Məhkəmə qərarları › İş №2-1(114)-1103/2025

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1103/2025

16.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1103/2025 16.05.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Fərəcova Tamilla Məhərrəm qızının katibliyi, İddiaçı və digər iddiaçıların etibarnamə üzrə nümayəndəsi İddiaçı2 və üçüncü şəxs X3 və etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar X2, İddiaçı3 oğlu, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı “çıxarışın ləğv edilməsi” tələbi üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar X2, İddiaçı3 oğlu, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə digər cavabdeh X1 adına verilmiş 25 may 1987-ci il tarixli 11764 qeydiyyat vəsiqəsinin, xx.xx.2021-ci il tarixli, **********4 saylı, xx.xx.2024-cü il tarixli ********** qeydiyyyat nömrəli çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək 15 mart 2024-cü il tarixdə ********** reyestr nömrəli qeydin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İş materiallarına əsasən:

1. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarı ilə iddiaçı X1 iddia tələbi təmin edilmiş və X1 ünvan 1 ünvanda yerləşən sahəsi 16,8 kv.m və 28.4 kv.m olan yaşayış otaqları və 11.3 kv.m olan eyvan üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

2. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(114)-2115/2021 nömrəli qərardadı ilə İddiaçı1, İddiaçı3 və İddiaçı2 ərizəsi əsasında Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-535/2020 nömrəli xx.xx.2020-ci il tarixli qərarı ləğv edilmiş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.

3. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(114)-10/2022 nömrəli qərardadı ilə iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair iddiası mümkün sayılmamışdır.

4. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi X1 tam mülkiyyətindədir.

5. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarına əsasən X1 Əlövsət Məmmədov küçəsi, ev 99 ünvanında yerləşən sahəsi 16,8 kv.m və 28.4 kv.m olan yaşayış otaqları və 11.3 kv.m olan eyvandan ibarət tikililərə mülkiyyət hüququ tanınmış və ona bu əmlaka xx.xx.2021-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir (DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********99 saylı məktubu).

6. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8-1(114)-5/2023 saylı qərardadı ilə Gəncə İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2-1(114)-535/2020 nömrəli qərarının icrasında dönüş edilməklə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əvvəlki vəziyyətinə qaytarılması qərara alınmışdır.

7. Hüquqların dövlət qeydiyyatı haqıında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2024-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi X1 xüsusi mülkiyyətindədir. İddiaçı2 və üçüncü şəxs X3 və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlmişlər, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş, üzrlü səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Üçüncü şəxs X3 və etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbinə qarşı etiraz edərək təmin olunmamasını xahiş etmişdir. İddia ərizəsi və iş materiallarını nəzərdən keçirib hesab edirəm ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(114)-1510/2023 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı Gəncə şəhəri, Əlövsət Məmmədov küçəsində yerləşən 99 nömrəli əmlak üzərində aparılmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı hazırkı tələbi ilə üçüncü şəxsin adına tərtib edilmiş olan qeydin ləğv edilməsini tələb edir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1510/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi barəsində aparılmış xx.xx.2021-ci il tarixli, ********** nömrəli qeydiyyatın ləğv edilməsi barədə iddia tələbi mümkün sayılmamışdır. İddiaçının hazır ki, 15 mart 2024-cü il tarixdə ********** reyestr nömrəli qeydin ləğv edilməsi tələbi də eyni mənzil ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi barəsində aparılmış qeydin ləğv edilməsi ilə bağlıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçılar iddialarında mübahisəli daşınmaz əmlaka dair X1 adına aparılmış qeydin ləğvini tələb edirlər, lakin həmin məsələ ləğv edilmiş məhkəmə qərarının icrasında dönüş edilməsi ilə bağlı olduğundan ona ayrıca inzibati iddia icraatı qaydasında baxıla bilməz. İddiaçılar məqsədlərinə çatmaq üçün prosessual qanunvericilikdə nəzərdə tutulmuş hüquqi müdafiə vasitələrindən düzgün istifadə etməklə hüquqi maraqlarına uyğun olaraq məhkəmə qərarının icrasında dönüş edilməsi barədə ərizə ilə müvafiq məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsində qeyd olunur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinin tələblərinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 80-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddiaçılar X2, İddiaçı3 oğlu, İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X3) qarşı 15 mart 2024-cü il tarixdə ********** reyestr nömrəli qeydin ləğv edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar