Məhkəmə qərarları › İş №2-1(114)-1108/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1108/2025

30.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1108/2025 30.06.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, məhkəmə iclas katibi Atakişiyeva Aybəniz Zaur qızının katibliyi, İddiaçı Muzadil oğlunun və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Muzadil oğlunun cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı Muzadil oğlu (bundan sonra mətndə - iddiaçı) xx.xx.1961-cı ildə anadan olmuş, hazırda ünvan 1i ünvanda yaşayır. İddiaçıya məxsus ИТ-İ №1138922 nömrəli əmək kitabçasına əsasən iddiaçı xx.xx.1982-ci ildən xx.xx.1983-cü ilədək Az.D.Y Bakı Texniki Məkətbində təhsil alıb, Az.D.Y Ələt limanı refrijator vaqon deposunda xx.xx.1983-xx.xx.1985-ci illərdə refrijator qatarının mexaniki vəzifəsində, xx.xx.1985-xx.xx.1986-ci il tarixədək Şamxor rayon Lenin adına sovxoza avto çilingər vəzifəsində, Azərbaycan Dəmir Yollarının Yeni Ələt refrijator vaqon deposunda xx.xx.1986-cı ildə refrijator seksiyasının mexaniki vəzifəsində, xx.xx.1986-cı ildə refrijator seksiyasının rəisi vəzifəsində,xx.xx.1991-ci ildən xx.xx.2018-ci ilədək refrijator seksiyasının mexaniki (rəbər) vəzifəsində, xx.xx.2018-ci ildən xx.xx.2018-ci ilədək X8 refrijator seksiyasının rəhbər mexaniki, "xxxx" MMC xx.xx.2018-ci ildənxx.xx.2019-cu ilə qədər refrijator seksiyalarının rəhbər mexaniki, xx.xx.2019-xx.xx.2019-cu ilədək "xxxx" MMC-də 07 yanvar 2019-cu il tarixindən etibarən X8 refrijator seksiyalarının daxili avdnlıqlarına xidməti baxış cari təmiri sexinin böyük mexaniki, xx.xx.2019-cu ildə rəhbər mexanik, xx.xx.2019-cu ildən xx.xx.2023-cü il tarixədək böyük mexanik, xx.xx.2023-cü ildən Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin X7 böyük mexanik vəzifəsində işləmişdir. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışa əsasən İddiaçı Muzadil oğlu xx.xx.1983-.xx.xx.1985,xx.xx.1986-xx.xx.1986-cı il tarixlərində Yeni-Ələt refrijator vaqon deposunda refrijator seksiyaların mexaniki, xx.xx.1991-xx.xx.2018-ci il tarixlərində Yeni- Ələt refrijator vaqon deposunda refrijator seksiyaların rəhbər mexaniki, xx.xx.2018xx.xx.2018-ci illərdə X7 refrijator seksiyaların rəhbər mexaniki, xx.xx.2018-xx.xx.2019-cu il tarixlərində"xxxx" MMC-nin X7 refrijator seksiyaların rəhbər mexaniki, xx.xx.2019xx.xx.2019-cu illərdə "xxxx" MMC-nin X7 refrijator seksiyaların böyük mexaniki, xx.xx.2019-cu il tarixində"xxxx" MMC-nin X7 refrijator seksiyaların rəhbər mexaniki, xx.xx.2019-xx.xx.2023-cü il tarixlərində"xxxx" MMC-nin X7 refrijator seksiyaların böyük mexaniki, Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmii xidmətinin X7 xx.xx.2023-cü il tarixindən hal-hazıradək işləyir. İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 35 il 9 ay 13 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin SiyahısTnda 21,4-cü bəndin 27-ci abzasına uyğundur. Məlumat üçün bildirilir ki, İddiaçı müvafiq strukturlarda çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələri üzrə iş yerlərində aparılmış attestasiyanın nəticələrinə müvafiq olaraq zərərli əmək şəraitinə görə əmək haqlarına əlavə müəyyən edilməmişdir. İddiaçı Muzadil oğlu (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh orqana müraciət etmiş və sonuncu tərəfindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-126037/2024 nömrəli imtina məktubu ilə ona bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim ediyi "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1/2-M-1184/1-42/2024 nömrəli arayışında xx.xx.1991 xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2019xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, X7, "xxxx" MMC-nin X7 refrijerator seksiyalarının rəhbər mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (7 il 4 ay 25 gün (xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.2019-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2024-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.. İmtina ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 29 iyun 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ötən dövr üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx xxxxx 1961-ci ildə Şəmkir rayonunun Qaralar kəndində dünyaya gəlmiş və hazırda da həmin kənddə yaşayır. Orta təhsilini başa vurduqdan sonra 09 may 1980-21 may 1982-ci illərdə həqiqi hərbi xidmətdə olmuş, 15 sentyabr 1982-09 mart 1983-cü ildə Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində refrijerator seksiya mexaniki kursunda əyani təhsil almışdır. 04 aprel 1983-cü ildə Azərbaycan Dəmir Yollarının X2 Deposunda refrijerator seksiya mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 27 avqust 1985-ci ildə işdən çıxmışdır. 27 sentyabr 1985-ci ildə Şamxor rayon Lenin adma sovxoza avtomobil çilingəri peşəsinə işə düzəlmişdir. 07 fevral 1986-cı ildə işdən çıxmışdır. 03 mart 1986-cı ildə Azərbaycan Dəmir Yollarının X2 Deposunda refrijerator seksiya mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 05 may 198-cı ildə refrijerator seksiya rəisi vəzifəsinə keçirilmişdir. 01 yanvar 1991-ci il tarixindən refrijerator seksiyası rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmışdır. 28 fevral 2018-ci ildə işdən azad edilmişdir. 28 fevral 2018-ci il tarixində X7 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmişdir. 27 sentyabr 2018-ci il tarixində əmək müqaviləmə xitam verilmişdir. 12 oktyabr 2018-ci ildə Azərbaycan Dəmir Yollan Ekspress MMC-nin X7 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə təyin edilmişdir. 07 yanvar 2019-cu ildə əmək müqaviləsinə xitam verilmişdir. 07 yanvar 2019-cu ildə „Azərbaycan Dəmir Yollan Servis” MMC-də X7 Xidməti Baxış v Cari Təmir Sexində böyük mexanik vəzifəsinə qəbul edilmişdir. 01 mart 2019-cu ildə əmək müqaviləmə xitam verilmişdir. 10 mart 2019-cu il tarixində Azərbaycan Dəmir Yolları EkspressMMC-də X7 refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə qəbul edilmişdir. 24 iyul 2019-cu ildə X7 Xidməti Baxış və Cari Təmir Sexində böyük mexanik vəzifəsinə keçirilmişdir. 05 oktyabr 2023-cü ildə əmək müqaviləsinə xitam verilmişdir.06 oktyabr 2023-cü ildə X7 Xidməti Baxış və Cari Təmir Sexində böyük mexanik vəzifəsinə qəbul edilmiş və hazırda da prada əmək fəaliyyətini davam etdirir. 29 iyun 2022-ci ilə qədər mən ümumilikdə 25 il ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamış ki, bu da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş „ Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısını 21.4. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər yanmbölməsində qeyd edilmiş refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsiilə eynilik təşkil edir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı qanunla müəyyən edilmiş yaş həddinə xx.xx.2021-ci il tarixdə çatmışdır. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən “Azərbaycan Dəmir Yolları" QSC-nin İddiaçı dair xx.xx.2024-cü il tarixli 13-1/2-M- 1184/2024 nömrəli arayışına əsasən, İddiaçı xx.xx.1991 -ci il tarixdən 28 02.2018-ci il tarixədək, 28 02 2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək Yeni-Ələt refrijerator vaqon deposunda, X7, həmçinin “ADY Ekspress" MMC-nin şərq deposunda refrijerator seksiyalarının rəhbər mexanik işlədiyi dövrlər, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifələrə uyğun deyil Bu səbəbdən iddiaçıya hesablanan güzəştli iş stajı 12 il 6 aydan az (7 il 4 ay 25 gün (xx.xx.1983-xx.xx.1985, xx.xx.1986xx.xx.1986,xx.xx.2019-xx.xx.2019, xx.xx.2019-xx.xx.2023,xx.xx.2023xx.xx.2024) təşkil edir.. Hazırkı iş üzrə icraat materiallarına əsaslanaraq qeyd edilir ki, Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda göstərilən vəzifələr həmin vəzifələrdə çalışan şəxslərin əmək şəraitinə, gördüyü işin ağırlığına və işin güzəştli hesab edilməsi üçün digər meyarlara əsaslanaq tərtib edilmişdir. Sözügedən Siyahının digər bölmələrində, həmçinin Nəqliyyat bölməsində həm işçilərin həm rəhbərlərin, həm də işçilərin gördükləri işin güzəştli iş stajı kimi nəzərə alındığını görə bilərik. Burdan belə nəticəyə gələ bilərik ki, Siyahıda güzəştli işlərlə məşğul olan rəhbər şəxslərin gördüyü işlər də konkret olaraq göstərilmişdir. Yəni, əgər rəhbər şəxs ağır iş şəraitində əmək fəaliyyəti ilə məşğul olmuşdursa, həmin vəzifələr Siyahıda təsbit olunmuşdur. Qeyd olunan məsələ üzrə Siyahıda xeyli sayda nümunə mövcuddur. Nəticə olaraq, Nazirlər Kabinetinin Siyahıya daxil edilməsini zəruri hesab etdiyi peşələri sözügedən siyahıya daxil etmişdir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Hesab edilir ki, ilkin olaraq araşdırılmalı olan məsələ - rəhbər mexanik vəzifəsinin güzəştli iş stajı hesab edilməli olduğu nəyə görə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda konkret olaraq göstərilməməsidir. Bildirilir ki, Nəqliyyat bölməsinə daxil olan 21,5-ci bənddə nəzərdə tutulan 21 5.2-ci yarımbənddə tunellərdə və yeraltı qurğularda yalnız gecə vaxtı yerinə yetirilən daimi işlərdə çalışan rəhbərlər vəzifəsi konkret olaraq göstərilmişdir Məhz bu səbəbdən məhkəmə tərəfindən araşdırma aparılarkən "xxxx" ASC tərəfindən təqdim edilən arayışın birmənalı sübut kimi qəbul edilməməsi daha məqsədəmüvafiqdir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmənin sorğusuna cavabdeh orqanın xx.xx.2024-ci il tarixli məktubuna əsasən İddiaçı xx.xx.2024-cü il tarixinədək (xx.xx.2024-cü il tarixində daxil olmuş müraciətinə əsasən güzəştli şərtlərlə pensiya təyinatından imtinanın verildiyi tarixədək) fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 49438,12 manat təşkil edir. Məhkəmənin sorğusuna Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin cavab məktubuna əsasən İddiaçı ADY-nin X6 və Şərq vaqon depolarında xx.xx.1983-cü il tarixindən xx.xx.1985-ci il tarixinədək və xx.xx.1986-cı il tarixindən xx.xx.1986-cı il tarixinədək (ümumilikdə 2 il 6 ay 27 gün olmaqla) işlədiyi refrijerator seksiyaların mexaniki ilə xx.xx.1991 -ci il tarixindən xx.xx.2018-ci il tarixinədək, xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək və xx.xx.2019-cu il tarixindən xx.xx.2019-cu il tarixinədək (ümumilikdə 24 il 4 ay 15 gün olmaqla) çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki arasında vəzifə təlimatlarına uyğun olaraq eyni refrijerator seksiyalarının texniki baxışı, cari təmiri və istismarının həyata keçirilməsi üzrə oxşar və vəzifə funksiyalarının icrası zamanı tabelilik üzrə fərqli cəhətlər mövcuddur. Həmçinin refrijerator seksiyaların rəhbər mexaniki lazım olduqda mexaniki əvəz edir. İddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmişlər. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, onun təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun pensiya hüququnun yarandığı 1 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ,ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək, iddiaçının müraciətinin təmin olunmasından imtina edilərkən əsas gətirilən dəlilə istinad etmiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M- 126037/2024 nömrəli imtinası, ИТ-İ №1138922 nömrəli əmək kitabçasının surəti, arayışlar, cavabdehin etirazı,və digər sənədlər təşkil etmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın ümumi və xüsusi mümkünlük şərtlərinə əməl olunmuş, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın ərazi və predmet aidiyyəti düzgün müəyyən edilmiş, məhkəmədə iddia qaldırmazdan əvvəl həmin məsələnin həll olunması üçün iddiaçı müvafiq inzibati orqana müraciət etdikdən sonra məhkəməyə hazırkı iddia tələbini vermişdir.

1. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir.

2. “Əmək pensiyaları haqqında” Qanuna görə: Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısına görə: 4. 23000000 XXVİİİ. Nəqliyyat 23001000 1. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər 23001000—23598 refrijerator qatarların (seksiyaların) mexanikləri

5. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə və Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün aşağıdakı şərtlər ödənilməlidir: - a) 60 yaşın tamamlanması; - b) azı 25 il ümumi iş stajının mövcud olması; - c) azı 12 il 6 ay xüsusi (Siyahıda nəzərdə tutulmuş güzəştli) iş stajının mövcud olması.

6. İddiaçı xx.xx.1961-ci il tarixdə doğulmuşdur və 60 yaşı xx.xx.2021-ci il tarixdə tamam olmuşdur.

7. Cavabdeh iddiaçının tələb olunan yaş həddinə, yəni 60 yaşına çatmasını və həmin vaxt azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Qeyd edilən hallar iş materiallarında olan sənədlərə əsasən də sübuta yetirilir və işin mübahisə edilməyən hallarına aiddir.

8. Belə ki, həm iddiaçının əmək kitabçası, həm də hərbi bileti ilə hərbi xidmət dövrü də daxil olmaqla onun ümumi iş stajının 25 ildən çox olması müəyyən edilir. Cavabdeh orqan da nə imtina məktubunda, nə də iddiaya qarşı etirazında iddiaçının ümumi iş stajı barədə mübahisə açmamışdır.

9. Yuxarıda qeyd edildiyi kimi, cavabdehin mübahisələndirdiyi yeganə hal iddiaçının güzəştli iş stajına malik olmaması barədədir.

10. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1983-cü il tarixli 262 nömrəli əmrlə X6 X3 seksiya mexaniki vəzifəsinə qəbul olunmuş, xx.xx.1986-cı il tarixli 176 nömrəli əmrlə Refrijerator seksiya mexaniki vəzifəsinə keçirilmiş, xx.xx.1991-ci il tarixli 64 nömrəli əmrlə X6 Vaqon Deposuna seksiyasının rəhbər mexaniki vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarlxi 392nömrəli əmrlə X8 Refrijerator seksiyalarının rəhbər mexaniki, xx.xx.2018-ci il tarixli 18-AEXP-516 nömrəli əmrlə həmin tarixdən etibarən "xxxx" MMC-nin X8 Refrijerator seksiyalarının rəhbər mexaniki, xx.xx.2019-cu il tarixli 18-ASVS-023 nömrəli əmrlə "xxxx" MMC-nin X9 “refrijerator seksiyaların böyük mexaniki”, “refrijerator seksiyaların rəhbər mexaniki”, xx.xx.2019-cu il tarixdən etibarən "xxxx" MMC-nin X9 “refrijerator seksiyaların böyük mexaniki”, xx.xx.2023-cü il tarixdən Hərəkət vasitələrinin təmiri departamentinin yük vaqonlarının təmiri xidmətinin X9 “refrijerator seksiyaların böyük mexaniki” vəzifəsinə təyin edilmişdir.

11. İddiaçı işlədiyi peşələrin zərərli peşə olmasını iddia edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmiş, cavabdeh orqan isə yalnız mexanik vəzifəsinin Siyahıda nəzərdə tutulduğunu əsas gətirərək, iddiaçının 12 il 6 aydan az dövrü güzəştli staj kimi nəzərə almış, iddiaçının rəhbər mexanik mexanik vəzifələrində işlədiyi digər dövrləri isə onun güzəştli stajı kimi qəbul etməmişdir.

12. Məhkəmə cavabdeh orqanın imtinasını əsaslı və qanuni saymır və əvvəla onu qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısının XXVİİİ. Nəqliyyat (********) bölməsində Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər (********) adlı bəndin 23001000—23598 altbəndində refrijerator qatarların (seksiyaların) mexanikləri göstərilmişdir.

13. Lakin məhkəmə sorğusuna "xxxx" QSC-nin cavab məktublarında bildirilir ki, ADY-nin törəmə cəmiyyəti olan "xxxx" MMC-nin X8 Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexində çalışan mexanik və böyük mexaniklərin, o cümlədən 2018-ci ilin sonunadək struktur vahidində mövcud olmuş rəhbər mexaniklərin iki nəfərlik qrupda icra etdiyi funksional vəzifələrin vəzifə öhdəlikləri arasındakı müəyyən fərqlərə baxmayaraq, iş şəraitləri eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni zərərli amillərin təsirinə məruz qalırlar. “ADY Ekspress" MMC-nin xx.xx.2019-ci il tarixində təsdiq olunmuş yeni ştat cədvəlinin tətbiqi ilə əlaqədar, vəzifə adının dəyişdirilməsi nəticəsində "X8 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin Refrijerator seksiyalarının rəhbər mexaniki" vəzifəsi "X8 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki" kimi adlandırılmışdır. Hər iki ad eyni vəzifəyə aiddir. "Refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki və mexaniki" vəzifələri üzrə iş öhdəlikləri müvafiq vəzifə təlimatı ilə tənzimlənir (Hər iki vəzifənin təlimatları əlavə edilir). "Refrijerator seksiyasının böyük mexaniki" və "Refrijerator seksiyalarının mexaniki" vəzifələri üzrə öhdəliklərin arasında müəyyən fərqlərə baxmayaraq, hər iki vəzifələrin iş şəraitləri eynidir və bu vəzifələrdə çalışan əməkdaşlar eyni amillərə məruz qalırlar.

14. Eyni zamanda, iş materiallarında olan “X8 refrijerator seksiyasının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin mexaniki”nin vəzifə təlimatının 6- 7,9,14-cü bəndləri ilə “X8 refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinin böyük mexaniki”nin vəzifə təlimatının 7,12,16-cı bəndlərini müqayisəli təhlil etdikdə müəyyən olunur ki, onların (mexanik və böyük mexanik) icra etdiyi funksional vəzifə (iş) demək olar ki, eynilik təşkil edir, hətta mexanikə münasibətdə böyük mexanik daha məsuliyyətli vəzifəni icra edir. Həmçinin, təlimata görə böyük mexanikin idarəçilik üzrə heç bir vəzifəsi yoxdur, yalnız funksional vəzifələri vardır.

15. Oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə əsasən, iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluq (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edilməlidir. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir.

16. Məhkəmə hesab edir ki, işlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri peşəsinə uyğundur.

17. İddiaçının həmin peşələrdə işlədiyi müddət isə tələb olunan 12 il 6 ay müddətdən çoxdur.

18. Göründüyü kimi, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 12 il 6 ay xüsusi iş stajının mövcudluğu ilə bağlı tələb də ödənilir.

19. Məhkəmə onu da qeyd edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən şəxsə pensiya təyinatından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir.

20. “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

21. Hazırkı mübahisəyə münasibətdə cavabdehin yuxarıda göstərilən qaydada iddiaçının xeyrinə olan halları araşdırdığı və nəzərə aldığı, iş üzrə obyektiv qərar qəbul etdiyi iş üzrə materiallarla təsdiq olunmur.

22. Məhkəmə onu da qeyd edir ki, iddiaçı iddia tələbində xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etdiyindən iddiaçının fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı araşdırılmamışdır. Eyni zamanda, cavabdeh inzibati orqan da bu xüsusatı mübahisələndirməmiş, bu barədə mübahisə açmamışdır.

23. Məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2022-ci il tarixdən ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün tələbləri ödədiyindən inzibati orqanın bundan imtinası əsaslı olmamışdır.

24. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Muzadil oğluna xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.

Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı:

İddia təmin edilsin. İddiaçı Muzadil oğluna 01 iyul 2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar