Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1091/2020 04.06.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X23 nini nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X21 (bundan sonra DƏDRX-nin 3 saylı X23) qarşı (üçüncü şəxs X9) çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh DƏDRX-nin 3 saylı X17rşı iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Samux rayonu, Əlibayramlı kəndində yerləşən 0.12 ha həyatyanı torpaq sahəsinin verilməsinə dair Samux rayon X8 xx.xx.2000ci il tarixli 06 saylı qərarı ilə JN-070A saylı şəhadətnaməyə və X9 ilə bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən, həmin torpaq sahəsinin üzərində onun hüquqlarının dövlət qeydiyyatına alınaraq müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Samux rayonu Əli Bayramlı kənd sakini olmuş mərhum X18 ilə rəsmi nikahda olmuş həyat yoldaşı X4 2009-cu ilin mart-aprel aylarında 9000 (doqquz min) ABŞ dollarına 0.24 ha pay torpaq sahəsi almışdır. Belə ki, X5 “Aqrokredit” Bankının Gəncə filialına 8000 (səkkiz min) ABŞ dolları kredit borcu olduğundan Lyudmila Abbasova həmin bankın əməkdaşlarına özünə məxsus 0.24 ha pay torpaq sahəsi olduğunu, ona alıcı tapıb satılmasını və kredit bağlanılmasını bildirmişdir. Bank əməkdaşları həmin torpaq sahəsini almağı iddiaçıya təklif etmişlər və 9000 (doqquz min) ABŞ dolları məbləğinə Lyudmila Abbasova ilə razılaşmışlar. Həmin məbləğin 3000 (üç min) ABŞ dollarını kredit götürüb 9000 (doqquz min) ABŞ dollarını bank işçilərinin vasitəsi ilə Lyudmila Abbasovanın 8000 (səkkiz min) ABŞ dolları kredit borcunu banka ödəmiş, qalan 1000 (min) ABŞ dollarını isə bank işçiləri Lyudmila Abbasovaya vermişlər. 2009-cu ilin aprel ayında X5 mərhum həyat yoldaşı X12 adına olan 0.12 ha pay torpaq sahəsi, eləcə də sənədsiz 0.12 ha torpağı iddiaçının istifadəsindədir. Lakin iddiaçıya sonradan məlum olmuşdur ki, həmin torpaq sahəsi vəfat etmiş Abbasov Ziyabilin adından onun həyat yoldaşı Lyumilanın adına sənədləşməyib, eləcə də 0.24 ha sahəsi adı ilə Lyudmila Abbasovanın satdığı torpağın rəsmi 0.12 hektarına rəsmi sənədi vardır, digər 0.12 hektarı zəbt olunmuş torpaqdır. 11 ildir ki, 0.24 ha torpaqdan istifadə etməklə Lyudmila Abbasovanın vərəsəlikə aldığı torpağı adına keçirə bilmir. xx.xx.2014-cü il tarixdə Gəncə “ASAN-xidməti” mərkəzində notariat kontorunun xüsusi notariusunda 6260 (altı min iki yüz altmış) manat yəni 8000 (səkkiz min) ABŞ dolları üstünə faiz gəlməməklə, öhdəliyin təminat üsulu kimi Lyudmila Abbasova öz əmlakını göstərməklə altı ay müddətinə xx.xx.2015-ci tarixə kimi ödəyəcəyinə dair kredit müaviləsi bağlanmışdır. Hal hazıra kimi X9 borcunu ödəmir, ünvanı da məlum deyil. 2009-cu ildən hal-hazıra kimi həmin torpaq sahəsi iddiaçının istifadəsindədir. Vergilər və digər ödənişləri iddiaçı öz adından ödəyir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə müraciət edərək qeyd olunan torpaq sahəsinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə çıxarış verilməsini xahiş etmiş, lakin sonuncu bundan imtina etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, “Torpağın mülkiyətə verilməsinə dair” JN 070A saylı şəhadətnaməyə əsasən, Samux rayonu, Əlibayramlı kəndində X10 adına 0.12 ha torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Murtuz X2 ilə notarial qaydada təsdiq edilmiş, xx xxxxxxxx 2014-cü il tarixində imzalanmış “kredit müqaviləsi”ni təqdim edərək “Torpağın mülkiyətə verilməsinə dair” JN 070A saylı şəhadətnaməyə əsasən, Samux rayonu, Əlibayramlı kəndində X10 adına olan 0.12 ha torpaq sahəsinin sənədləşməsinə köməklik göstərilməsini xahiş etmişdir. Torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı hüquqmüəyyənedici sənəd (müqavilə və ya məhkəmə qərarı) təqdim olunmadığı üçün müraciətin icrası mümkün olmamışdır. Üçüncü şəxs X7 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsi mümkün olmamışdır. Məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -AR ƏMDK yanında DƏDRX-nin 3 saylı X20 xx.xx.2020-ci il tarixli, **********34 nömrəli məktubunun surətindən görünür ki, iddiaçının müvafiq müraciəti müsbət həll edilməmişdir. - JN 070A Kod 50709038 nömrəli “Torpağın mülkiyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Samux rayon X8 xx.xx.2000-ci il tarixli 06 saylı qərarı ilə Samux rayon Əlibayramlı kənd sakini X15 0.12 ha torpaq sahəsi verilmişdir. -xx.xx.2014-cü il tarixli, 3M-03-803 reyestr nömrəli kredit müqaviləsinin surətindən görünür ki, X1 Osmanovdan 6260 manat xx.xx.2015-ci il tarixə kimi kredit pul almış və müqavilə ilə müəyyən edilən kredit öhdəliyinin təminat üsulu kimi X9 öz əmlakı ilə cavabdeh olmasını göstərmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X11 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyət baxımından əsaslı deyil. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, iddiaçı Samux rayon X8 xx.xx.2000-ci il tarixli 06 saylı qərarı ilə mərhum X15 verilmiş torpaq sahəsinin X9 ilə aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən ona məxsus olmasını iddia etsə də, həmin sahənin ona məxsus olmasını təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun:- -2-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: -qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; -daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; -qanuni qüvvəyə minmiş məhkəmə qərarları; -2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; -mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); -2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; -bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. -Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: -hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: -icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; -məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; -çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; -Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: -tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; -məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; -Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; -2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin qanunun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Göründüyü kimi yuxarıda qeyd olunan tələblərdən hər-hansı biri iddiaçı tərəfindən yerinə yetirilməmiş, başqa sözlə tələb olunan sənədlər iddiaçı tərəfindən inzibati orqana təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı X17rşı çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətindəGəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-1091/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1091/2020
04.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver