Məhkəmə qərarları › İş №2-1(114)-1106/2022

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1106/2022

06.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1106/2022 06.09.2022 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi, İddiaçı, cavabdeh Gəncə şəhər Cavabdeh nümayəndəsi X4, üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Gəncə şəhər Cavabdehnə qarşı (üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti) sərəncamın ləğv edilməsi tələbinə dair işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Gəncə Şəhər Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, Gəncə Şəhər Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 572 nömrəli sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 1 ünvanda 0.11066 ha ölçüdə olan torpaq sahəsi var. Həmin torpaq sahəsi və onun üzərində vaxtı ilə yerləşən, 81.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə dair xüsusi mülkiyyət hüququnu təsdiq edən xx.xx.2006-cı il tarixli 12847 nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport mövcuddur. Qanunvericiliyə əsasən dövlət qeydiyyatına alınmış daşınmaz əmlaklara yeni hüquqmüəyyənedici sənəd daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməlidir. Bu əsasla DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət etmiş, lakin DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi qeyd olunan əmlaklara reyestrdən çıxarış verilməsinin imtina səbəbi kimi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus ünvan 1 ünvanında 0.11066 ha ölçüdə olan torpaq sahəsinin üzərində qanunsuz inşa edilmiş tikililərin mövcudluğunu göstərmişdir. Aidiyəti üzrə Gəncə İnzibati Məhkəməsinə cavabdeh DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə reyestrdən çıxarışın verilməsi” və Kəpəz Rayon Məhkəməsinə cavabdeh "xxxx" MMC-yə qarşı “tikilinin sökülməsi, qanunsuz zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələblərinə dair iddia ərizələri ilə müraciət etmişdir. Hal-hazırda hər iki iş icraatdadır. Tikililərin inşa edilməsinə Gəncə Şəhər Cavabdeh başçısının 572 saylı 18 aprel 2018-ci il tarixdə verdiyi qanunsuz sərəncamın əsas olması müəyyən edilmişdir. Bu müddət ərzində həmin sərəncamın mövcudluğundan xəbərsiz olmuş, bu əsasla qanunvericiliyə müvafiq olaraq subordinasiya qaydasında, həmin sərancamın qanunsuz akt sayılaraq ləğv edilməsi xahişi ilə Cavabdeh Apellyasiya Şurasına inzibati şikayətlə müraciət etmişdir. Lakin Cavabdeh Apellyasiya Şurası müraciətə cavab olaraq H-4-010 nömrəli 23 fevral 2022-ci il tarixli məktubu ilə bundan imtina etmişdir. Nəticə etibarı ilə Gəncə Şəhər Cavabdeh başçısının 572 saylı 18 aprel 2018-ci il tarixli sərancamı iddiaçının konstitusion hüquqlarını pozması səbəbindən qanunsuz akt sayılaraq ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati Məhkəməsinin 2-1(114)-1106/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddianı müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, onun evinin yerləşdiyi sahədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikinti aparılması Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsində baxılan iş üzrə ekspert rəyindən görünür. Cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçıya məxsus evin sökülməsi özünün razılğı ilə baş vermiş, lakin razılaşma barədə rəsmi sənəd yoxdur. Üçüncü şəxsin vəkili X3 iddianı qəbul etməmiş, əlavə olaraq bildirmişdir ki, 572 saylı 18 aprel 2018-ci il tarixli sərancam qanunidir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -surəti işə əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Gəncə X2 və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsinin 12847 nömrəli qeydiyyat vəsiqəsindən görünür ki, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 Komissar 13 ünvanda yerləşən fərdi yaşayış evi İddiaçı adına qeydə alınmışdır. -surəti işə əlavə edilmiş Gəncə şəhər Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 572 nömrəli sərəncamından görünür ki, Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ilə Kəpəz küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 2,78 ha torpaq sahəsində 6 və 8 mərtəbəli iki mehmanxana binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. - surəti işə əlavə edilmiş Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin icraatında olan 2(043)-41/2021 nömrəli iş üzrə 10/3400 nömrəli, xx.xx.2021-ci il tarixli rəyində qeyd olunur ki, X6 İntervantarlaşdırma və Mülkiyyət Hüquqlarının Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş mülkiyyət hüququna dair İddiaçı adına verilmiş 12847 nömrəli qeydiyyat vəsiqəsi və xx.xx.2006-cı il tarixli texniki paportda göstərilən fərdi yaşayış evinin və evin yerləşdiyi torpaq sahəsinin digər şəxs və yaxud şəxslərin istifadəsində olduğu müəyyən olunmuşdur. Qeydiyyat vəsiqəsi və xx.xx.2006-cı il tarixli pasportda göstərilən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi bütünlüklə ərazidə aparılmış tikinti sahəsinin sərhədləri daxilində olduğu göstərilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 32-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia qaldırmışdır. İddianın müddətlə bağlı mümkünlük şərti ilə bağlı qeyd olur ki, mübahisələndirilən sərəncamın özündə şikayət vermə müddəti göstərilməmişdir. Bu halda İnzibati İcraat haqqında Qanunun 73-cü maddəsinə əsasən iddiaçının 6 ay ərzində sərəncamı mübahisələndirmək hüququ olmuşdur. Sərəncam xx.xx.2018-ci il tarixdə verilmiş, iddiaçı isə sərəncamın mövcudluğu barədə Kəpəz Rayon Məhkəməsində xx.xx.2021-ci il tarixdə keçirilən məhkəmə iclası zamanı məlumat aldığını bildirmiş və həmin 6 aylıq müddəti ötürmədən xx.xx.2022-ci il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürməmişdir. İddia mümkün iddia olmaqla yanaşı, mahiyət baxımından da əsaslıdır. Belə ki, iş üzrə araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Kəpəz rayonu, Hacıkənd qəsəbəsi, 26 Komisar 13 ünvanda yerləşən ev 12847 nömrəli qeydiyyat vəsiqəsi ilə xx.xx.2006-cı il tarixdə İddiaçı adına qeydə alınmışdır. Gəncə şəhər Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 572 nömrəli sərəncamı ilə Hacıkənd qəsəbəsi, Azərbaycan küçəsi ilə Kəpəz küçəsinin kəsişməsinin şimal-qərb tərəfində yerləşən 2,78 ha torpaq sahəsində 6 və 8 mərtəbəli iki mehmanxana binasının yerləşdirilməsinə (layihələndirilməsinə) icazə verilmişdir. Odur ki, hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2018-ci il tarixli 572 nömrəli sərəncamın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Mübahisələndirilən sərəncamla mənsubiyyəti bəlli olmayan torpaq sahəsində tikintiyə icazə verilmişdir. Həmin sərəncamda sahənin yerləşmə yeri və koordinatları dəqiq göstərilməsə də iddiaçıya məxsus yaşayış evinin yerləşdiyi sahədə tikinti işlərinin aparılmasına əsas olmuşdur. Bu hal 10/3400 nömrəli, xx.xx.2021-ci il tarixli məhkəmə tikinti-texniki ekspertizası rəyində də öz əksini tapmışdır. Beləliklə mübahisələndirilən sərəncam qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə zidd olmaqla iddiaçının mülkiyyətində olan torpaq sahəsindən sərbəst və maneəsiz istifadəsinə məhdudiyyət yaratmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Qanunun 58.3-cü maddəsinə əsasən inzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə işin faktiki halları ilə müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən xx.xx.2018-ci il tarixli 572 nömrəli sərəncam qəbul edilərkən qanunvericiliyin tələbləri pozulmuşdur. Qeyd olunan hal isə mübahisələndirilən sərəncamın ləğvi üçün əsas hesab edilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 32, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. Gəncə Şəhər Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli 572 nömrəli sərəncamı ləğv edilsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar