Məhkəmə qərarları › İş №2-1(114)-1082/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1082/2025

03.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1082/2025 03.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizmin funksiyalarının 40% pozulmasına görə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, əmək qabiliyyətinin itirilməsi, sol diz oynağını dəlib keçən odlu silah güllə yaralanmasından sonrakı vəziyyət, diz oynağında hərəkət məhdudluğu, onikibarmaq bağırsağın xorası ÜİX.Gərginlik stenokardiyası xəstəsi olduğuna görə əlilliyinin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.N74-cı ildə Daşkəsən rayonu, Şahvələd kəndində anadan olmuşdur. N92-ci ildə Azərbaycan Respublikası Daşkəsən rayonu, Hərbi Komissarlıq tərəfindən hərbi xidmətə cəlb olunaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək, Gədəbəy rayonu, Başkənd kəndinin erməni işğalçılarından təmizlənməsində iştirak etmişdir. Daha sonra düşmən Şınıx kəndinə hücum edəndə kəndin müdafiəsi zamanı sol ayağının diz nahiyəsindən gülləyarası, topuq nahiyəsindən isə qəlpə yarası alaraq yaralanmışdır. Sağaldıqdan sonra yenidən Azərbaycan Respublikasının MN-nin nəzdində olan hərbi hissələrdə xidmət apararaq, N96-cı ildə hərbidən xəsarətə görə ehtiyyata buraxılmışdır. Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya xidmətinin xxxxxxx004 nömrəli rəyinə əsasən, 3-cü dərəcəli əlilik, Azərbaycan Pespublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilik, əmək qabiliyyətinin itirilməsi 0%, sol diz oynağını dəlib keçən odlu silah güllə yaralanmasından sonrakı vəziyyət, diz oynağında hərəkət məhdudluğu onikibarmaq bağırsağının xorası, ÜİX.Gərginlik stenokardiyasıyiın qənaətinə gəlinmişdir. Həmin vaxtdan bununla əlaqədar pensiya almışdır. Eyni vaxtda daimi olaraq müayinə və müalicələr almışdır. Azərbaycan Respublikası ƏƏSMN yanında, Tibbi-Sosial Ekspert Komisiyasının xx.xx.2024-cü il tarixli rəyində əlilik verilməsindən imtina edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1082/2025 nömrəli qərardadı ilə iddia tələbi “cavabdehin xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və həmin tarixdən ona orqanizmin funksiyalarının 40% pozulmasına görə “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə müddətsiz əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dəyişdirilmişdir. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, İddiaçı xx.xx.2024cü il tarixdə əyani müayinədə olmuş Odlu silah yaralanması. Sol dizin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Mediul topuğun bitişmiş şınığı. Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı. Sol diz oynağının kontrakturası (açma 170 der., bükme 130 der). Posttravmatik çapıqlar. Birincili ikitərəfli qonartroz. Sol dizin İİİ dərəcəli qonartrozu. Bayır dizaltı peroneal sinirin zədələnməsi. Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi. Hərəkət və yerişin funksiyasının pozulması. Bundan irəli gələrək, anammestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində alillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. “Diaqnozun mətni: Odlu silah yaralanması. Sol dizin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Mediul topuğun bitişmiş sınığı. Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı. Sol diz oynağının kontrakturası (açma 170 dər., bükmə 130 dər). Posttravmatik çapıqlar. Birincili ikitərəfli qonartroz. Sol dizin İİİ dərəcəli qonartrozu. Bayır dizaltı peroneal şinirin zədələnməsi. Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi. Hərəkət və yerişin funksiyasının pozulması. Məzkəzə göndərilmənin / İmtina edilmənin səbəbi: Diaqnoz öz təsdiqini tapmaması - Səbəb: Diaqnoz alillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı məhkəmə iclasında iştirak etmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. İşin halları Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 87 nömrəli qərarına əsasən, Göygöl RHK tərəfindən N92-ci ildə hərbi xidmətə çağırılmış, N94-cü ildə fərarilik etmiş, xx.xx.N98-ci il ildə amnitsiya qərarına əsasən, uçota götürülmüş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.N92-ci ildə aldığı və xx.xx.N92-ci ildən xx.xx.N93-cü ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sol diz oynağının dəlib keçən odlu silahla güllə yaralanması. Hemartroz. Yara infeksiyası” (Göygöl RHK-nın xx.xx.2012-ci il tarixli, 94 nömrəli göndərişi, xx.xx.2012-ci il tarixli, 26 nömrəli arayışı, N saylı hərbi hissədən verilmiş xx.xx.N93-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisi – cərrahın və hüquq məsləhətçisinin rəyləri ilə təsdiq edilir), “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Sol diz oynağını dəlib keçən odlu silah güllə yaralanmasından sonrakı vəziyyət. Diz oynağında hərəkət məhdudluğu. Onikibarmaq bağırsağın xorası. ÜİX.Gərginlik” diaqnozu ilə ilkin İİİ dərəcəli əlillik təyin edilmişdir. xx.xx.2023-cü il tarixli qiymətləndirmə nəticəsində “Diz oynağının əzilməsi. Odlu silah yaralanması. Sol diz oynağının dəlib keçən güllə yaralanması. Oynaq nahiyəsinin posttravmatik kobud çapıq toxuması” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Diz oynağının əzilməsi, Odlu silah yaralanması. Sol diz oynağını dəlib keçən güllə yaralanması” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə müraciətinə əsasən, əyani müayinəsi keçirilmiş İddiaçı barəsində diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli Forma-88 haqqında məlumat qrafikindən görünür: Göndərişi verən müəssisə - Göygöl Rayon Mərkəzi Xəstəxanası Xəstəliyə görə ambulator müraciətlər - Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr müraciət tarixi xx.xx.2023 - Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr müraciət tarixi xx.xx.2023 - G57.3 Bayır dizaltı peroneal sinirin zədələnməsi müraciət tarixi xx.xx.2024 - G57.3 Bayır dizaltı peroneal sinirin zədələnməsi müraciət tarixi xx.xx.2024 - Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr müraciət tarixi xx.xx.2024 - Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr müraciət tarixi xx.xx.2024 Stasionar müalicə aldığı müəssisələr: ETTOİ № ********** – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr ETTOİ № 9303/2023 – daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr X4 – daxil olma tarixi: xx.xx.2023, çıxma tarixi xx.xx.2023, diaqnoz Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr X4 – daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr ETTOİ № 10161/2024 – daxil olma tarixi: xx.xx.2024, çıxma tarixi xx.xx.2024, diaqnoz Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr Həkim müayinəsinin nəticələri: - Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Sol dizin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sol dizin İİİ dərəcəli qanartrozu. Sol dizin oynağı kontrakturası açma 170 dərəcə, bükmə 130 dərəcə. Sol topuq nahiyyəsi qəlpə yaralanmasından sonrakı vəziyyət. Meduil topuğun bitişmiş sınığı. Posttravmatik çapıqları. (müayinə tarixi xx.xx.2024) - G57.3 Bayır dizaltı peroneal sinirin zədələnməsi, Sol plevral sinirin posttravmatik neyropatiyası. Sol aşağı ətrafın parezi. Hərəkət və yerişin funksiyası pozulması (müayinə tarixi xx.xx.2024) TSEK-ə göndəriş zamanı diaqnoz - Ağırlaşma M17.0, Birincili ikitərəfli qonartroz, Sol dizin İİ dərəcəli qonartrozu xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Odlu silah yaralanması. Sol dizin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Mediul topuğun bitişmiş şınığı. Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı. Sol diz oynağının kontrakturası (açma 170 dər., bükmə 130 dər). Posttravmatik çapıqlar. Birincili ikitərəfli qonartroz. Sol dizin İİİ dərəcəli qonartrozu. Bayır dizaltı peroneal sinirin zədələnməsi. Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi. Hərəkət və yerişin funksiyasının pozulması.” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarına əsasən, İddiaçı əlillik verilməsindən imtina edilmişdir. İmtina səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi. SMS-in göndərilməsi barədə məlumatdan görünür ki, İddiaçı nömrəsinə xx.xx.2024cü il tarixdə “İddiaçı üçün verilmiş 18.09.24-cü il tarixli göndərişə Diaqnoz əlillik əlamətin təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. Qərarla razılaşmadığınız təqdirdə ərazi üzrə TSEK-ə yaxınlaşa və ya 30 gün müddətində müvafiq inzibati məhkəməyə müraciət edə bilərsiniz” məzmununda SMS göndərilmişdir. Tətbiq edilən hüquq Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. əlillik - müxtəlif maneələrlə qarşılaşdığı zaman şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.0.2. əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs; Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydası 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydası 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. 1.9. Orqanizmin funksiyalarının 30 faizədək pozulması hallarında əlillik müəyyən edilmir, 30 faizdən artıq pozulması hallarında isə 31-60 faizədək, 61-80 faizədək və 81- 100 faizədək qiymətləndirilməklə əlillik müəyyən edilir. 1.10. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri 31-35-dək olduqda 35 faiz müəyyən edilir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri üzrə qiymətləndirilməsi 5 faiz aralığı ilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əlavə

13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri Qeyd. Orqanizmin sümük-əzələ sisteminin xəstəliklərdən, zədə və ya çatışmazlıqdan irəli gələn davamlı pozuntularının dərəcəsinin kəmiyyətcə qiymətləndirilməsi əsasən hərəkətetmə funksiyasının (sadə və mürəkkəb hərəkətləri etmək qabiliyyəti) pozuntusunun təzahür dərəcəsinin qiymətləndirilməsinə əsaslanır. Patoloji prosesin digər amilləri də nəzərə alınır: gedişatın forması və ağırlığı, prosesin aktivliyi, kəskinləşmələrin olması və tezliyi, patoloji prosesin yayılması, hədəf orqanların qoşulması, immunitetin zəiflədilməsi zərurəti, fəsadların olması. 13.4. Qonartroz (diz oynağının artrozu) - M17 Qiymətləndirmə 13.4.36. diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu - 40% - müddətsiz

Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); Maddə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir.

Məhkəmənin mövqeyi

Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia məcburetmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması, iddiaçının iddia müddətinə riayət etməsi müəyyən edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Hazırkı iddia tələbi üzrə iddiaçının hüquqi marağı ona xx.xx.2024-cü il tarixdən “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsidir. Qeyd olunan qanunvericilik normalarına əsasən, şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti Azərbaycan Respublikasının Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyin qiymətləndirilməsi müvafiq tibbi müəssisələri tərəfindən tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi yolu ilə aparılır. Şəxsin eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması göndəriş verilməsi üçün əsas şərtlərdən biridir. Əlilliyin qiymətləndirilməsi “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin müəyyən olunması səbəblərindən biri Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan xüsusi səbəbdir. “Əlilliyin müəyyən olunması meyarları”nın 13-cü bəndində sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, 13.4-cü yarımbəndində qonartroz (diz oynağının artrozu) - M17 meyarı nəzərdə tutulmuşdur. Qeyd olunan meyarlar üzrə qiymətləndirməyə əsasən, diz oynağının funksional əlverişsiz vəziyyətdə ankilozu - orqanizmin funksiyalarının 40% pozulmasına görə müddətsiz əlilliyin təyin edilməsinə əsas verir (13.4.36-cı yarımbənd). İş materialları ilə müəyyən olunur ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar, “Sol diz oynağını dəlib keçən odlu silah güllə yaralanmasından sonrakı vəziyyət. Diz oynağında hərəkət məhdudluğu. Onikibarmaq bağırsağın xorası. ÜİX.Gərginlik” diaqnozu ilə İİİ dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə iddiaçı barəsində xx.xx.2024-cü il tarixli tibbi göndəriş-Forma-88 üzrə xx.xx.2024-cü il tarixli qiymətləndirmə nəticəsində “Odlu silah yaralanması. Sol dizin dəlibkeçən güllə yaralanmasından sonrakı vəziyyət. Mediul topuğun bitişmiş şınığı. Baldır sümüklərinin, aşıq-baldır oynağı da daxil olmaqla sınığı. Sol diz oynağının kontrakturası (açma 170 der., bükmə 130 der). Posttravmatik çapıqlar. Birincili ikitərəfli qonartroz. Sol dizin İİİ dərəcəli qonartrozu. Bayır dizaltı peroneal sinirin zədələnməsi. Aşağı ətrafların monoplegiyası. Sol aşağı ətrafın parezi. Hərəkət və yerişin funksiyasının pozulması.” Diaqnozu ilə diaqnoz əlillik əlaməti təyin etməməsi (diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.) səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixli Forma 88 haqqında məlumat üzrə xx.xx.2024-cü il tarixli həkim müayinələrinin nəticəsindən müəyyən olunur ki, Y36.4 Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Odlu silah yaralanması. Sol dizin dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət. Sol dizin İİİ dərəcəli qanartrozu. Sol dizin oynağı kontrakturası açma 170 dərəcə, bükmə 130 dərəcə. Sol topuq nahiyyəsi qəlpə yaralanmasından sonrakı vəziyyət. Meduil topuğun bitişmiş sınığı. Posttravmatik çapıqları. G57.3 Bayır dizaltı peroneal sinirin zədələnməsi, Sol plevral sinirin posttravmatik neyropatiyası. Sol aşağı ətrafın parezi. Hərəkət və yerişin funksiyası pozulması. Qeyd olunan Forma 88 haqqında məlumat üzrə iddiaçıya “M17.0 – Birincili ikitərəfli qonartroz, Sol dizin İİ dərəcəli qonartrozu” ağırlaşma diaqnozu qoyulmuşdur. Məhkəmə qeyd edir ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçıya 2016-cı ildə eyni xəstəliklə əlillik təyin edilmişdir. İddiaçının qanunverilikdə nəzərdə tutulan qaydada stasionar və ambulator müalicələr almasına baxmayaraq onun orqanizminin pozulmuş funksiyaları bərpa olunmamışdır və cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntuları qalmaqda davam edir. İddiaçının orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddətinə gəldikdə isə məhkəmə qeyd edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2012-ci il tarixli, 87 nömrəli qərarına əsasən, İddiaçı qoyulmuş diaqnozun səbəb əlaqəsi “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” müəyyən olunmuşdur. Həmçinin iddiaçıya 2016-cı ildə təyin edilmiş əlilliyin səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. İddiaçının hazırda davam edən xəstəliyi “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.36-cı bəndinə uyğun gəlir. Belə ki, iddiaçıya orqanizmin funksiyalarının 40% pozulmasına görə müddətsiz əlillik təyin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, həmin tarixdən İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.36-cı bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə, müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 33.1, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq

Qərara aldı

İddiaçı tərəfindən verilmiş iddia təmin edilsin. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Malik Məcid oğluna əlilliyin təyin edilməsindən imtina barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı xx.xx.2024-cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 13.4.36-cı bəndinə uyğun olaraq orqanizmin funksiyalarının 40 faiz pozulmasına görə, “Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” səbəb əlaqəsi ilə, müddətsiz əlilliyin təyin edilməsi barədə qərarın qəbul edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar