Məhkəmə qərarları › İş №2-1(114)-1081/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1081/2021

31.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1081/2021 31.05.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 13.04.2021-ci il tarixli **********807900 nömrəli qərarın ləğv edilməsi və 2020-ci ilin oktyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar, fevral və mart ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrin faktiki ƏDV-yə cəlb olunan dövriyyəsi ilə kassirlər tərəfindən süni qaydada artıq vurulmuş NKA çeki arasında olan fərqin qanunvericiliyə uyğun olaraq araşdırılması və artıq vurulmuş dövriyyənin azaldılması tələbinə dair inzibati mübahisəyə məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən e t d i: İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 13.04.2021-ci il tarixli **********807900 nömrəli qərarın ləğv edilməsi və 2020-ci ilin oktyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar, fevral və mart ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrin faktiki ƏDV-yə cəlb olunan dövriyyəsi ilə kassirlər tərəfindən süni qaydada artıq vurulmuş NKA çeki arasında olan fərqin qanunvericiliyə uyğun olaraq araşdırılması və artıq vurulmuş dövriyyənin azaldılması vəzifəsinin cavabdehin üzərinə qoyulması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin hazırlıq icraatı üzrə məhkəmə iclası 31.05.2021-ci il tarixə təyin edilmiş, bu barədə tərəflərə rəsmi qaydada məlumat verilmiş, tərəflər məhkəmə iclasında iştirak etməmişlər, iddiaçı 27.05.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək iddiadan imtina etdiyini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının ərizəsini, iş materiallarında olan sənədləri nəzərdən keçirib hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin tələblərinə əsasən, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı (VÖEN **********) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 13.04.2021-ci il tarixli **********807900 nömrəli qərarın ləğv edilməsi və 2020-ci ilin oktyabr, noyabr, dekabr və 2021-ci ilin yanvar, fevral və mart ayları üçün təqdim edilmiş ƏDV bəyannamələrin faktiki ƏDV-yə cəlb olunan dövriyyəsi ilə kassirlər tərəfindən süni qaydada artıq vurulmuş NKA çeki arasında olan fərqin qanunvericiliyə uyğun olaraq araşdırılması və artıq vurulmuş dövriyyənin azaldılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar