Məhkəmə qərarları › İş №2-1(114)-1060/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1060/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1060/2025 22.10.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı2, nümayəndəsi Nümayəndə (həmçinin İddiaçı1 nümayəndəsi) , üçüncü şəxs X30 və cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X30) “çıxarışın qismən ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin, üçüncü şəxsin etirazı İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, X14 adına qeydiyyata alınmış xx.xx.2007-ci il tarixli, **********88-10301 reyestr nömrəli çıxarışın torpaq sahəsinə olan hissəsinin ləğv edərək, 172 kv.m yox, 95 kv.m kimi qeyd olunması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, 2024-cü ilin may ayında AR İN ƏMDK yanında DƏDRX 3 saylı Gəncə Əİ-nin əməkdaşları tərəfindən İddiaçı2 məxsus ünvan 3C ünvanında yerləşən fərdi yaşayış evinə və İddiaçı1 məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə ölçü yoxlanışı keçirilən zaman məlum olmuşdur ki, istifadələrində olan torpaq sahəsinin müəyyən hissəsinin qonşu X21 məxsus olması ilə bağlı Gəncə İnzibati Məhkəməsində məhkəmə işi mövcüddur. Bununla bağlı AR İN ƏMDK yanında DƏDRX 3 saylı ünvan 1 ünvanına və ünvan 2i, eyni zamanda X21 məxsus ünvan 3 küçəsində yerləşən 172 kv.m torpaq sahəsi və fərdi yaşayış evinə dair ətraflı arxiv arayışının verilməsi tələb edilmişdir. Onlara verilən arxiv sənədlərindən və arayışdan sonra məlum olmuşdur ki, xx.xx.2007-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən, X14 X11 aldığı daşınmaz əmlakın ölçüləri səhv qeyd edilmişdir. Belə ki, X19 adına 1976-cı ildə torpaq qeydi işlənilən zaman torpağın sahəsi 95 kv.m kimi işlənilmişdir. Buna baxmayaraq mülk X15 adına keçən zaman torpaq sahəsi faktiki ölçülərdə heç bir dəyişiklik olmamasına baxmayaraq artırılaraq 172 kv.m göstərilmişdir. Göründüyü kimi mülkiyyətçilərin ümumi istifadəsində olan torpaq sahəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin yol verdiyi səhvinin nəticəsində hal-hazırda X14 adına qeydiyyata alınmış çıxarışa əsasən Verdiyev Sədayın mülkiyyəti kimi qeyd olunmuşdur. Bundan sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə müraiət edərək X14 adın adına qeydiyyata alınmış xx.xx.2007-ci il tarixli, **********88-10301 reyestr nömrəli çıxarışın torpaq sahəsinə olan hissəsinin ləğv edərək, 172 kv.m yox, 95 kv.m kimi qeyd olunmasını xahiş etmişdir. DƏDRX 3 saylı Gəncə Ərazi İdarəsindən ona ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-21-3-33/2-0xx-xx/2024 nömrəli imtina məktubuna əsasən, bildirilir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən, daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən, hüquqların hər biri dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Buna görə də, məhkəməyə müraciət etmək hüququndan istifadə edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə edilən sorğunun cavabından da görünür ki, bütün alqı-satqı müqavilələrində dəyişməyən torpaq sahəsi X15 adına keçən zaman 95 kv.m olan torpaq 172 kv.m kimi göstərilmişdir. Bütün bunlar təsdiq edir ki, əldə olunan çıxarış saxtakarlıq yolu ilə əldə edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(114)-3409/2024 nömrəli qərardadı ilə X30 üçüncü şəxs qismində məhkəmə icraatına zəruri qaydada cəlb edilmişdir. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, vətəndaş İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə Gəncə şəhəri, B.Əliyev küçəsi, ev 62 fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair vətəndaş X21 verilmiş (reyestr nömrəsi: **********88-10301) çıxarışın ləğv edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli, 3-21-3-33/1-KOL-0xx-xx/2024 (**********) nömrəli müraciətinə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsində baxılmışdır. İddia ərizəsində göstərilən hallar Ərazi İdarəsi tərəfindən araşdırılmışdır. Aparılmış araşdırma zamanı iddiaçının mübahisəli daşınmaz əmlaka dair nə Ərazi İdarəsinə, nə də məhkəməyə heç bir hüquqmüəyyənedici sənəd təqdim etmədiyi məlum olmuşdur. Beləliklə mübahisəli əmlak Gəncə şəhəri 6 saylı DNK-nun xx.xx.2007-ci il tarixli, 4ǝ-1-28 reyestr nömrəli alq-satlı müqaviləsinə əsasən, X8 və onun adına xx.xx.2023-cü il tarixli, **********88-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Beləliklə 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq əsaslı çıxarış verilmiş və həmin çıxarışın verilməsi zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmişdir. Yuxarıda qeyd olunan qanuni əsaslar nəzərə alınaraq müraciətin Ərazi İdarəsi tərəfindən icrası mümkün olmamış və vətəndaş İddiaçı2 etibarnamə üzrə nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixli **********99 nömrəli cavab məktubu ünvanlanmışdır. İddiaçı hazırda 3-cü şəxsin mülkiyyətində olan əmlakın ona məxsus olduğunu iddia etsə də, bu faktı təsdiq edən hər hansı sübut təqdim edə bilməmişdir. Ərazi İdarəsi hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Odur ki, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Üçüncü şəxs X30 tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, o, 172 kv.m torpaq sahəsini X11 almışdır. Onun mülkiyyətində olan 0.0172 ha torpaq sahəsinin sərhədlərinin və yerləşmə yerinin naturada müəyyən edilməsi öhdəliyinin cavabdeh DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin üzərinə qoyulması tələbi ilə bağlı 2021-ci ildə Gəncə İnzibati Məhkəməsində iddia qaldırmışdır. Onun həmin iddiası üzrə 2-1(114)-1566/2021 saylı inzibati işə hakim Fikrət Hüseynovun sədrliyi ilə xx.xx.2021ci il tarixdə baxılaraq iddia tələbinin təmin edilməsinə dair qərar qəbul edilmiş, həmin qərar qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2021-ci il tarixdli 2-1(114)-1566/2021 saylı icra vərəqəsi ilə icra edilməsi üçün icra idarəsinə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Böyük İcra məmuru Anar Cəfərovun, DƏDRX-nin 3 saylı Ərazi İdarəsinin mühəndisi Zaur Vəliyevin, Gəncə şəhər məhkəməsinin hakimi Liza Xanməmmədovanın köməkçisi Musa Musayevin və onun iştirakı ilə, yerində baxış keçirilmiş, 0.0172 ha yorpaq sahəsi ona göstərilmişdir. Eləcə də xx.xx.2024-cü il tarixdə 0.0172 ha torpaq sahəsinin sərhədlərinin və yerləşmə yerinin naturada müəyyən edilməsinə dair torpaq sahəsinin baş planı tərtib olunaraq DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi məktubla ünvanıma göndərilmişdir. Yuxarıda qeyd edilən əsas və səbəblərə görə iddiaçı Nümayəndə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinə (3cü şəxs X31) qarşı Çıxarışa düzəlişin edilməsi tələbinə dair iddia ərizəsinə qarşı etirazını bildirdirmişdir. İddianın əsassız olduğu, heç bir hüquqi əsası olmadığı üçün məhkəmənin yuxarıda qeyd etdiyi qərarı əsasında icra vərəsi çıxarılaraq icra edildiyindən iddiaçının iddia tələbi qanunsuz və əsassızdır. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı1 məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin üzürlü olması və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı2 və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdilər. Üçüncü şəxs X30 və cavabdehin nümayəndəsi X16 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdilər. İşin halları xx.xx.1970-ci il tarixli müqaviləyə əsasən, Kirovabad şəhəri, Oktyabr küçəsi ev 62 ünvanında 164 kv.m torpaq sahəsində yerləşən ev X28 tərəfindən X7. xx.xx.1974-cü il tarixli müqaviləyə əsasən, Kirovabad şəhəri, Oktyabr küçəsi ev 62 ünvanında 164 kv.m torpaq sahəsində yerləşən ev X36 tərəfindən X1. xx.xx.1976-cı il tarixli müqaviləyə əsasən, Kirovabad şəhəri, Oktyabr küçəsi ev 62 ünvanında 164 kv.m torpaq sahəsində yerləşən ev X25 tərəfindən X5. xx.xx.1976-cı il tarixli torpaq qeydində əsasən, Kirovabad şəhəri, Oktyabr küçəsi ev 62 ünvanında 95 kv.m. torpaq sahəsində yerləşən ev renta əsasında X12 adına qeydiyyata aləınmışdır. xx.xx.1987-ci il tarixli müqaviləyə əsasən, Kirovabad şəhəri, Oktyabr küçəsi ev 62 ünvanında 172.0 kv.m torpaq sahəsində yerləşən ev X25 tərəfindən X2. xx.xx.1992-ci il tarixli Qeydiyyat vəsiqəsinə əsasən, ünvan 6 ünvanında yerləşən mənzil İddiaçı1 adına qeydiyyata alınmışdır. Gəncə şəhər 6 saylı dövlət Notariat kontorunun dövlət notariusu tərəfindən xx.xx.2007-ci il tarixdə 4Ə-1-28 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsinə əsasən, 172.0 kv.m torpaq sahəsində yerləşən ev X37 (həmçinin X15 nümayəndəsi) tərəfindən X3. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********88-10301 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsi ünvanında 0.0172 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********36-10301 reyestr nömrəli çıxarışa əsasən, ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 57 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1566/2021 nömrəli qərarına əsasən, iddia təmin edilmiş, xx.xx.2007-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X14 mülkiyyətində olan 0.0172 ha torpaq sahəsinin sərhədlərinin və yerləşmə yerinin naturada müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1566/2021 nömrəli icra sənədi Ərazi İdarəsi tərəfindən icra olunaraq X18 mülkiyyətində olan 0,0172 ha torpaq sahəsinin sərhədləri və yerləşmə yeri naturada müəyyən edilmişdir. Torpaq sahəsinin baş planından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1566/2021 nömrəli qərarının icrasının təmin olunması ilə bağlı X14 mülkiyyətində olan 0.0172 ha torpaq sahəsinin sərhədlərinin və yerləşmə yerinin naturada müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsi, 62 ünvanda yerləşən fərdi yaşayış evi ilkin olaraq X10 adına olmuş, onun adına 164 kv.m torpaq sahəsinə dair "Torpaq qeydi" işlənilmişdir. Notariat kontorunun 09 may 1940-cı il tarixli, 7406 reyestr nömrəli müqaviləsi əsasında həmin mülk X38, 12 dekabr 1966-cı il tarixli, 17-354 saylı vərəsəlik şəhadətnaməsi əsasında X29 və X20 mülkiyyətinə keçmişdir. Hər iki sənəddə torpaq sahəsi 164 kv.m göstərilmişdir. -Mülk 01 dekabr 1970-ci il tarixli, 41-314 reyestr nömrəli müqaviləyə əsasən X6. Torpaq sahəsi 164 kv.m göstərilmişdir. Mülk 1974-cü ildə alqı-satqı qaydasında X24 satılmışdır, torpaq sahəsi həmin sənəddə də 164 kv.m göstərilmişdir. Notariat kontorunun 30 sentyabr 1987-ci il tarixli, 23-388 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən mülkün ½ hissəsi, yəni 26.0 kv.m bir yaşayış otağı və 25.7 kv.m köməkçi sahə X13 mülkiyyətinə verilmişdir. Fərdi yaşayış evinin yarısı Şəlaləyə keçməsinə baxmayaraq torpaq sahəsi tam göstərilmişdir. -X19 adına 1976-cı ildə Torpaq qeydi işlənilən zaman torpağın sahəsi 95 kv.m kimi işlənilmişdir. Buna baxmayaraq mülk X15 adına keçən zaman torpaq sahəsi faktiki ölçülərdə heç bir dəyişiklik olmamasına baxmayaraq artırılaraq 172 kv.m göstərilmişdir. Fərdi yaşayış evi Gəncə şəhəri 6 saylı dövlət notariat kontorunun 02 mart 2007-ci il tarixli, 48-1-28 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, X18 adına 02 aprel 2007-ci il tarixli, **********88-10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı2 nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, müraciətlərə əmlak üzərində hüquqların ləğv edilməsi üçün qanuni qüvvəyə minmiş məhkəmə qərarının təqdim edilmədiyi müəyyən edilmişdir. Bu səbəbdən də müraciətin icrası mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Əraz İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi, ev 62 ünanında xx.xx.2007ci il tarixli, **********88-10301 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla X14 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Habelə həmin ünvanda X33 mülkiyyətinə aid qeyri-yaşayış sahəsi- 24 saylı bərbərxana mövcuddur. -ünvan 12 ünvanında xx.xx.2010-cu il tarixli, **********36-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla İddiaçı2 mülkiyyət hüququ qeydiyyata alınmışdır. 3 saylı Gəncə Ərazi İdarəsinin arxiv sənədlərinə və elektron baza məlumatlarına əsasən, ünvan 13 ünvanında yerləşən fərdi yaşayış evi üzərində İddiaçı1 mülkiyyət hüquqları qeydiyyata alınaraq 5169 reyetr nömrəli qeydiyyat vəsiqəsi tərtib olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən İddiaçı1 nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X18 adına qeydiyyata alınmış xx.xx.2007-ci il tarixli, **********88-10301 reyestr nömrəli çıxarış və texniki pasportun ləğv olunması üçün "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3- 2.4-cü maddələrə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçıların subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin cavabdehin imtinasının olması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. İşdə olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, **********88- 10301 reyestr nömrəli çıxarışa əsasən, Gəncə şəhəri, Nizami rayonu, Bəxtiyar Əliyev küçəsi ünvanında mülkiyyətində olan 0.0172 ha torpaq sahəsində yerləşən 62 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ üzrə X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Göstərilən qeydin aparılmasına əsas Gəncə şəhəri, Bəxtiyar Əliyev küçəsi ev 62-də 172.0 kv.m torpaq sahəsində yerləşən evin X34 tərəfindən X4 dair Gəncə şəhər 6 saylı dövlət Notariat kontorunun dövlət notariusu tərəfindən xx.xx.2007-ci il tarixdə 4Ə-1-28 reyestr nömrəsi ilə təsdiq edilmiş xx.xx.2007-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsi olmuşdur. Qeyd olunan torpaq sahəsi və evə dair iş materiallarında olan daha əvvəlki hüquqmüəyyənedici sənədlərdən görünür ki, xx.xx.1970-ci il tarixli müqaviləyə əsasən, Kirovabad şəhəri, Oktyabr küçəsi ev 62 ünvanında 164 kv.m torpaq sahəsində yerləşən ev X28 tərəfindən X7. xx.xx.1974-cü il tarixli müqaviləyə əsasən, Kirovabad şəhəri, Oktyabr küçəsi ev 62 ünvanında 164 kv.m torpaq sahəsində yerləşən ev X36 tərəfindən X1. xx.xx.1976-cı il tarixli müqaviləyə əsasən, Kirovabad şəhəri, Oktyabr küçəsi ev 62 ünvanında 164 kv.m torpaq sahəsində yerləşən ev X25 tərəfindən X5. xx.xx.1976-cı il tarixli torpaq qeydində əsasən, Kirovabad şəhəri, Oktyabr küçəsi ev 62 ünvanında 95 kv.m. torpaq sahəsində yerləşən ev renta əsasında X12 adına qeydiyyata alınmışdır. xx.xx.1987-ci il tarixli müqaviləyə əsasən, Kirovabad şəhəri, Oktyabr küçəsi ev 62 ünvanında 172.0 kv.m torpaq sahəsində yerləşən ev X25 tərəfindən X2. Hazırda iddiaçılar X14 adına qeydiyyata alınmış xx.xx.2007-ci il tarixli, **********88- 10301 reyestr nömrəli çıxarışın torpaq sahəsinə olan hissəsinin ləğv edilərək, 172 kv.m yox, 95 kv.m kimi qeyd olunmasını xahiş edirlər. İş materialları ilə müəyyən olunur ki, hazırda mübahisələndirilən torpaq sahəsinin ölçüsü ilk əvvəllərdə 164 kv.m olmuşdur. Daha sonra torpaq sahəsi barədə X12 adına aparılmış qeyydə torpaq sahəsinin ölçüsü 95 kv.m göstərilmişdir. Sonra yenidən torpaq sahəsinin ölçüsü müvafiq alqı-satqı müqavilələrində 164 kv.m qeyd olunmuşdur. Ən son olaraq xx.xx.2007-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı satqı müqaviləsindən görünür ki, 172.0 kv.m torpaq sahəsində yerləşən ev X34 tərəfindən X3. Göründüyü kimi hazırda mübahisələndirilən qeydin aparılmasına əsas olan alqısatqı müqaviləsində torpaq sahəsinin ölçüsü 172.0 kv.m göstərilmişdir. Ona görə də məhkəmə iddianı əsassız hesab edir. Bundan başqa Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)- 1566/2021 nömrəli qərarına əsasən, X14 iddiası təmin edilmiş, xx.xx.2007-ci il qeydiyyat tarixli, MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında” daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X14 mülkiyyətində olan 0.0172 ha torpaq sahəsinin sərhədlərinin və yerləşmə yerinin naturada müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)- 1566/2021 nömrəli icra sənədi Ərazi İdarəsi tərəfindən icra olunaraq X18 mülkiyyətində olan 0,0172 ha torpaq sahəsinin sərhədləri və yerləşmə yeri naturada müəyyən edilmişdir. Torpaq sahəsinin baş planından görünür ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(114)-1566/2021 nömrəli qərarının icrasının təmin olunması ilə bağlı X14 mülkiyyətində olan 0.0172 ha torpaq sahəsinin sərhədlərinin və yerləşmə yerinin naturada müəyyən edilərək, qonşularla ümumi istifadədə olan torpaq sahəsi X22 təqdim edilmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş iddia təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçılar İddiaçı2 və İddiaçı1 tərəfindən verilmiş iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar