Məhkəmə qərarları › İş №2-1(114)-1112/2023

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1112/2023

05.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1112/2023 05.04.2023 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Gəncə İnzibati Məhkəməsinin hakimi Hüseynov Fikrət Cilingir oğlunun sədrliyi, Kərimov Elvin Cəfər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı ayrıca ev təsərrüfatı kimi qeydə alınması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, onun və ailə üzvlərinin ayrıca ev təsərrüfatı kimi qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı Kəlbəcər rayon məcburi köçkünü olaraq ailə üzvləri ilə birgə ünvan 1 ünvanda iddiaçı, həyat yoldaşı X1, oğlu X5, atası X6, onun həyat yoldaşı X3 və bacısı X4 ilə birlikdə yaşayır. İddiaçı 2022-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, hazırki vaxtadək həmin ünvanda atası Vahid Həsənovla birlikdə ev təsərrüfatı kimi uçota alınmışlar və birgə təsərrüfatı idarə etmişlər. Hazırda ailə qurduğundan və gələcəkdə ayrı mənzildə ailə üzvləri ilə birlikdə yaşayacağından və atası Vahid Həsənovla birlikdə birgə təsərrüfatda yaşamayacağından təsərrüfat üzrə bölgü aparılmaqla onun həyat yoldaşı ilə birlikdə ayrı ev təsərrüfatına ayrılması və ailəsinin təsərrüfat başçısı olmaqla ayrıca ev təsərrüfatı olaraq uçota alınmasının təmin edilməsi barədə Cavabdehnə müraciət etmiş, lakin cavabdeh bundan imtina etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh isə məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş Cavabdeh Başçısı Aparatının xx.xx.2022-ci il tarixli, H-37-160 nömrəli məktubunda qeyd olunmuşdur ki, Kəlbəcər rayonuna köçürülmə işləri ilə əlaqədar olaraq yeni qeydiyyata alınma prosesi hələlik dayandırılmışdır və məskunlaşma işləri başa çatdıqdan sonra onun tələbinə baxıla bilər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddia mümkün iddia olsa da mahiyyət baxımından əsaslı deyil. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ünvan 2 ünvanda qeydiyyatda olmaqla Kəlbəcər rayonundan məcburi köçkün düşmüş ailə üzvləri ilə birlikdə müvəqqəti olaraq Gəncə şəhəri, 38 saylı hərbi şəhərcikdə məskunlaşmışlar. İddiaçı arvadı və övladı ilə birlikdə ayrıca ev təsərrüfatı kimi qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, cavabdeh orqan tərəfindən iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: -26-cı maddəsinin İ və İİ hissəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. -60-cı maddəsinin İ və İV hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. -68-ci maddəsinin İ hissəsinə görə hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. -71-ci maddəsinin İ, İİ və X hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Cavabdehin imtina məktubu ilə müəyyən olunur ki, iddiaçının müraciəti Kəlbəcər şəhər İƏD üzrə nümayəndəlik işçilərinin iştirakı ilə araşdırılmış və Kəlbəcər rayonuna köçürülmə işləri ilə əlaqədar olaraq yeni qeydiyyata alınma prosesi hələlik dayandırıldığından məskunlaşma başa çatdıqdan sonra onun müraciətinə baxıla biləcəyi qeyd olunmuşdur. Qeyd edilməlidir ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı ayrıca təsərrüfatda yaşamır, gələcəkdə ayrı mənzildə yaşayacağı ehtimalına və niyyətinə əsaslanaraq hazırki iddianı qaldırmışdır. Bu baxımdan da iddia hüquqi və faktiki əsaslara söykənmədiyindən təmin edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- -2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmələr tərəfindən baxılır. -34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. -68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçun əsas olmuş səbəblər göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı ayrıca ev təsərrüfatı kimi qeydə alınması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Fikrət Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar