Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-111/2020 20.05.2020 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Abdullayev Əsgər Vəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 89 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və itirilmiş ayların əmək haqqının hesablanaraq verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı Cavabdehnə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 89 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və itirilmiş ayların əmək haqqının hesablanaraq verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ildə Ağdam rayonun Mərzili kənd ərazi nümayəndəsinin mühasib köməkçisi, 1996-ci ildə isə ərazi nümayəndəliyinin baş mühasibi təyin edilmişdir. xx.xx.2013-cü ildə Ağdam rayonu Ergi qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Lakin Cavabdeh başçısının xx.xx.2019cu il tarixli, 89 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Səbəb kimi onun diplomunun saxta olması göstərilmişdir. Bununla bağlı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət etmiş, xx.xx.2019-cu il tarixli məktubla ona Azərbaycan Respublikasının Gəncə müəllimlər İnistutunun Gəncə filialının ibtidai təhsilin pedaqogika və metodikası ixtisası üzrə aldığı B№ 005444 (qeyd № 1028) serialı bakalavr diplomunun həqiqətən 2005-ci ildə təhsil nazirliyi tərəfindən həmin təhsil müəssəsinə verilən dövlət nümunəli sənəd olduğu qeyd edilmişdir.Buna görə də, hazırki tələblə məhkəməyə müraciət etmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2029-cu il tarixli, 2-1(083)-1698/2019 nömrəli qərardadı ilə məhkəmədə iddia qaldırmaq üçün qanunla müəyyən edilmiş və buraxılmış prosessual müddət bərpa edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxx 2020-ci il tarixə təyin edilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 89 nömrəli əmrinin ləğv edilməsi, işinə bərpa edilməsi və itirilmiş ayların əmək haqqının hesablanaraq verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə aşağıdakı sənədlər təqdim olunmuşdur: - İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surəti; - 10.05.2000-ci il tarixdə verilmiş 055912 nömrəli Yeni Azərbaycan Partiyasına üzvlük vəsiqənin surəti; - 0041010 nömrəli tələbə biletinin surəti; - 28.06.2005-ci il tarixdə verilmiş 005444 nömrəli diplomun təsdiq edilmiş surəti; - 01.10.2003-cü il tarixli, ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surəti; - Azərbaycan Respublikası Təhsil Nazirliyinin iddiaçıya ünvanladığı xx.xx.2019-cu il tarixli, Ə119-414742/18 nömrəli məktubunun təsdiq edilmiş surəti; - Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 89 nömrəli əmrinin surəti. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Ə s a s l a n d ı r m a h i s s ə s i: Məhkəmə, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq, həmçinin, mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-nin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddianın qaldırılması ilə bağlı Məcəllədə nəzərdə tutulmuş müddətə riayət olunmuşdur (İPM-in 39.1-ci maddəsi). İddia aşağıdakılara görə əsaslı deyil. İşin faktiki faktiki halları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.2013-cü ildə Ağdam rayonu Ergi qəsəbəsinin inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 89 nömrəli əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 2-ci bəndinin tələblərinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. İddiaçı Azərbaycan Respublikası Konstitusiyasının verdiyi hüquqdan istifadə edərək Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 89 nömrəli əmri ilə razılaşmadığından əmrin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və itirilmiş ayların əmək haqqının hesablanaraq verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırki iddia tələbinə hüquqi qiymət verərək aşağıdakılara əsasən Cavabdeh hərəkətlərinin qanunvericiliyin tələblərinə uyğun hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 89 nömrəli əmri ilə İddiaçı işdən azad edilməsinin səbəbi onun ali təhsil barədə bakalavr diplomunun həqiqi olmamasıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi xx.xx.2019-cu il tarixdə Cavabdehnə 01/xx-xx/1235 nömrəli məktub göndərərək Cavabdeh başçısının Yeni Ergi qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi İddiaçı X1 tərəfindən verilmiş B 005444 seriyalı bakalavr diplomunun həqiqi olmadığı bildirilmişdir. Bu səbəbdən Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 89 nömrəli əmri ilə Cavabdeh başçısının Yeni Ergi qəsəbə inzibati dairəsi üzrə nümayəndəsi İddiaçı “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə uyğun olaraq tutduğu vəzifədən azad edilmişdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 13.2-ci maddəsinə əsasən inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin Qanunun 33-cü maddəsinə əsasən qanunvericiliyin tələbləri pozularaq işə qəbul edildikdə dövlət qulluğuna xitam verilir. “Yerli İcra Hakimiyyəti haqqında” Əsasnamənin 4.1.8-ci maddəsinə əsasən yerli icra hakimiyyəti başçısının aparatının işçilərini, yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və yanında olan orqanlarda inzibati vəzifə tutan işçiləri, habelə tabeliyində olan hüquqi şəxslərin rəhbərlərini və onların müavinlərini vəzifəyə təyin və vəzifədən azad etmək, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görmək, yerli icra hakimiyyəti başçısı aparatının struktur bölmələrinin, inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərinin, yanında olan orqanların və tabeliyində olan hüquqi şəxslərin rəhbərlərinin hesabatlarını dinləmək yerli icra hakimiyyəti başçısının səlahiyyətidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 12.1. maddəsinin tələblərinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2. maddəsinin tələblərinə əsasən isə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə X1 tərəfindən iş üzrə İddiaçı verilmiş B 005444 seriyalı bakalavr diplomunun həqiqi olub-olmadığının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə məlumatın tələb olunması barədə sərəncam göndərmiş, sərəncama əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, 18-18-15/12 nömrəli məktubunda İddiaçı adına yazılmış B seriyalı 005444 nömrəli diplom blankının Təhsil Nazirliyi tərəfindən sifariş verilmədiyindən onun hüquqi əsasının olmadığı bildirilmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara, iddiaçının izahatına əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olmadığından İddiaçı iddia tələbinin təmin edilməsi üçün kifayət qədər əsas mövcud deyil. Beləliklə, yuxarıda qeyd olunanlara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, İddiaçı adına yazılmış B seriyalı 005444 nömrəli diplomun hüquqi əsası olmadığından Cavabdeh başçısı xx.xx.2019-cu il tarixli, 89 nömrəli əmri ilə onu işdən azad edilməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinin tələblərinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinin tələblərinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinin tələblərinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Qeyd edilənlərə əsasən məhkəmə həmçinin belə hesab edir ki, Cavabdeh başçısı tərəfindən qəbul edilmiş inzibati akt (əmr) inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələblərinə riayət edilməklə qəbul edilmişdir. Ona görə də məhkəmə İddiaçı iddia tələbinin rədd edilməsini qanuni və əsaslı hesab edir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. İddiaçı iddia tələbinin əsaslığını sübut etməli olduğu halda bunu edə bilməmiş və cavabdeh inzibati orqan Cavabdeh hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələblərinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki iş üzrə Cavabdeh iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cu il tarixli, 89 nömrəli əmrin qəbul edilməsi zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin maddənin 2-ci hissəsinin tələblərinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Həmin Məcəllənin 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək və iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında belə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 89 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və itirilmiş ayların əmək haqqının hesablanaraq verilməsi barədə iddia tələbi təmin edilməməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68- 69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 89 nömrəli əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa edilməsi və itirilmiş ayların əmək haqqının hesablanaraq verilməsi barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-111/2020
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-111/2020
20.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver