Məhkəmə qərarları › İş №2-1(114)-1066/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1066/2025

25.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1066/2025 25.02.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi İddiaçı MMC cavabdehlər Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinə və Dövlət Vergi Xidməti X2 Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehlər Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli, **********024700 nömrəli və Dövlət Vergi Xidməti X2 Baş İdarəsinin xx.xx.2024cü il tarixli, **********714300 nömrəli qərarlarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdeh Dövlət Vergi Xidməti 14 Saylı Ərazi Vergilər İdarəsinin "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" 26 aprel 2024-cü il tarixli, **********024700 nömrəli qərarına əsasən kameral vergi yoxlaması ilə iddiaçıya 2023-cü il üzrə 692,20 (altı yüz doxsan iki manat, 20 qəpik) manat məbləğdə əlavə mənfəət vergisi hesablanmışdır. İddiaçı Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin həmin qərarından yuxarı vergi orqanına inzibati şikayət vermiş və qərarın ləğv edilməsini xahiş etmişdir. Dövlət Vergi Xidməti X2 baş idarəsinin 12 iyun 2024-cü il tarixli, **********714300 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin olunmamış, 14 saylı Ərazi Vergilər İdarəsinin 26 aprel 2024-cü il tarixli, **********024700 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarda, vergi orqanı tərəfindən iddiaçıya 692,20 (altı yüz doxsan iki manat, 20 qəpik) manat məbləğdə əlavə mənfəət vergisinin hesablanması 2023-cü il ərzində iddiaçının "xxxx" MMC ilə apardığı 3461,00 manat (ƏDV-siz) dəyərində əməliyyatların riskli hesab olunması və bu səbəbdən də həmin məbləğin iddiaçının 2023-cü il üzrə təqdim etdiyi mənfəət vergisi bəyannaməsinin “Xərclər” bölməsindən çıxılaraq mənfəət vergisinə cəlb edilməsi ilə izah edilmişdir. Cavabdehlər tərəfindən qəbul edilmiş qərarları qanunsuz və əsassız hesab edirlər. Belə ki, iddiaçının əsas fəaliyyəti dezinfeksiya xidmətlərinin göstərilməsindən ibarətdir. İddiaçı "xxxx" MMC ilə 05 oktyabr 2023-cü il tarixli 10 nömrəli, "xxxx" MMC ilə 10 iyul 2023-cü il tarixli, 65 nömrəli, "xxxx" MMC ilə isə 03 iyul 2023-cü il tarixli 58 nömrəli müqavilələr bağlamış və qeyd olunan müqavilələrə əsasən həmin təşkilatlardan müvafiq malları əldə etmişdir. Buna dair müvafiq qaimələr təqdim olunmuş, vergi orqanına rəsmi bayannamələr verilmiş və həmin əməliyyatlar üzrə ƏDV əvəzləşdirilmişdir. Qeyd olunan əməliyyatlar aparılan zaman adları çəkilən həmin təşkilatlar riskli vergi ödəyiciləri hesab edilməmişdirlər. "xxxx" MMC 14 fevral 2024-cü ildə, "xxxx" MMC 15 aprel 2024-cü ildə, "xxxx" MMC isə 30 aprel 2024-cü ildə riskli vergi ödəyicisi hesab edilmişlər. Buna görə də qeyd olunan əməliyyatların riskli vergi ödəyiciləri ilə aparılan əmtəəsiz əməliyyatlar hesab edilməsi tamamilə qanunsuz və əsassızdır. Vergi qanunvericiliyinə görə riskli vergi ödəyiciləri olan şəxslər barəsində digər vergi ödəyicilərini rəsmi qaydada xəbərdar etmək vergi orqanının vəzifəsidir. Lakin, iddiaçının adları qeyd olunan şəxslərdən mal aldığı dövrlərdə həmin şəxslərin "Riskli vergi ödəyicilərinin siyahısı"na daxil edilmələri barədə digər vergi ödəyicilərinə, o cümlədən iddiaçıya heç bir məlumat verilməmişdir. Qeyd olunan əməliyyatların riskli vergi ödəyiciləri ilə aparılan əmtəəsiz əməliyyatlar hesab edilməsi qanunsuz və əsassız olduğu üçün eyni hallar və eyni əsaslar üzrə iddiaçıya mənfəət vergisinin hesablanması da, tamamilə qanunsuz və əsassızdır. Buna görə də iddiaçıya əlavə mənfəət vergisinin hesablanması barədə vergi orqanının 26 aprel 2024-cü il tarixli, **********024700 nömrəli qərarı ləğv edilməlidir. Bundan başqa, "xxxx" MMC-dən əldə edilmiş dəyəri 3295,00 manat (ƏDV-siz) təşkil edən 13 iyul 2023-cü il tarixli EBDJ seriyalı 870943 nömrəli və 22 avqust 2023-cü il tarixli EBDM seriyalı 578603 nömrəli elektron qaimə fakturaların, həmçinin "xxxx" MMC-dən əldə edilmiş, dəyəri 21440,00 manat (ƏDV-siz) təşkil edən 05 iyul 2023-cü il tarixli EBDJ seriyalı 217807 nömrəli elektron qaimə fakturanın iddiaçı tərəfindən təqdim edilmiş 2023cü ilin mənfəət vergisi bəyannaməsində xərc kimi əks edilməməsi ilə bağlı əlavə tədbirlərin görülməsi barədə Elçin Namazlının verdiyi qərar ilkin inzibati aktla müqayisədə iddiaçı üçün əlavə öhdəliklər yaradır. Buna görə də İnzibati Prosessual Məcəlləsinin 32.3-cü maddəsinin tələbinə uyğun olaraq Elçin Namazlının 12 iyun 2024-cü il tarixli, **********714300 nömrəli həmin qərarı da məhkəmə tərəfindən qanunsuz və əsassız hesab edilməli və ləğv edilməlidir. İddiaçı MMC tərəfindən iddia tələbinin həcminin artırılması barədə ərizə məhkəməyə daxil olmuş, cavabdehlər - Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********024700 nömrəli, xx.xx.2024-cü il tarixli **********482600 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-14620/2024 nömrəli və Dövlət Vergi Xidməti X2 Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********714300 nömrəli, xx.xx.2024-cü il tarixli **********942600 nörməli qərarlarının ləğv edilməsi xahiş olunmuşdur. Ərizədə qeyd olunmuşdur ki, iddia tələbinin həcminin artırılmasına ehtiyac vardır. Belə ki, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin 15 may 2024-cü il tarixli **********482600 nömrəli qərarı ilə iddiaçıya 801,41 manat ƏDV hesablanmış və iddiaçı həmin qərardan inzibati şikayət vermişdir. İş üzrə digər cavabdeh Dövlət Vergi Xidməti X2 Baş İdarəsinin 06 sentyabr 2024-cü il tarixli **********942600 nömrəli qərarı ilə iddiaçının inzibati şikayəti təmin edilməmişdir. Həmin qərarda həmçinin 14 saylı Ərazi Vergilər İdarəsinə tapşırılmışdır ki, iddiaçıya əlavə olaraq 4162,33 manat məbləğdə ƏDV hesablanmasını təmin etsin. Həmin qərar əsas götürülməklə 14 saylı Ərazi Vergilər İdarəsinin 17 sentyabr 2024-cü il tarixli 3-21-2-20/2-14620/2024 nömrəli qərarı ilə iddiaçıya eyni əsaslarla 2024-cü ilin iyul ayı üzrə əlavə olaraq 4273,87 manat məbləğdə ƏDV hesablanmışdır. Həmin qərarlar da qanunsuz və əsassızdır, ləğv edilməlidir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-3423/2024 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehlər - Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********024700 nömrəli, xx.xx.2024-cü il tarixli **********482600 nömrəli, xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-14620/2024 nömrəli və Dövlət Vergi Xidməti X2 Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********714300 nömrəli, xx.xx.2024-cü il tarixli **********942600 nörməli qərarlarının ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1066/2025 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi ilə əvəz edilmiş, iddia tələbi “cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********024700 nömrəli, xx.xx.2024-cü il tarixli **********482600 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2-20/2- 14620/2024 nömrəli qərarlarının ləğv edilməsi” tələbinə dəyişdirilmişdir. Cavabdehin etirazı Cavabdeh Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş və İddiaçı iddia tələbinin əsassız və qanunvericiliyin tələblərinə tam zidd olduğuna görə rədd edilməsi xahiş olunmuşdur. Etiraz belə əsaslandırılmışdır ki, qarşılıqlı əməliyyatlar üzrə aparılmış vergi nəzarəti tədbirləri zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) tərəfindən təqdim olunmuş elektron qaimə-fakturalarda əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmiş, qeyd edilən hal nəzərə alınaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 28 iyul 2020-ci il tarixli 265 nömrəli qərarı ilə təsdiq edilmiş "Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarları"nın 2.1.2-ci yarımbəndinə əsasən "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2024-cü il tarixli **********427000 nömrəli, "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2024-cü il tarixli **********415700 nömrəli və "xxxx" MMC-nin riskli vergi ödəyicisi olması barədə xx.xx.2024-cü il tarixli **********345900 nömrəli qərarlar qəbul edilmişdir. Araşdırma zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya müxtəlif çeşiddə malların (Hippoxlorid, TİTAN WAX BLOCK 4gram-tablet, Alphafend 100 EC ve ZİNON SC 1 L) təqdim edilməsi ilə bağlı əsas məbləği 21440,0 manat ƏDV-si 3859,2 manat olan xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 217807 nömrəli elektron qaiməfakturanın təqdim edildiyi, cəmiyyət tərəfindən 2023-cü ilin iyul ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə qeyd olunan elektron qaimə-faktura üzrə müvafiq olaraq 3859,2 manat ƏDV məbləğinin əvəzləşdirildiyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya müxtəlif çeşiddə malların (Hippoxlorid, TİTAN WAX BLOCK 4 gram-tablet, TİTAN MAX SC 1 L) taqdim edilməsi ilə bağlı əsas məbləği 1650,0 manat ƏDV-si 297,0 manat olan xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 870943 nömrəli və əsas məbləği 1645,0 manat ƏDV-si 296,1 manat olan xx.xx.2023-cü il tarixli EBDM seriyalı 578603 nömrəli elektron qaimə-fakturanın təqdim edildiyi, iddiaçı tarafindən 2023-cü ilin iyul və avqust ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə qeyd olunan elektron qaimə-faktura üzrə müvafiq olaraq 297,0 manat və 296,1 manat ƏDV məbləğinin əvəzləşdirildiyi, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən iddiaçıya müxtəlif çeşiddə malların (Hippoxlorid, TİTAN WAX BLOCK 4gram-tablet, TİTAN MAX SC 1 L ve Akethrin PRO EW 1L) təqdim edilməsi ilə bağlı əsas məbləği 2470,0 manat ƏDV-si 444,6 manat olan xx.xx.2023-cü il tarixli EBDP seriyalı 964053 nömrəli və əsas məbləği 991,0 manat ƏDV-si 178,38 manat olan xx.xx.2023-cü il tarixli EBDV seriyalı 720584 nömrəli elektron qaimə-fakturanın təqdim edildiyi, iddiaçı tərəfindən 2023-cü ilin oktyabr və dekabr ayı üçün təqdim edilmiş əlavə dəyər vergisi bəyannaməsi üzrə qeyd olunan elektron qaimə-faktura üzrə müvafiq olaraq 444,6 manat və 178,38 manat ƏDV məbləğinin, ümumilikdə 5075,88 manat əvəzləşdirildiyi müəyyən edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə 2024-cü ilin mart ayı üzrə əlavə dəyər vergisi bəyannaməsində əvəzləşmə üçün təqdim etdiyi EBDP 964053 nömrəli elektron qaiməfaktura üzrə 444.6 manat. EBDV 720584 nömrəli elektron qaimə-faktura üzrə 178.38 manat, EBDJ 870943 nömrəli elektron qaimə-faktura üzrə 297,0 manat və EBDVM 578603 nömrəli elektron qaimə-faktura üzrə 296,1 manat aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən elektron qaimə-fakturalar üzrə ƏDV məbləğinin iddiaçı tərəfindən əvəzləşdirildiyini nəzərə alaraq cari ay üçün təqdim edilmiş bəyannamənin 324-cü sətrində bərpa edilən ƏDV məbləğlərinin 0.0 manat olması nəticəsində kənarlaşma yaranmışdır. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********038900 nömrəli məktub göndərilməsinə baxmayaraq, iddiaçı tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən 2024-cü ilin mart ayının üzrə əlavə dəyər vergisi 801,41 manat əlavə vergi məbləği hesablanmış və "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" xx.xx.2024-cü il tarixli **********482600 nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Belə ki, 26 aprel 2024-cü il tarixdə kameral vergi yoxlaması ilə aparılan araşdırma zamanı vergi ödəyicisi tərəfindən hesablama metodu ilə 2023-cü il üçün təqdim edilmiş mənfəət vergisi bəyannamənin "Xammal və materiallar" (221.3-cü), "Malın dəyəri" (221,4cü), "Enerji xərcləri” (221.7-ci), "Qaz xərcləri" (221.8-ci), "Yanacaq xərcləri" (221.9-cu), "Su və kanalizasiya xərcləri (221.10-cu), "Rabitə xərcləri" (221.11-ci), "Mühafizə xərcləri" (221.12-ci), "Reklam xərcləri" (221.14-cü), "Bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər" (221.15-ci), "Elmi tədqiqat, layihə axtarış və təcrübə konstruktor işlərinə çəkilən xərclər (226-cı), "Nəqliyyat xərcləri" (229-cu) və "Digər xərclər" (232-ci) sətirlərində göstərilmiş xərclərin cəmi məbləği ilə (204478.88 manat), əvvəlki il üzrə təqdim edilmiş "Mənfəət vergisinin bəyannaməsi"nin (və ya "Sadələşdirilmiş verginin bəyannaməsinin") 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləği (10910.00 manat) (+) cari il ərzində əldə edilmiş e-qaimə-fakturaların (risiki e-qaimə-fakturaların məbləği (3461.00) istisna olmaqla) və alış aktlarının məbləği (192087.88 manat) (+) cari il ərzində əldə edilmiş YGB məlumatlarına əsasən alınmış mal-materialların (0.00 manat) məbləği (+) bəyannamənin aid olduğu ilin müvafiq rübləri üzrə təqdim edilmiş "Ödəmə mənbəyində tutulan vergi bəyannamələri"nin 1608.1-ci (Riskin sığortası və ya təkrar sığorta ilə bağlı ödənişlər) (+) 1608.2-ci (Beynəlxalq rabitə xidməti ödəmələri) (+) 1608.3-cü (Beynəlxalq daşımalar üzrə ödəmələr) + 1608.4-cü (Muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər) sətirlərinin (0.00 manat) cəmi məbləğindən (202997.88 manat) bəyannamənin 1 №-li Əlavəsinin "Hesabat dövrünün sonuna" sütununda əks etdirilmiş mal-material qalığının məbləğinin (1980.00 manat) çıxılması nəticəsində yaranan (201017.88 manat) məbləğin müqayisəsi nəticəsində 3461.00 manat məbləğində sənədlərlə təsdiq edilməyən gəlirdən çıxılan xərclər müəyyən edilmişdir. Qeyd edilən kənarlaşmalar ilə əlaqədar vergi ödəyicisinə "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********104700 nömrəli məktub göndərilərək, müvafiq bəyannamə və araşdırma üçün zəruri olan sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin vergi ödəyicisi tərəfindən qeyd edilen uyğunsuzluq məktubuna əsaslandırılmış izahat (təsdiqedici sənədlər) və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün, Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83cü maddələrinə əsasən, 2023-cü il üçün mənfəət vergisi üzrə 692,20 manat vergi məbləği hesablanaraq xx.xx.2024-cü il tarixli **********024700 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" qərar qəbul olunaraq vergi ödəyicisinə göndərilmişdir. Həmçinin, 09 sentyabr 2024-cü il tarixdə 2024-cü ilin iyul ayı üzrə əlavə dəyər vergisi bəyannaməsində əvəzləşmə üçün təqdim etdiyi EBDJ 217807 nömrəli elektron qaimə-faktura üzrə 3859.2 manat, EBDP 964053 nömrəli elektron qaimə-faktura üzrə 414.67 manat aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Qeyd edilən kənarlaşma ilə əlaqədar iddiaçıya "Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında" xx.xx.2024-cü il tarixli **********223100 nömrəli məktub göndərilməsinə baxmayaraq, iddiaçı tərəfindən əsaslandırılmış izahat, müvafiq təsdiqedici sənədlər və ya dəqiqləşdirilmiş bəyannamə təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən 2024cü ilin iyul ayı üzrə vergisi 4273.87 manat əlavə vergi məbləği hesablanmış və "Vergilerin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə xx.xx.2024-cü il tarixli 3- 21-2-20/2-14620/2024 nömrəli qərar qəbul edilərək iddiaçıya göndərilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etmiş, lakin iddiaçının nümayəndəsi gəlməmişdir. İddiaçının nümayəndəsi-vəkil Nümayəndə məhkəməyə ərizə göndərmiş, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək, iddianın təmin olunmamasını xahiş etdi. İşin halları Hüquqi şəxs haqqında məlumat vərəqinə əsasən, İddiaçınə ********** nömrəli vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilməklə, xx.xx.2017-ci il tarixdə 14 saylı Ərazi Vergilər İdarəsində qeydiyyata alınmışdır. 03 iyul 2023-cü il tarixli, 58 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC ilə İddiaçı MMC arasında malların təchizi ilə bağlı müqavilə bağlanılmışdır. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 217807 nömrəli elektron-qaimə fakturadan görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 21440.00 manat (ƏDVsiz) məbləğində mallar (işlər, xidmətlər) təqdim edilmişdir. 10 iyul 2023-cü il tarixli, 65 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC ilə İddiaçı MMC arasında malların təchizi ilə bağlı müqavilə bağlanılmışdır. xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 870943 nömrəli elektron-qaimə fakturaya əsasən, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 1650.00 manat məbləğində mallar (işlər, xidmətlər) təqdim edilmişdir. 05 oktyabr 2023-cü il tarixli, 10 nömrəli müqaviləyə əsasən, "xxxx" MMC ilə İddiaçı MMC arasında malların təchizi ilə bağlı müqavilə bağlanılmışdır. xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 964053 nömrəli elektron-qaimə fakturadan görünür ki, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 2470.00 manat (ƏDVsiz) məbləğində mallar (işlər, xidmətlər) təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 578603 nömrəli elektron-qaimə fakturaya əsasən, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 1645.00 manat (ƏDV-siz) məbləğində mallar (işlər, xidmətlər) təqdim edilmişdir. xx.xx.2023-cü il tarixli, EBDV seriyalı, 720584 nömrəli elektron-qaimə fakturaya əsasən, "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə ümumi dəyəri 991.00 (ƏDV-siz) məbləğində mallar (işlər, xidmətlər) təqdim edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********415700 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********427000 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********024700 saylı qərarına əsasən, İddiaçı MMC-yə 2023-cü ilin mənfəət vergisi üzrə 692,20 manat məbləğində əlavə vergi hesablanmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin riskli vergi ödəyicisi hesab edilməsi barədə” xx.xx.2024-cü il tarixli, **********345900 nömrəli qərarı ilə vergi ödəyicisi "xxxx" MMC riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********482600 saylı qərarına əsasən, İddiaçı MMC-yə 2024-cü ilin mart ayı üzrə 801,41 manat məbləğində əlavə dəyər vergisi hesablanmış, qeyd edilmişdir ki, EBDJ seriyalı, 870943 nömrəli, EBDM seriyalı, 578603 nömrəli və EBDJ seriyalı, 217807 nömrəli elektron-qaimə faktura üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin xx.xx.2024cü il tarixli, **********714300 nömrəli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən, İddiaçı MMC-nin kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması barədə xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********024700 nömrəli qərarı dəyişdirilmədən saxlanılmış, “Santec" Məhdud Məsuliyyətl Cəmiyyəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmiş dəyəri 3295,00 manat (ƏDV-siz) təşkil edən xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 870943 nömrəli və xx.xx.2023-cü il tarixli, EBDM seriyalı, 578603 nömrəli elektron qaimə-fakturaların, "Feri 23 Corp” Məhdud Məsuliyyətli Cəmiyyətindən əldə edilmiş dəyəri 21440,00 manat (ƏDV-siz) təşkil edən xx.xx.2023-cü il tarixli, EBDJ seriyalı, 217807 nömrəli elektron qaimə-fakturanın Cəmiyyət tərəfindən təqdim edilmiş 2023-cü ilin mənfəət vergisi bəyannaməsində xərc kimi əks etdirilməməsi ilə bağlı qanunamüvafiq tədbirlərin görülməsi 14 saylı Ərazi Vergilər İdarəsinə tapşırılmışdır. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X2 Baş İdarəsinin xx.xx.2024cü il tarixli, **********942600 nömrəli “inzibati şikayətin təmin edilməməsi haqqında” qərarına əsasən, İddiaçı MMC-nin kameral vergi yoxlaması üzrə hesablanmış vergi məbləğinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli inzibati şikayəti təmin edilməmiş, 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********482600 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmış, Cəmiyyət tərəfindən riskli əməliyyatlarla bağlı əvəzləşməyə daxil edilmiş 5075,88 manat ƏDV məbləğindən yanvar ayında 112,14 manat və mart ayında 801,41 manat olmaqla ümumilikdə 913,55 manat məbləğin kameral vergi yoxlaması ilə ƏDV bəyannamələrinin 324-cü (əvəzləşdirilən əməliyyatların azaldılmasına görə ƏDV-nin bərpa edilən məbləği) sətrində qeyd edildiyini nəzərə alaraq yaranmış 4162,33 manat fərqlə bağlı vergi məbləğinin hesablanması 14 saylı Ərazi Vergilər İdarəsinə tapşırılmışdır. 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-14620/2024 saylı qərarına əsasən, İddiaçı MMC-yə 2024-cü ilin iyul ayı üzrə 4.273,87 manat əlavə dəyər vergisi hesablanmış, qeyd edilmişdir ki, EBDJ seriyalı, 217807 nömrəli (ƏDV məbləği 3859.2) və EBDP seriyalı, 964053 nömrəli elektron-qaimə faktura (ƏDV məbləği 414.67) üzrə aparılan əməliyyatlar riskli hesab olunduğundan əvəzləşdirilməyə əsas verməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Vergilər və başqa dövlət ödənişləri İ. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. İİ. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikasının Vergi Məcəlləsi Maddə 3. Vergilərin müəyyən edilməsinin və tutulmasının əsasları 3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini bir dəfədən artıq ödəməyə məcbur edilə bilməz. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Maddə 6. Dövlət vergiləri 6.1. Dövlət vergilərinə aşağıdakılar aiddir: 6.1.2. hüquqi şəxslərin mənfəət vergisi (bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan başqa); 6.1.3. əlavə dəyər vergisi; Maddə 11. Vergi anlayışı Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas anlayışlar 13.2.81. əmtəəsiz əməliyyat – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əməliyyatı pərdələmək məqsədilə və ya bu cür məqsəd olmadan aparılan və faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət (gəlir) əldə etmək məqsədilə rəsmiləşdirilən əməliyyatlar; 13.2.82. riskli vergi ödəyicisi – müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi risk meyarlarına cavab verən şəxsdir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması qaydasını və şərtlərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi və həmin siyahıdan çıxarılması barədə qərar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qəbul edilir; Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Maddə 37. Kameral vergi yoxlaması 37.1. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Maddə 71-1. Elektron qaimə-fakturaları 71-1.1. Bu Məcəllə ilə müəyyən edilən hallarda malları təqdim edən (göndərən), işləri görən və xidmətləri göstərən, habelə malların təsərrüfatdaxili yerdəyişməsini həyata keçirən vergi orqanında uçotda olan şəxs elektron qaimə-fakturanı təqdim (tərtib) etməlidir. 71-1.5. Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növdə elektron qaimə-faktura verilir: 71-1.5.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə; Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Maddə 103. Vergi ödəyiciləri 103.1. Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. Maddə 108. Gəlirin əldə edilməsi ilə bağlı xərclər 108.1. Bu fəsilə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır. Gəlirdən çıxılan xərclər qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. Qanunla müəyyən edilmiş qaydada rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına yol verilmir. Maddə 109. Gəlirdən çıxılmayan xərclər 109.9. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər gəlirdən çıxılan xərcləri təsdiq edən sənəd hesab edilmir. Maddə 153. Əlavə dəyər vergisi anlayışı 153.1. Əlavə dəyər vergisi (bundan sonra - ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddə 166. Vergi tutulan əməliyyatların aparıldığı vaxt 166.1. Bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı təqdim edilən mallar (işlər və xidmətlər) üçün ödəmənin aparıldığı vaxtdır. 175.11. Əmtəəsiz əməliyyatlar çərçivəsində əldə edilmiş sənədlər bu Məcəllənin 175-ci maddəsinin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas vermir. Maddə 178. ƏDV üzrə hesabat dövrü ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 iyul tarixli 265 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinin risk meyarları və vergi ödəyicisinin riskli vergi ödəyicilərinin siyahısına daxil edilməsi, həmin siyahıdan çıxarılması Qaydası və şərtləri” 1.3. Riskli vergi ödəyicisinin, o cümlədən riskli əməliyyatların meyarlarına cavab verən və əmtəəsiz və (və ya) riskli əməliyyatlar apardığına görə barəsində Vergi Məcəlləsinin 13.2.82-ci maddəsinə uyğun olaraq riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmiş vergi ödəyicilərinə dair məlumatlar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəsmi internet saytında dərc edilir (21 noyabr 2024-cü il tarixədək qüvvədə olmuş redaksiyada).

3. Riskli əməliyyatların meyarları (21 noyabr 2024-cü il tarixədək qüvvədə olmuşdur) 3.1. Vergi ödəyicisinin apardığı aşağıdakı əməliyyatlar riskli əməliyyat hesab olunur: 3.1.1. vergi ödəyicilərinin təqdim etdiyi elektron qaimə-fakturalarda aldığı və ya idxal etdiyi mal çeşidlərindən fərqli mal çeşidlərinin göstərildiyi aşkar edildikdə; 3.1.2. vergi ödəyicilərinin aldığı və ya idxal etdiyi malların həcmindən artıq həcmdə mallar təqdim etməsi halı aşkar edildikdə (artıq həcmdə təqdim edilmiş mallara münasibətdə).

Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(102)- 305/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-480/2024 nömrəli Qərarları

“İnzibati icraat haqqında” Azərbaycan Resbublikasının Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 61. İnzibati aktın əsaslandırılması 61.1. Yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2. Əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, həmçinin iddiaçı tərəfindən iddia müddətinə riayət olunması müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İddiaçı hazırkı iddia tələbi ilə cavabdehin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********024700 nömrəli, xx.xx.2024-cü il tarixli **********482600 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2-20/2- 14620/2024 nömrəli qərarlarının ləğv edilməsi xahiş edir. Cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsi İddiaçı MMC-yə “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli, **********024700 saylı qərarı ilə 2023-cü ilin mənfəət vergisi üzrə 692,20 manat məbləğində əlavə vergi, xx.xx.2024-cü il tarixli, **********482600 saylı qərarı ilə 2024-cü ilin mart ayı üzrə 801,41 manat məbləğində əlavə dəyər vergisi, xx.xx.2024-cü il tarixli, 3-21- 2-20/2-14620/2024 saylı qərar ilə 2024-cü ilin iyul ayı üzrə 4.273,87 manat əlavə dəyər vergisi hesablamışdır. Cavabdeh qeyd olunan qərarlar üzrə iddiaçı barəsində əlavə vergi məbləğinin hesablanmasının əsası kimi qeyd etmişdir ki: xx.xx.2024-cü il tarixli **********024700 saylı qərara əsasən, iddiaçı tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə apardığı əməliyyatlar riskli (əmtəəsiz) hesab olduğundan EBDV seriyalı 720584 nömrəli və EBDP seriyalı 964053 nömrəli elektronqaimə fakturalar gəlirdən çıxılan xərcləri təsdiq edən sənədlər hesab edilmir; xx.xx.2024-cü il tarixli **********482600 saylı qərara əsasən, EBDJ seriyalı 870943 nömrəli, EBDM seriyalı 578603 nömrəli elektron-qaimə fakturalar üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və EBDJ seriyalı 217807 nömrəli elektron-qaimə faktura üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə; xx.xx.2024-cü il tarixli, 3-21-2-20/2-14620/2024 saylı qərara əsasən, EBDJ seriyalı 217807 nömrəli elektron-qaimə faktura üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və EBDP seriyalı 964053 nömrəli elektron-qaimə faktura üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə aparılan əməliyyatlar riskli (əmtəəsiz) hesab olunduğundan əvəzləşdirilməyə əsas vermir. Belə ki, aparılmış vergi nəzarəti tədbirləri zamanı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim olunmuş elektron qaimə-fakturalarda əmtəəsiz əməliyyatlar aparılması faktı aşkar edilmişdir. Bu hal nəzərə alınaraq, "xxxx" MMC xx.xx.2024-cü il tarixli, "xxxx" MMC xx.xx.2024-cü il tarixli və "xxxx" MMC xx.xx.2024-cü il tarixli qərarla riskli vergi ödəyicisi hesab edilmiş və riskli vergi ödəyiciləri siyahısına daxil edilmişdir. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı MMC 2023-cü il ərzində ayrı-ayrı vaxtlarda "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC ilə 5 elektron qaiməfaktura üzrə alqı-satqı əməliyyatları apararaq dizenfeksiya malları almışdır. Əməliyyatlar həyata keçirilən tarixlərdə qeyd olunan hüquqi şəxslər riskli vergi ödəyiciləri olmamışdırlar. İddiaçı həmin hüquqi şəxslərlə 5 elektron qaimə faktura ilə əməliyyatlar həyata keçirdikdən sonra, 2024-cü ildə ayrı-ayrı vaxtlarda həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olmaları barədə qərarlar qəbul edilmişdir. İddiaçı həmin hüquqi şəxslərin riskli vergi ödəyiciləri olmaları barədə qərarlar qəbul edilməmişdən əvvəl onların riskli vergi ödəyiciləri olmalarını müəyyən edə bilməzdi. Belə ki, riskli vergi ödəyicilərinə dair məlumatlar Dövlət Vergi Xidmətinin rəsmi internet saytında yerləşdirilir və iddiaçı həmin məlumatı yalnız qeyd olunan internet saytı vasitəsilə əldə edə bilərdi. Bundan başqa vergi ödəyiciləri arasında baş tutan əməliyyatın həqiqətən əmtəəsiz baş verməsi halının mötəbər sübutlarla təsdiqinin tapması zəruridir. Malın satıcısının idxalında və e-qaimə üzrə alışında məhz həmin malların müəyyən edilməməsi, yəni, vergi ödəyicilərinin təsdiqedici sənədlərlə almadıqları malları satması, özlüyündə birmənalı olaraq əməliyyatın əmtəəsiz baş tutması kimi qiymətləndirilməməli və xüsusilə malın alıcısına münasibətdə Vergi Məcəlləsinin 109.9-cu və ya 175.11-ci maddələrinin tətbiqinə əsas verməməlidir. İnzibati icraat zamanı malların faktiki olaraq təqdim edilib-edilməməsi halı hərtərəfli araşdırılmalıdır (malların mövcudluğuna dair sübutların tələb edilməsi, operativ vergi yoxlaması və ya digər yoxlama tədbirlərinin keçirilməsi və sair). Hazırkı iş üzrə vergi orqanı vergi ödəyicisinə Vergi Məcəlləsinin 109.9-cu və 175.11ci maddələrinə əsasən vergi hesablayarkən, yalnız iddiaçı müəssisənin qarşılıqlı əməliyyat apardığı şəxslərin (mal aldığı şəxslərin) təsdiqedici sənədlərlə almadıqları malları satdıqlarının müəyyən edilməsi halından çıxış etmiş, iddiaçının apardığı əməliyyatlarda həqiqətən malların təqdim edilib-edilməməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Odur ki, lazımi qaydada aparılmayan inzibati icraat nəticəsində iddiaçı müəssisənin qarşılıqlı əməliyyatının “əmtəəsiz” kimi qiymətləndirilməsi qanunvericiliyin tələblərinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Resbublikasının Qanununun tələblərinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024-cü il tarixli **********024700 nömrəli, xx.xx.2024-cü il tarixli **********482600 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-14620/2024 nömrəli qərarları ləğv edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 32.1, 70.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı İddiaçı MMC tərəfindən verilmiş iddia təmin edilsin. Dövlət Vergi Xidməti 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qəbul edilmiş “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2024cü il tarixli **********024700 nömrəli, xx.xx.2024-cü il tarixli **********482600 nömrəli və xx.xx.2024-cü il tarixli 3-21-2-20/2-14620/2024 nömrəli qərarlar ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar