Məhkəmə qərarları › İş №2-1(114)-110/2020

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-110/2020

16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-110/2020 16.09.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı və digər iddiaçının nümayəndəsi İddiaçı2 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı doğum haqqında akt qeydlərində dəyişiklik edilməsi tələbinə dair işə məhkəmənin binasında şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehnə qarşı doğum haqqında şəhadətnamələrində ana adının dəyişdirilərək “Ruziyə” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, İddiaçı2 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdehnə qarşı onun və qardaşı İddiaçı1 məxsus doğum haqqında akt qeydlərində ana adının dəyişdirilərək “Ruziyə” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum atası X10 ilə anası X4 xx xxxx 1948-ci il tarixdə nikaha girməklə ailə həyatı qurmuşlar. Onların birgə nikahından xx.xx.1949-cu il tarixdə X5, xx.xx.1954-cü il tarixdə İddiaçı1 və xx.xx.1958-ci ildə o dünyaya gəlmişdir. Mərhum ataları X10 xx.xx.1993-cü ildə, bacıları X5 xx.xx.2001-ci ildə, anaları X6 isə xx.xx.2008-ci ildə vəfat etmişdir. Anadan olduqları gündən bu günədək ünvan 1 mənzil 26-da yaşayırlar. Qeyd olunan ünvan anaları X1 adınadır. Analarının vərəsəsi olaraq Gəncə şəhəri, Məhərəsə Bağı, ev 7, mənzil 26-a qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istəyərkən məlum olmuşdur ki, doğum haqqında şəhadətnamələrində analarının adı səhvən Roza kimi qeyd edilmişdir. Cavabdehnə müraciət edərək doğum haqqında şəhadətnamələrdə analarının adının düzəldilərək Ruziyyə qeyd olunmasını xahiş etsələr də, inzibati orqan xx.xx.2019-cu il tarixdə imtina məktubu verərək bildirmişdir ki, doğum haqqında akt qeydində ana adının dəyişdirilməsi mümkün deyildir. İddiaçı2 məhkəmə iclaslarında iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə tərəfin izahatını dinləyib, iddia tələbinin dəlillərini inzibati iş materialları ilə birlikdə araşdırıb hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə hesab edir ki, baxılan iş İnzibati-Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. Beləki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ciiltarixli, 4 nömrəli qərarının 9.1.bədinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə (vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi haqqında ərizələr istisna edilməklə (MPM-in XXXVİİ fəsli), habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə hesab edir ki, hazırkı iddia tələbi ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur və iddia tələbi mümkün olmaqla yanaşı həm də əsaslıdır. İş materiallarında olan: -Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin xx xxxx 1948-ci il tarixli qeydiyyat kitabından a/185 nömrəli çıxarışdan və xx.xx.1948-ci il tarixli, 185 nömrəli “Nikah haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X10 ilə X2 nikahları bağlanmışdır. -xx xxxx 1954-cü il tarixli, İ-İE 592938 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı1 xx.xx.1954-cü il tarixdə Azərbaycan Respublikası Qasım İsmaylov rayonunda anadan olmuş və bu barədə doğum akt qeydləri kitabında 59 nömrə ilə qeyd edilmiş, ana qrafasında X8 qeyd edilmişdir. -xx xxxx 1958-ci il tarixli, İE-592921 nömrəli “Doğum haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, İddiaçı2 xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikası Qasım İsmaylov rayonunda anadan olmuş və bu barədə doğum akt qeydləri kitabında 83 nömrə ilə qeyd edilmiş, ana qrafasında X8 qeyd edilmişdir. -xx xxx 1987-ci il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən ev X1 adına qeydiyyata alınmışdır. - Gəncə şəhər Nizami rayon Qeydiyyat şöbəsinin xx xxxx 2019-cu il tarixli, 161095 nömrəli arayışından görünür ki, X3 xx.xx.1949-cu il tarixli, 413 nömrəli doğum haqqında akt qeydində ana qrafasında “X7” qeyd edilmişdir. -xx xxxx 2019-cu il tarixli, AZ-İ 990574 nömrəli “Ölüm haqqında” şəhadətnamənin təsdiqlənmiş surətindən görünür ki, X6 xx.xx.2008-ci il tarixdə ölmüş, bu barədə ölüm akt qeydləri kitabında 173 nömrə ilə qeyd edilmişdir. -Cavabdeh xx.xx.2019-cu il tarixli, 427/-Q-05/15 nömrəli məktubundan görünür ki, doğum haqqında akt qeydində ana adının dəyişdirilməsinin imkan xaricində olduğu bildirilmiş və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. -Azərbaycan Respublikası Dövlət Arxivinin xx xxxxxxx 2019-cu il tarixli, 13-99 nömrəli məktubundan görünür ki, “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi” arxiv fondunda mühafizə edilən sənədlərindıə 1929-cu ilə dair Bakı şəhəri Voroşilov (Səbail), Oktyabr (Yasamal), Dzerjinski (Nərimanov) rayonları üzrə doğum haqqında qeydiyyat kitablarında X1 təvəllüdü haqqında heç bir məlumat yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçılar İddiaçı1 məxsus 59 nömrəli və İddiaçı2 məxsus 83 nömrəli “Doğum haqqında” akt qeydlərində ana haqqında məlumat bölməsində mərhum anaları Bağırova (Rəsulova) Ruziyə Qəmbər qızının adı “Ruziyə” kimi qeyd edilməli olduğu halda, səhvən “Roza” kimi qeyd edilmişdir. İş materiallarında olan sənədlərdən də görünür ki, iddiaçıların mərhum analarının adı “Ruziyə” olmuşdur. İddiaçılar sözügedən yanlışlığın aradan qaldırılması ilə əlaqədar Cavabdehnə müraciət etmiş, lakin sonuncu bundan imtina etmişdir. Bu isə öz növbəsində iddiaçıların hüquqlarını pozur. Belə olan halda, iddiaçılar sözügedən doğum haqqında akt qeydlərində düzəliş edilməsi tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Belə ki, "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının; 1.4. maddəsinə əsasən VVADQ orqanı və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativhüquqi aktların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2001-ci il tarixli, 52 nömrəli qərarının 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi aşağıdakı hallarda edilir: övladlığa götürmə ilə əlaqədar övladlığa götürülənin adı, atasının (anasının) adı, soyadı, doğulduğu yer və doğum tarixi dəyişdirildikdə; nikahın pozulması və nikahın etibarsız sayılması ilə əlaqədar ərin (arvadın) nikah qeydə alınan zaman seçdiyi soyad dəyişdirildikdə; atanın adının dəyişdirilməsinin qeydə alınması hallarında onun uşaqlarının ata adı dəyişdikdə, valideynlərdən birinin və ya hər iki valideynin soyadı dəyişdirildikdə yetkinlik yaşına çatmayan uşaqlarının soyadı dəyişdikdə; atalıq müəyyən edildikdə, uşağın doğulması haqqında qeydə ata barəsində yeni məlumat yazıldıqda, doğum haqqında aktın qeydindən uşağın atası və ya anası haqqında məlumatlar çıxarıldıqda; vətəndaşlar qanunvericilikdə nəzərdə tutulmuş qaydada adını, soyadını və ata adını, habelə soyad şəkilçisini dəyişdirildikdə; övladlığa götürmə ləğv edildikdə; atalığın müəyyən edilməsi ləğv olunduqda; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; cinsin dəyişməsi ilə əlaqədar olaraq vətəndaşın adı, soyadı və ata adı dəyişdirildikdə; vətəndaşlıq vəziyyəti aktlarının qeydində valideynlərin soyadları, adları, ata adları və ya milliyyəti göstərilməmişsə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 161.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. 162.1. maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, İddiaçı1 məxsus 59 nömrəli və İddiaçı2 məxsus 83 nömrəli doğum haqqında akt qeydlərində ana adının dəyişdirilərək “Ruziyə” kimi qeyd edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7. maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1. maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2. hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -70.1. maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. N ə t i c ə h i s s ə s i: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı1 məxsus 59 nömrəli və İddiaçı2 məxsus 83 nömrəli doğum haqqında akt qeydlərində ana adının dəyişdirilərək “Ruziyə” kimi qeyd edilməsi vəzifəsi Cavabdeh üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar