Məhkəmə qərarları › İş №2-1(114)-1077/2024

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1077/2024

06.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1077/2024 06.06.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilərək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, onun "xxxx" X2 1999-cu ilin yanvar ayından 2000-ci ilin aprel ayınadək çoban vəzifəsində işlədiyi müddətin iş (sığorta) stajına hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci ildə Ermənistan Respublikasının Vardenis rayonunda doğulmuşdur. Hal-hazırda Şəmkir rayonunun Çənlibel kəndində qeydiyyatda olmaqla yaşayır. 65 yaşı tamam olduğundan əmək pensiyası almaq üçün cavabdeh orqana rəsmi olaraq müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. O, xx.xx.1974-xx.xx.1975-ci illərdə və xx.xx.1977xx.xx.1988-ci illərdə Ermənistan SSR-nin Vardenis rayonunda yerləşmiş kolxozda kolxozçu və xx.xx.1989- xx.xx.1998-ci illərdə Şəmkir rayonu sabiq "xxxx" sovxozunda briqadir işləmişdir. Həmin sovxoz 1999-cu ildən "xxxx" Dövlət Damazlıq müəssisəsi kimi fəaliyyətini davam etmişdir. 1999-cu ilin yanvar ayından 2000-ci ilin aprel ayınadək həmin damazlıq müəssisəsində çoban vəzifəsində çalışmışdır. Həmin dövr üçün ona hesablanmış əmək haqqının əvəzi xırda buynuzlu davarla əvəz edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının xx.xx.2022-ci il tarixli, K-1-624 saylı arxiv arayışından da görünür ki, o həqiqətən 1999-cu ilin yanvar ayından 2000-ci ilin aprel ayınadək "xxxx" X2 işləmiş və əmək haqqının əvəzi xırda buynuzlu davarla əvəz edilmişdir. ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin 2 saylı Qazax-Tovuz regional filialının xx.xx.2022-ci il tarixli aktından da aydın görünür ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Şəmkir filialının ona vermiş olduğu xx.xx.2022-ci il tarixli, K-1-624 saylı arxiv arayışı və arayışlara əlavələrin düzgünlüyü öz təsdiqini tapmışdır. Şəmkir Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(076)-4118/2017 saylı qətnaməsi ilə xx.xx.1974-xx.xx.1975-ci illərdə və xx.xx.1977xx.xx.1988-ci illərdə Ermənistan SSR-nin Vardenis rayonunda yerləşmiş kolxozda kolxozçu və xx.xx.1989-xx.xx.1998-ci illərdə Şəmkir rayonu sabiq "xxxx" sovxozunda briqadir işləməyi faktı müəyyən edilmişdir.

3. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 1999-cu ilin yanvar ayından - 2000-ci ilin aprel ayınadək "xxxx" X2 çoban vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və xx.xx.2023-cü il tarixli qərardadla iddia dəyişdirilmişdir.

4. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(114)-1354/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(104)-652/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(114)-1354/2023 nömrəli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Gəncə İnzibati Məhkəməsinə göndərilmişdir.

5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər

6. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə məlumat verilərək şifahi məhkəmə baxışı iclasına gəlmədikləri halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

7. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər.

8. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında şifahi vəsatətlə çıxış edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron X1 X6 xx.xx.2024-cü il tarixli çıxarışı təqdim etməklə, iddia tələbinin cavabdeh tərəfindən təmin olunduğunu bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.

9. İddiaçı iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir.

Əsaslandırma hissəsi:

10. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirib hesab edir ki, inzibati iş üzrə icraata xitam verilməlidir.

11. Belə ki, iddiaçının 1999-cu ilin yanvar ayından - 2000-ci ilin aprel ayınadək "xxxx" X2 çoban vəzifəsində işlədiyi müddətin sosial sığorta stajına daxil edilərək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.

12. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında təqdim etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron X1 təyinatı Altsistemindən xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixli qərarla İddiaçı hüququ yarandığı xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir.

13. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

14. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.

Nəticəvi hissə:

15. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsini rəhbər tutaraq

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş illərinin sosial sığorta stajına daxil edilərək pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Hakim Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar