Məhkəmə qərarları › İş №2-1(114)-107/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-107/2022

31.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-107/2022 31.01.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, X10 oğlunun katibliyi, iddiaçı və digər iddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçılar Nümayəndə1 və X4 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (üçüncü şəxslər Bərdə rayon Xanərəb bələdiyyəsi və Nümayəndə2) qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailəsinə məxsus, sahiblik və istifadələrində olan 0.08 ha həyətyanı və 0.28 ha zəbt pay torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, X6 ilə 19.03.1992-ci il tarixdə ailə qurmuş, birgə nikahlarından Nümayəndə2 və Nümayəndə1 doğulmuşdur. Ailə qurduqdan sonra ailə üzvlərinə Bərdə rayonu Xanərəb kəndində 0.08 ha həyətyanı, 0.28 ha pay torpaq sahəsi və həmin torpaq sahələrinə dair Torpaq sahəsinin planı sənədi verilmişdir. 1993-cü ildən sözügedən torpaq sahəsində fərdi yaşayış evi tikərək orda yaşamış, 1999-cu ildə Nümayəndə2 və Nümayəndə1, 2003-cü ildə isə X3 Federasiyasına köçmüşlər. Nümayəndə2 və İddiaçı Rusiya Federasiyasının vətəndaşlarıdır. X6 və Nümayəndə1 arada-bir sözügedən torpaq sahəsində yerləşən fərdi yaşayış evinə gəlsə də, yaşayışa yararsız olması səbəbində orda qalmaq mümkün olmamışdır. Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş 24.09.2020-ci il tarixli, 155 saylı arayışda qeyd olunmuşdur ki, Bərdə Rayon Dövlət Arxivində 79 saylı fondda mühafizə edilən Bərdə rayon Xanərəb inzibati ərazi vahidi üzrə nümayəndəliyinin Xanərəb kəndi üzrə 1991-1995-ci illərə aid 6 saylı Təsərrüfatbaşına kitabın 459 saylı şəxsi hesabına əsasən İddiaçı ailə başçısı olmaqla adına 0.08 ha torpaq sahəsi olduğu, ailə üzvləri X2 Rahib İsrail oğlu və Nümayəndə1 olduğu göstərilmişdir. Bərdə rayon Xanərəb inzibati ərazi vahidi üzrə nümayəndəliyi tərəfindən verilmiş 17.09.2020-ci il tarixli, 386 nömrəli arayışda ərazidə torpaq islahatı aparılarkən İddiaçı adına 0.08 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində 0.41 ha zəbt qeydə alındığı göstərilmişdir. Həmin torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinin mülkiyyət hüquqlarının qeydə alınmasına dair müraciətə cavabdeh tərəfindən **********14 nömrəli, 10.09.2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Odur ki, cavabdehin imtinasını əsassız hesab edərək məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İş üzrə Gəncə İnzibati Məhkəməsinin 19.11.2021-ci il tarixli qərardadı ilə Bərdə rayon Xanərəb bələdiyyəsi, X6, Nümayəndə2, Nümayəndə1 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. 16.12.2021-ci il tarixdə iddiaçının nümayəndəsi Nümayəndə1 «iddianın dəqiqləşdirilməsinə dair» ərizə təqdim edərək, İddiaçı xarici ölkə vətəndaşı olduğu üçün iddiaçının əsl iddiaçı X6 ilə əvəz edilməsini, onun üçüncü şəxs qismində cəlb edildiyini bildirərək, üçüncü şəxslər siyahısından çıxarılaraq özünün də iddiaçı kimi cəlb edilməsini xahiş etmiş, Məhkəmənin 16.12.2021-ci il tarixli qərardadı ilə ərizələr inzibati məhkəmə icraatına qəbul edilmişdir. Bundan onra iddiaçı Nümayəndə1 öz adından və nümayəndəsi olduğu digər iddiaçı X4 adından yazdığı 18.01.2022-ci il tarixli ərizəsi ilə sahiblik və istifadələrində olan Bərdə rayon Xanərəb kəndində yerləşən 0.08 ha həyətyanı və 0.28 ha zəbt pay torpaq sahəsi üzərində mülkiyyət hüququnu qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 31.01.2022-ci il tarixli məhkəmə iclasının protokol qərardadı ilə ərizə icraata qəbul olunmuşdur. Məhkəmə iclasında iddiaçı iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh **********94 nömrəli, 04.10.2021-ci il tarixli etiraz göndərərək bildirmişdir ki, Azərbaycan Respublikasında Aqrar İslahat aparılmış və “Torpaq islahatı haqında“ Azərbaycan Respublikası Qanununa əsasən Aqrar İslahat Komissiyasının qərarları ilə vətəndaşın qanuni istifadəsində olan həyətyanı və kənd təsərrüfatı təyinatlı torpaq sahələri onların xüsusi mülkiyyətinə verilmişdir. Həmin torpaq sahələrinin qeydiyyata alınaraq torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə və eyni zamanda kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin Dövlət Aktlarında hazırlanaraq vətəndaşlara verilməsi ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbələri tərəfindən həyata keçirilmişdir. İslahat zamanı ona və ailə üzvlərinə verilməli olan 0.08 həyətyanı torpaq sahəsinin hansı səbəbdən torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin hazırlanaraq verilməməsi onlara məlum deyil. Müraciətlə əlaqədar arxiv araşdırılması zamanı İddiaçı və onun ailə üzvlərinin adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin arxiv nüsxəsinin olduğu aşkar olunmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, iş üzrə tərəflərə təqdim edilmiş və formal tələblərə cavab verən məhkəmə bildirişində tərəflərə iclasa gəlmədiyi halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə araşdırmasının predmetini Xanərəb bələdiyyəsi tərəfindən təsdiq edilən, Bərdə RİH-in Xanərəb kənd İƏD üzrə nümayəndəliyi ilə razılaşdırlımış, İddiaçı məxsus 0.08 ha torpaq sahəsinin planı, Bərdə Rayon Dövlət Arxivinin 24.09.2020-ci il tarixli, 155 nömrəli məktubu, Bərdə RİH-in Xanərəb kənd İƏD üzrə nümayəndəliyinin 386 nömrəli, 17.04.2020-ci il tarixli arayışı, Bərdə RİH-in Xanərəb kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 653 nömrəli, 30.12.2019-cu il tarixli arayış, cavabdehin iddiçıya ünvanladığı **********14 nömrəli, 10.09.2020-ci il tarilxi imtina məktubu, JN-0271 (Kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, cavabdehin məhkəməyə ünvanladığı **********94 nömrəli, 04.10.2021-ci il tarixli etirazı, Məhkəmənin sorğusu əsasında alınan Bərdə rayonu, Xanərəb kəndi üzrə (“Şəhriyar” təsərrüfaı) pay torpaq sahəsinə dair subyektlərinin siyahısından İddiaçı və ailə üzvlərinin adları qeyd olunmuş hissənin təsdiq olunmuş surəti təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia qismən təmin edilməlidir. İddianın ümumi mümkünlük şərtlərinə əməl olunmuşdur. Belə ki, iddiaçılar iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmişdir. İddiaçılar tərəfindən qaldırılmış öhdəliyin icrası haqqında iddia (İPM-in 34.1-ci maddəsi) mümkün iddiadır. Belə ki, iddiaçı onun müraciətinin təmin edilməsindən cavabdehin imtinasında ehtiva olunan hərəkətin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı tərəf hazırkı tələblə bağlı əvvəlcədən cavabdehə müraciət etmiş, cavabdeh inzibati orqan bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. İddia həm də qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş Bərdə RİH-in Xanərəb kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 653 nömrəli, 30.12.2019-cu il tarixli arayışdan görünür ki, 0271 saylı Dövlət Aktındakı 239 ha pay torpağı X4 faktiki istifadəsindədir. İş materiallarına əlavə edilmiş Bərdə RİH-in Xanərəb kənd İƏD üzrə nümayəndəliyinin 386 nömrəli, 17.04.2020-ci il tarixli arayışdan görünür ki, həmin ərazidə torpaq islahatı aparılarkən İddiaçı adına 0.08 ha həyətyanı torpaq sahəsi və həmin həyətyanı torpaq sahəsində 0.28 ha zəbt qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş Xanərəb bələdiyyəsi tərəfindən təsdiq edilən, Bərdə RİH-in Xanərəb kənd İƏD üzrə nümayəndəliyi ilə razılaşdırlımış, İddiaçı məxsus 0.08 ha torpaq sahəsinin planında sözügedən 0.08 ha torpaq sahəsi və 0.2570 ha artıq torpaq sahəsinin zəbt torpaq sahəsi kimi qeydə alınmış və həmin hissə uyğun olaraq ştrixlənmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Dövlət Arxivinin 24.09.2020-ci il tarixli, 155 nömrəli məktubunda bildirilmişdir ki, Bərdə Rayon Dövlət Arxivində 79 saylı fondda mühafizə olunan Bərdə rayon Xanərəb İnzibati Ərazi Vahidi üzrə Nümayəndəliyinin Xanərəb kəndi üzrə 1991-1995-ci illərə dair 6 sayılı Təsərrüfatbaşına kitabın 459 saylı şəxsi hesabına əsasən İddiaçı ailə başçısı olduğu, adına 0.08 ha torpaq sahəsinin olduğu, ailə üzvlərinin X6, Nümayəndə2 və Nümayəndə1 kimi qeyd olunduğu göstərilmişdir. İş materiallarına əlavə edilmiş JN-0271 (Kod ********) nömrəli, 08.02.2002-ci il tarixli torpağa mülkiyyət hüququna dair X11 Rayon Aqrar İslahat Komissiyasının 30.05.1998-ci il tarixli, 08 saylı qərarı ilə kənd təsərrüfatı təyinatlı 2.39 ha torpaq sahəsinin mülkiyyətçisi İddiaçı və ailə üzvləri kimi X9, Nümayəndə2 və Nümayəndə1 göstərilmişdir. Məhkəmənin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC tərəfindən göndərilmiş, Xanərəb İƏV icra nümayəndəsi, onun müavini və Bərdə Rayonlararası Yerquruluşu İdarəsinin mühəndisi tərəfindən imzalanmış Bərdə rayonu, Xanərəb kəndi üzrə (“Şəhriyar” təsərrüfatı) pay torpaq sahəsinə dair subyektlərin siyahısında İddiaçı, X6, Nümayəndə2 və Nümayəndə1 0.08 ha torpaq sahəsinin, 0.36 zəbt torpaq sahəsinin olduğu göstərilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Belə əsaslardan biri kimi, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, habelə adıçəkilən Qanunun 8ci maddəsində sadalanan əsaslar analoji qaydada Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində də nəzərdə tutulmuşdur. İddiaçılara Bərdə rayonu “Şəhriyar” adına kolxozun X12 Komissiyasının qərarı ilə verilmiş, 0.08 ha torpaq sahəsi hazırkı vaxtadək mübahisələndirilməmiş və qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. Ona görə də həmin qərar iddiaçıların torpaq sahəsinin onların adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsasdır. Bundan əlavə iddiaçıların tələbinə görə 0,28 ha torpaq sahəsinə də dövlət reyestrindən çıxarış verilməlidir. Məhkəmə qeyd edir ki, həm “Torpaq islahatı haqqında” Qanunun 9 və 10-cu maddələrində, həm də Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndində qeyd edilmişdir ki, vətəndaşların qanuni istifadəsində olan torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir və fərdi yaşayış evlərinin, həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Bərdə rayon X12 Komissiyasına Bərdə Rayon İcra Hakimiyyəti başçısının Xanərəb kənd inzibati ərazi nümayəndəliyi “Şəhriyar” kolxozunun islahatı ilə əlaqədar Xanərəb kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısından görünür ki, 1987-ci sırada olan iddiaçıların qanuni istifadəsində olan həyətyanı sahə 0,08 ha-dır. Göründüyü kimi, qanunvericiliyə görə qanuni istifadədə olan torpaqlar qanuni istifadəyə götürülən ölçüdə əvəzsiz olaraq mülkiyyətə verildiyindən, iddiaçının da qanuni istifadəsində 0,08 ha torpaq sahəsi olduğundan həyətyanı torpaq sahəsinə bitişik olan iddiaçıların qanuni istifadəsində olmayan 0,28 ha torpaq sahəsi dövlət reyestrində hüququn qeydə alınması üçün qanuni əsas mövcud deyildir. İşin yuxarıda şərh olunan faktiki hallarından görünür ki, hal-hazırda sözügedən 0,08 ha torpaq sahəsi iddiaçıların faktiki sahibliyindədir və onlar, mübahisələndirilən torpaq sahəsində fərdi yaşayış evi inşa etdirərək, bir müddət həmin evdə ailəsi ilə bilikdə yaşamışlar. Beləliklə ki, məhkəmədə tədqiq edilmiş sənədlərin məzmunundan müəyyən olunur ki, Bərdə rayonu Xanərəb kəndi ərazisində yerləşən 0,08 ha torpaq sahəsi Bərdə rayon X12 Komissiyasının qərarı əsasında iddiaçılara verilmiş və həmin vaxtdan da, qeyd olunan torpaq sahəsi onların istifadəsində və sahibliyindədir. Digər tərəfdən, iddiaçı Bərdə rayonu Xanərəb kəndində rəsmi qeydiyyatdadır. Mübahisələndirilən torpaq sahəsinin iddiaçıların qanuni sahibliyinə verilməsi iş materiallarında olan Bərdə rayon X12 Komissiyasına Bərdə Rayon İcra Hakimiyyəti başçısının Xanərəb kənd inzibati ərazi nümayəndəliyi “Şəhriyar” kolxozunun islahatı ilə əlaqədar Xanərəb kəndində yaşayan pasport qeydiyyatında olan torpaq payı almaq hüququ olan vətəndaşların siyahısı ilə də təsdiq edilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə görə, torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və X12 komissiyaları aparır. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə, X12 Komissiyası aqrar islahat haqqında izahat işi aparır; əmək kollektivi və ərazidə yaşayan vətəndaşların rəyi nəzərə alınmaqla torpaq və əmlak bölgüsü, təsərrüfat formalarının seçilməsi və digər mühüm məsələlər haqqında təkliflər hazırlayır, aidiyyəti üzrə təqdim edir, səlahiyyətinə aid məsələlər üzrə qərarlar qəbul edir və icrasını həyata keçirir... «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin, fərdi kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamənin: 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Beləliklə iş materiallarında olan sənədlərlə iddiaçıların qanuni əsaslarla sözügedən torpaq sahəsinə sahiblik etdiyi müəyyən olunduğundan Bərdə rayonu “Şəhriyar” adına kolxozun X12 Komissiyasının qərarı ilə verilmiş, 0.08 ha torpaq sahəsi üzərində onların hüquqlarının qeydiyyata alınmasından imtina olunması iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun:- - 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Yuxarıda şərh olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar Bərdə rayonu “Şəhriyar” adına kolxozun X12 Komissiyasının qərarı ilə verilmiş, 0.08 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət reyestrində qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə malikdir. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. İddiaçılar Nümayəndə1 və X1 və istifadəsində olan Bərdə rayonu Xanərəb kəndində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeyiyyata alınması vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə edilsin. İddia qalan hissədə rədd olunsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar