Məhkəmə qərarları › İş №2-1(114)-1063/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1063/2022

20.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1063/2022 20.06.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi, İddiaçılar X1 və X4, Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X16 iştirakları ilə İddiaçılar X1 və X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X11, X12 və X13) qarşı şəhadətnamədə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı X5 və X14 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X11, X12 və X13) qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, vəzifəli şəxsin qeyri-qanuni hərəkətlərinə son qoyulması, Bərdə rayon Aqar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə onlara Bərdə rayonu, Muğanlı kəndində verilmiş 0.01 ha torpaq sahəsinə verilmiş JN-011B KOD 61008048 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə torpaq sahəsinin hektarının 0.06 ha, X4 və X1 adlarının düzgün yazılması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə onlara ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Muğanlı kəndində yerləşən 0.01 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-011 KOD 61008048 saylı “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamə də verilmişdir. Həmin torpaq sahəsi onların və ailə üzvlərinin adınadır. Hal-hazırda onlara verilmiş dövlət aktında bir çox səhvlik baş vermişdir. Belə ki, həmin sənəddə texniki səhv olaraq torpaq sahəsinin hektarını və onların adını düzgün qeyd etməyiblər. İslahat gedən zaman onlar torpaq sahəsini 0.06 ha olaraq istifadə etmişlər və hal-hazırda da istifadə edirlər. Şəhadətnamədə düzəliş edilməsi məqsədilə cavabdeh inzibati orqana müraciət etsələr də, heç bir nəticəsi olmamışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 20 iyun 2022-ci il tarixə təyin edilmişdir. İddiaçılar X5 və X14 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişlər. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X20 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçılara və ailə üzvlərinə Bərdə rayonu, Muğanlı kəndində yerləşən 0.01 ha həyətyanı torpaq sahəsinin “Torpağın mülkiyyətə verilməsinə dair” JN-011B saylı şəhadətnamədə hansı səbəbdən X17 əvəzinə səhv olaraq X2 yazılması onlara məlum deyildir. Həmin səhvlərin düzəldilməsi 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə üçüncü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - Bərdə rayonu, Muğanlı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilən şəxslərin adlı siyahısından çıxarışın təsdiqlənmiş surətindən görünür ki, X3, X6, X10, X7 və X8 1.01 ha torpaq sahəsi ayrılmışdır. - “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2003-cü il tarixli, JN-011B KOD 61008048 nömrəli şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı ilə X3, X6, X10, X7 və X8 Bərdə rayonu, Muğanlı kəndində yerləşən 0.01 ha torpaq sahəsi verilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 11 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********69 nömrəli məktubunda iddiaçılara və ailə üzvlərinə məxsus Bərdə rayonu, Muğanlı kəndində yerləşən torpaq sahəsinə dair tərtib edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-011B KOD 61008048 saylı şəhadətnamədə səhv yazılmış ada düzəliş edilməsinin Xidmətin 7 saylı Bərdə Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 11 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********69 nömrəli məktubundan görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 nömrəli qərarı əsasında Bərdə rayonu, Muğanlı kənd sakini X1 adına 5 nəfər ailə üzvü ilə birlikdə 1.01 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. JN-116 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında həır şəxsə 0.20 ha torpaq sahəsi payı ayrılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2003-cü il tarixli, JN-011B KOD 61008048 nömrəli şəhadətnamədə Bərdə Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 09 saylı qərarı əsasında verilmiş 0.01 ha torpaq sahəsinin mülkiyyətçiləri sırasında X1 və X9 adı qeyd edilsə də, iddiaçı “X15” kimi adının səhv göstərilməsini qeyd etmiş və “X14” kimi yazılmasını, həmçinin 0.01 ha olaraq qeyd edilmiş torpaq sahəsinin 0.06 ha kimi qeyd edilməsini tələb etmiş, cavabdeh orqan isə bundan imtina etmişdir. Bərdə rayonu, Muğanlı kəndi üzrə kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilən şəxslərin adlı siyahısından çıxarışın təsdiqlənmiş surətindən görünür ki, X3, X6, X10, X7 və X8 1.01 ha torpaq sahəsi ayrılmışdır. Beləliklə, iddiaçılar “Torpağın mülkiyyətə verilməsinə dair” xx.xx.2003-cü il tarixli, JN-011B KOD 61008048 nömrəli şəhadətnamədə adının səhv göstərildiyini qeyd etsə də, iş materiallarında olan sənədlərdən görünür ki, həmin şəhadətnamə X3, X6, X10, X7 və X8 verilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın hərəkətlərində heç bir qanun pozuntusu yoxdur və mübahisə predmeti olan dövlət aktında düzəliş edilməsi onun səlahiyyətlərinə aid deyil. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə sənəd əlavə olunur. -11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçılar X1 və X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər X11, X12 və X13) qarşı şəhadətnamədə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar