Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1087/2022 01.08.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1 və vəkili X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi) aylıq müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən ödənilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, yemək xərci müavinətinin ödənilməsinin bərpa olunması, dayandırıldığı vaxtdan indiyədək ödənilməmiş məbləğin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1990-cı il tarixdə Kəlbəcər rayonu, Cəmilli kəndində doğulmuş, xx.xx.1993-cü il tarixədək, yəni Kəlbəcər rayonunun ərazisi işğal olunanadək valideyinləri ilə orada yaşamış və 1993-cü ildən Goranboy rayonu Qarasüleymanlı kəndində məskunlaşmışlar. 1993-cü ildən məcburi köçkün kimi bütün imtiyazlardan istifadə etmişdir, onun və ailə üzvlərinin məcburi köçkün statusu var. 2008-ci il tarixdə Qazax rayon sakini ilə qeyri rəsmi olaraq ailə qurmuş, lakin bir müddət sonra ayrılmışdır. Birgə nikahlarından xx.xx.2010-cu ildə Elmira,xx.xx.2013-cü ildə Tuncay adlı uşaqları doğulmuşdur. Onun heç vaxt rəsmi nikahı olmamışdır. Uşaqlar doğulandan sonra 2019-cu ilədək onlara da aylıq yemək xərci müavinəti verilmişdir. Buna baxmayaraq 2021ci ilin yanvar ayından ona verilən aylıq yemək xərci müavinəti dayandırılmış, səbəb kimi isə onun məcburi köçkün statusu olmayan biri ilə ailə qurması göstərilmişdir. O dəfələrlə aidiyyati üzrə Cavabdehnə və X8 üzrə Dövlət Komitəsinə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, qızı 2014-cü ildən əri Şaiqdən ayrılmışdır, Şaiqin harada yaşaması barədə məlumatı yoxdur. İddiaçının vəkili X9 iddianı müdafiə etmişdir. İş üzrə cavabdehə və üçüncü şəxsə hazırki məhkmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, cavabdeh və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə göndərilmiş xx.xx.2022-ci il tarixli, 02/640 nömrəli iddia tələbinə qarşı etirazda qeyd olunmuşdur ki, Cavabdeh tərəfindən iddiaçıya vahid aylıq müavinətin verilməsinin dayandırılması tam əsaslı və qanunvericiliyin tələbinə uyğun olmuşdur. Bələ ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən, məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara vahid aylıq müavinət şamil olunmur. Aparılmış araşdırma zamanı, İddiaçı Kəlbəcər rayonunun işğalından sonra məcburi köçkün statusuna malik olmayan X13 ilə qeyri rəsmi nikaha daxil olduğu və birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X14 anadan olduğu müəyyən edilmişdir. Bununla yanası, X7 ünvan 1i ünvanında, İddiaçı isə ünvan 2i üzrə qeydiyyatda olması müəyyən olunmuşdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş AZ-ll 030832 nömrəli, xx.xx.2013-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.2013-cü il tarixdə anadan olmuş, ata qrafasında X11 qeyd olunmuşdur. -surəti işə əlavə edilmiş AZ-lll 484313 nömrəli xx.xx.2010-cu il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2010-cu il tarixdə anadan olmuş, ata qrafasında X11 qeyd olunmuşdur. -Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Goranboy rayonu üzrə bölməsinin xx.xx.2022-ci il tarixli, 42 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Goranboy rayonunun Qarasüleymanlı kəndində müvəqqəti məskunlaşmış, ailə üzvləri X5 və X6 ibarətdir. -Cavabdeh xx.xx.2022-ci il tarixli, 434 nömrəli məktubundan görünür ki, İddiaçı həyat yoldaşının məcburi köçkün statusu olmadığına görə ona verilən vahid aylıq müavinət “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2.4-cü bəndinə əsasən dayandırılmışdır. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyət baxımından əsaslı deyil. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.1990cı il tarixdə Kəlbəcər rayonunda anadan olmuş, xx.xx.1993-cü il tarixdə həmin rayonu tərk etməyə məcbur olmuş və nəticədə “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” Qanunun əsasən məcburi köçkün sayılmış və əldə etdiyi imtiyazlardan istifadə etmişdir. O, özü və uşaqlarına görə yemək xərci müavinəti almış, lakin sonra Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinət ilə əvəz edildikdən sonra ona sözügedən vahid aylıq müavinətin ödənilməsi dayandırılmışdır. İddiaçı hazırda vahid aylıq müavinətin bərpa edilməsini tələb edir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edilməlidir ki, məcburi köçkünlərə aylıq müavinətin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”na əsasən həyata keçirilir. Həmin Qaydanın:- -2.4-cü bəndinə əsasən məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), həmçinin sonradan boşanmış qadınlara aylıq müavinət şamil edilmir. -3.1-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. -3.4-cü bəndinə əsasən aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. -3.5-ci bəndinə əsasən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Qaydanın tələblərindən göründüyü kimi vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, iddiaçı Qafarova X12 rayonunun işğalından sonra X13 ilə qeyri rəsmi nikaha daxil olmuşdur və birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2013-cü il təvəllüdlü X14 anadan olmuşdur. Bununla yanaşı, qeyd olunmalıdır ki, iddiaçının nikaha daxil olduğu X2 rayonu, Kosalar kəndi ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır və sonuncu məcburi köçkün statusuna malik deyil. Göründüyü kimi, iddiaçı məcburi köçkün düşdükdən sonra məcburi köçkün statusu olmayan şəxslə faktiki nikah münasibətlərində olmuşdur. Qeyd olunan hal isə istinad olunan Qaydaların 2.4-cü bəndinə əsasən iddiaçıya aylıq müavinət verilməsini istisna edir. Hazırda qüvvədə olmayan Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2014-cü il 10 dekabr tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”ın 6.1.4-cü bəndinə görə məcburi köçkün olduqdan sonra məcburi köçkün statusu olmayan şəxsə ərə getmiş (nikahla və ya nikaha daxil olmadan), lakin ərazisi işğal olunmuş rayondan əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxmayan şəxslərə yemək xərci üçün aylıq müavinətin verilməməsi müəyyən edilmişdir. Göründüyü kimi iddiaçının 2014-cü ilin dekabr ayından sözügedən müavinəti almaq hüququ olmamışdır. Buna baxmayaraq 2019-cu ilədək müavinəti almaqda davam etmiş, lakin cavabdeh orqan haqlı olaraq növbəti illər üzrə iddiaçının adının müvafiq siyahıya salınmasından imtina etmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıya verilən vahid aylıq müavinətin ödənilməsinin dayandırılması ilə bağlı hərəkətləri qanuni olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı aylıq müavinətin bərpa edilməsi və dayandırıldığı tarixdən ödənilməsi barədə iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1087/2022
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1087/2022
01.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver