Məhkəmə qərarları › İş №2-1(114)-1082/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1082/2024

17.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1082/2024 17.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi olan vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “zirzəmənin özəlləşdirilməsinə razılıq verilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xx.xx.2023-ci il tarixdən xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən ünvan 2 ünvanında yerləşən binanın zirzəmisində 17.2 kv.m qeyri-yaşayış sahəsinin icarəyə verilməsinə və özəlləşdirilməsinə münasibət bildirilməsi barədə məktuba Mədəniyyət Nazirliyi vanında X4. İnkişəfı və Bərpası üzrə Dövlət Xidmətində baxılmışdır. Qeyd olunan bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi (3806 inventar nömrəli) kimi dövlət mühafizəsinə götürülmüşdür əməkdaşlar tərəfindən qeyd olunan ünvana baxış keçirilərkən abidənin fasadında qeyri-qanuni olaraq qapı oyuğunun açılması faktı müşahidə edilmişdir. Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin xx.xx.2023-cü il tarixində tərtib edilmiş aktında qeyd edilmişdir ki, orqanın əməkdaşları tərəfindən xx.xx.2023 -ci tarixdə Nazirlər Kabinetinin 2 avqust 2001 ci il tarixli 132 № li qərarı ilə Dövlət qeydiyyatına götürülmüş Gəncə şəhəri M .A. Abbaszadə 20 ünvanında yerləşən İnv № 3806 olan yerli əhəmiyyətli abidə, yaşayış evinin zirzəmisinə tərəfimizdən baxış keçirildi. Baxış zamanı mülkiyyətçinin verdiyi məlumata əsasən qeyd olunan ünvanı 2005 ci ildə alaraq bir qismini özəlləşdirib vəabidənin zirzəmi hissəsinin yola baxan sahəsinə plandan əlavə olaraq dəmir qapi qoyulub, eyni zamanda binanın zirzəmi hissəsi təmir olunub. Hal -hazirda binanın zirzəmi hissəsi qadın gözəllik salonu kimi isifadə olunur. İddiaçı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə müraciət edərək Gəncə şəhəri. M.A.Abbaszadə küçəsi. 20 ünvanında yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş binanın (3806 inventar nömrəli) zirzəmisinin özəlləşdirilməsinə razılıq verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən iddiaçının müraciətinə xx.xx.2023-cü il tarixli məktubla bildirilmişdir ki, “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununun 47.4-cü maddəsinə əsasən -“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, mədəniyyət obyektlərinin özəlləşdirilməsinə aşağıdakı şərtlərdən birinə riayət olunmaqla, icazə verilir: 47.4.1.mədəni sərvətlərin bərpası, qorunması və təbliği əsas fəaliyyət kimi müəyyən olunduqda; 47.4.2.mədəniyyət məhsullarının istehsalı və ya xidmətlərinin göstərilməsi əsas fəaliyyət kimi müəyyən olunduqda; 47.4.3. əhaliyə mədəniyyət məhsullarının və xidmətlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş güzəştiəriə təqdim olunması əsas fəaliyyət kimi müəyyən olunduqda. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 5 ünvanında yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş binanın zirzəmisinin (sahəsi 17.2 kv.m) özəlləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında yerləşən qeyri-yaşayış sahəsi Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilən xx.xx.2023-cü il tarixli, ********** nömrəli çıxarışa əsasən onun tam mülkiyyətimdədir. Həmin qeyri-yaşayış sahəsi xx.xx.2000-ci il tarixdən mərhum həyat yoldaşı X1 mülkiyyətində olub. Binanın zirzəmisi (sahəsi 17.2 kv.m) də 23 ildir onların istifadəsindədir. Qeyd olunan bina Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (3806 inventar nömrəsi) dövlət mühafizəsinə götürülmüşdür. Binanın zirzəmisində 23 ildir gözəllik salonu fəaliyyət göstərir, həmin fəaliyyət əhaliyə mədəni xidmət sahələrindən biridir və mədəniyyət obyektlərinin özəlləşdirilməsinin qanunla müəyyən edilən şərtlərinə tam uyğundur. Qanunda mədəniyyət obyektlərinin özəlləşdirilməsi üçün qeyd olunan 3 şərtdən başqa əlavə şərtlər nəzərdə tutulmayıb. 2000-ci ildə həmin daşınmaz əmlakı zirzəmisi ilə birlikdə alarkən həmin dövrün sxem sənədində zirzəminin qapısının olduğu açıq şəkildə görünür. Eləcə də həmin küçədəki oxşar binaların hamısının tikilən vaxtdan zirzəmilərinin əsas küçəyə çıxış qapıları qoyulmuşdur. Bundan başqa onlar binanı aldıqdan bir il sonra 2001-ci ildə bina memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüşdür. Yəni, onlar binanı alarkən binanın memarlıq abidəsi statusu olmayıb və həmin dövrədək binada hər hansı dəyişiklik olmuş olsaydı belə bu qanun pozuntusu sayıla bilməzdi. 2001-ci ildə bina memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürüldükdən sonra isə abidənin fasadında hər hansı dəyişiklik edilməyib, müdaxilə olunmayıb. Həmçinin mədəniyyət obyektlərinin özəlləşdirilməsi üçün yalnız qanunda nəzərdə tutulan 3 şərtdən birinə riayət olunması tələb olunur, həmin şərtlərdən başqa əlavə şərtlərin tələb edilməsi isə qanuna ziddir. Binanın zirzəmisində fəaliyyət göstərən gözəllik salonunun fəaliyyət göstərdiyi 23 il ərzində vergi, işıq və komunal pulu ödənilmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil xx.xx.2024-cü il tarixdə ünvanladığı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsində cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz olunmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə əvəz olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X4, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Üçüncü şəxs Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal X2 nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barəsində məlumat verməmişdir. Tərəflərin şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına gəlməməsinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, tərəflər onlara təqdim olunmuş bildirişdə məhkəmə iclasında iştirak etmədikləri halda da işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi olan vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. Əsaslandırıcı hissə: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinin məzmununa əsasən, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. 12.4-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir. 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. 21.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2-ci maddəsinə əsasən qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24.1 və 24.2-ci maddələrində qeyd olunur ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 32.2-1 –ci maddəsinə əsasən inzibati orqan inzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədlərin və ya məlumatların ərizəçi tərəfindən əldə olunmasını tələb edə bilməz. İnzibati icraat üçün zəruri olan və digər inzibati orqanın sərəncamında olan sənədləri və ya məlumatları inzibati orqan özü əldə edir. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə cavabdehin iddiaçıya münasibətdə səlahiyyətini düzgün həyata keçirmədiyi nəticəsinə gəlir. Belə ki, cavabdeh orqan tərəfindən inzibati icraat aparılmamış, İnzibati İcraat Haqqında Qanunun 2.0.6, 21.1, 21.2, 24.1,24.2 və 32.2-1-ci maddələrinin tələbi pozulmuş, inzibati mübahisə üzrə inzibati akt qəbul edilməmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə yerli əhəmiyyətli memarlıq abidəsi kimi (3806 inventar nömrəsi) Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 1-ci döngədə yerləşən ev 3 ünvanı qeyd edilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq 3-21-3-33/2-2808/2024 nömrəli, 18 mart 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 6 ünvanında yerləşən binanın eyni bina olmadığı müəyyən olunmuşdur. Eyni zaman da məhkəmə tərəfindən təyin edilən yerli baxış zamanı ünvan 6 ünvanı arasında təxminən bir kilometr məsafə olduğu, Gəncə şəhəri, İ.Qayıbov küçəsi, 1-ci döngədə yerləşən ev 3 ünvanında yerləşən fərdi yaşayış evinin başqa şəxsə məxsus olduğu müəyyən edilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, məhkəmə tərəfindən qeyd edilən hallar nəzərə alınaraq, inzibati icraat aparılaraq, iddiaçının ünvan 5 ünvanında yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş binanın zirzəmisinin (sahəsi 17.2 kv.m) özəlləşdirilməsinə razılıq verilməsi ilə bağlı zəruri inzibati icraatı aparılmaqla müvafiq qərar qəbul edilməsinə dair öhdəlik cavabdehin üzərinə qoyulmalıdır Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68, 69, 75-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. İddiaçı ünvan 5 ünvanında yerləşən və yerli əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş binanın zirzəmisinin (sahəsi 17.2 kv.m) özəlləşdirilməsinə razılıq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı zəruri inzibati icraatı aparılmaqla müvafiq qərar qəbul edilməsinə dair öhdəlik cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar