Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1084/2024 26.02.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı ştirakı ilə, İddiaçı Cavabdehnə qarşı doğum akt qeydində düzəliş edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1976-cı il tarixdə doğulması barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1976-cı il tarixdə 25 nömrəsi ilə qeyd aparılmış, atası X2, anası X1r. İddiaçı “doğum haqqında təkrar şəhadətnamənin verilməsi” barədə ərizə ilə Cavabdehnə müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-16-5/7-H-674/2- 15/2023 nömrəli məktubla bildirmişdir ki, doğum haqqında akt qeydi nəzərdən keçirilərkən adının təqdim edilmiş sənədlərdə Ruhanə deyil Ruhiyyə kimi qeyd olunduğu müəyyən edildiyindən doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün deyildir. Bundan sonra iddiaçı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək Tərtər rayon Söylən kənd Sovetliyi tərəfindən onun adına tərtib edilmiş xx.xx.1976cı il tarixli 25 nömrəli doğum aktı qeydində “adı” qrafasında adının “Ruhanə”dən “Ruhiyyə”yə dəyişiklik edilməsi və bu əsasla adına təkrar “Doğum haqqında şəhadətnamə”nin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı ildə Tərtər rayonunun Söylən kəndində anadan olmuşdur, atası X2, anası isə X1r. Bu faktı xx.xx.1976-cı ildə Tərtər rayon Söylən kənd Sovetliyi tərəfindən verilmiş İİİ-ЖГ seriyalı 404762 nömrəli şəhadətnamə ilə təsdiq edilir. Onun adına tərtib edilmiş həmin şəhadətnamədə qaralama edilərək Ruhiyyə yazılmışdır. Həmin şəhadətnamənin verilməsi üçün əsas olan Tərtər rayon Söylən kənd Sovetliyi tərəfindən onun adına tərtib edilmiş xx.xx.1976-cı il tarixli, 25 nömrəli doğum akt qeydində isə adı “ Ruhiyyə” deyil, “Ruhanə” yazılmışdır. Bu onun müəyyən hüquqlarının həyata keçirilməsində problemlər yaradır. Tərtər Rayon polis Şöbəsi tərəfindən xx.xx.2017-ci ildə verilmiş AZE seriyalı, ********№-li «şəxsiyyət vəsiqəsi»ndə, Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZ-İ seriyalı, 220166 №-li «Nikahın pozulması haqqında Şəhadətnamə»də, ümumi təhsil haqqında Şəhadətnamədə, tam orta təhsil haqqında Attestatda, məhkəmə qətnamələrində və sairə sənədlərdə «adı» qrafasında adı «Ruhanə» deyil, məhz «Ruhiyyə» kimi yazılmışdır. O, cavabeh orqana təkrar doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı müraciət etmiş, lakin cavabdeh orqan xx.xx.1976-cı il tarixli, 25 nömrəli doğum akt qeydində “adı” qrafasında “Ruhanə” dən “Ruhiyyə”yə dəyişiklik edilməsi əsası ilə imtina cavabı vermişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına iddiaçıya məxsus şəxsiyyət vəsiqəsi, doğum haqqında şəhadətnamə, xx.xx.1976-cı il tarixli, 25 nömrəli doğum akt qeydi, cavabdehin xx.xx.2023cü il tarixli 3-16-5/7-H-674/2-15/2023 saylı imtina məktubu əlavə olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil edir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. Cavabdehin doğum akt qeydində düzəliş edilməsi və təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina etməsinin əsası kimi adının təqdim edilmiş sənədlərdə Ruhanə deyil Ruhiyyə kimi qeyd olunduğu bildirməsidir ki, məhkəmə cavabdehin bu əsas ilə sənəddə düzəliş aparmasından imtina etməsi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 161.2-ci maddəsində qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını” müəyyən edən Əsas Müddəaların 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı doğum haqqında akt qeydində adı Ruhanə kimi qeyd edilmişdir. Lakin iş materiallarında olan tədqiq olunan digər bütün sənədlərdə iddiaçının adı Ruhiyyə kimi (İddiaçı) qeyd edilmişdir. İddiaçı da məhz bu səbəbdən doğum haqqında akt qeydində düzəliş olunmasını xahiş etmişdir. Buna görə də Məhkəmə cavabdehin həmin sənəddə düzəliş edilməsindən imtinasını əsassız hesab edir. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. Tərtər rayon Söylən kənd Sovetliyi tərəfindən tərtib edilmiş xx.xx.1976-cı il tarixli 25 nömrəli doğum aktı qeydində “adı” qrafasında adının “Ruhanə”dən “Ruhiyyə”yə dəyişiklik edilməsi və bu əsasla adına təkrar “Doğum haqqında şəhadətnamə”nin verilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1084/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1084/2024
26.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver