Məhkəmə qərarları › İş №2-1(114)-1076/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1076/2020

08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1076/2020 08.10.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2020ci il tarixli, N/M-2754 nömrəli məktubu ilə xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək xidmət etdiyi hərbi hissə Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissəsinin siyahısında olmadığı, döyüş tapşırığını yerinə yetirmək məqsədilə döyüş bölgəsində yerləşən hərbi hissələrə ezam olunması və yaralanması barədə arxiv sənədlərində məlumat aşkar olunmadığına görə İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. İmtinanı qanunsuz hesab edən iddiaçı hazırkı məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakını nəzərə alaraq veteran adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Goranboy rayon Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, xidmətə N nömrəli hərbi hissədə başlamışdır. xx.xx.N992ci il tarixdə hərbi hissənin bütün növ təminatlarına daxil edilmiş və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşləri görüb, komandirin əmri ilə Goranboy rayon istiqamətində gedən döyüşlərdə iştirak etmək üçün N nömrəli hərbi hissənin tərkibində xidmətə başlamışdır. O, zenit pulemyot manqasında vəzifəsində, sıravi rütbəsində xidmət aparmışdır. Həmin müddət bir neçə döyüş əməliyyatlarında iştirak etmiş, barəsində heç bir təqsirləndirici material olmamışdır. Onun döyüş yoldaşları var, onun döyüş yolu barədə şahidlik edə bilərlər. Goranboy rayonu istiqamətində gedən döyüşlərdə iştirak etmiş və N996-cı ilin son aylarında tərxis olunmuşdur. Onun hərbi biletində hərbi hissənin tərkibinə daxil olması və hərbi hissənin tərkibindən çıxışı var, lakin veteran adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi məhkəməyə iddia tələbinə dair etiraz ünvanlayaraq bildirmişdir ki, iddiaçının xx xxxx N995-ci il tarixdən xidmət keçdiyi N nömrəli hərbi hissə “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısına əsasən xx xxxxx N993-cü il tarixdən xx xxx N994-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmiş, ümumilikdə N nömrəli hərbi hissədə xidmət xx xxx N994-cü il tarixdən sonraya təsadüf etmişdir. Həmçinin, iddiaçının xidmət keçdiyi 306, N nömrəli hərbi hissələr “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”na əsasən döyüş əməliyyatlarında iştirak etməmiş, iddiaçının döyüş tapşırığı və ya döyüş təminatı ilə əlaqədar tapşırıqların yerinə yetirilməsi məqsədilə döyüş bölgsəində yerləşən hərbi hissələrə ezam olunmağı və yaralanmağı barədə məlumat mövcud deyildir. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İş üzrə cavabdehə şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, iddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir. İddia tələbindən məlum olur ki, iddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etdiyini bildirib müharibə veteranı adı və vəsiqəsi alması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin imtina cavabı almış və iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona müharibə veteranı adının və vəsiqəsinin inzibati orqanın üzərinə vəzifə olaraq qoyulmasını xahiş etmişdir. İş materialları ilə, habelə məhkəmə tərəfindən işin tədqiq edilmiş halları ilə iddia tələbinin hüquqi əsasının olmadığı müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx xxxxxx 20N9-cu il tarixli, 9/2-N8594 nömrəli arxiv arayışının surətindən görünür ki, N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N992-ci il tarixli, 4N nömrəli əmrində (əmrdə adı və atasının adı tam yazılmamışdır) V.M.Məhəmmədovun şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N994-cü il tarixli, N85 nömrəli əmrində (əmrdə soyadı Məhəmmədov yazılmışdır) sıravi XN xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq, N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilməsi barədə məlumat vardır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə əsasən, ehtiyata tərxis olunmuş, Zenit pulemyot manqasında hesab nömrəsi, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N996-cı il tarixli, 305 nömrəli əmrilə xx.xx.N996-cı il tarixdən şəxsi heyətin siyahıısndan və bütün növ təminatlardan çıxarılaraq, qeydiyyata düşmək üçün Goranboy RHK-na göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin yanvar N994-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx xxxx 2020-ci il tarixli, 9/2-6N76 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N994-cü il tarixli, N85 №-li əmrilə (əmrdə soyadı Məhəmmədov yazılmışdır) müddətli hərbi qulluqçu, sıravi X2 xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, N974-cü il təvəllüdlü, sıravi X2 N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N994-cü il tarixli, N35 №-li əmrilə (əmrdə soyadı Məhəmmədov yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin mart N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissədən həqiqi hərbi xidmətini davam etdirmək üçün gəlmiş, N974-cü il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N995-ci il tarixli, N №-li əmrilə (əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) bütün növ təminatlara daxil edilərək 2-ci bölükdə baş atıcı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (xx.xx.N993-xx.xx.N997-ci il,səh-93,sıra-N08; qeyd: məlumatda çağırıldığı tarix “xx.xx.N992”, “xx.xx.N995” yazılmışdır) Goranboy RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü, İddiaçı xx.xx.N995-ci il tarixli, 0N №-li əmrilə hərbi hissəyə daxil olması və ehtiyata tərxis olunduğu üçün hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 305 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx xxx N995-ci il tarixli, 0N №-li əmrində N974-cü il təvəllüdlü, sıravi İddiaçı adı şəxsi heyətin siyahısında 5-ci bölüyün tərkibində snayper vəzifəsində qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə Goranboy RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü, 5-ci bölüyün zenit pulemyot manqasının hesab nömrəsi, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N996-cı il tarixli, 305 №-li şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Goranboy RHK-nın sərəncamına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx xxxx 2020-ci il tarixli, 9/2-6750 nömrəli məktubundan görünür ki, N №-li hərbi hissə komandirinin xx.xx.N992-ci il tarixli, 4N №-li əmrində (əmrdə soyadı “Məhəmmədov” yazılmış, adı və atasının adı tam yazılmamışdır) Bakı ŞHK-dan çağırılmış V.M.Məhəmmədovun şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli, N77 №-li əmrilə sıravi İddiaçı atıcı vəzifəsinə təyin edilmişdir. Hərbi hissəni özbaşına tərk etdiyi üçün mühafizə bölüyünün sıravisi X2 N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, 86 №-li əmrilə (əmrdə soyadı “Məhəmmədov” yazılmışdır) xx.xx.N994-cü il tarixdən bütün təminat növlərindən azad edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli, NN0 №-li əmrində (əmrdə soyadı “Məhəmmədov” yazılmış, adı və atasının adı tam yazılmamışdır) sıravi V.M.Məhəmmədovun mühafizə bölüyünün ştatdan kənar atıcısı vəzifəsinə təyin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N994-cü il tarixli, N85 №-li əmrilə (əmrdə soyadı Məhəmmədov yazılmışdır) müddətli hərbi qulluqçu, sıravi X2 xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N994-cü il tarixli, N85 №-li əmrilə (əmrdə soyadı Məhəmmədov yazılmışdır) müddətli hərbi qulluqçu, sıravi X2 xx.xx.N994-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq N nömrəli hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissədən hərbi xidmətini davam etdirmək üçün gəlmiş, N974-cü il təvəllüdlü, sıravi X2 N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N994-cü il tarixli, N35 №-li əmrilə (əmrdə soyadı Məhəmmədov yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin mart N995-ci il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissədən həqiqi hərbi xidmətini davam etdirmək üçün gəlmiş, N974-cü il təvəllüdlü, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxx N995-ci il tarixli, N №-li əmrilə (əmr hərbi hissə komandiri və qərargah rəisi tərəfindən imzalanmamışdır) bütün növ təminatlara daxil edilərək 2-ci bölükdə baş atıcı vəzifəsinə təyin edilmişdir. N nömrəli hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitabında (xx.xx.N993-xx.xx.N997-ci il,səh- 93,sıra-N08; qeyd: məlumatda çağırıldığı tarix “xx.xx.N992”, “xx.xx.N995” yazılmışdır) Goranboy RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü, İddiaçı xx.xx.N995-ci il tarixli, 0N №-li əmrilə hərbi hissəyə daxil olması və ehtiyata tərxis olunduğu üçün hərbi hissə komandirinin xx.xx.N996-cı il tarixli, 305 №-li əmrilə şəxsi heyətin siyahısından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx xxx N995-ci il tarixli, 0N №-li əmrində N974-cü il təvəllüdlü, sıravi İddiaçı adı şəxsi heyətin siyahısında 5-ci bölüyün tərkibində snayper vəzifəsində qeyd edilmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N996-cı il tarixli müvafiq əmrinə Goranboy RHK-dan çağırılmış, N974-cü il təvəllüdlü, 5-ci bölüyün zenit pulemyot manqasının hesab nömrəsi, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin xx xxxxxxx N996-cı il tarixli, 305 №-li şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Goranboy RHK-nın sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.N992-ci il-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində Məmmədov (Məhəmmədov) Vahid Məhəmməd oğlunun döyüş bölgələrinə ezamiyyətə göndərilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx xxxxxxxx 2020-ci il tarixli, 9/2-9353 nömrəli məktubundan görünür ki, NN0 nömrəli hərbi hissədən Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda N nömrəli hərbi hissənin döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aparılmamışdır. Göründüyü kimi, iddiaçının xx.xx.N992-ci il tarixdən xx.xx.N994-cü il tarixədək N nömrəli hərbi hissədə xidmət etməsi, xx.xx.N994-cü ildə N nömrəli hərbi hissəyə göndərilməsi və xx.xx.N996-cı ildə N nömrəli hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat vardır. Yəni iddiaçı xx.xx.N994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısına daxil edilməyən N nömrəli hərbi hissədə xidmət etmişdir. Onun döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması, N994-cü il N2 may tarixindən sonra isədöyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak etməsivə həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) alması barədə məlumat qeyd olunmamışdır Məhkəmə hesab edir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur. Belə ki, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxxx N995-ci il tarixli, 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin N-ci bəndinə əsasən müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında, (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Göründüyü kimi əsasnaməyə uyğun olaraq müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin xx.xx.N994-cü il tarixədək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunması, N994-cü il N2 may tarixindən sonra isə döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak etməsi və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almasıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin N4.3-cü maddəsinin birinci cümləsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə yuxarıda şərh olunanlara əsasən belə nəticəyə gəlir ki, inzibati orqanın imtinası qanunvericiliyin tələblərinə uyğundur və İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 68.N. və 68.2. maddələrinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nətİcəvİ h İ s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 8N-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteran adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonraqanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar