Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1065/2020 29.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə qarşı 1969-1974-cü illər ərzində H.B.Zərdabi adına Kirovabad Dövlət Pedoqoji İnstitutunda təhsil aldığı illərinin sosial sığorta stajına daxil edilməsi və bu əsasla pensiya hüququ yarandığı gündən indiyədək verilməmiş əmək pensiyası fərqinin hesablanıb birdəfəyə ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri məhkəmənin binasında məhkəmə iclasından kənar baxaraq, Müəyyən e t d i m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun 1969-1974-cü illər ərzində H.B.Zərdabi adına Kirovabad Dövlət Pedoqoji İnstitutunda təhsil aldığı illərinin sosial sığorta stajına daxil edilməsi və bu əsasla pensiya hüququ yarandığı gündən indiyədək verilməmiş əmək pensiyası fərqinin hesablanıb birdəfəyə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iddiaçı hazırki mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh orqana müraciət etməsinə baxmayaraq cavabdehAzərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsi xx.xx.2020-ci il tarixli məktubda iddiaçıdan əmək pensiyasının yenidən hesablanmsı üçün əmək stajına aid edilən sənədlərin ( əmək kitabçası, hərbi bilet, diplom və s.) göndərilməsini tələb etmişdir. Məhkəmə hesab edirki, cavabdehin iddiaçıya ünvanladığı məktub imtina kimi qəbul edilə bilməz, çünki cavabdeh inzibati orqan iddiaçının tələbindən imtina etməmiş, ona yardım edərək çatışmayan sənədləri əlavə etməklə yenidən müraciət etməsini məsləhət görmüşdür. İş materiallarından görünürki, iddiaçı tələb olunan sənədləri cavabdehə təqdim etməmişdir. Göründüyü kimi iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 35.3. iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13, 35, 80, 81 və 85-ci maddələrinin tələblərinə əsasən, Q ə r a r a a l d ı m: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Tərtər rayon şöbəsinə qarşı 1969-1974cü illər ərzində H.B.Zərdabi adına Kirovabad Dövlət Pedoqoji İnstitutunda təhsil aldığı illərinin sosial sığorta stajına daxil edilməsi və bu əsasla pensiya hüququ yarandığı gündən indiyədək verilməmiş əmək pensiyası fərqinin hesablanıb birdəfəyə ödənilməsi barədə iddiası mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, qərardadın məzmununda qeyd edilmiş tələblərə əməl etməklə yenidən məhkəmədə iddia qaldırmaq hüququ vardır. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1065/2020
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1065/2020
29.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver