Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-111/2021 28.04.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim İsgəndərova Aygül Vulqar qızının sədrliyi, Əliyeva Tahirə Nazim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili X4, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə, «Torpaq sahəsinin ona satılmasına dair qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10.04.2014-cü il qeydiyyat tarixli, RX ******* seriya nömrəli çıxarışın surətindən məlum olur ki, Şəmkir şəhərində yerləşən 0.0640 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyası ilə Cavabdeh mülkiyyəti kimi qeydiyyata alınmışdır. Cavabdeh 30.04.2014-cü il tarixli 04 nömrəli protokolundan çıxarışdan görünür ki, Şəmkir şəhərinin İİİ zonasında, A.Hüseyn küçəsində yerləşən dövlət reyestrində Cavabdeh adına 10.04.2014-cü il tarixdə qeydiyyata alınmış 640 kv.m torpaq sahəsi İddiaçı satılması qərar alınmışdır. “Torpaqların alqı-satqısına dair” aktdan görünür ki, Şəmkir şəhər sakini İddiaçı Cavabdeh 30.04.2014-cü il tarixli 04 nömrəli qərarı ilə 640 kv.m torpaq sahəsi satılmışdır. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23.05.2014-cü il qeydiyyat tarixli, RX ******* seriya nömrəli çıxarışın surətindən məlum olur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və 0.0633 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Cavabdeh 29.01.2020-ci il tarixli 4/36 nömrəli məktubundan görünür ki, ünvan 2 ünvanda yerləşən 740 kv.m torpaq sahəsinin 692 kv.m hissəsi bələdiyyə tərəfindən 24.09.2019-cu il tarixli 17 saylı qərarla həmin ünvanda qeydiyyatda olan vətəndaş X1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09.09.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Şəmkir şəhərində yerləşən 0.0692 ha torpaq sahəsi yaşayış məntəqələrinin torpaqları kateqoriyası ilə Cavabdeh mülkiyyəti kimi qeydiyyata alınmışdır. Cavabdeh 24.09.2019-cu il tarixli 17 nömrəli protokolundan çıxarışdan görünür ki, Şəmkir şəhərinin İİİ zonasında, A.Hüseyn küçəsində yerləşən dövlət reyestrində Cavabdeh adına 09.09.2019-cu il tarixdə **********35 nömrə qeydiyyata alınmış 692 kv.m torpaq sahəsinin X3 qərar alınmışdır. AN-İ ******* “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, Şəmkir şəhərində yerləşən ümumi sahəsi 692 kv.m olan torpaq sahəsi Cavabdeh tərəfindən X1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.10.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən məlum olur ki, Şəmkir şəhərində yerləşən 0.0692 ha torpaq sahəsi X6 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Gəncə İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(114)97/2021saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 24.09.2019-cu il tarixli, 17 nömrəli qərarı ləğv edilmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanda yerləşən, onun mülkiyyətinə verilmiş 0.0633 ha sahəyə bitişik olan və uzun müddət valideynlərinin, onların vəfatından sonra da onun ailəsinin sahibliyində və heç bir hüquqi və fiziki şəxsin etirazı olmadan daimi istifadələrində olan, üzərində ona məxsus tikililərin olduğu 0.074 ha torpaq sahəsinə dair alğı-satqı müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bundan sonra, iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 3 ünvanda yerləşən, onun mülkiyyətinə verilmiş 0.0633 ha sahəyə bitişik olan və uzun müddət valideynlərinin, onların vəfatından sonra da onun ailəsinin sahibliyində və heç bir hüquqi və fiziki şəxsin etirazı olmadan daimi istifadələrində olan, üzərində ona məxsus tikililərin olduğu 0.074 ha torpaq sahəsinin ona satılması barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia həcminin artırılması barədə ərizə təqdim edərək, tələb etdiyi 0.074 ha torpaq sahəsinin 692 kv.m-nin X2 dair Cavabdeh 24.09.2019cu il tarixli, 17 saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş və ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda yerləşən mərhum valideynlərinə məxsus olan fərdi yaşayış evi və yardımçı tikililəri vərəsəlik qaydasında adına rəsmilşdirərkən cavabdehə müraciət edərək həmin tikililərin yerləşdiyi cəmisi 0,14 hektaradək olan həyətyanı torpaq sahəsinin heç kimin mülkiyyətində olmamasına görə ona alğı-satqı edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndələri müraciətinə müsbət yanaşaraq həmin torpaq sahəsinin ona satılması üçün lazımi sənədləşmələrin aparılacağına söz vermişlər. Cavabdehin nümayəndələrinin evlərinə gəlib torpağa dair ölçmə işlərini apararkən o evdə olmamış, onlar da lazımi ölçmə işlərini aparmalarını və həmin torpaq sahəsinin ona satılmasına dair ərizə və digər mahiyyətini bilmədiyi sənədlərə ona imza etdirmişlər. Nəticədə ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair ********** qeydiyyat nömrəli, 10.04.2014-cü il tarixli reyestrdən çıxarış, fərdi yaşayış evinin layihəsi və icra hakimiyyəti başçısının 28.08.2013-cü il tarixli, 147 saylı sərəncamı əsasında onun adına tam mülkiyyət hüququ üzrə ********** qeydiyyat nömrəli, 23.05.2014-cü il tarixli çıxarış tərtib edilmişdir. Ancaq, həmin ünvanda yerləşən 0,14 hektar həyətyanı torpaq sahəsinin hamısı deyil, yalnız 0,0633 hektar hissəsinə və həmin sahədə yerləşən tikililərə dair ona mülkiyyət hüququnun verilmiş olmasını sənədləri alandan sonra bilmiş və cavabdehə müraciət edərək nəyə görə həmin ünvanda yerləşən ailələrinin daimi istifadəsində olmuş cəmi 0,14 hektar həyətyanı torpaq sahəsinə və üzərindəki tikililərin hamısına ona mülkiyyət hüququnun verilməməsini soruşduqda, bir dəfəyə 0,14 hektarın ona satılmasının mümkün olmamasını, sonrakı zamanda yenidən alğı-satqı edilə biləcəyinə vəd vermişdir. Cavabdehin hazırkı rəhbərliyi isə əvvəlki rəhbərin verdiyi vədə əməl etməkdən imtina etmişdir. Müvafiq sənədlər əsasında onun mülkiyyətinə verilmiş 0,0633 hektardan əlavə həmin sahəyə bitişik olan və uzun müddət valideynlərinin, onların vəfatından sonra da onun ailəsinin sahibliyində və heç bir hüquqi və fiziki şəxsin etirazı olmadan daimi istifadələrində olan 0,074 hektar torpaq sahəsi və üzərindəki tikililər ona məxsus olmasına görə həmin tikililər üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün həmin torpaq sahəsi ona satılmadan mümkünsüzdür. Ona görə həmin tələblə cavabdehə etdiyi yazılı müraciətinə cavabdehin verdiyi 01.03.2019-cu il tarixli və 11.04.2019-cu il tarixli cavab məktublarında tələbinin təmin edilməsinin mümkünsüz olması qeyd edilmişdir. Hesab edir ki, ərizəsində şərh etdiyi əsaslara görə həmin torpaq sahəsini satın almaqda onun başqa vətəndaşlara nisbətdə üstünlük hüququnun olmasına, həm də həmin torpaq sahəsi üzərindəki tikililərin ona məxsus olmasına görə həmin 0,074 hektar torpaq sahəsi ona satılmalıdır. İddiaçı və vəkili X7 məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişlər ki, iddiaçının adına sənədləşdirilmiş və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə verilən, ünvan 4 ünvanında yerləşən mülk ona miras qalmışdır. Həmin əmlakın yerləşdiyi torpaq sahəsi bələdiyyə tərəfindən ona satılmış, həmin ev və yerləşdiyi 0,0633 ha torpaq sahəsi üzərində hüquqları dövlət qeydiyyatına alınmışdır. Hazırkı tələbi həmin torpaq sahəsinə bitişik olan və ata-babalarının daimi istifadəsində olan 0,074 ha torpaq sahəsinin iddiaçıya satılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsindən ibarətdir. Cavabdeh nümayəndəsi X9 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən mülk iddiaçıya qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmiş və həmin əmlakın yerləşdiyi 0,0633 ha torpaq sahəsi İddiaçı satılmışdır. Həmin mülkdən kənarda 0,074 ha torpaq sahəsi üzərində qanunsuz, özbaşına tikili vardır. Sonradan 0,074 ha torpaq sahəsi qanunda nəzərdə tutulan qaydada üçüncü şəxs Vüsal Həsənova satılsa da, həmin qərar Gəncə İnzibati Məhkəməsinin 02.02.2021-ci il tarixli, 2-1(114)97/2021 nömrəli qərarı ilə ləğv edilmiş və mübahisələndirilən torpaq sahəsi Cavabdeh mülkiyyətinə qaytarılmışdır. Həmin torpaq sahəsi üzərində olan fərdi yaşayış evi ilə bağlı mübahisə olduğundan həmin sahənin birbaşa iddiaçıya satılması mümkün deyildir. Odur ki, iddia tələbinin rədd edilməsini xahiş edir. Üçüncü şəxsə məhkəmə bildirişinin göndərilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iş üzrə üçüncü şəxsin məhkəmə iclasında iştirak etmədiyinə baxmayaraq, işə baxa və iş üzrə qərar qəbul edə bilmişdir (İnzibati- Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Əsaslandırma hissəsi: Məhkəmənin 28.04.2021-ci il tarixli qərardadı ilə iddia tələbinin “Cavabdeh 24.09.2019-cu il tarixli, 17 saylı qərarının ləğv edilməsi” hissəsi mümkün sayılmamışdır. Odur ki, məhkəmə hazırda iddianın “torpaq sahəsinin iddiaçıya satılmasına dair qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsinə baxır. İddia qeyd edilən hissədə mümkün iddiadır. Belə ki, iddiaçı məcburetmə haqqında iddia növünü qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: Cavabdeh 11.04.2019-cu il tarixli, 04/170 saylı məktubundan məlum olur ki, ünvan 4 ünvanında yerləşən zirzəmisi olan iki otaq və bir zaldan ibarət fərdi yaşayış evinin altındakı 0,074 ha torpaq sahəsinə dair digər vərəsənin (İddiaçı qardaşı oğlu) olduğu üçün göstərilən sahənin iddiaçının adına sənədləşdirilməsi imkan xaricindədir. 25.12.2019-cu il tarixli yerli baxış protokolundan məlum olur ki, mülkiyyət hüquq üzrə iddiaçıya məxsus torpaq sahəsi ilə mübahisəli torpaq sahəsi qonşudurlar. Hər iki torpaq sahəsində fərdi yaşayış evi vardır və həyətyanı sahələri yarımçıq tikililərlə ayrılmaqla qonşu sərhədlər müəyyən edilmişdir. Hər iki torpaq sahəsi ayrı-ayrı torpaq sahələridir. Hər bir yaşayış evinin ayrı-ayrılıqda Şəmkir şəhəri A.Hüseyn küçəsi 52-yə çıxışı vardır. Küçənin başlanğıcından sonuna doğru istiqamət üzrə əvvəlcə iddiaçıya məxsus giriş darvazası, sonra isə iddiaçının ona satılmasını tələb etdiyi mübahisəli torpaq sahəsinə məxsus qapı yerləşir. Mübahisəli torpaq sahəsinə məxsus həyət qapısından piyadaların hərəkəti mümkündür, iddiaçıya məxsus həyətin qapısından həm piyadaların, həm də avtomobillərin daxil olması mümkündür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09.09.2019-cu il qeydiyyat tarixli çıxarışın surətindən məlum olur ki, Şəmkir şəhərində yerləşən 0, 0692 ha torpaq sahəsi Şəmkir şəhəri, Cavabdeh xüsusi mülkiyyəti kimi ********** nömrə ilə qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “xxxx” MMC-nin Tovuz Layihə-Tədqiqat İdarəsinin 26.11.2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23.05.2014-cü il qeydiyyat tarixli, RX ******* seriya nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.10.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən X6 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0,692 ha torpaq sahəsinin üzrəində yerləşmir. Cavabdehin təqdim etdiyi tikilinin (fərdi yaşayış evinin) 109 kv.m hissəsindən 107 kv.m hissəsi, cavabdehin təqdim etdiyi köməkçi tikilinin 29 kv.m hissəsindən 25 kv.m hissəsi, iddiaçının təqdim etdiyi köməkçi tikilinin 49 kv.m hissəsindən 2 kv.m hissəsi, iddiaçının təqdim etdiyi köməkçi tikilinin 26 kv.m hissəsindən 3 kv.m hissəsi Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 28.10.2019-cu il qeydiyyat tarixli çıxarışa əsasən X6 mülkiyyətində olan Şəmkir şəhərində yerləşən 0,692 ha torpaq sahəsinin üzərində mövcuddur. Göründüyü kimi iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi Cavabdeh 30.11.2013-cü il tarixli, 11 nömrəli qərarı ilə ona satılmış və həm fərdi yaşayış evi, həm də torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı hazırda hüquqları qeydə alınan torpaq sahəsinin yanında (qonşuluğunda) yerləşən və bələdiyyə mülkiyyətində olan (Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 09.09.2019-cu il qeydiyyat tarixli çıxarış) əlavə torpaq sahəsinin ona satılması vəzifəsinin cavabdeh inzibati orqanın üzərinə qoyulmasını xahiş edir və tələbini onunla əsaslandırır ki, həmin torpaq sahəsində olan fərdi yaşayış evi ona məxsusdur. Məhkəmə qeyd edir ki, torpaq sahəsi üzərində olan fərdi yaşayış evinin (yerli baxış protokolu ilə müəyyən edilən) iddiaçıya məxsus olmasını sübut edən hər hansı bir hüquqmüəyyənedici sənəd məhkəməyə təqdim edilməmiş və mütəxəssis rəyi ilə yalnız iddiaçıya məxsus olan köməkçi tikililərin 49 kv.m hissəsindən 2 kv.m hissəsinin və 26 kv.m hissəsindən 3 kv.m hissəsinin mübahisələndirilən torpaq sahəsinə düşməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq üzərində hüquqlarının yaranma əsasları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollardır. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən bələdiyyələr öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. səlahiyyətləri həyata keçirirlər istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (bənd 2); Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (bənd 5); Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir (bənd 6); Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (bənd 7); Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (bənd 8). Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir. “A.Şoşanovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 iyun 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 11 fevral 2015-ci il atrixli Qərarında da göstərilmişdir ki, "Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci bəndinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Mülki Məcəllənın 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 178.1- ci maddəsinə görə isə daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Bu mülki hüquq normalarının birgə təhlilindən göründüyü kimi, daşınmaz əmlaka, eləcə də torpağa mülkiyyət hüququ, o cümlədən bələdiyyələrə məxsus olan əmlak üzərində onların mülkiyyət hüququ qanuna müvafiq qaydada qeydə alındığı halda yaranmış hesab olunur. Hazırki iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, mübahisələndirilən torpaq sahəsi üzərində Cavabdeh mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və rəsmiləşdirilmişdir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun: - 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək bələdiyyənin səlahiyyətidir. - 6.1-ci maddəsində bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməsi göstərilmişdir. - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. - 6.5-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafıq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. - 9.1-ci maddəsinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. - 9.2-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. - 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. - 16.1-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. - 16.2-ci maddəsinə əsasən qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. - 16.3-cü maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi bələdiyyə qərarlarının qəbulu, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri, mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə və icarəyə verilməsinin ümumi qaydaları dəqiq müəyyən müəyyən edilmiş, yalnız «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 16-cı maddəsində torpaq sahəsinin satılması öhdəliyinin məcburiliyi halları sadalanmışdır. Hazırki halda cavabdeh inzibati orqanın üzərinə onun səlahiyyəti həddində olan öhdəliyin birbaşa qoyulmasına dair tələb qəbul edilən deyildir və təmin edilməsi üçün heç bir qanuni əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1 və 68.2-ci maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. - 69.5-ci maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Cavabdehnə (üçüncü şəxs X11) qarşı torpaq sahəsinin ona satılmasına dair qərarın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi təmin edilməsin. İş üzrə keçirilmiş torpaq sahələrinin inventarlaşdırılmasına dair 212,70 manat (iki yüz on iki manat yetmiş qəpik) xərc iddiaçıdan alınaraq müxbir hesab AZ37NABZ********************, SWİFT:AİİBAZ2X xxxx MMC VÖEN: **********, Hesab N:AZ23AİİB******************** saylı hesaba ödənilsin. Qərardan, onun rəsmi təqdim edildiyi vaxtdan tərəflər 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apelyasiya şikayəti verə bilərlər. Qərar, apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Aygül İsgəndərova
Məhkəmə qərarları › İş №2-1(114)-111/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-111/2021
28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver