Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1108/2024 14.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Abbasova Fəridə Üzeyir qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi. Təsviri hissə: Doğum haqqında l-ZJ 877051nömrəli şəhadətnaməyə əsasən müəyyən edilir ki, İddiaçı xx.xx.1965-ci il tarixində anadan olmuşdur, ana qrafasında X10 qeyd edilmişdir. Ölüm haqqında AZ-İ 136783 nömrəli şəhadətnaməyə əsasən X6 xx.xx.2005-ci ildə vəfat etmişdir. Ölüm haqqında xx.xx.2005-ci il tarixli 06 saylı akt qeydinə əsasən X7 xx.xx.2005-ci ildə vəfat etmişdir. İddiaçı (bundan sonra mətndə - iddiaçı) Cavabdehnə (bundan sonra mətndə cavabdeh) müraciət edərək doğum haqqında akt qeydində anasının adının “Günzə”-dən “Gülüzar”a və mərhum anasının ölüm haqqında akt qeydində “Əliyeva” dan “Alıyeva” ya dəyişdirilməsini xahiş etmişdir. Cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-15-548/2023 nömrəli məktubu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1965-ci ildə keçmiş Ermənistan SSR Basarkeçər rayonun Daşkənd kəndində anadan olmağı barədə keçmiş Ermənistan SSR Basarkeçər Rayonunun Daşkənd sovetliyinin vətəndaşlıq vəziyyəti və doğum aktlarının qeydiyyatı kitabında 1965-cı ilin avqust ayının 25-i günündə edilmiş qeyddə anasının adının “Günzə” əvəzinə “Gülüzar” yazılmaqla düzəliş edilməsi və anası X5 xx.xx.2005-ci il tarixdə Bərdə rayonun Yeni Daşkənd kəndində ölməsi barədə Cavabdeh vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.2005-ci il tarixdə 06 №- ilə edilmiş qeyddə anasının soyadının səhv olaraq Əliyeva əvəzinə “Alıyeva”yazılmaqla düzəliş edilməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1965-ci ildə keçmiş Ermənistan SSR-nin Basarkeçər Daşkənd kəndində anadan olmuşdur. Bu barədə onun adına keçmiş Ermənistan SSR Basarkeçər rayonunun Daşkənd Sovetliyindən xx.xx.1965-ci il tarixdə l- ZJ 877051 №-li doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamədəki qeydlərə əsasən onun doğumu bu sovetliyin vətəndaşlıq vəziyyəti və doğum aktlarının qeydiyyatı kitabında xx.xx.1965-ci il tarixdə 99№ ilə qeyd edilmiş,Doğum haqqında şəhadətnaməmdə anası X10 qeyd edilmiş ata qırafası naməlum səbəbdən boş saxlanılmışdır. Onun anasının əsil adı Gülüzar olduğu halda onun Doğum haqqında şəhadətnaməmdə onun adının hansı səbəbdən "Günzə"kimi yazılmışdır. Həmçinin anasının xx.xx.2005-ci il tarixdə Bərdə Rayonunun Yeni Daşkənd kəndində vəfat etməsi barədə Cavabdehndə Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.2005-ci il tarixdə 06№ ilə edilmiş qeyddə anasının soyadı səhv olaraq "Əliyeva" qeyd edilməklə X1 yazılmışdır. Halbuki, anasının vəfatı ilə əlaqədar həmin şöbəyə təqdim etdkləri anasının şəxsiyyət vəsiqəsində onun adı, soyadı və ata adı düzgün olaraq X2 yazılmış olmuşdur. Bərdə rayonu Yeni Daşkənd kəndi ərazisində yerləşən 0,56 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair ona verilmiş mülkiyyət sənədi olan xx.xx.2016-cı il qeydiyyat tarixli Seriya RX ******* №-li Dövlət reystrindən Çıxarışda da ümumi (birgə)mülkiyyətçi və hüquq sahiblərindən biri kimi anasının adı,soyadı və ata adı düzgün olaraq X9 qeyd edilmişdir. Cavabdehə akt qeydində düzəliş edilməsi barədə müraciət edilsə də cavabdeh imtina ərizəsi ilə məhkəməyə müraciət etməsi bildirimişdir. İddiaçı məhkəmə iclasına gəlmiş, cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərzə təqdim edərək, onun 23 avqust 1965-ci il keçmiş Ermənistan SSR Basarkeçər rayonunun Daşkənd kəndində anadan olmağı barədə keçmiş Ermənistan SSR Basarkeçər rayonunun Daşkənd Sovetliyinin vətəndaşlıq vəziyyəti və doğum aktı bərpa edilərək soyadının Alıyev adının Akif ata adının X16 ana adının isə X9 qeyd edilməklə doğum akt qeydinin bərpa edilməsi və X5 xx.xx.2005-ci il tarixdə Bərdə rayon Yeni Daşkənd kəndində ölməsi barədə Cavabdeh vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.2005-ci il tarixdə 06 nömrəli qeyddə anasının soyadının səhv olaraq Əliyeva əvəzinə Alıyeva yazılmaqla düzəliş edilməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırılmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd olunan normalara əsasən iddianı əsaslı hesab edir. İddiaçının hazırkı tələbi doğum akt qeydinin bərpa olunması və ölüm haqqında vətəndaşların vəziyyəti aktlarının qeydiyyat kitabında düzəliş edilməsidir ki, cavabdeh orqan iddiaçının tələbini təmin etməkdən imtina edərək məhkəməyə müraciət etməli olduğunu bildirmişdir. Məhkəmə aşağıdakılara görə hesab edir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: Maddə 161.1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a görə: Bənd 1. Vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Bənd 3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti akt qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə... İşdəki sənədlərlə müəyyən edilir ki, iddiaçının doğum haqqında şəhadətnaməsində onun ana adı qrafasında X4 qeyd edilsə də, ölüm haqqında AZ-İ 136783 nömrəli şəhadətnamədə X6, ölüm haqqında xx.xx.2005-ci il tarixli 06 saylı akt qeydində isə X3 qeyd edilmişdir. Bu da iddiaçının anasının adı və soyadına dair məlumatların qeyri-dəqiq yazıldığını göstərir. Bu isə o deməkdir ki, həqiqətən də iddiaçının doğum haqqında şəhadətnaməsində və mərhum anasının ölüm akt qeydində səhvə yol verilmiş, ad və soyad barəsində məlumatlar düzgün qeyd edilməmişdir. Buna görə də, cavabdehin hərəkətləri nəticəsində İddiaçı subyektiv hüququ pozulmuşdur. Beləliklə, məhkəmə icraatında təsdiq olunmuş və barələrində proses iştirakçılarının öz münasibətlərini bildirmək imkanına malik olduqları faktları və sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdeh inzibati orqanın üzərinə iddiaçının 23 avqust 1965-ci il keçmiş Ermənistan SSR Basarkeçər rayonunun Daşkənd kəndində anadan olması barədə keçmiş Ermənistan SSR Basarkeçər rayonunun Daşkənd Sovetliyinin vətəndaşlıq vəziyyəti və doğum aktının bərpa edilərək soyadının Alıyev adının Akif ata adının X16 ana adının isə X9 qeyd edilməklə doğum akt qeydinin bərpa olunması və X5 xx.xx.2005-ci il tarixdə Bərdə rayon Yeni Daşkənd kəndində ölməsi barədə Cavabdeh vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.2005-ci il tarixdə 06 nömrə ilə qeyd edilmiş soyadın Əliyeva əvəzinə Alıyeva yazılmaqla düzəliş edilməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. İddiaçı 23 avqust 1965 keçmiş Ermənistan SSR Basarkeçər rayonunun Daşkənd kəndində anadan olması barədə keçmiş Ermənistan SSR Basarkeçər rayonunun Daşkənd Sovetliyinin vətəndaşlıq vəziyyəti və doğum aktının bərpa edilərək soyadının Alıyev adının Akif ata adının X16 ana adının isə X9 qeyd edilməklə doğum akt qeydinə bərpa olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. X5 xx.xx.2005-ci il tarixdə Bərdə rayon Yeni Daşkənd kəndində ölməsi barədə Cavabdeh vətəndaşların vəziyyəti aktlarının qeydiyyatı kitabında xx.xx.2005-ci il tarixdə 06 nömrə ilə qeyd edilmiş soyadın Əliyeva əvəzinə Alıyeva yazılmaqla düzəliş edilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva
Məhkəmə qərarları › İş №2-1(114)-1108/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1108/2024
14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver