Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1082/2021 28.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızı, İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, məhkəmə iclasından kənar baxaraq, Müəyyən e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin üzərinə ona məxsus ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının uçurulması nəticəsində dəymiş ziyan kimi 60.000 manat pulun ona ödənilməsi vəzifəsinin qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Gəncə şəhəri, Heydər Əliyev prospekti, 197, 6A ünvanında (keçmiş ünvan 3yekti olmuşdur. O, bu qeyri-yaşayış obyektinə dair 18.03.2011-ci il tarixdə çıxarış almışdır. 2015-ci il tarixdə keçmiş Gəncə şəhər Nizami rayon İHB-sı Məharət Mustafayev və keçmiş Cavabdeh başçısı Elmar Vəliyevin göstərişi əsasında uçurularaq yox edilmişdir. Obyekt uçurularkən torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması qaydalarına əməl edilmədən, ona mülkiyyətdə olan obyektin uçurulması ilə bağlı ödənilməli olan kompensasiyanın ödənilməsi də yaddan çıxmışdır. İndiyə kimi müraciət etmədiyi ünvan qalmamışdır. Ancaq onun obyektinin uçurulması ilə bağlı ona dəyən ziyanı ödəyən yoxdur. Kimə müraciət edirsə, ona məhkəməyə müraciət etməyi məsləhət görürlər. Ona görə də məhkəməyə müraciət edib ona məxsus dəyəri 60.000 manat olan ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin uçurulması ilə ona dəymiş ziyan kimi 60.000 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etməyə məcburdur. Məhkəmə iddia ərizəsini, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə mümkün sayılmamalıdır. Məhkəmə ilk növbədə qeyd edir ki, İddiaçı tərəfindən qaldırılmış iddia kompensasiyanın ödənilməsi haqqında iddia (Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1-ci maddəsi) növünə aiddir. Kompensasiyanın ödənilməsi haqqında iddia növündə xüsusi mümkünlük şərti kimi nəzərdə tutulan iddiaçının hazırkı tələblə ilkin olaraq cavabdeh inzibati orqana müraciətini təsdiq edən sənəd ərizəyə əlavə edilməmişdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarın 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı iddia ərizəsinə əlavə etdiyi Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin 11.03.2020-ci il tarixli A-6-149 nömrəli məktubdan görünür ki, Gəncə şəhəri, Heydər Əliyev propekti 197, 6A ünvanında yerləşən qeyri-yaşayış binasının sökülməsi ilə bağlı Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyəti tərəfindən heç bir qərar qəbul edilməmiş, iddiaçıya hüquqlarının pozulduğunu hesab etdiyi təqdirdə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Məhkəmə qeyd edir ki, İddiaçı hazırkı tələblə ilkin olaraq cavabdeh inzibati orqana, yəni Cavabdehnə müraciətini təsdiq edən sənədi iddia ərizəsinə əlavə etməmiş, iddia ərizəsinə əlavə edilmiş sənəd (Gəncə şəhər Nizami Rayon İcra Hakimiyyətinin 11.03.2020-ci il tarixli A-6-149 nömrəli məktub) isə cavabdeh olmayan digər inzibati orqana aid olmuşdur. Beləliklə məhkəmə hesab edir ki, iddianın xüsusi mümkünlük şərtlərinə əməl olunmamış, iddiaçının ilkin olaraq inzibati orqana hazırkı iddia tələbində qeyd edilən kompensasiya ödənişinin tələb edilməsi ilə bağlı cavabdehə müraciət etməsi barədə sənəd iş materiallarına əlavə edilməmişdir. İddiaçının diqqətinə çatdırılır ki, iddianın mümkün sayılmaması mümkünlük şərtlərinə əməl etməklə ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, İddiaçı nın iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. - 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı dəymiş zərərin ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia mümkün sayılmasın. Qərardaddan surəti təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-1082/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1082/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver