Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-11/2021 29.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə nümayəndəsi X4 iştirakları ilə, “Borcun silinməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 fevral 2015-ci il tarixli, ********* nömrəli vəsiqəsinə əsasən X14 Xidmətinin baş məsləhətçi-nəzarətçi müfəttişləri X10, X11 və aparıcı məsləhətçi nəzarətçi-müfəttişi X8 tərəfindən dövlət büdcəsindən 2012-ci ilin yanvar ayından 2015-ci ilin fevral ayına kimi olan dövrdə İddiaçınə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin düzgünlüyü Texnologiya Universitetinin rektoru X3, tədris işləri üzrə prorektor X5, İnzibati-təsərrüfat işləri üzrə prorektor X6, baş mühasib X9, baş mühasibin müavini X1 və digər aidiyyatı şəxslərin iştirakları ilə yoxlanılması nəticəsində tərtib edilmiş 16.05.2015-ci il tarixli aktdan görünür ki, yoxlama ilə əhatə olunan dövrdə tərtib olunmuş əmək haqqı hesablama cədvəlləri və əmək haqqı üzrə işçilərin şəxsi hesab göstəricilərinə əsasən 2012-ci ildə faktiki olaraq işçi heyətinə 1.539.344,73 manat məbləğində əsas və əlavə əmək haqqı, mükafat və maddi yardım hesablandığı halda, Universitet tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə təqdim olunan hesabatda həmin göstərici 2.020.640,30 manat və ya 481.295,57 manat, 2013-cü ildə faktiki olaraq 1.549.630,99 manat hesablandığı halda, hesabatda 1.942.115,08 manat və ya 392.484,09 manat, 2014-cü ildə faktiki olaraq 1.666.769,54 manat hesablandığı halda, hesabatda 1.808.807,13 manat və ya 142.037,59 manat artıq olmaqla göstərilmiş, nəticədə yoxlama ilə əhatə olunan dövrdə cəmi 253.954,32 manat, o cümlədən əmək haqqı fondundan 22 faiz ayırma hesabına 223.479,79 manat, əmək haqqından tutulan 3 faiz ayırma hesabına 304.74,53 manat məcburi sosial sığorta haqqı DSMF-yə artıq köçürülmüşdür. Bununla bağlı İddiaçı ilə Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi arasında 01 yanvar 2015-ci il tarixi vəziyyətinə hesablaşmaların qarşılıqlı üzləşməsi aparılmış və nəticədə ilin əvvəlinə olan Universitetin 7325,27 manat debitor borc məbləği də nəzərə alınmaqla 01 yanvar 2015-ci il tarixə DSMF-nin Universitetə 261.279,60 manat (253.954,32+7325,27) borc məbləğinin olduğu 22 aprel 2015-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunmuş, DSMF-nin Universitetə olan borcu kimi uçota götürülmüşdür. 22.04.2015-ci il tarixli İddiaçı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon şöbəsi arasında 01 yanvar 2015-ci il tarixli vəziyyətə dair hesablaşmaların qarşılıqlı üzləşməsinin aparılması nəticəsində tərtib edilmiş üzləşmə aktından görünür ki, ilin əvvəlinə olan 7.325,27 manat debitor borc məbləği də nəzərə alınmaqla 01 yanvar 2015-ci il tarixə DSMF-nin Universitetə 261.279,60 (253.954,32 və 7.325,27) manat borcu vardır. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 20 saylı Regional Xəzinədarlıq İdarəsinin 24.09.2020-ci il tarixli 01/0402-33 nömrəli məktubuna əlavə edilmiş üzləşmə və akta əsasən tərtib edilmiş arayışdan və İddiaçı Gəncə şəhəri üzrə Maliyyə idarəsinə ünvanlandığı: - 29.05.2015-ci il tarixli 01-010 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 4026,46 manat (pen/fond 3%) və 29527,40 manat (DSMF 22%); - 05.06.2015-ci il tarixli 01-026 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 797,97 manat (pen/fond 3%) və 5851,78 manat (DSMF 22%); - 06.07.2015-ci il tarixli 44-01-11326/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 2667,40 manat (pen/fond 3%) və 29341,47 manat (DSMF 22%); - 22.07.2015-ci il tarixli 44-01-342/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 2154,52 manat (DSMF 22%); - 31.07.2015-ci il tarixli 44-01-355/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 4362,93 manat (h/t ü/h 2%) və 51186,29 manat (DSMF 22%); - 04.08.2015-ci il tarixli 44-01-358/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 9523,99 manat (DSMF 22%); - 11.08.2015-ci il tarixli 44-01-359/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 1883,93 manat (DSMF 22%) və 2747,82 manat (DSMF 22%); - 02.09.2015-ci il tarixli 44-01-387/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 4844,71 manat (DSMF 22%); - 16.09.2015-ci il tarixli 44-01-391/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 5332,28 manat (DSMF 22%) və 617,68 manat (DSMF 22%); - 13.10.2015-ci il tarixli 44-01-425/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 2938,45 manat (DSMF 22%) və 282,14 manat (DSMF 22%); - 20.10.2015-ci il tarixli 44-01-448/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 16923,28 manat (DSMF 22%) və 1286,72 manat (DSMF 22%); - 21.10.2015-ci il tarixli 44-01-419/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 3015,98 manat (DSMF 22%); - 28.10.2015-ci il tarixli 44-01-503/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 3777,40 manat (DSMF 22%); - 06.11.2015-ci il tarixli 44-01-514/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 28502,03 manat (DSMF 22%) və 7686,34 manat (DSMF 22%); - 30.11.2015-ci il tarixli 44-01-557/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 6227,77 manat (DSMF 22%); - 09.12.2015-ci il tarixli 44-01-569/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 29650,08 manat (DSMF 22%); - 23.12.2015-ci il tarixli 44-01-590/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 10625,28 manat (DSMF 22%); - 24.12.2015-ci il tarixli 44-01-591/01 nömrəli arayışda akta əsasən ödənilməyən məbləğlər – 2527,83 manat (DSMF 22%) arayışların surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə olan 261.279 manat 60 qəpik debitor borcu əvəzləşdirilmişdir. İddiaçı 27.02.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edərək qanunsuz hesablanmış 261.279,60 manat əsas borc, 197.644,01 manat əsas borca hesablanmış maliyyə sanksiyası, ümumilikdə 458.923,61 manat məbləğində borcun silinməsinə dair aiddiyəti sərəncam verilməsini xahiş etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab verilməmişdir. Bundan sonra, iddiaçı məhkəməyə müraciət edərək qanunsuz hesablanmış 261.279,60 manat əsas borc, 197.644,01 manat əsas borca hesablanmış maliyyə sanksiya, ümumilikdə 458.923,61 manat məbləğində göstərilən borcun silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 10.03.2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq səviyyələr üzrə ali təhsil proqramlarını həyata keçirən hüquqi şəxs statusuna malik təhsil müəssisəsidir. İddiaçı öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, “Təhsil haqqında" Azərbaycan Respublikası Qanununu, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrlərini, kollegiyasının qərarlarını və öz Nizamnaməsini rəhbər tutur. İddiaçı Nizamnaməsi “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və universitetin fəaliyyətini tənzimləyir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 fevral 2015-ci il tarixli, ********* nömrəli vəsiqəsinə əsasən X14 Xidmətinin baş məsləhətçi-nəzarətçi müfəttişləri X10, X12 və aparıcı məsləhətçi, nəzarətçi-müfəttişi X8 tərəfindən dövlət büdcəsindən 2012-ci ilin yanvar ayından 2015-ci ilin fevral ayına kimi olan dövrdə İddiaçınə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin düzgünlüyü Texnologiya Universitetinin rəhbərliyi və aidiyyətı şəxslərin iştirakı ilə yoxlanılmışdır. Yoxlama ilə əhatə olunan dövrdə tərtib olunmuş əmək haqqı hesablama cədvəlləri və əmək haqqı üzrə işçilərin şəxsi hesab göstəricilərinə əsasən 2012-ci ildə 481.295,57 manat, 2013-cü ildə 392.484,09 manat, 2014-cü ildə 142.037,59 manat artıq olmaqla göstərilmiş, nəticədə yoxlama ilə əhatə olunan dövrdə cəmi 253.954,32 manat, o cümlədən əmək haqqı fondundan 22 faiz ayırma hesabına 223.479,79 manat, əmək haqqından tutulan 3 faiz ayırma hesabına 3.0474,53 manat məcburi sosial sığorta haqqı DSMF-yə artıq köçürülmüşdür. Bununla bağlı Universitetlə Dövlət Sosial X16 şəhər Kəpəz rayon şöbəsi arasında 01 yanvar 2015-ci il tarixi vəziyyətinə hesablaşmaların qarşılıqlı üzləşməsi aparılmış və nəticədə ilin əvvəlinə olan 7.325,27 manat debitor borc məbləği də nəzərə alınmaqla 01 yanvar 2015-ci il tarixə DSMF-nin Universitetə 261.279,60 manat (253.954,32+7.325,27) borcunun olduğu 22 aprel 2015-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunmuş, DSMF-nin Universitetə olan borcu kimi uçota götürülmüş və bu haqda 16 may 2015-ci il tarixdə Maliyyə Nazirliyinin X14 Xidmətinin əməkdaşları tərəfindən Akt tərtib edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 fevral 2015-ci il tarixli ********* nömrəli vəsiqəsinə əsasən X14 Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilmiş və aktlaşdırılmış 01 yanvar 2015-ci il tarixə DSMF-nin Universitetə 261.279,60 manat debitor borc məbləğinin olduğu 22 aprel 2015-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunmuş və DSMF-nin Universitetə olan borcu kimi uçota götürülməsindən sonra İddiaçı Maliyyə şöbəsi tərəfindən DSMF-yə artıq ödənilmiş 261.279,60 manat məbləğində pul vəsaiti 01.05.2015-ci il tarixdən 24.12.2015-ci il tarixədək dövr ərzində əvəzləşdirilmişdir. Qeyd olunanlarla əlaqədar olaraq 27.02.2019-cu il tarixdə 12 Saylı Vergilər İdarəsinə rəsmi xəbərdarlıq göndərilməsinə baxmayaraq qanunsuz hesablanmış borcun silinməsinə dair tədbir görülməmişdir. Cavabdeh inzibati orqan məhkəməyə ünvanlandığı etirazında göstərmişdir ki, iddia ərizəsində irəli sürülən dəlillər əsassızdır və təmin edilməməlidir. Belə ki, işin dəqiq araşdırılması məqsədi ilə tərəflərindən Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə İddiaçı 01.01.2012-ci il tarixdən 01.10.2018-ci il tarixə kimi məcburi dövlət sosial sığorta haqları üzrə borcunun açıqlaması (illər üzrə hesablamalar və ödəmələr daxil) rəsmi sorğu ilə istənilmişdir. Müvafiq sorğuya cavab olaraq Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin 02.04.2019-cu il tarixli **********2 nömrəli məktubuna əsasən bildirilmişdir ki, təqdim edilmiş hesabatlara görə “İddiaçı” MMC-nin (VÖEN:**********) 01.01.2012-ci il tarixdən 01.10.2018-ci il tarixə kimi hesablamaları və ödəmələri əsasında 01.10.2018-ci il tarixə 464870,10 manat məbləğində debitor borcu olmuşdur. İddiaçının şəxsi hesab vərəqəsinə əsasən qeyd olunur ki, 01.10.2018-ci il tarixə məcburi dövlət sosial sığorta haqları üzrə borcu - əsas məbləğ üzrə - 275728,91 manat, penya - 189141,19 manat, eləcə də işsizlikdən sığorta haqqı üzrə əsas məbləğ üzrə 2357,74 manat olmuşdur. Vergi ödəyicisi tərəfindən müvafiq ödəmələr həyata keçirilmiş və hal hazırki tarixə məcburi dövlət sosial sığorta haqlarından mövcud iddia tələbi ilə mübahisələndirilən məbləğdən ancaq penya üzrə 117119,24 manat borcu qalmışdır. İş üzrə İddiaçı şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ödənilməmiş borcu vardır. Həmin borc iddiaçı tərəfindən icra olunmamış, yerinə yetirilməmiş öhdəliyidir. İddiaçının nümayəndəsi X7 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi X13 cavabdehin etirazı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Üçüncü şəxslərə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, nümayəndənin iştirakını təmin etməmişlər. İş üzrə üçüncü şəxslərin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, məhkəmə işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünü yoxlayaraq müəyyən etmişdir ki, verilmiş iddia mümkündür və tələbin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddiaçı İnzibati-Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmış və məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb etmişdir. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ilin əvvəlinə olan 7.325,27 manat debitor borc məbləği də nəzərə alınmaqla 01 yanvar 2015-ci il tarixə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçınə 261.279,60 (253.954,32 və 7.325,27) manat borcu vardır. Həmin bors tərəflər arasında 01 yanvar 2015-ci il tarixli vəziyyətə dair hesablaşmaların qarşılıqlı üzləşməsinin aparılması nəticəsində tərtib edilmiş 22.04.2015-ci il tarixli üzləşmə aktı ilə öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 23 fevral 2015-ci il tarixli, ********* nömrəli vəsiqəsinə əsasən X14 Xidməti tərəfindən dövlət büdcəsindən 2012-ci ilin yanvar ayından 2015-ci ilin fevral ayına kimi olan dövrdə İddiaçınə ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsinin düzgünlüyü aidiyyətı şəxslərin iştirakları ilə yoxlanılması nəticəsində tərtib edilmiş 16.05.2015-ci il tarixli akt ilə ilin əvvəlinə olan Universitetin 7325,27 manat debitor borc məbləği də nəzərə alınmaqla 01 yanvar 2015-ci il tarixə DSMF-nin Universitetə 261.279,60 manat (253.954,32+7325,27) borc məbləğinin olduğu 22 aprel 2015-ci il tarixli üzləşmə aktı ilə təsdiq olunmuş, DSMF-nin Universitetə olan borcu kimi uçota götürülmüşdür. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin 20 saylı Regional Xəzinədarlıq İdarəsinin 24.09.2020-ci il tarixli 01/0402-33 nömrəli məktubuna əlavə edilmiş arayışlarla İddiaçı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə olan 261.279 manat 60 qəpik debitor borcu əvəzləşdirilməsi öz təsdiqini tapmışdır. Məhkəmə iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılması məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və X18 Filialına müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinin İddiaçı tərəfindən artıq ödənildiyi qeyd edilən (261279,60 manatın) məbləğin 01 may 2015-ci il tarixdən 24 dekabr 2015-ci il tarixədək olan dövrlə əvəzləşdirilib-əvəzləşdirilməməsinə dair məlumatın və buna dair toplanmış sənədlərin surətlərinin məhkəməyə təqdim edilməsini xahiş etsə də, Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının 14.07.2021-ci il tarixli **********9 nömrəli məktubunda Fonda müraciət edildiyi qeyd edilmişdir. Məhkəmənin qeyd edilən sorğusu Fondun 18 saylı regional ərazi filialına göndərilmiş və sonuncunun cavabından məlum olmuşdur ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanması, ödənilməsi və borcların yığılması ilə bağlı səlahiyyətlər 01.01.2019-cu il tarixdən Azərbaycan Respublikası Vergilər Nazirliyinin səlahiyyətlərinə aid olduğu üçün aidiyyəti üzrə 12 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət edilməsi tövsiyyə olunmuşdur. Beləliklə, nə cavabdeh inzibati orqan, nə də üçüncü şəxs olan Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Gəncə şəhər Kəpəz rayon filialı məhkəməyə hazırkı iddia tələbi üzrə olan borcun tərəfindən əvəzləşdirilib-əvəzləşdirilməməsi ilə bağlı heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, iddiaçının təqdim etdiyi və məhkəmənin sorğusuna əsasən müxtəlif inzibati orqanlardan alınaraq işə əlavə edilmiş və yuxarıda ətraflı şəkildə göstərilmiş sənədlərlə müəyyən edilir ki, üzləşmə aktına əsasən İddiaçı tərəfindən Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə artıq ödənilən 261279,60 manat məbləğin 01 may 2015-ci il tarixdən 24 dekabr 2015-ci il tarixədək olan dövrlə əvəzləşdirilməsinə dair məlumatlar Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər Kəpəz rayon şöbəsinə təqdim edilmişdir. İnzibati-Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 30 noyabr 2018-ci il tarixli, 1360-VQD nömrəli Qanununa əsasən məcburi dövlət sosial sığorta haqları üzrə yığımların təmin edilməsi 01.01.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası Vergilər Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun: - 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. - 9-1.2-ci maddəsinə əsasən artıq ödənilmiş və ya düzgün tutulmamış məcburi dövlət sosial sığorta haqlarının geri qaytarılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən ilin əvvəlinə olan 7.325,27 manat debitor borc məbləği də nəzərə alınmaqla 01 yanvar 2015-ci il tarixə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun İddiaçınə olan 261.279,60 (253.954,32 və 7.325,27) manat borcunun 01 may 2015-ci il tarixdən 24 dekabr 2015-ci il tarixədək olan dövrlərin əvəzləşdirilməsi nəzərə alınmamış, iddiaçının şəxsi hesabında məbləğ borc kimi qeyd edilmişdir. Hazırkı məhkəmə araşdırmasında da istər cavabdeh inzibati orqan, istərsə də üçüncü şəxs borcun tərəfindən əvəzləşdirilməsini sübuta yetirə bilməmişdir. Məhkəmə iddia tələbinin əsas borca hesablanmış bütün maliyyə sanksiyalarının silinməsinə dair hissəsinə də qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.10-cu maddəsinə əsasən vergi orqanları vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görməyə borcludurlar. Məhkəmə araşdırılması zamanı əsas borc 261.279,10 manata hesablanması qeyd edilən maliyyə sanksiyası ilə bağlı cavabdehin nümayəndəsi çıxış edərək qeyd etmişdir ki, 197644,01 manat maliyyə sanksiyasının konkret olaraq 261.279,10 manata hesablanmasının müəyyən edilməsi mümkün deyildir. İş materiallarında olan sənədlərdə də (üzləşmə aktı, arayışlar və s.) 261.279,10 manat borca hansı məbləğdə maliyyə sanksiyasının hesablanması müəyyən edilməmişdir. Belə olan halda məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 261.279,60 manat əsas borc məbləği İddiaçı şəxsi hesab vərəqəsindən silinməli, cavabdehin üzərinə əsas borca hesablanmış bütün maliyyə sanksiyalarının hesablanıb siliməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı işüzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia qismən təmin edilsin. 261.279,60 manat əsas borc məbləği İddiaçı şəxsi hesab vərəqəsindən silinsin. Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə 261.279,60 manat əsas borca tətbiq edilən maliyyə sanksiyalarının hesablanaraq İddiaçı şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-11/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-11/2021
29.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver