Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1104/2024 18.03.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin əvvəlki illər üçün ödənilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında məhkəmədən kənar qaydada baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə: I. Məhkəmədə icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, ona Veteranlar üçün nəzərdə tutulmuş sosial müavinətin xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixə hesablanıb verilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Respublika Silahlı Qüvvələrin tərkibində ərazi bütövlüyü uğrunda işğalçılara qarşı aparılan döyüş əməliyyatlarında 1992- 1994-cü illər ərzində iştirak etdiyi üçün ona 29 noyabr 2017-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyyət Baş İdarəsi tərəfindən № 059913 saylı "Müharibə veteranı" vəsiqəsi verilmişdir. O, avqust 2023-cü il tarixdə əvvəlki illərə ödənilməli olan sosial müavinətin verilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixli məktubu vasitəsi ilə həmin müavinətin verilməsinə imtina edilmişdir. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə görə, ən çox müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüquqi yarandığı gündən təyin edilir. Göstərilən maddənin əsasında görünür ki, əgər həmin qanun qüvvəyə minməmişdən sonra şəxsin müvafiq müavinəti almaq hüququ yaranarsa, bu halda onun müraciət etdiyi ən çoxu üç il üçün ödənilməmiş müavinətin məbləği ona ödənilməlidir. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə görə Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər Müharibə veteranı sayılır. Həmin Qanunun 7-ci maddəsinin 2-ci hissəsinə görə, veteranların hər bir kataqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu müddəadan göründüyü kimi müharibə veteranı adı almış şəxsin müəyyənləşdirilmiş məbləğdə aylıq sosial müavinət almaq hüququ veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Həmin vəsiqəni təqdim etməklə şəxs özünün müharibə veteranı əlması faktının müəyyən edilməsinə əsaslanır. Yəni vəsiqə şəxsin yalnız müvafiq müharibə iştirakçısı olması faktını təsdiq edir. Lakin iddiçıya veteran vəsiqəsi 2000-ci ilin aprel ayında verilsə də, onun müharibə veteranı olması faktı həmin müddətdən əvvəl, yəni 1992-1993 cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə müəyyən edilmişdir. Bu halda iddiaçının yuxarıda istinad edilən qanunvericiliyin tələblərinə görə müharibə veteranı vəsiqəsini aldığı tarixdən əvvəlki üç il üçün müavinət ödənilməsi hüququ yaranır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentin xx.xx.2015-ci il tarixli 257 nömrəli fərmanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş. lakin sonradan müharibə veteranı vəsiqəsini almış, əvvəlki müəyyənləşdirilmiş müraciətin məbləğinin verilməsi məsələsi Konstitusiyanın 12,16 və 25-ci maddələrinin tələbləri baxımından həll edilməlidir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
4. İş üzrə zəruri prosessual hərəkətlər edildikdən sonra şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilmişdir.
5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə xx.xx.2024-cü il tarixli 3-17-1/2-60011/2024 nömrəli ərizə ünvanlanaraq, iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir.
6. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi barədə qərar qəbul edilmişdir. Artıq işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
Əsaslandırma hissəsi:
7. Məhkəmə cavabdehin ərizəsini və ona əlavə edilmiş sosial müavinət təyin edilməsi barədə qərarı nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
8. Belə ki, iddiaçının tələbi xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir.
9. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Katibliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2- 60011/2024 nömrəli ərizəyə əlavə edilmiş həmin Filialın xx.xx.2024-cü il tarixli 214831/2023/24 nömrəli qərarından görünür ki, İddiaçı xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək hər ay 45 manat, xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək hər ay 50 manat məbləğində olmaqla, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixinədək müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin ödənilməsi barədə qərar qəbul edilmişdir.
10. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
11. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
Nəticəvi hissə:
12. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva