Məhkəmə qərarları › İş №2-1(114)-1062/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1062/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1062/2024 05.09.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı Ali Məhkəmənin 2-1(102)-1321/2023 nömrəli xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış Qərarının Azərbaycan Respublikası adından çıxarılmasını nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixdə yazılmış əsassız bildiriş məktubunun ləğv edilməsi, bu barədə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən dəymiş 50000 (əlli min) manat maddi və mənəvi zərərin ödənilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona dəfələrlə yazdığı əsassız məktubların bir daha yazılmaması və əlil, sosial hüquqlarının pozulmaması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. Məhkəmədə icraat

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ali Məhkəmənin 2-1(102)-1321/2023 nömrəli xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qərarının Azərbaycan Respublikası adından çıxarılmasını nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixdə yazılmış əsassız bildiriş məktubunun ləğv edilməsi, bu barədə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən dəymiş 50000 (əlli min) manat maddi və mənəvi zərərin ödənilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona dəfələrlə yazdığı əsassız məktubların bir daha yazılmaması və əlil, sosial hüquqlarının pozulmaması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüşlərdə fəal iştirak edmiş və ağır yaralanmışdır. Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən 2017-ci ildə ona xəstəlik qərarı verilmiş və xx.xx.2017ci ildən müddətsiz 2-ci qrup Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin edilmişdir. Qeyd etmək istəyir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar xx.xx.2017-ci ildə ona müddətsiz 2-ci qrup əlillik təyin edilmiş və lazım olan sənədlərlə təmin edilmişdir. 2020-ci ilin iyul ayında pensiya və təqaüdü dayandırılmış, bu zaman elektron sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman ona məlum olmuşdur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyi tərəfindən əlillik vəziyyəti əsasız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilərək pensiya və təqaüdü dayandırılmışdır. Bu barədə Gəncə İnzibati Məhkəməsinə müraciət etmiş, Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1968/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmiş, lakin Gəncə Apellyasiya Məhkəməsinin 2- 1(104)-85/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Gəncə Apellyasiya Məhkəməsinin 2-1(104)-85/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı Ali Məhkəmənin 2-1(102)-1321/2023 nömrəli xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış qərarı ilə qüvvədə saxlanılaraq iddia tələbi təmin edilərək əlilliyi bərpa edilmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyi bu haqlı məhkəmə qərarı ilə razılaşmayaraq apellyasiya və kassasiya şikayəti versə də məhkəmə qərarını tez bir zamanda icra etmiş və onun pensiya və təqaüdü barədə təyinat aparılmışdır. Lakin bütün bunlara baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspetiza və Reabilitasiya Agentliyinin sədr müavini Rəşad Məhərrəmov adlı məhkəmə qərarlarının aliliyinə hörmətlə yanaşmayan məmurlar yenidən ona qarşı haqsızlıq və ədalətsizlik edərək xx.xx.2023-cü il tarixdə əsassız bildiriş məktubu yazaraq əyani müayinəyə gəlməyini və gəlmədikdə isə əvvəl ki, kimi əlil və sosial hüquqlarını pozacaqları barədə hədə qorxu xarakterli qeydlər aparmışdır. Agentlik isə haqlı məhkəmə qərarı ilə razılaşaraq öz qanunsuz hərakatlərini qəbul edərək məhkəmə qərarını icra etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə"nin 4.2-ci maddəsinə əsassən ikinci dərəcə əlillik müddətsiz müəyyən edilir. X1 Sosial Ekspertiza və Reblitatsiya Agentliyi tərəfindən əsassız olaraq əlilli kurorta, İİİ. A müalicəyə və müayinəyə göndərmək əvəzinə bir çox tarixdə ona yazılmış məktubla bağlı hesab edir ki, onun yenidən Agentliyə əyani müayinəyə gəlməyinə ehtiyac yoxdur, yuxarda qeyd etdiyi qanunda bu barədə heç bir tələb və s nəzərdə tutulmamışdır.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

4. İş üzrə digər zəruri prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

5. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/2-20180/2024 nömrəli məktubu və ona əlavə edilmiş qiymətləndirmə məlumatı xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur.

6. Məktub onunla əsaslandırılmışdır ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən bildirilir ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)- 85/2023 nömrəli qərarı tərəflərindən icra edilərək xx.xx.2023-cü il tarixli 3-17-4/3-1- 21555/2023 nömrəli xidməti məruzə ilə İddiaçı xx.xx.2017-ci il tarixində təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müddətsiz ikinci dərəcə ilkin əlillik təyinatı “Əlillik” altsistemində bərpa edilmişdir.

Əsaslandırma hissəsi:

8. Məhkəmə cavabdehin ərizəsini nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.

9. Belə ki, hazırkı mübahisənin mahiyyəti iddiaçının əlilliyinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə bərpa edildiyi halda cavabdeh orqan tərəfindən onun əyani müayinəyə dəvət edilməsinə dair bildiriş məktubunun göndərilməsi, yəni əlilliyinin yenidən qiymətləndirilməsi ilə bağlı ona maddi-mənəvi ziyan dəyməsi ilə bağlıdır.

10. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 3-17-4/2-20180/2024 nömrəli məktubundan məlum olur ki, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-85/2023 nömrəli qərarı tərəflərindən icra edilərək xx.xx.2023-cü il tarixli 3-17-4/3-1-21555/2023 nömrəli xidməti məruzə ilə İddiaçı xx.xx.2017-ci il tarixində təyin edilmiş Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbi ilə müddətsiz ikinci dərəcə ilkin əlillik təyinatı “Əlillik” altsistemində bərpa edilmişdir.

11. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

12. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.

Nəticəvi hissə:

13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinə qarşı Ali Məhkəmənin 2-1(102)-1321/2023 nömrəli xx.xx.2023-cü il tarixli qanuni qüvvəsini almış Qərarının Azərbaycan Respublikası adından çıxarılmasını nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2023-cü il tarixdə yazılmış əsassız bildiriş məktubunun ləğv edilməsi, bu barədə ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən dəymiş 50000 (əlli min) manat maddi və mənəvi zərərin ödənilməsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ona dəfələrlə yazdığı əsassız məktubların bir daha yazılmaması və əlil, sosial hüquqlarının pozulmaması öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.

Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar