Məhkəmə qərarları › İş №2-1(114)-1103/2021

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1103/2021

08.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1103/2021 08.07.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, iddiaçı “1-ci Element” ictimai-siyasi hüquq qəzetinin nümayəndəsi X2, cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin Tovuz Regional şöbəsinin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı “1-ci Element” ictimai-siyasi hüquq qəzetinin cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin Tovuz Regional şöbəsinə qarşı avtonəqliyyat vasitələrinin reysqabağı texniki müayinədən və həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçirilməsi ilə bağlı məlumatın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı “1-ci Element” ictimai-siyasi hüquq qəzeti cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin Tovuz Regional şöbəsinə qarşı iddia ərizəsi ilə 29.04.2021-ci il tarixdə məhkəməyə müraciət edərək, Tovuz rayonunda şəhərdaxili sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılar tərəfindən avtonəqliyyat vasitələrinin reysqabağı texniki müayinədən və həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçirilməsi ilə bağlı məlumatın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdeh orqanın 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Tovuz rayonunda şəhərdaxili sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılar tərəfindən avtonəqliyyat vasitələrinin reysqabağı texniki müayinədən və həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən harada keçməsi ilə bağlı rəsmi məlumatın verilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin Tovuz Regional şöbəsinə redaksiya tərəfindən 09.04.2021-ci il tarixində sorğu məktubu göndərilmişdir. Cavabdeh orqan redaksiyanın bu və bundan əvvəlki sorğularının araşdırılması zamanı bu sorğulardan redaksiyanın öz mövqeyindən istifadə edərək qərəzli şəklidə şəxsi və digər məqsədlər üçün istifadə olunmasını 19.04.2021-ci il tarixli 22-98 №li məktubunda qeyd edərək “İnformasiya əldə etmək haqqında” Qanunun 20.1.1-ci maddəsinə əsasən redaksiyanın sözügedən sorğusunu cavablandırmaqdan imtina etmişdir. İlkin olaraq qeyd edilməlidir ki, Tovuz rayonunda şəhərdaxili sərnişin daşıma xidməti ilə məşğul olan mikroavtobuslarda baş verən qanunsuzluqlar iddiaçı tərəfindən ictimailəşdirildikdən sonra bir neçə sürücü barəsində inzibati qaydada tədbir görülmüşdür. Bundan əlavə cavabdeh tərəfindən onlara verilmiş cavabladan qərəzli şəkildə istifadə olunmasına dair heç bir orqana indiyədək heç bir şikayət edilməmişdir. “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydaları”-nın tələbinə görə avtobus və taksi sürücüsü alkoqol, narkotik və güclü təsir göstərən digər maddələrdən istifadə edibetməməsinin və ümumi səhhətinin yoxlanılması üçün yol vərəqəsində qeyd edilməklə reysqabağı tibbi müayinədən keçməli və həmçinin də avtonəqliyyat vasitəsi texniki vəziyyəti reysqabağı yoxlanılmalıdır. Göründüyü kimi sərnişin daşıma ilə məşğul olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin və sürücünün tibbi müayinədən harada keçməsinə dair məlumatlar gizli deyildir. Halbuki, “İnformasiya əldə etmək haqqında” qanunun 21-ci maddəsində informasiya sorğusunun icra edilməsindən imtina edilməsinin əsasları qeyd olunmuşdur. Həmin maddədən də göründüyü kimi hətta informasiyanın şəxsi məqsədlərlə istifadə olunması belə sorğunun icra olunamamasına əsas vermir. Məhkəmənin 08.07.2021-ci il tarixli qərardadı ilə iddiaçının cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin Tovuz Regional şöbəsinə qarşı “Tovuz rayonunda şəhərdaxili sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılar tərəfindən avtonəqliyyat vasitələrinin reysqabağı texniki müayinədən və həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçirilməsi ilə bağlı məlumatın verilməsi, Tovuz rayonunda ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə bilet satışının təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdeh orqanın 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunması” tələbinə dair iddianın dəqiqləşdirilməsi barədə ərizəsi iş üzrə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmənin 08.07.2021-ci il tarixli qərardadı ilə iddia “Tovuz rayonunda ictimai nəqliyyatdan istifadə edən sərnişinlərə bilet satışının təmin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması və cavabdeh orqanın 2500 (iki min beş yüz) manat məbləğində cərimə olunması” hissəsində mümkün sayılmamışdır İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, cavabdeh orqana sorğunun verilməsinə əsas 2 nəfər şəxsin redaksiyaya müraciəti olmuşdur. Həmin şəxslər Xəqani Vəliyev və Məmməd Hüseynovdur. Məmməd Hüseynov cavabdehin işçisidir, həmin işçi onlara məlumat vermişdir ki, sürücülər tibbi müayinədən, avtomobillər isə texniki baxışdan keçmirlər. Sorğu verilən məlumatlar ictimailəşdirmək üçün tələb edilmişdir. Məhkəmə mübahisəsi dövründə cavabdeh avtomobillərin texniki baxışdan keçirilməsi yeri barədə iddiaçıya cavab vermiş və həmi qurumun “xxxx” MMC olduğu bildirilmişdir. Lakin həmin MMC-dən alınan məlumata görə MMC də ünvan 1 ünvanda yerləşir. Belə çıxır ki, texniki baxış xidməti ilə cavabdeh orqan eyni ünvanda yerləşir. Cavabdehin nümayəndəsi X6 iddianı qəbul etməyərək bildirmişdir ki, məlum olduğu kimi bütün maşrutlar dövlətə məxsusdur və onun sifarişçisi X5 Xidmətidir. Hər bir daşıyıcı X5 Xidməti və ya onun yerli qrumları tərəfindən onunla bağlanmış sərnişindaşıma müqaviləsi əsasında fəaliyyət göstərir. Nəqliyyat vasitələrinin reysqabağı texniki müayinədən və sürücülərin reysqabağı tibbi müayinədən keçirilməsi X5 Xidmətinin əsasnaməsinə əsasən Xidmətin Tovuz regional şöbəsinə aid deyildir. Ədalət Müseyibov tərəfindən verilmiş sorğuya “İnformasiya əldə etmək haqqında” Qanunun 20.1.1 maddəsinə əsasən cavab verməkdən imtina edilmişdir. Ədalət Müseyibov həmin Qanunun 6.2 maddəsinə əsasən qeyri-qanuni səsyazmalar və çəkilişlər apardığı üçün məsuliyyət daşıyır. Cavabdeh orqan yalnız daşıma haqlarının düzgün ödənilib-ödənilməməsinə, avtomobillərin vizual baxımdan texniki saz olmasına nəzarət edir, avtomobillərin texniki baxışdan, həmçinin sürücülərin tibbi müayinədən keçməsinə nəzarət etmir. Avtomobillər həqiqətən “xxxx” MMC tərəfindən texniki baxışdan keçirilir və bu barədə iddiaçıya cavab verilmişdir. Sürücülərin isə harada tibbi müayinədən keçirilməsi barədə məlumatı yoxdur. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin Tovuz Regional şöbəsinin 19.04.2021-ci il tarixli 22-98 nömrəli məktubunun surətindən görünür ki, “İnformasiya əldə etmək haqqında” Qanunun 20.1.1 maddəsinə əsasən “1-ci Element” ictimai-siyasi hüquq qəzetinin baş redaktoru X1 cavab verməkdən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edirki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İnzibati Prosessual Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsaslı deyil. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı Tovuz rayonunda şəhərdaxili sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılar tərəfindən avtonəqliyyat vasitələrinin reysqabağı texniki müayinədən və həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən harada keçməsi ilə bağlı rəsmi məlumatın verilməsi ilə əlaqədar cavabdeh orqana müvafiq sorğu versə də, cavabdeh orqan redaksiyanın bu və bundan əvvəlki sorğularının araşdırılması zamanı bu sorğulardan redaksiyanın öz mövqeyindən istifadə edərək qərəzli şəklidə şəxsi və digər məqsədlər üçün istifadə olunmasını qeyd edərək “İnformasiya əldə etmək haqqında” Qanunun 20.1.1-ci maddəsinə əsasən redaksiyanın sözügedən sorğusunu cavablandırmaqdan imtina etmişdir. Məhkəmə iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticəni aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidməti haqqında Əsasnamə təsdiq edilmişdir. Həmin Əsasnamənin:- -1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidməti (bundan sonra - Xidmət) avtomobil nəqliyyatı sahəsində (Bakı, Sumqayıt və Gəncə şəhərlərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma istisna olmaqla) dövlət tənzimləməsini, əhalinin və iqtisadiyyatın avtomobil nəqliyyatı ilə daşımalara və digər nəqliyyat xidmətlərinə ehtiyacının təmin olunmasına, beynəlxalq və ölkədaxili sərnişin və yük daşımalarına dair qayda və tələblərə, habelə bu sahədə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının və tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına riayət edilməsinə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. -3-cü bəndinə əsasən Xidmət bu Əsasnamədə nəzərdə tutulan vəzifə və funksiyalarını Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və öz yerli qurumları vasitəsilə həyata keçirir. -9-cu bəndinə əsasən Xidmət bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir: -9.11. avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinəsi, sürücülərin reysqabağı tibbi müayinəsi üçün müvafiq məntəqələri, o cümlədən rübdə bir dəfə həmin avtonəqliyyat vasitələrinin texniki yoxlanılmasını təşkil etmək, həmçinin bu sahədə nəzarəti həyata keçirmək; -9.12. avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən subyektlər tərəfindən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması qaydalarına əməl olunmasına, sərnişin və yük avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda sərnişinlərin icbari sığortalanmasına, habelə mövcud tariflərə uyğun gediş haqlarının tətbiqi qaydalarına riayət olunmasına nəzarət etmək. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununun 3.0.1-ci maddəsinə əsasən informasiya - yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq istənilən fəaliyyət nəticəsində yaradılan, yaxud əldə olunan faktlar, rəylər, bilgilər, xəbərlər və ya digər xarakterli məlumatlardır. -3.0.5. informasiya sahibi - informasiya əldə etmək hüququnu təmin etmək üçün bu Qanunun 9-cu maddəsi ilə müəyyənləşdirilən dövlət orqanları, bələdiyyələr, mülkiyyət növündən asılı olmayaraq yaradılmış hüquqi şəxslər və fiziki şəxslərdir. 9.1. Aşağıdakılar informasiya sahibləri sayılır: 9.1.1. dövlət orqanları və bələdiyyələr; 9.1.2. ictimai funksiyaları yerinə yetirən hüquqi şəxslər (o cümlədən publik hüquqi şəxslər), həmçinin normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə xidmət göstərən özəl hüquqi şəxslər və fiziki şəxslər. [6] 9.2. Bu Qanunun 9.1.2-ci maddəsində təsbit olunan hüquqi və fiziki şəxslərə informasiya sahiblərinin bu Qanunla müəyyənləşdirilmiş vəzifələri yalnız ictimai funksiyaların yerinə yetirilməsi, yaxud normativ hüquqi aktlarla və ya müqavilə əsasında təhsil, səhiyyə, mədəniyyət və sosial sahələrdə göstərilən xidmət nəticəsində yaranan və ya əldə edilən informasiyalar üzrə şamil olunur. 9.3. Aşağıdakılar informasiya sahiblərinə bərabər tutulur: 9.3.1. əmtəə bazarında hökmran mövqe tutan, xüsusi və ya müstəsna hüquqa, yaxud təbii inhisara malik olan hüquqi şəxslər - malların və xidmətlərin təklif edilməsi şərtlərinə və onların qiymətlərinə, həmin şərtlərdə və qiymətlərdə dəyişikliklərə aid informasiyalar üzrə; 9.3.2. tamamilə və ya qismən dövlət mülkiyyətində, yaxud asılılığında olan qeyrikommersiya təşkilatları, büdcədənkənar fondlar, həmçinin dövlətin üzvü olduğu və ya iştirak etdiyi kommersiya birlikləri - dövlət büdcəsindən verilmiş vəsaitdən və ya onlara ayrılmış əmlakdan istifadəyə aid informasiyalar üzrə. İstinad olunan qanunvericilik normalarının məzmunundan da görünür ki, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidməti yalnız avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada reysqabağı texniki müayinəsinin və sürücülərin reysqabağı tibbi müayinəsinin həyata keçirilməsinə nəzarəti həyata keçirir. Başqa sözlə sözügedən xidmətlər cavabdeh qurum tərəfindən deyil, aidiyyəti səlahiyyətli qurumlar tərəfindən həyata keçirilir, cavabdeh isə yalnız həmin xidmətlərin həyata keçirilməsi vəziyyətinə öz səlahiyyətləri daxilində nəzarət edir. Ona görə də iddiaçının tələb etdiyi məlumatlar üzrə informasiya sahibi cavabdeh deyil, həmin xidmətləri göstərən qurumlar ola bilər. Beləliklə işin faktiki hallarına və yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1 maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasıİnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddiaçı “1-ci Element” ictimai-siyasi hüquq qəzetinin cavabdeh Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında X5 Xidmətinin Tovuz Regional şöbəsinə qarşı avtonəqliyyat vasitələrinin reysqabağı texniki müayinədən və həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinədən keçirilməsi ilə bağlı məlumatın verilməsi tələbinə dair iddia təmin edilməsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar