Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1073/2024 28.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2023-cü il tarixli, 19 nömrəli əmrinin ləğv edilməsi, onun Cavabdehnə hakim köməkçisi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 2001-ci il tarixdə Rusiya Federasiyası Tümen Dövlət Universitetinin Hüquq fakultəsini bitirmiş, xx.xx.2002-cı il tarixdən Qazax rayon Məhkəməsində məsləhətçi vəzifəsinə təyin edilmiş, 2004-cü ildə məsləhətəçi vəzifəsi böyük məsləhətçi vəzifəsi ilə əvəz edilmişdir. xx.xx.2011-ci il tarixdə Cavabdehnə hakim köməkçisi vəzifəsinə keçirilmiş, həmin vaxtdan xx.xx.2023-cü il tarixədək həmin vəzifədə qüsursuz olaraq işləmişdir. Lakin Cavabdeh xx.xx.2023-cü il tarixli, 19 saylı əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Əmr onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası X1 məktubunda göstərilir ki, Rusiya Federasiyası Tümen Dövlət Universitetinin tərəfindən 2001-ci ildə iddiaçıya verilən xarici dövlətin ali təhsilə aid kvlaifikasiyası (diplomu) tanınmamış və ona şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən Dövlət X2 33.1.4-cü maddəsinə əsasən dövlət qulluqçusu kimi işə qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Əmrlə razı deyil. Belə ki, Universiteti 2001-ci ildə bitirmiş, işə 2002-ci ildə qəbul olunmuş, həmin vaxt məhkəmə məsləhətçisi kimi işə təyin olunarkən şəxsi işi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Kadrlar İdarəsinə təqdim olunmuş, Nazirliyin Kadrlar İdarəsi tərəfindən işə təyin olunmağı ilə bağlı Qazax Rayon Məhkəməsinə razılıq məktubu göndərilmişdir. İşə təyin olunmağı həmin vaxt qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin muəyyən edilməsi (nostrifikasiyası) Qaydaları" 2003-cü ildən sonrakı münasibətlərə tətbiq edilməlidir. Mübahisləndirilən əmr çıxararkən Dövlət X2 13.2-ci maddəsinə və 33.1.4-cü maddəsinə isdinad etmişdir. Həmin normalar səhv tətbiq edilmişdir. Qanunun 33.1.4-cü maddəsi dövlət qulluqçusunun işə qəbul edildiyi zaman qanunvericiliyin tələblərinin pozulması hallarında fəaliyyətinə xitam verməni nəzərdə tutur. İddiaçı iddianı müdafiə etmişdir. Cavabdeh işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Cavabdeh xx.xx.2023-cü il tarixli, 19 nömrəli əmrinin məzmununda qeyd olunur ki, Azərbaycan Respublikası X4 tərəfindən Cavabdehnə Dövlət qulluğuna qanunvericiliyin tələblərin pozulması hallarının aradan qaldırılması haqqında xx.xx.2023-cü il tarixli rəsmi məktubu daxil olmuşdur. Məktubda qeyd edilmişdir ki, "Dövlət qulluqçularının Reyestri informasiya sisteminə daxil edilmiş, təhsil barədə məlumatların araşdırılması üçün X4 tərəfindən Elm və Təhsil Nazirliyinə göndərilmiş sorğuya verilmiş cavab əsasında müəyyən edilmişdir ki, məhkəmənin aparatında çalışan İddiaçı adına yazıldığı və Rusiya Federasiyasının Tümen Dövlət Üniversitet tərəfindən 2001-ci ildə verildiyi xarici dövlətin ali təhsilə aid kvalifikasiyası (diplomu) tanımamış və ona şəhadətnamənin verilməsindən imtina edilmişdir" Cavabdehndə İddiaçı aid şəxsi işi araşdırılmış, müəyyən olunmuşdur ki, İddiaçı 26 mart 2002-ci il tarixdə Qazax rayon məhkəməsinə böyük məsləhətçi vəzifəsinə təyin olunmuş 16 fevral 2011-ci il tarixdən Cavabdehnə hakim köməkçisi vəzifəsinə dəyişdirilmişdir. Onun şəxsi işində ona məxsus Rusiya Federasiyasının Tümen Dövlət Üniversitet tərəfindən ona verilən diplomun AR Təhsil Nazirliyi tərəfindən tanınması barədə heç bir rəsmi sənəd aşkar edilməmişdir. Azərbaycan Respublikası X4 tərəfindən məhkəməyə ünvalanan rəsmi məktubdan da aşkar olunur ki, İddiaçı məxsus Rusiya Federasiyasının Tümen Dövlət Üniversiteti tərəfindən verilmiş diplom tanınmamışdır. Ona görə də qeyd edilənləri nəzərə alaraq qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görülməsi və mərkəzə məlumat verilməsi xahiş olunmuşdur. X3 Azərbaycan Respublikası qanunun 13.2-ci maddəsinə əsasən inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. Aşkar olunmuş fakta əsasən onun Cavabdehndə hakim köməkçisi vəzifəsində işləməsi Azərbaycan Respublikası Dövlət X2 tələblərinə ziddir. X3 Azərbaycan Respublikası qanunun 33.1.4-cü maddəsinə əsasən dövlət qulluqçusu qanunvericiliyin tələbləri pozulmaqla işə qəbul edildikdə dövlət qulluğunda fəaliyyətinə xitam verilə bilər. -surəti işə əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasında olan qeydlərdən görünür ki, İddiaçı 2001-ci ildə Rusiya Federasiyasının Tümen Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş və bu barədə ona müvafiq diplom verilmişdir. xx.xx.2002-ci il tarixdə Qazax Rayon Məhkəməsinə məsləhətçi vəzifəsinə qəbul edilmiş, həmin məhkəmənin xx.xx.2003-cü il tarixli əmri ilə böyük məsləhətçi vəzifəsinə keçirilmiş və ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2011-ci il tarixdə Cavabdehnə hakim köməkçisi vəzifəsinə dəyişdirildiyinə görə Qazax Rayon Məhkəməsindən işdən azad edilmişdir. -X1 Cavabdehnə müraciətində F.X5 Universiteti tərəfindən verilmiş diplomun tanınmadığı bildirilmiş və müvafiq tədbir görülməsi xahiş olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 2001-ci ildə Rusiya Federasiyasının Tümen Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş və bu barədə ona müvafiq diplom verilmiş, xx.xx.2002-ci il tarixdə Qazax Rayon Məhkəməsinə məsləhətçi vəzifəsinə qəbul edilmiş, həmin məhkəmənin xx.xx.2003-cü il tarixli əmri ilə böyük məsləhətçi vəzifəsinə keçirilmiş və ona kiçik dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2011-ci il tarixdə Cavabdehnə hakim köməkçisi vəzifəsinə dəyişdirildiyinə görə Qazax Rayon Məhkəməsindən işdən azad edilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli əmri ilə X1 Cavabdehnə ünvanladığı müraciətə əsasən iddiaçının dövlət qulluğunda fəaliyyətinə Dövlət X2 13.2 və 33.1.4-cü maddələrinə əsasən xitam verilmişdir. İddiaçı həmin əmrin ləğv edilməsi barədə iddia qaldırmış, tələbini onunla əsaslandırmışdır ki, ona diplom verilərkən və Azərbaycan Respublikasında işə qəbul olunarkən xarici ölkənin ali təhsil müəssisələri tərəfindən verilmiş diplomların tanınması qaydaları mövcud olmamış, ona görə də yaranmış hüquq münasibətlərinə Dövlət X2 13.2 və 33.1.4-cü maddələri tətbiq edilə bilməz. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti Cavabdeh xx.xx.2023-cü il tarixli, 19 nömrəli əmrinin qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə hazırki mübahisəyə tətbiq edilməli normativ hüquqi aktlara və məhkəmə iclasında araşdırılmış sübutlara istinadən aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. -“Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun həyata keçirilməsi ilə əlaqədar bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi “Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında Konvensiya”da nəzərdə tutulmuş ali təhsil sahəsində xarici ixtisasların tanınması məsələləri üzrə Azərbaycan respublikası tərəfindən səlahiyyətli orqan təyin edilmişdir. -Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları” təsdiq edilmişdir (qüvvədən düşüb). -Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. -Dövlət X2 13.2-ci maddəsinə əsasən inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. -“İnzibati icraat haqqında” Qanunun:- -13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. -19.1-ci maddəsinə görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunur ki, iddiaçının Azərbaycan Respublikasında işə qəbul edildiyi zaman (2002-ci il) xarici dövlətlərin ali təhsil müəssisələri tərəfindən verilmiş diplomların tanınması və s. barədə normativ sənədlər mövcud olmamış və iddiaçı hüquq ixtisası üzrə işlə təmin edilmiş, habelə ona dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. -Belə olduğu təqdirdə, iddiaçının müvafiq ali təhsilinin olmaması əsası ilə onun dövlət qulluğunda fəaliyyətinə xitam verilməsi İnzibati icraat haqqında Qanununda nəzərdə tutulan etimad prinsipinə ziddir. Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. -70.1 maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə işin faktiki hallarına və qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2023-cü il tarixli, 19 nömrəli əmri ləğv edilməli, iddiaçı əvvəlki vəzifəsinə bərpa edilməklə ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, 19 nömrəli əmri ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməklə ona məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1073/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1073/2024
28.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver