Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1066/2024 17.01.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi, İddiaçı qanuni nümayəndəsi X2 nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı qanuni nümayəndəsi X2 Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi) qarşı məcburi köçkün olaraq İddiaçı təhsil haqqı ödənişindən azad olunmasına dair iddia tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı qanuni nümayəndəsi X5 Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məcburi köçkün olaraq İddiaçı təhsil haqqı ödənişindən azad olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, o, Cavabdeh marketinq fakültəsinin 1-inci kurs tələbəsidir. İllik təhsil haqqı 1800 manatdır və o təhsil haqqının yarısını ödəmişdir. Məcburi köçkün olaraq təhsil haqqı ödənişindən azad olunması barədə cavabdeh orqana müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli cavab məktubu ilə elektron arayışda məcburi köçkün vəsiqəsinin nömrəsi və verilməsi tarixi göstərilmədiyindən, onun məcburi köçkün statusuna malik olması isbat olunmadığından ərizənin təmin olunmasından imtina edilmişdir.Cavabdeh orqanın imtinasının məzmunundan da açıq-aşkar görünür ki, məcburi köçkün vəsiqəsinə istinad olunmuşdur. Bununla da cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. O, cavabdeh orqana həm elektron, həm kağız formatında məcburi köçkün olmasını təsdiq edən sənəd təqdim etmişdir. O, məcburi köçkün olaraq aylıq hər ay 60 manat müavinət alır. Cavabdeh orqanın imtinası onun həm təhsil almaq hüququnu, həm də məcburi köçkün olaraq dövlət tərəfindən tanınan və qorunan hüquqlarını pozur. İddiaçının təhsil haqqının ödənilməsindən azad olunma ilə bağlı Cavabdehnə etdiyi müraciətinə sonuncu tərəfindən xx.xx.2023-cü il tarixli məktubu ilə Elektron hökümət portalı vasitəsilə əldə edilmiş elektron arayışda məcburi köçkün vəsiqəsinin nömrəsi və verilməsi tarixi göstərilmədiyindən, onun məcburi köçkün statusuna malik olması isbat olunmadığından imtina cavabı verilmiş, Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə müraciət etməklə məcburi köçkün statusunu təsdiq edən sənədi almalı olduğu və vəsiqəni aldıqdan sonra imtiyazından istifadə edərək təhsil haqqının ödənilməsindən azad olunmaq üçün Cavabdeh “Təhlil və qiymətləndirmə” bölməsinə müraciət edə biləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Komitənin Regional idarəetmə və status şöbəsinin 2007-2023-cü illəri əhatə edən elektron məlumat bazasında İddiaçı məcburi köçkün statusunun təsdiq edən vəsiqənin verilməsi barədə qeyd aşkar edilməmişdir.Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü il tarixli Sərəncamının müvafiq bəndinə əsasən Azərbaycan Respublikasınının dövlət orta və ali ixtisas təhsili müəssisələrində ödənişli formada təhsil alan məcburi köçkün statusuna malik olan və məcburi köçkün statusunun təsdiq edən sənədlə (vəsiqə) təmin olunmuş tələbələr təhsil haqqını ödəməkdən azaddırlar. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Qaçqınların və X3 üzrə Dövlət Komitəsinin 2013cü il 23 may tarixli 1 No-li qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.bəndinin 4.1.6. yarımbəndinə əsasən valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilir. Həmin Qaydaların 4.2. bəndinin 4.2.3. yarımbəndinə əsasən "məcburi köçkün" statusu olmayıb, "məcburi köçkün" şəxslə (kişi və ya qadın) nigaha daxil olan olan şəxslərə "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqə verilmir. İddiaçının atası "məcburi köçkün" statusuna malikdir, lakin tələb olunmağına baxmayaraq anasının "məcburi köçkün" statusuna malik olması barədə iddiaçı tərəfindən heç bir sənəd təqdim olunmamışdır. Vahid aylıq müavinət alan məcburi köçkünlərin siyahısı yerli icra hakimiyyətləri tərəfindən təsdiq edildiyi üçün onlardan məcburi köçkün statusunu təsdiq edən vəsiqə tələb olunmur. Lakin, məcburi köçkünlər üçün müəyyən edilmiş güzəşt və imtiyazları (təhsil haqqı,vergivə dövlət rüsumları) təqdim edən təşkilatlarda onların statusu barədə məlumat olmadığı üçün həmin şəxslərdən məcburi köçkün vəsiqəsi tələb olunur. Odur ki, həmin güzəşt imtiyazlardan istifadə etməsi üçün məcburi köçkünlər həmin təşkilatlara vəsiqə təqdim etməlidirlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçının qanuni nümayəndəsinin vəkili Vəkil iddia tələbinə uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 iddia tələbinə qarşı etiraz edərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayarq üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. İddianın mümkünlüyü ilə bağlı normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun mümkünlüyü haqqında şərtlər ödənildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Nəzərə almaq lazımdır ki, məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olmasıdır. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddiaçının iddia qaldırmaq səlahiyyətinə malik olması şərti də yerinə yetirilməlidir. Həmçinin qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Mümkünlük şərtləri məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İddianın mümkünlük şərtləri inzibati məhkəmə icraatının bütün mərhələlərində məhkəmə tərəfindən xidməti vəzifəsinə görə yoxlanılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında qeyd edilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apelyasiya instansiyası məhkəməsi, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, subyektiv hüquq şəxsin qanun, müqavilə və ya inzibati akta əsaslanan və başqa şəxslərdən müəyyən hərəkətləri (hərəkətsizliyi) etməyi və ya müəyyən hərəkətləri etməkdən çəkinməyi tələb etmək imkanını ehtiva edir. İddiaçı iddia ərizəsində həmin əsaslardan irəli gələn tələb hüququna istinad etməlidir. Şəxsin subyektiv hüquqa malik olmaması onun başqa şəxslərdən müəyyən hərəkəti və ya hərəkətsizliyi tələb etmək hüququnu istisna edir. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə münasibətdə iddiaçının belə bir hüququnun mövcudluğu təsdiq olunmur. Belə ki, iddiaçı məcburi köçkün vəsiqəsi olmadan birbaşa cavabdeh orqandan təhsil haqqının ödənilməsindən azad olunmasını xahiş etmiş, daha sonra cavabdeh orqan tərəfindən müraciəti təmin olunmadıqdan sonra eyni tələblə məhkəməyə müraciət etmişdir. Lakin işin materiallarındanda müəyyən olunduğu kimi iddiaçı məcburi köçkün statusunu təqdiq edən vəsiqəyə malik deyildir, qanunvericiliyin tələbindən də müəyyən olunduğu kimi yalnız məcburi köçkün statusuna malik olmasını təsdiq edən müvafiq vəsiqəyə malik şəxslər imtiyazlardan istifadə edə bilər. Belə olan halda iddiaçının qeyd olunan iddia tələbi üzrə subyektiv hüququ mövcud deyildir, bu isə əsas iddia tələbinin mümkünlük şərtlərinə cavab verməməsi anlamına gəlir. Hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı qanuni nümayəndəsi X2 Cavabdehnə (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi) qarşı məcburi köçkün olaraq İddiaçı təhsil haqqı ödənişindən azad olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1066/2024
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1066/2024
17.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver