Məhkəmə qərarları › İş №2-1(114)-1091/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1091/2025

15.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1091/2025 15.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Tağıyeva Ruhiyə Nadim qızı Həsənli Qərib Mübariz oğlunun katibliyi, İddiaçı “Nümayəndə1 başçılığı ilə X7”nın rəhbəri Nümayəndə1 və cavabdeh Şəmkir Bələdiyyəsinin nümayəndələri Nümayəndə2 və X2 iştirakı ilə, İddiaçı “Nümayəndə1 başçılığı ilə X7”nın cavabdeh Şəmkir Bələdiyyəsinə qarşı “qərarın ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İddiaçının tələbi, cavabdehin etirazı İddiaçı “Nümayəndə1 başçılığı ilə X7” cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, qanuni istifadəsində olan torpaq sahəsinin 4.93 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Şəmkir rayon X8 adına aparılmış mülkiyyət hüququ qeydinin ləğv edilməsi və həmin torpaq sahəsinə dair onun istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1996-cı il tarixli sərəncamı ilə Çaykənd sovxozunun ərazisindən 35 hektar torpaq sahəsi İcra Hakimiyyətinin balansına götürülmüşdür. Həmin sərəncama əsasən AR Torpaq Məcəlləsinin 60-cı maddəsinin və "X7" haqqında AR Qanununun tələblərinə əsasən "Çaykənd" sovxozunun ərazisində Nümayəndə1 başçılığı ilə X7 yaradılmış və onun nizamnaməsi təsdiq edilmişdir. Sözügedən Sərəncamın digər bəndinə əsasən Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən 35 ha (otuz beş) torpaq sahəsinin iddiaçıya ayrılması qərara alınmışdır. İddiaçı ayrılmış torpaq sahəsinə dair hüququnun qeydə alınması məqsədilə xx.xx.2022-ci il tarixdə cavabdeh AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş, lakin müraciətinə qanunla müəyyən edilmiş müddətdə cavab verilmədiyindən, cavabdehə qarşı Gəncə İnzibati Məhkəməsində iddia qaldıraraq, məhkəmədən Şəmkir Rayon İcra Hakimiyyəti Başçısının 23 iyun 1996-cı il tarixli sərəncamı ilə iddiaçıya ayrılmış Çaykənd sovxozunun ərazisindən 35 hektar torpaq sahəsinə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə İnzibati Məhkəməsinin e-2- 1(114)-177/2023 №-li xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən Nümayəndə1 başçılığı ilə X3 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində Nümayəndə1 başçılığı ilə X1 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyinin "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilməsi, qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qeyd olunan məhkəmə qərarından cavabdeh tərəfindən Gəncə Apellyasiya Məhkəməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsinə verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. Gəncə İnzibati Məhkəməsinin e-2-1(114)-177/2023 №-li xx.xx.2023-cü il tarixli qərarı qanuni qüvvəyə minməklə cavabdeh tərəfindən icra edilərək, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən Nümayəndə1 başçılığı ilə X3 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində Nümayəndə1 başçılığı ilə X1 istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə iddiaçıya çıxarışlar verilmişdir. Bundan sonra iddiaçı həmin cavabdeh inzibati orqana müraciət edərək, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin 4.93 ha hissəsinə dair daşınmaz əmlakın dövlət reyestrində üçüncü şəxs Şəmkir Rayonu X8 adına aparılmış mülkiyyət hüququ qeydinin ləğv edilməsini və həmin torpaq sahəsinə dair iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaçının müraciətinin təmin olunmasından imtina etmişdir. İddiaçı hesab edir ki, həmin imtina qanunsuzdur və iddiaçının qanunla qorunan hüququnun pozulmasına səbəb olur. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət edərək, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsinə hüququnun qeydə alınmasını xahiş etmiş, cavabdeh inzibati orqan isə nəinki, iddiaçının hüququnu qeydə almış, hətta heç bir qanuni əsas olmadan iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin 4.93 ha hissəsinə xx.xx.2022-ci il tarixdə hazırki iş üzrə üçüncü şəxs Şəmkir Rayonu X8 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq, həmin üçüncü şəxsə bu barədə dövlət reyestrindən çıxarış vermişdir. Cavabdeh inzibati orqan iddiaçıya torpaq sahəsi ayrılarkən üçüncü şəxs Bələdiyyənin mövcud olmadığını bilə-bilə və iddiaçı hüququnun qeydə alınmasını tələb etdikdən 10 ay sonra, üçüncü şəxs Şəmkir Rayonu X8 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq, kobud qanun pozuntusuna yol vermişdir. Cavabdeh inzibati orqan yol verdiyi kobud qanun pozuntusu düzəltmək əvəzinə, hazırki iş üzr9ə iddiaçının müraciətini təmin etməkdən əsassız imtina etmişdir. Odur ki, cavabdehin imtinası qanunsuz və əsassızdır, iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olduğundan İnzibati məhkəmə icraatı qaydasında cavabdeh inzibati orqanın iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinə (4.93 ha) üçüncü şəxs Şəmkir Rayonu X8 mülkiyyət hüququnu daşınmaz əmlakın dövlət reyestrində qeydə alması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin qeydin ləğv edilməsi və həmin torpaq sahəsinə iddiaçının istifadə hüququnun qeydə alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmalıdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-3474/2024 nömrəli qərardadı ilə iş üzrə Şəmkir rayon X11 adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-1(114)-3474/2024 nömrəli qərardadı ilə iş üzrə Şəmkir rayon X11 cavabdeh kimi məhkəmə icraatına cəlb edilmiş, iddia tələbi iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin 4.93 ha hissəsinə dair Şəmkir rayon X8 xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi, həmin qərar əsasında Şəmkir rayon X8 adına aparılmış mülkiyyət hüququ qeydinin ləğv edilməsi və həmin torpaq sahəsinə dair iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dəyişdirilmişdir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1091/2025 nömrəli qərardadı ilə 2-1(114)-1091/2025 nömrəli inzibati iş üzrə iddia tələbləri ayrı-ayrı müstəqil işlər üzrə icraata ayrılmış, “İddiaçı “Nümayəndə1 başçılığı ilə X7”nın cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı Şəmkir rayon Göyçə Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərarı əsasında Şəmkir rayon X8 adına aparılmış mülkiyyət hüququ qeydinin ləğv edilməsi və həmin torpaq sahəsinə dair iddiaçının istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi “İddiaçı “Nümayəndə1 başçılığı ilə X7”nın cavabdeh Şəmkir Bələdiyyəsinə qarşı iddiaçının qanuni istifadəsində olan torpaq sahəsinin 4.93 ha hissəsinə dair Şəmkir rayon X8 xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbindən ayrı müstəqil icraata ayrılmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(114)-1091/2025 nömrəli qərardadı ilə cavabdeh əsl cavabdeh “Şəmkir Bələdiyyəsi” ilə əvəz edilmişdir. Cavabdeh Şəmkir Bələdiyyəsi tərəfindən iddiaya qarşı etiraz məhkəməyə daxil olmuş, etirazda göstərilmişdir ki, iddia tələbi tam əsassız hesab edilir. Belə ki, iddiaçı Nümayəndə1 başçılığı ilə X7 Şəmkir rayonu, Çaykənd kəndində yerləşən xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Şəmkir rayonu X8 mülkiyyətində olan 4.93 ha torpaq sahəsinin Şəmkir rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə "Orlonun yeri" adlanan ərazidən X3 35 ha ayrılmış torpaq sahəsinin tərkibinə daxil olduğunu bildirir və həmin torpaq sahəsinə dair çıxarışın ləğv edilməsini tələb edir. Halbuki, mübahisəli torpaq sahəsi Elektron baza xəritəsinə əsasən, Şəmkir rayonu, X10 məxsus torpaq sahəsidir və həmin torpaq sahəsinə dair də xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarış əsasında Bələdiyyənin mülkiyyətinə verilmişdir. Mübahisəli torpaq sahəsi 1996-cı ildən heç bir etiraz olmadan Bələdiyyənin istifadəsindədir. Hazırda iddiaçı həmin torpaq sahəsinin qanuni istifadəsində olduğunu bildirsə də, o ümumiyyətlə həmin torpaq sahəsindən istifadə etməmişdir. Qeyd edilən halların nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatı İddiaçı “Nümayəndə1 başçılığı ilə X7”nın rəhbəri Nümayəndə1 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Şəmkir Bələdiyyəsinin nümayəndələri Nümayəndə2 və X9 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdilər. İşin halları Şəmkir Rayon İcra Hakimiyyətinin 23 iyun 1996-cı il tarixli 102 nömrəli Sərəncamına əsasən, "Orlonun yeri" adlanan sahədən 35 ha (otuz beş) torpaq sahəsinin Nümayəndə1 başçılığı ilə X3 ayrılması qərara alınmışdır. X8 xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarına əsasən, X8 icarə predmeti olan kənd təsərrüfatı təyinatlı 4.93 ha torpaq sahəsinin qeydiyyatının aparılması qərara alınmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********85 reyestr nömrəli çıxarışa əsasən, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 4.93 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə Şəmkir rayon X8 adına daşınmaz əmlakın dövlət reyestrində 336 nömrəli reyestr kitabının 16 nömrəli vərəqində qeydiyyata alınmışdır. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-177/2023 nömrəli qərarına əsasən iddia qismən təmin edilmiş, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən Nümayəndə1 başçılığı ilə X3 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində Nümayəndə1 başçılığı ilə X1 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-688/2023 nömrəli qərarı ilə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 1(114)-177/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-3028/2023 nömrəli qərarı ilə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(104)-688/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanmışdır. Daşınmaz əmıakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli çıxarışlardan görünür ki, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən torpaq sahələri üzərində “Nümayəndə1 başçılığı ilə X7”nın istifadə hüququ qeydə alınmışdır. Şəmkir rayonu X8 məktubundan görünür ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il qeydiyyat tarixli çıxarışa əsasən, Şəmkir rayon X8 mülkiyyətində olan torpaq sahəsi hərraca çıxarılmamış, torpaq sahəsi 5 ildir ki, X6 istifadəsindədir. lakin 2024-cü ildə “Nümayəndə1 başçılığı ilə X7” tərəfindən zəbt edilmişdir. Şəmkir Bələdiyyəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Şəmkir rayonu, X8 mülkiyyətində olan Şəmkir rayonu, Çaykənd kəndində yerləşən 4,93 ha torpaq sahəsinin X4 istifadəsinə verilməsi ilə əlaqədar icarə müqaviləsi və digər hüquqmüəyyənedici sənəd qeydə alınmamışdır. Göstərilən 4.93 ha torpaq sahəsi bələdiyyənin ehtiyacları üçün nəzərdə tutulur. Tətbiq edilən hüquq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; Azərbaycan Respublikasının İnzibati Prosesual Məcəlləsi Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Maddə 32. Mübahisələndirmə haqqında iddia 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38. İddia müddəti 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmənin mövqeyi Məhkəmə əvvəla iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt olan onun mümkünlüyünü yoxlayaraq məhkəmə hesab edir ki, verilmiş iddia mümkün iddiadır. Belə ki, hazırkı iddia mübahisələndirmə haqqında iddia olmaqla ümumi və xüsusi mümkünlük şərtləri yerinə yetirilmişdir. Məhkəmə tərəfindən iddianın məhkəməyə aid olması, iddia tələbi üzrə iddiaçının subyektiv hüquqa malik olması, cavabdehin iddiaya cavab verməli olması müəyyən edilmişdir. Məhkəmə iddia müddəti ilə qeyd edir ki, iş üzrə iddiaçı məhkəməyə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə qarşı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixdə Şəmkir rayon X8 adına aparılmış mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi tələbi ilə müraciət etmiş, məhkəmə tərəfindən çıxarışın verilməsinə əsas olan sənədin X8 xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarının olması müəyyən edilmişdir. Bu səbəbdən iddiaçıya xx.xx.2024-cü il tarixli məhkəmə iclasında hüquqi yardım göstərilərək, hazırkı iş üzrə X5rşı Bələdiyyənin qeyd olunan qərarının mübahisələndirilməsi təklif olunmuş və həmin tarixdə qərar iddiaçıya təqdim edilmişdir. İddiaçı tərəfindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmuş və X8 xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarının ləğv edilməsi xahiş edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən iddia müddətinə də riayət olunmuşdur. Odur ki, verilmiş iddiaya mahiyyəti üzrə baxıla bilər. Məhkəmə iddia ərizəsini, iş materiallarını araşdıraraq, işin hallarına hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. İşdə olan Şəmkir Rayon İcra Hakimiyyətinin 23 iyun 1996-cı il tarixli 102 nömrəli Sərəncamına əsasən, "Orlonun yeri" adlanan sahədən 35 ha (otuz beş) torpaq sahəsinin Nümayəndə1 başçılığı ilə X3 ayrılması qərara alınmışdır. Şəmkir rayonu X8 xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı ilə, X8 icarə predmeti olan kənd təsərrüfatı təyinatlı 4.93 ha torpaq sahəsinin qeydiyyatının aparılması qərara alınmış, Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 4.93 ha torpaq sahəsi mülkiyyət hüququ üzrə xx.xx.2022-ci il tarixdə Şəmkir rayon X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hazırkı iddia tələbi ilə iddiaçı Şəmkir rayonu X8 qeyd olunan qərarının ləğv edilməsini xahiş edir. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-177/2023 nömrəli qərarına əsasən, Nümayəndə1 başçılığı ilə X1 iddiası qismən təmin edilmiş, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən Nümayəndə1 başçılığı ilə X3 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinin xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, üzərində Nümayəndə1 başçılığı ilə X1 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə həvalə edilmişdir. Gəncə İnzibati Məhkəməsinin göstərilən qərarında qeyd edilmişdir ki, məhkəməyə təqdim edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin məktubunda, mütəxəssis rəyində qeyd edilmiş Şəmkir rayonu, Çaykənd kəndində yerləşən "Orlonun yeri" adlanan ərazidən Nümayəndə1 başçılığı ilə X3 ayrılmış 35 (otuz beş) ha torpaq sahəsinin 4.93 ha hissəsinə bələdiyyə mülkiyyətinə aid xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarış verildiyi göstərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(104)-688/2023 nömrəli qərarı ilə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Gəncə İnzibati Məhkəməsinin qeyd olunan qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2-1(102)-3028/2023 nömrəli qərarı ilə, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının göstərilən qərarı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində nəzərdə tutulan qaydada, "Orlonun yeri" adlanan sahədən 35 ha (otuz beş) torpaq sahəsinin Nümayəndə1 başçılığı ilə X3 ayrılmasına dair Şəmkir Rayon İcra Hakimiyyətinin 23 iyun 1996-cı il tarixli 102 nömrəli Sərəncamı iddiaçının həmin torpaq sahəsi üzərində istifadə hüququnun qeydiyyata alınması üçün əsas olmuşdur. X14 Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(114)-177/2023 nömrəli qərarı ilə, torpaq sahəsinin xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********85 saylı çıxarışla bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla, Nümayəndə1 başçılığı ilə X1 istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından görünür ki, Şəmkir Rayon İcra Hakimiyyətinin 23 iyun 1996-cı il tarixli 102 nömrəli Sərəncamı əsasında Nümayəndə1 başçılığı ilə X3 ayrılmış 35 ha (otuz beş) torpaq sahəsinin 4.93 ha hissəsi üzərində X8 adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ qeydiyyata alındığı üçün iddia həmin hissədə təmin edilməmişdir. Məhkəmə hesab edir ki, X8 mübahisəli torpaq sahəsinin adına qeydiyyata alınması ilə bağlı qəbul etdiyi xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı qanunsuzdur. Belə ki, həmin torpaq sahəsi Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə iddiaçının müddət müyyənləşdirilmədən istifadəsinə verilmiş, həmin inzibati akt isə iddiaçının istifadə hüququnun qeydə alınmasına əsas olmuşdur. Məhkəmə qərarının icrası nəticəsində qeyd olunan topraq sahəsi üzərində Bələdiyyə mülkiyyətində olan 4.93 ha hissəsi istisna olmaqla iddiaçının istifadə hüququ qeydə alınmışdır. 4.93 ha torpaq sahəsi üzərində isə bələdiyyə mülkiyyətinin qeydə alınması iddiaçının həmin torpaq sahəsinə dair istifadə hüququnu tam şəkildə həyata keçirməsinə maneə olur. Ona görə də məhkəmə hesab edir ki, Şəmkir Rayon İcra Hakimiyyəti başçısının 23 iyun 1996-cı il tarixli, 102 nömrəli sərəncamı ilə iddiaçının istifadəsinə verilmiş Şəmkir rayonu, Yuxarı Çaykənd kəndində yerləşən 4.93 ha torpaq sahəsinin mülkiyyət hüququ üzrə Şəmkir rayon X8 adına qeydə alınmasına dair X8 xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı ləğv edilməlidir. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X8 xx.xx.2021ci il tarixli 08 nömrəli qərarı ləğv edilməlidir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 34.1 və 85.1-ci maddələrini rəhbər tutaraq Qərara aldı İddiaçı “Nümayəndə1 başçılığı ilə X7” tərəfindən verilmiş iddia təmin edilsin. X8 xx.xx.2021-ci il tarixli 08 nömrəli qərarı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərardan göstərilən müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruhiyə Tağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar