Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1080/2021 26.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Mirzəyeva Şəms Şakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 20 saylı Ərazi Məşğulluq Mərkəzinin filialına qarşı pandemiya dövründə 4 ay ödənilməmiş 190 manat birdəfəlik ödəmənin təyin olunması tələbinə dair iddianın mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 20 saylı Ərazi Məşğulluq Mərkəzinin filialına (bundan sonra mətndə cavabdeh) qarşı pandemiya dövründə 4 ay ödənilməmiş 190 manat birdəfəlik ödəmənin təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, koronovirus pandimiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar Azərbaycan Respublikası vətəndaşlarına birdəfəlik ödəmənin verilməsi ilə əlaqədar Dövlət Məşğulluq Xidmətinin X2 müraciət edərək 190 manat müavinətin verilməsin xahiş etmiş, lakin cavabdeh tərəfindən tələbi təmin edilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İddianın predmeti birdəfəlik sosial yardımla təmin edilmə barədədir. İddianın ərazi aidiyyətini müəyyən etmək üçün ilk növbədə iddianın növü müəyyən olunmalıdır. İddiaçı birdəfəlik sosial yardımla təmin olunması barədə cavabdehə müraciət etmiş, cavabdeh iddiaçıya birdəfəlik sosiala yardım təyin olunmasından imtina etmiş, iddiaçı məhkəməyə müraciət edərək cavabdehin düzgün qərar qəbul etmədiyini bildirib birdəfəlik sosial yardımla təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. “Koronovirus (COvİD-19)” pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarının 3.5-ci bəndində qeyd edilir ki, yoxlama nəticəsində işsiz şəxsin bu Qaydaların 2.3-cü bəndində göstərilən şəxsə aid olmaması müəyyən edildikdə birdəfəlik ödəmənin təyin edilməsi haqqında MAS tərəfindən qərar qəbul olunur. İddiaçı ona birdəfəlik ödəmə təyin etməkdən imtina edən cavabdehin hərəkətini mübahisələndirməklə yanaşı sosial yardımla təmin edilməsini xahiş etmişdir. İddiaçı ona birdəfəlik sosial yardım ödənilməsi barədə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən imtina edilmiş və iddiaçı həmin yardımın ona ödənilməsi vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb etmişdir. Belə olan halda iddia növü öhdəliyin icrası haqqında iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əvəz olunmasın iddiaçıya təklif etsə də İddiaçı məhkəməyə ərizə verərək iş üzrə cavabdehi dəyişmədən işə mahiyyəti üzrə baxaraq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, aşağıdakılara görə iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Hazırki iş üzrə iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aid olub, iş üzrə iddia tələbinə cavabdeh inzibati orqan - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olduğundan həmin orqan Bakı şəhərində yerləşdiyindən və bu cür tələblərə İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxıldığından, iddiaçı isə cavabdehin əsl cavabdehlə əvəz olunmasına razılıq vermədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1, 35, 80, 81, 85-ci maddələrini rəhbər tutaraq, qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 20 saylı Ərazi Məşğulluq Mərkəzinin filialına qarşı pandemiya dövründə 4 ay ödənilməmiş 190 manat birdəfəlik ödəmənin təyin olunması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1080/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1080/2021
26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver