Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-11/2023 02.05.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X3, üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Süleyman adına X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı Regional Ərazi filialı) borcun silinməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Süleyman adına X9 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh 14 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçı Süleyman X7 xx.xx.2021-ci il tarixli məktub göndərilərək bildirilmişdir ki, guya Süleyman X5 vergi üzrə xx.xx.2021-ci il tarixə 5666.57 manat borcu yığılmış, bu barədə iddiaçıya bildiriş göndərilmiş, həmin bildiriş üzrə borc təmin edilmədiyindən Fermer Təsərrüfatı barədə borcun tutulması və əmlakların siyahıya alınması barədə qərar qəbul edilmişdir .Lakin iddiaçı qeyd edir ki, cavabdeh tərəfindən iddiaçı olaraq X14 Tsərrüfatına heç bir bildiriş göndərilməmiş və əksinə tərəfindən cavabdehə ərizə göndərilərək Dövlət Sosial Müdafiə Fonduna yaranmış 5666.57 manat borcun hansı əsasla yaranması və indiyədək nə üçün borc barədə bildirilməməsi və borcun yaranma mənbəyi barədə məlumat verilməsi və məsələnin araşdırılması barədə müraciət edilsə də cavabdeh tərəfindən bizə heç bir məlumat verilməmiş və borcun hansı əsasla və mənbə üzrə yaranması barədə araşdırılma aparılmamışdır. İddiaçı hesab edirik ki, cavabdehin borcun yaranma mənbəyi kimi işçilər üzrə orta aylıq əmək haqqı üzrə hesablanmaqla borcun yaranması kimi qiymət verir. Bu halda isə tərəf səhv nəticəyə gəlmişdir. Belə ki, Ferma özü kənd təsərrüfatı mallarının istehsalı ilə məşğul olur və öz mülahizəsi üzrə işçi ilə işə götürən arasında bağlanmış əmək müqaviləsindən kənar olaraq orta aylıq əmək haqqı hesablaması və həmin əmək haqqı üzrə vergi borcunun hesablayaraq tələb etməsi qanunsuzdur. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı “cavabdeh tərəfindən əsassız hesablanmış 5666,57 manat borcun silinməsi barədə” iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 19 saylı Regional Ərazi filialı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçının vəkili Vəkil əvvəlki məhkəmə iclaslarında iddianı müdafiə etmişdir. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360- VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Prezdentinin 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli fərmanı ilə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 01 yanvar 2019-cu il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Vergi ödəyicisinin mübasələndirdiyi xx.xx.2021-ci il tarixə 5666,57 manat borcu sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqəsinə əsasən 01 oktyabr 2018-ci il tarixə Dövlət Sosial Müdafiə Fondundan saldo şəklində ötürülən borcdur. 14 saylı Ərazi Vergilər İdarəsi xx.xx.2021-ci il tarixli **********542100 nömrəli məktubla Süleyman adına X5 01 oktyabr 2018-ci il tarixə olan borclarının yaranma səbəbləri və Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli, 1042- VQ nömrəli qanununun və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2018-ci il tarixli, 1890 nömrəli fərmanına əsasən silinib-silinməməsi və silinməli borcları mövcuddursa həmin borclar barədə məlumatın 14 saylı Ərazi Vergilər İdarəsinə göndərilməsi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna müraciət etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş xx.xx.2021-ci il tarixli **********5 nömrəli cavab məktubunda Süleyman adına X7 2012-ci il ərzində sosial sığorta haqları üzrə 4711,25 manat, penya üzrə 6,40 manat hesablama, 1844,50 manat ödəniş olduğu, 2013-cü il ərzində sosial sığorta haqları üzrə 6135 manat, penya üzrə 888,79 manat hesablama, 2300 manat ödəniş olduğu, 2014- cü il ərzində sosial sığorta haqları üzrə 8300 manat, penya üzrə 2158,54 manat hesablama, 4900 manat ödəniş olduğu, 2015- ci il ərzində sosial sığorta haqları üzrə 3586,25 manat, penya üzrə 942,95 manat hesablama, 4125 manat ödəniş olduğu, 2016-cı il ərzində sosial sığorta haqları üzrə 1507,50 manat, penya üzrə 173,71 manat hesablama, 2865 manat ödəniş olduğu, 2017-ci il il ərzində 3145 manat ödəniş olduğu, xx.xx.2018-ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək olan dövr ərzində isə 510 manat ödəniş olduğu bildirilmişdir. Eyni zamanda həmin məktubda Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli, 1042-VQ nömrəli qanununun və həmin qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2018-ci il tarixli 1890 nömrəli fərmanına əsasən vergi ödəyicisinin 01 yanvar 2015-ci ilin tarixinə yaranmış və 01 aprel 2018-ci il tarixinədək ödənilməmiş 0111 fəaliyyət növünə görə 3053,73 manat maliyyə sanksiyası üzrə borcunun 23 iyul 2018-ci il tarxində silindiyi qeyd edilmişdir. Üçüncü şəxsin nümayəndəsi X4 məhkəmə iclasında iddianı qəbul etməyərək bildirmişdir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "X1 Sistemi"nin "Sığorta" (Hesabat) altsistemində "X12"da sığortaedən Süleyman adına X5 1 aprel 2018-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqqı üzrə 4549,91 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 4170,39 manat (cəmi: 8720,30 manat) borcu qalmışdır. Daha sonra, "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən, 23 iyul 2018ci il tarixində sığortaedənin maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə 3053,73 manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fondu tərəfindən silinmişdir. Bu silinmə aparıldıqdan sonra iddiaçının borcu məcburi dövlət sosial sığorta haqqı üzrə 4549,91 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 1116,66 manat olmaqla ümumilikdə 5666,57 manat təşkil etmişdir. Göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarı olsa belə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlar üzrə borcların silinməsi vergi qanunvericiliyində nəzərdə tutulmayıb. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -xx.xx.2021-ci il tarixli, DVX 003989 nömrəli Aktdan görünür ki, Əmək Məcəlləsinin 49-cu maddəsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin "Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz" əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məqsədi ilə keçirilən operativ vergi nəzarəti nəticəsində X8 Goranboy rayonu, Xınalı kəndində yerləşən Meyvə Bağı obyektində 5 nəfəri əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməyə cəlb etdiyi müəyyən olunmuş və akt X13 tərəfindən imzalanmışdır. -surəti işə əlavə edilmiş 14 saylı Ərazi Vergilər İdarəsinin **********910700 nömrəli xx.xx.2021-ci il tarixli “Vergi ödəyicisinin aktivləri barədə məlumat” formasının təqdim edilməsi haqqında məktubundan görünür ki, Süleyman adına X5 vergilər, onlara hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları üzrə hesablanmış, lakin qanunvericilikdə nəzərdə tutulmuş müddətlərdə ödənilməmiş borcu ilə əlaqədar ona müvafiq qaydada bildirişin göndərilməsinə baxmayaraq bu borc dövlət büdcəsinə ödənilmədiyinə görə Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 89-cu maddəsinə əsasən əmlakınızın siyahıya alınmasına dair qərar qəbul edilmişdir, qərarın icrası məqsədilə Vergi Məcəlləsinin həmin maddəsinə əsasən, "Vergi ödəyicisinin aktivləri barədə məlumat" forması göndərilərək, bu forma üzrə məlumatların 10 gün ərzində 14 Vergilər İdarəsinə təqdim edilməsi xahiş edilmişdir, xx.xx.2021 -cü il tarixə olan Dövlət Sosial Müdafiə Fonduna 5666.57 manat məbləğində borcunun mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddət ərzində müvafiq fonda ödənilməsi tövsiyə olunmuşdur. -Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/6162 nömrəli ekspert rəyindən görünür ki, Süleyman adına X7 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 4549,91 manat, penya hesablanmasına görə 1116,66 manat, ümumilikdə 5666.57 manat borcun düzgün hesablandıği müəyyən edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materiallarında olan sənədlərlə müəyyən olunur ki, hazırda iddiaçı tərəfindən mübasələndirilən xx.xx.2021-ci il tarixə 5666,57 manat borc məbləği sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə şəxsi hesab vərəqəsinə əsasən 01 oktyabr 2018-ci il tarixə Dövlət Sosial Müdafiə Fondundan saldo şəklində ötürülən borcdur. İddiaçı hazırki tələblə cavabdeh tərəfindən hesablanmış 5666,57 manat borcun əsassız olduğunu iddia edərək, həmin borcun silinməsini tələb etmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1360-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Prezdentinin 21 dekabr 2018-ci il tarixli, 421 nömrəli fərmanı ilə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət 01 yanvar 2019-cu il tarixdən Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -23.1.6.-cı maddəsinə əsasən müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. -89.1.-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. -89.3.-cü maddəsinə əsasən vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. İşin faktiki halları ilə müəyyən olunur ki, Süleyman adına X7 2012-ci il ərzində sosial sığorta haqları üzrə 4711,25 manat, penya üzrə 6,40 manat hesablama, 1844,50 manat ödəniş olduğu, 2013-cü il ərzində sosial sığorta haqları üzrə 6135 manat, penya üzrə 888,79 manat hesablama, 2300 manat ödəniş olduğu, 2014- cü il ərzində sosial sığorta haqları üzrə 8300 manat, penya üzrə 2158,54 manat hesablama, 4900 manat ödəniş olduğu, 2015- ci il ərzində sosial sığorta haqları üzrə 3586,25 manat, penya üzrə 942,95 manat hesablama, 4125 manat ödəniş olduğu, 2016-cı il ərzində sosial sığorta haqları üzrə 1507,50 manat, penya üzrə 173,71 manat hesablama, 2865 manat ödəniş olduğu, 2017-ci il il ərzində 3145 manat ödəniş olduğu, xx.xx.2018-ci il tarixdən 01 oktyabr 2018-ci il tarixədək olan dövr ərzində isə 510 manat ödəniş olduğu müəyyən edilmiş, eyni zamanda Azərbaycan Respublikasının 6 mart 2018-ci il tarixli, 1042-VQ nömrəli Qanununun və həmin Qanunun tətbiqi barədə Azərbaycan Respublikasının Prezidentinin 16 mart 2018-ci il tarixli 1890 nömrəli fərmanına əsasən vergi ödəyicisinin 01 yanvar 2015ci ilin tarixinə yaranmış və 01 aprel 2018-ci il tarixinədək ödənilməmiş 0111 fəaliyyət növünə görə 3053,73 manat maliyyə sanksiyası üzrə borcu 23 iyul 2018-ci il tarxində silinmişdir. Bu silinmə aparıldıqdan sonra iddiaçının borcu məcburi dövlət sosial sığorta haqqı üzrə 4549,91 manat, maliyyə sanksiyaları (o cümlədən penya) və inzibati cərimə üzrə isə 1116,66 manat olmaqla ümumilikdə 5666,57 manat təşkil etmişdir. Məhkəmə Süleyman adına X5 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə yaranmış 5666,57 manat borcunun düzgün hesablanıbhesablanmadığını müəyyən etmək məqsədilə ekspertiza təyin etmiş və iş üzrə verilmiş müvafiq ekspert rəyində Süleyman adına X7 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 4549,91 manat, penya hesablanmasına görə 1116,66 manat, ümumilikdə 5666.57 manat borcun düzgün hesablandıği müəyyən edilmişdir. Beləliklə, iş materiallarında olan təqdim edilmiş hesabatlardan, Dövlət Sosial Müdafiə Fondunun altsisteminin çıxarış məlumatlarından, eləcə də müvafiq ekspert rəyindən göründüyü kimi, X5 xx.xx.2019-cu il tarixə sosial sığorta və işsizlikdən sığorta haqqları üzrə 24240 manat, penya üzrə 4170.39 manat hesablama olmuş, həmin məbləğdən 19689.50 manat ödənişlər edilmiş, eyni zamanda Azərbaycan Respublikasının xx.xx.2018-ci il tarixli 1042-VQ nömrəli Qanununa əsasən 3053.73 manat maliyyə sanksiyası üzrə borcu silinmiş və yekunda 5666.57 manat qalıq borc məbləği qalmışdır. İddiaçı qeyd olunan borc məbləğinin əsassız olaraq hesablandığını iddia etsə də, bu halı sübut edəcək hər hansı mənbəyi bəlli məlumatı, eləcə də müvafiq sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıya hesablanmış borc məbləği qanunidir və silinməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Süleyman adına X5 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında 14 saylı Ərazi Vergilər İdarəsinə qarşı borcun silinməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov
Məhkəmə qərarları › İş №2-1(114)-11/2023
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-11/2023
02.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver