Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1092/2024 01.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, İclas katibi Kərimov Elvin Cəfər oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. Məhkəmədə icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanmasına dair xx.xx.2022-ci il tarixli **********150800 nömrəli qərarın ləğv olunmasına və həmin qərar əsasında hesablanmış 117.148,28 manat vergi borcunun silinməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-cü il tarixli, **********150800 saylı qərarı ilə vergi orqanı tərəfindən aparılmış kameral yoxlama nəticəsində müəyyən edilmiş vergi və ya sığorta haqqı kimi iddiaçının 117.148,28 manat vergi borcunun olması qərara alınmışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsi xx.xx.2022-cü il tarixli, **********150800 saylı qərarını belə əsaslandırmışdır ki, "əsas fəaliyyət növü alınmış kənd təsərrüfatı məhsullarının satışı olmaqla 2021-ci ilin noyabr ayında 767.972,03 manat məbləğində satılmış mallara görə elektron qaimə-faktura təqdim edildiyi halda həmin dövr üzrə təqdim edilmiş bəyannamədə daxil olmuş məbləğ göstərilməmiş və 117.148,28 manat ƏDV-nin hesablanmadığı müəyyən edilmişdir". O, sözügedən İdarənin xx.xx.2022-ci il tarixli, **********150800 nömrəli qərarı ilə razılaşmır. Əvvəla, sözügedən qərarın qəbul edilməsindən onun məlumatı olmamışdır. Qəbul edilmiş qərarda vergi borcunun hansı səbəbdən yaranması öz əksini tapmamışdır. 11 saylı Ərazi Vergilər Baş İdarəsinn xx.xx.2022-ci il tarixli, **********150800 saylı qərarında göstərilmişdir ki vergi ödəyicisinin kənd təsərrüfatı məhsulu istehsalı ilə məşğul olduğu göstərilsə də, istehsal həcminə uyğun işçi sayının olmadığı, torpaq sahəsinin qeydiyyata alınmadığı və s. tosdiqedici sənədlər təqdim edilməmişdir. Hansı ki, onun işə əlavə etdiyi sənədlərdən də göründüyü kimi, torpaq sahəsi ona məxsus olmaqla o, öz mülkiyyətində olan torpaq sahəsində yetişdirdiyi məhsulun satışı ilə məşğul olmuşdur. İddiaçı öz bağının məhsulunu digər bir şəxsə satdığı üçün isə ona vergi hesablanması qanunsuzdur. Belə ki, iddiaçının iddia ərizəsinə əlavə etdiyi çıxarışlardan görünür ki, o, Tərtər rayonu Hüsənli kəndi ərazisində həm öz mülkiyyətində, həm ailə üzvləriylə birlikdə mülkiyyətində olan torpaq sahələrində kənd təsərrüfatı məhsulları yetişdirib, ailə üzvlərinin əməyi sayəsində məhsul əldə edib ixrac etmişdir. Həmin torpaq sahəsinə dair onun Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən **********1000002 saylı "torpaq sahəsinin kadastr planı" sənədi almışdır. Vergilər Nazirliyinin açıqlamasında da bildirilir ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalçısı olmayan şəxslər tərəfindən həmin mahsulların satışı ümumi qaydada vergiyə cəlb olunur və 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər ƏDV qeydiyyatı üçün vergi orqanına ərizə təqdim etməlidir. Hansı ki, yuxarıda da qeyd etdiyi kimi o, öz həyatyanı torpaq sahəsində becərdiyi mahsulun (nar, xurma) satışı ilə məşğul olmuşdur. Vergi Məcəlləsinin müddəalarına əsasən. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr mənfəət (gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən və həmin fəaliyyət prosesində istifadə olunan obyektlərin əmlak vergisini ödəməkdən azad edilmişdir. Buna əsasən, kənd təsərrfatı məhsullarının istehsalçılarının özlərinin istehsal etdikləri və emal məhsulu olmayan malların satışı üzrə əldə etdiyi gəlirləri mənfəət(gəlir) vergisindən, əlavə dəyər vergisindən, sadələşdirilmiş sistem üzrə vergidən azaddır. Yuxarıda iddiaçının sadaladıqlarına əsasən, o hesab edir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********150800 saylı qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. İş üzrə digər zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə müvafiq olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Cavabdeh 11 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2024-cü il tarixdə iş üzrə icraata xitam verilməsi barədə ərizəsi məhkəməyə daxil olmuşdur.
6. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisələndirdiyi qərar 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ləğv edilərək hesablanmış vergi məbləği silinmişdir.
Əsaslandırma hissəsi:
8. Məhkəmə cavabdehin ərizəsini nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
9. Belə ki, iddiaçının tələbi Vergilərin, sosial sığorta və işsizlik haqqlarının hesablanmasına dair xx.xx.2022-ci il tarixli **********150800 nömrəli qərarın ləğv olunmasına və həmin qərar əsasında hesablanmış 117.148,28 manat vergi borcunun silinməsindən ibarətdir ki, həmin qərar cavabdehin özü tərəfindən ləğv edilərək hesablanmış vergi məbləği silinmişdir.
10. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
11. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
Nəticəvi hissə:
12. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva