Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1070/2020 24.11.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Musayeva Ülviyyə İlham qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş idarəsinin xx.xx.2017ci il tarixli, 1/R-4201 nömrəli və xx.xx.20N-cu il tarixli 1/R-2923 nömrəli məktubları ilə hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat olmadığından İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Bununla razılaşmayan iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etməyini müəyyən edərək, ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, N92-N94-cü il tarixdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N və N nömrəli hərbi hissələrin tərkibində iştirak etmişdir. Baş çavuş rütbəsində xidmət aparmış, həmin müddət bir neçə döyüş əməliyyatlarında iştirak etmişdir. Bu barədə N nömrəli hərbi hissə komandirinin əmrindən çıxarış da var. Barəsində heç bir təqsirləndirici material olmamışdır. Onun döyüş yoldaşları var, onun döyüş yolu barədə şahidlik edə bilərlər. Veteran adının və vəsiqəsinin verilməsindən imtina edilmiş və o, imtina sənədini alıb aidiyyəti üzrə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmə faktını müəyyən edərək, veteran adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin üzərinə qoyulması üçün məhkəmə qətnaməsinə ehtiyac var. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş şəxslər müharibə veteranı sayılırlar, o şərtlə ki, həmin şəxslər döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməsin, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməmiş olsun. Barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya aministiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxs olmasın. Bundan başqa, müdafiə orqanları tərəfindən arayışlar, hərbi biletlər, əmrlərdən çıxarış hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda müharibə veteranı adının verilməsi üçün əsas hesab edilmişdir. İddiaçı əvvəlki məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin məlumatına əsasən X1 qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumat aşkar edilməmişdir. İş üzrə tərəflərə hazırki şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surəti, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2017-ci il tarixli, 1/R-4201 nömrəli və xx.xx.20N-cu il tarixli, 1/R-2923 nömrəli imtina məktubları, N () nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 3 nömrəli, xx.xx.N93-cü il tarixli, 103 nömrəli, xx.xx.N92-ci il tarixli, 311 nömrəli və xx.xx.N92-ci il tarixli, 232 nömrəli əmrlərindən çıxarışlar, xx.xx.2020-ci il tarixli, 134 nömrəli “Yaşayış yeri haqqında” arayış, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli, HP01/581 nömrəli məktubu, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx.xx.2017-ci il tarixli, 9/2 N129 nömrəli arxiv arayışı və xx.xx.2020-ci il tarixli, 9/2-6752 nömrəli məktubunun surəti, xx.xx.2010-cu il tarixli, AO ******* nömrəli hərbi biletin təsdiqlənmiş surəti və iddiaçının qeydiyyat kartasının təsdiqlənmiş surəti əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmamışdır. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxxxxx 2017-ci il tarixli, 9/2-N129 nömrəli arxiv arayışından görünür ki, müqavilə əsasında hərbi xidmətə götürülmüş X3 N nömrəli hərbi hissə komandirinin xx.xx.N91-ci il tarixli, 3 nömrəli əmrilə 1-ci bölüyə təyin edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 305 nömrəli əmrində (əmrdə adı Səfxan yazılmışdır) İddiaçı ərzaq anbarının rəisi vəzifəsinə təyin olunması və komandirin xx.xx.N93-cü il tarixli, 103 nömrəli əmrində (əmrdə adı Səfxan yazılmışdır) kiçik gizir hərbi rütbəsində İddiaçı İİİ MSR-də starşina vəzifəsinə təyin edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 5 nömrəli yoxlama əmrində (əmrdə adı Səfxam yazılmış, atasının adı isə yazılmamışdır) kiçik gizir hərbi rütbəsində Səfxam Rüstəmovun adının döyüş sərəncamına əsasən öz mövqeydində olan şəxsi heyətin siyahısında olması və xx.xx.N94cü il tarixli, 11 nömrəli yoxlama əmrində (əmrdə adı Səbxan yazılmışdır) gizir hərbi rütbəsində X2 adının döyüş tapşırıqlarını yerinə yetirən şəxsi heyətin siyahısında olması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin may-iyun N94-cü il tarixli nizami hissə ürə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında X1 xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivinin xx xxxx 2020-ci il tarixli, 9/2-6752 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 3 nömrəli əmrində (əmrdə adı Sərxan yazılmışdır) X1 müqavilə əsasında hərbi xidmətə götürülərək 1-ci bölüyün tərkibinə daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 305 №-li əmrilə İddiaçı tutduğu vəzifədən azad edilərək ərzaq anbarının rəisi vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N92-ci il tarixli, 311 №-li əmrində (əmrdə atasının adı yazılmamışdır) könüllü İddiaçı həqiqi xidmət üçün lazimi sənədləri hazırlanana kimi hərbi hissədən azad edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 003 №-li əmrilə İddiaçı 4 (dörd) günlük Bakı şəhərinə ezam edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 065 №-li əmrilə (əmrdə hərbi rütbəsi “kiçik gizir” yazılmışdır) kiçik gizir İddiaçı hissə növbətçisi təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 067 №-li əmrilə (əmrdə hərbi rütbəsi “kiçik gizir” yazılmışdır) kiçik gizir İddiaçı hissə növbətçisi təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 090 №-li əmrilə (əmrdə hərbi rütbəsi “kiçik gizir” yazılmışdır) kiçik gizir İddiaçı müvəqqəti olaraq anbardar vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 103 nömrəli əmrilə (əmrdə hərbi rütbəsi “kiçik gizir” yazılmışdır) kiçik gizir İddiaçı starşina vəzifəsinə təyin edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 29 №-li əmrində (əmrdə atasının adı yazılmamışdır) avqust N93-cü il tarixi üçün üçqat əmək haqqı almış şəxsi heyətin siyahısında İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli, 52 №-li əmrində (əmrdə adı Sərxan, hərbi rütbəsi “çavuş” yazılmışdır) çavuş X1 oktyabr N93-cü il tarixi üçün üçqat əmək haqqı alması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 5 №-li əmrində (əmrdə atasının adı yazılmamış, hərbi rütbəsi “kiçik gizir” yazılmışdır) şəxsi heyətin siyahısında kiçik gizir İddiaçı adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 11 №-li əmrində (əmrdə adı “Səbxan”, hərbi rütbəsi “gizir” yazılmışdır) döyüş tapşırığını yerinə yetirmiş şəxsi heyətin siyahısında gizir X2 adı qeyd edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 38 №-li əmrində (əmrdə adı “Sərxan” yazılmışdır) hərbi hissəni özbaşına tərk etdiyi üçün kiçik gizir X1 bütün növ təminatlardan və ştatdan kənar çıxarılaraq haqqında cinayət işinin qaldırılması barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli, 66 №-li əmrində (əmrdə adı “Sərxan”, hərbi rütbəsi “kiçik gizir” yazılmışdır) hərbi hissəni tərk edib yenidən qayıdan kiçik gizir X1 bütün növ təminatlara daxil edilərək haqqında cinayət işinin qaldırılması barədə məlumat vardır. N №-li hərbi hissənin zabit və gizir heyətinin əlifba qeydiyyatı kitabında kiçik gizir İddiaçı 18ci maddənin “e” bəndinə müvafiq olaraq Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N94-cü il tarixli əmrinə əsasən hərbi rütbəsindən məhrum edilməklə hərbi xidmətdən ehtiyyata tərxis edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin martaprel N94-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat aşkar edilməmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin xx.xx.2020-ci il tarixli məktubuna əlavə edilmiş qeydiyyat vərəqəsinin (kartasının) surətindən məlum olur ki, İddiaçı N83-N85-ci illər üzrə hərbi xidməti barədə qeydiyyat aparılmışdır. Göründüyü kimi cavabdeh inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina etməsinə səbəb sonuncunun hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılmaması olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N95-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88ci il fevralın 1-dən N94-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Azərbaycan Respublikası Müdafiə Nazirinin x xxxxxx N98-ci il tarixli, 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən, N91-ci il oktyabrın 9-dan N94cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsində hərbi xidmətin başlanğıcı və sonu müəyyən edilmişdir: başlanğıc – hərbi vəzifəlilər üçün xidmət yerinə yola düşdükləri gün; son – hərbi qulluqçunun hərbi xidmətdən ehtiyata buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gündür. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nətİcəvİ h İ s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonar qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1070/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1070/2020
24.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver