Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1102/2021 18.06.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlu, İddiaçı cavabdeh Bərdə rayonu Qarayusifli Bələdiyyəsinə qarşı Bərdə rayon Alpout kolxozunun (AİM) 13.01.1995-ci tarixli qərarı əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün 4x3 sm ölçüdə istifadəsində olan torpaq sahəsi üzərində inşa etdiyi mağazanın altındakı və ətrafında olan həmin torpaq sahəsinin ona satılması tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə məhkəmənin binasında məhkəmə iclasından kənar qaydada baxaraq m ü ə y y ə n e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Bərdə rayonu Qarayusifli Bələdiyyəsinə (bundan sonra mətndə cavabdeh) qarşı Bərdə rayon Alpout kolxozunun (AİM) 13.01.1995-ci tarixli qərarı əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün 4x3 sm ölçüdə istifadəsində olan torpaq sahəsi üzərində inşa etdiyi mağazanın altındakı və ətrafında olan həmin torpaq sahəsinin ona satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1995-ci il tarixdən «Orjonogidze» kolxozunun varisi olan Alpout kolxozuna ərizə ilə müraciət edərək ticarətlə məşğul olması üçün mağaza tikməyə torpaq sahəsi ayrılmasını xahiş etmiş, ərizəsi nəzərə alınaraq Bərdə rayon Alpout kolxozunun (AİM) 13 yanvar 1995-ci il tarixli qərarı əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün həmin ərazidə 3X2 m ölçüdə torpaq sahəsinin ona verilməsi qərara alınmışdır. Həmin qərar əsasında və kolxoz rəhbərliyinin razılığı ilə Tumaslı kəndi ərazisində 3.5 m x 2.5 m ölçüdə olan mağaza inşa etmişdir. O, həmin mağaza binasını 1995-ci ildə inşa etdikdən sonra qeydə aldıraraq fəaliyyət göstərmişdir və bir müddətdən sonra fəaliyyətini dayandırmışdır. Həmin mağazanın altındakı və ətrafındakı 0.0056 ha torpaq sahəsi 26 ildir onun istifadəsindədir. Lakin kəndin yeni təyin edilmiş bələdiyyəsi X4 ondan mağazanı qonşusu X1 tələb etmiş, o etiraz etdikdə isə bələdiyyə sədri ondan mağazanı sökməyi tələb etmiş, əks halda isə məhkəməyə verəcəyi ilə hədələmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13 və 46-cı maddələrinin tələblərinə əsasən məhkəmənin 03 may 2021-ci il tarixli sərəncamı ilə iddiaçıya izah edilmişdir ki, iddiaçının tələbi öhdəliyin icrası haqqında iddia olduğu və bu növ iddiaların əsas tələblərindən biri mübahisə ilə əlaqədar məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət edilib-edilməməsidir. Həmçinin bu mübahisə ilə əlaqədar iddiaçının ərizəsində cavabdeh inzibati orqana (Cavabdehnə) müraciət etməyi barədə işə məktub əlavə olunsa da, həmin məktubun cavabdehə rəsmi təqdim olunması, habelə həmin müraciətə imtina cavabı verilməsini təsdiq edən sənədi məhkəməyə təqdim etmədiyi və tələbi ilə bağlı cavab verməli orqana müraciət etməklə həmin orqandan müsbət cavab ala bilmədikdə məhkəməyə müraciət etməsi iddiaçıya izah edilməklə qeyd olunan çatışmazlıqların aradan qaldırılması üçün 30 gün müddət təyin edilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinin tələblərinə müvafiq olaraq iddianın mümkün sayılmaması, həmin Məcəllənin 55.3-cü maddəsinə əsasən iddianın geri götürülmüş sayıla biləcəyi barədə xəbərdarlıq edilmişdir. Təyin edilmiş müddətdə iddiaçı ərizəsini qanunvericiliyin tələbinə uyğunlaşdırmadığından məhkəmənin eyni məzmunlu 26.05.2021-ci il tarixli məktubu ilə iddiaçıya təkrar xəbərdarlıqlar edilməsinə baxmayaraq, iddiaçı göstərilən nöqsanları aradan qaldırmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddiaçı məhkəmə icraatından yayındığına görə iddia geri götürülmüş sayılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Həmin maddənin 5-ci bəndinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Beləliklə, məhkəmə iddianın geri götürülmüş sayılması və iş üzrə icraata xitam verilməsi qənaətinə gəlməklə yanaşı hesab edir ki, iş üzrə icraata xitam verilməsinin əsası iddianın geri götürülmüş sayılması olduğundan iddiaçı gələcəkdə eyni tələblə məhkəməyə müraciət edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 55-ci və 80-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Bərdə rayonu Qarayusifli Bələdiyyəsinə qarşı Bərdə rayon Alpout kolxozunun (AİM) 13.01.1995-ci tarixli qərarı əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün 4x3 sm ölçüdə istifadəsində olan torpaq sahəsi üzərində inşa etdiyi mağazanın altındakı və ətrafında olan həmin torpaq sahəsinin ona satılması tələbinə dair iddiası geri götürülmüş hesab edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim: Usaməddin Osmanov
Məhkəmə qərarları › İş №2-1(114)-1102/2021
Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1102/2021
18.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver