1997-2000-ci illərdə Gəncə regional Mülki Müdafiə şöbə rəisinin əməliyyattəşkilat məsələləri üzrə köməkçisi vəzifəsində xidmət müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Məhkəmə mübahisəsi zamanı: İddiaçı cavabdehə qarşı xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə 06 il 06 ay 28 gün dövlət qulluğu stajının nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə sadiq dövlət quluqcusu kimi mənə yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiya təyin edilərkən cavabdeh tərəfindən orta aylıq əmək haqqı 1235,40 manat olmaqla 17 il 4 ay 22 gün dövlət qulluğu stajı hesablanaraq orta aylıq əmək haqqının 57 faizini müəyyən etmişdir. Dövlət qulluğu stajını hesablayarkən cavabdeh iddiaçının Azərbaycan Respublikası Baş Nazirinin yanında Mülki Müdafiə qərargahının Gəncə Regioanal İdarəsində xx.xx.1993-cü ildən xx.xx.1994-cü il tarixədək əhalinin müdafiə bölməsində zabit, xx.xx.1994-cü il tarixdən xx.xx.1997-ci il tarixədək Mülki Müdafiəsinin planlaşdırması və təşkili şöbəsində baş zabit və xx.xx.1997-ci ildən xx.xx.2000-ci il tarixədək Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkci vəzifəsində işlədiyi dövrü nəzərə almamışdır. Beləliklə, iddiaçının dövlət qulluğu stajı cavabdehin hesabladığı kimi 17 il 4 ay 22 gün yox, 6 il 6 ay 28 gün də əlavə edilərək 23 il, 11 ay 20 gün hesablanaraq yenidən əmək pensiyası təyin edilməlidir. Fövqalədə Hallar Nazirliyi AR Baş Nazirinin yanında Mülki Müdafiə qərargahının bazasında yaradılmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili tələbin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək “iddiaçının xx.xx.1993-xx.xx.1994-cü illərdə Mülki Müdafiənin Gəncə Regional İdarəsində işlədiyi, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit işlədiyi, xx.xx.1997-xx.xx.2000-ci il tarixlərdə Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçi vəzifəsində işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməklə, təyin edildiyi xx.xx.2023-cü il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə inzibati məhkəmə icraatına qəbul olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2024-cü il tarixli, 3-17-1/2-181860/2024 nömrəli etirazını və xx.xx.2024-cü il tarixli, 3-17-1/2-221538/2024 nömrəli etiraza əlavəsini təqdim etmişdir. Cavabdeh etirazında “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 7.1ci maddəsinə, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları”nın 3-cü və 6-cı maddələrinə, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 9-cu bəndinə, Azərbaycan SSR Nazirlər Sovetinin 1973-cü il 5 noyabr tarixli, 360 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi və Naxçıvan MSSRdə, DQMV-də, Azərbaycan SSR şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamə”nin 28-ci bəndinə, “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinin 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş redaksiyasına, Qanunun 20.11 və 20.12-ci maddələrinə istinad etmiş və bildirmişdir ki, Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 31 may 2021-ci il tarixli 340-VİQD nömrəli Oanununa uyğun olaraq Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajina və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri (bundan sonra - Qayda) Azərbaycan Respublikasınn Nazirlər Kabinetinin 20 fevral 2024 cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Qayda dövlət qulluğunun xususi növündə qulluq illərinin dövlət qulluğu stajina və dövlət qulluğu staiının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi sərlərini özündə ehtiva etməklə səxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablamanın sabiq dövlət qulluqçusu kimi pensiya təminatına samil olunmur. Qulluq stajina görə əmək pensiyasına əlavələrin hesablanması qaydası və şərtləri Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununda nəzərdə tutulduğundan iddiaçının dövlət qulluğu stajının X1 məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarix 3/2-1568/2024 nömrəli və 15 07.2024 cü il tarixli 9-3/2-2182/2024 nömrəli məktublarda göstərilən dövrlərin dövlət qulluğu stajjina daxil ediməklə yenidın hesablanması həmin Qanunun tələbləri baxımından mümkün deyil. Qeyd edilənlərdən aydın olur ki, iddiaçının Azərbaycan Respublikası Baş Nazirliyinin yanında Mülki Müdafiə qərargahının Gəncə Regional idarəsində işlədiyi xx.xx.1993-xx.xx.1994-cü il tarixləri arasındakı, Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit işlədiyi xx.xx.1994-xx.xx.1997-ci tarixləri arasındakı və Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçi vəzifəsində işlədiyí xx.xx.1997-xx.xx.2000-ci tarixləri arasındakı dövrün iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunarkən dövlət qulluğu stajina daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etiraz əsaslarını müdafiə edərək iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına iddiaçının pensiya işi materialları əlavə edilmiş və həmin icraat materiallarına istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçının hazırki iş üzrə pensiyasının düzgün hesablanmamasını iddia edir. İşin faktiki halları ilə müəyyən olunur ki, iddiaçıya xx.xx.2023-cü il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Daha sonra iddiaçının müraciəti əsasında cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyanın məbləği 704,18 manat təşkil etmişdir. Hesablanmış pensiya məbləği vəzifə maaşına görə 760,00 manat, ixtisas dərəcəsinə görə 65,00 manat, qulluq stajına görə əlavə 95,00 manat, mükafatlar 277,40 manat, vəzifə maaşına görə əlavə 38,00 manat, ümumilikdə 1.235,40 manat dövlət məvacibinin 57 faizi nəzərə alınmaqla 704,18 manat təşkil etmişdir. Yenidən hesablanma zamanı iddiaçının xx.xx.1993-xx.xx.1994-cü illərdə Mülki Müdafiənin Gəncə Regional İdarəsində işlədiyi, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit işlədiyi, xx.xx.1997-xx.xx.2000-ci il tarixlərdə Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçi vəzifəsində işlədiyi dövr nəzərə alınmamışdır. Cavabdeh özü də bu halı etirazlarında bildirmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2- ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.2-ci maddəsinə əsasən dövlət qulluğunun xüsusi növü xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmədir. 2.3-cü maddəsinə əsasən, dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsinəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. 22.7-1-ci maddəsinə əsasən dövlət qulluqçusunun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun bu Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. 22.7-2-ci maddəsinə əsasən qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınaraq, dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 7-1-ci hissəsinə əsasən dövlət qulluqçusunun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illəri həmin Qanunun 22.7-2-ci maddəsinə uyğun olaraq, qulluğun (xidmətin) xüsusiyyətləri nəzərə alınmaqla onun dövlət qulluğu stajına və dövlət qulluğu stajı onun həmin Qanunun 2.3-cü maddəsində nəzərdə tutulan dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 20 fevral tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinin dövlət qulluğu stajına və dövlət qulluğu stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi Qaydası və şərtləri”n 2.1.2-ci bəndinə əsasən Azərbaycan Ordusunda və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrində, SSRİ Silahlı Qüvvələrində hərbi rütbə nəzərdə tutulan vəzifələrdə həqiqi hərbi xidmət müddəti, habelə dövlət qulluğunun xüsusi növünü tənzimləyən normativ hüquqi aktlarda müvafiq xüsusi növ dövlət orqanında qulluq (xidmət) illərinə daxil edilməsi nəzərdə tutulduğu halda, müddətli həqiqi hərbi xidmət müddəti dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajı hesablanarkən onun dövlət qulluğunun xüsusi növündə nəzərə alınır. Qanunvericiliyin tələbindən də göründüyü kimi hərbi rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə dövlət qulluğunun xüsusi növüdür və dövlət qulluğunun xüsusi növündə həqiqi hərbi xidmət müddəti dövlət qulluğu stajı hesablanarkən mütləq nəzərə alınmalıdır Nəzərə alınmalıdır ki, X2 tərəfindən təqdim olunmuş sorğuya cavab məktubunda da qeyd edilmişdir ki, iddiaçının 1997-2000-ci illərdə 1993-1997-ci illərdə Azərbaycan Respublikası Baş nazirinin yanında Mülki Müdafiə Qərargahının Gəncə regional idarəsində hərbi rütbə nəzərdə tutulan zabit və baş zabit vəzifələrində xidmət müddəti, 1997-2000-ci illərdə Gəncə regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçisi vəzifəsində xidmət müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Cavabdeh etirazın əsası kimi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 91 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydalara istinad edərək qeyd edir ki, dövlət qulluğunun xususi növündə qulluq illərinin dövlət qulluğu stajina və dövlət qulluğu staiının dövlət qulluğunun xüsusi növündə qulluq illərinə daxil edilməsi şərtlərini özündə ehtiva etməklə səxsin əmək fəaliyyəti dövründə qulluq illərinin hesablanmasını tənzimləsə də, belə hesablama sabiq dövlət qulluqçusu kimi pensiya təminatına şamil olunmur. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, cavabdehin buna istinad edərək sözügedən dövrü iddiaçının dövlət qulluğu stajına aid etməsindən imtina etməsinin heç bir hüquqi əsası yoxdur. Belə ki, sözügedən Qayda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 22.7-2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında qulluq (xidmət) keçmiş şəxslərin “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluğa qəbul edilməsi zamanı dövlət qulluğunun xüsusi növündə xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə qulluq (xidmət) illərinin dövlət qulluqçusunun dövlət qulluğunda qulluq stajına və “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət orqanlarında qulluq keçmiş şəxslərin dövlət qulluğunun xüsusi növünə aid dövlət orqanlarında rütbə nəzərdə tutulan vəzifələrə qulluğa (xidmətə) qəbul edilməsi zamanı dövlət qulluğunda malik olduqları qulluq stajının dövlət qulluğunun xüsusi növündə qulluq (xidmət) illərinə daxil edilməsi qaydasını və şərtlərini müəyyən edir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın qeyd edilən normalara əsasən pensiyanın yenidən hesablanmaması nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur. Belə olduqda, iddia təmin edilməli və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçının pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı xx.xx.1993-xx.xx.1994-cü illərdə Mülki Müdafiənin Gəncə Regional İdarəsində işlədiyi, xx.xx.1994-xx.xx.1997-ci il tarixlərdə Mülki Müdafiənin planlaşdırılması və təşkili şöbəsində baş zabit işlədiyi, xx.xx.1997-xx.xx.2000-ci il tarixlərdə Gəncə Regional Mülki Müdafiə şöbə rəisinin əməliyyat-təşkilat məsələləri üzrə köməkçi vəzifəsində işlədiyi dövrün dövlət qulluğu stajına daxil edilməklə, təyin edildiyi xx.xx.2023-cü il tarixdən pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zəfər Quliyev
Məhkəmə qərarları › İş №2-1(114)-1060/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1060/2024
17.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver