Məhkəmə qərarları › İş №2-1(114)-1114/2024

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1114/2024

02.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1114/2024 02.07.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslərin qeydiyyatdan çıxarılması tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi, İddiaçı və üçüncü şəxslər X11, X28 və X14 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı üçüncü şəxslər X11, X12, X28, X53, X54, X46, X29, X33 və X14 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları

1. Gəncə şəhəri texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 4648 reyestr nömrəli qeydiyyat vəsiqəsinə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2- 11659/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlərə əsasən ünvan 1 ünvanında yerləşən mənzil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2006-cı il tarixli 2-764/06 nömrəli qətnaməsi ilə İddiaçı X13, X41, X20 və X5 qarşı ünvan 2 ünvanda yerləşən evdən və pasport qeydiyyatından çıxarılmalarına, evə köçməyə dair ilkin iddiası və X9 ona həmin evə mülkiyyət hüququ verilməsinə və xx.xx.1991-ci il tarixli 3-1-90 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiası rədd edilmişdir.

3. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 28 noyabr 2006cı il tarixli 1MK-6831/2006 nömrəli qətnaməsilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmışdır.

4. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli 6K-1445 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 28 noyabr 2006-cı il tarixli qətnaməsi qismən ləğv edilmiş, İddiaçı iddiasının X15 və qeyrilərinin Gəncə şəhəri, Ağamirzə Əhmədov küçəsi 8 nömrəli evdən çıxarılmalarına aid hissəsi üzrə işin icraatına xitam verilməsi, onun xüsusi mülkiyyətində olan mübahisəli yaşayış sahəsinə köçürülməsi tələbi üzrə işin yenidən apellyasiya baxışına qaytarılması, qarşılıqlı iddianın rədd edilməsinə aid hissədə qətnamənin dəyişiklik edilmədən saxlanılması qərara alınmışdır.

5. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2(104)46(05-8)2007 nömrəli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, ilk iddia qismən təmin edilmiş, İddiaçı ünvan 2 ünvanda yerləşən evə köçürülməsi, X34 X13, X41, X20 və X5 qarşı Gənə şəhəri, Ağamirzə Əhmədov küçəsi, 8 nömrəli ünvanda yerləşən evdən və pasport qeydiyyatından çıxarılmaları tələbinə dair iş üzrə icraata xitam verilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

6. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(044)- 702/09 nömrəli qətnaməsi ilə İddiaçı X13, X41, X20 və X5 qarşı Gəncə şəhəri, X65 küçəsi, 8 saylı evin satılmasından əldə olunacaq pul vəsaitindən ümumi şəkildə 4000 (dörd min) manat məbləğində kompensasiya verilməklə cavabdehlərin həmin evə hüquqlarının itirilmiş hesab edilməsi, onların pasport qeydiyyatından və həmin mənzildən çıxarılmasına dair iddiası təmin edilməmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1330/2022 nömrəli qətnaməsi ilə İddiaçı Məhəmməd oğlunun cavabdehlər X6, X5, X20, X42, X41, X36, X21 və X26 qarşı yaşayış və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair ilkin iddiası və cavabdehlər X3, X4, X16, X37, X38, X35, X17 və X22 İddiaçı Məhəmməd oğluna qarşı əmlakın qeydiyyatının ləğvi tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir.

8. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-905/2023 nömrəli qətnaməsi ilə ilk iddia üzrə İddiaçı Məhəmməd oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1330/2022 nömrəli qətnaməsi İddiaçı Məhəmməd oğlunun cavabdehlər X35, X18, X23 və X14 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və bu fərdi evinə aid torpaq sahəsindən çıxarılmaları, həmin fərdi yaşayış evinin və bu fərdi yaşayış evinə aid torpaq sahəsinin tam boşaldılaraq ona təhvil verilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

9. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-905/2023 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-1330/2022 nömrəli qətnaməsi qismənilkin iddia tələbi üzrə X2 Ruhiyyə Allahverdi qızı, X28 və X38 ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmaları və qarşılıq iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə qərardad qəbul edilmiş, ilkin iddia tələbi üzrə İddiaçı Məhəmməd oğlunun cavabdehlər X6, X5, X20, X41 qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən və bu fərdi yaşayış evinə aid torpaq sahəsindən çıxarılmalarına dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçılar X11 və qeyrilərinin cavabdeh İddiaçı Məhəmməd oğluna qarşı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qeydiyyatının ləğv edilməsinə dair qarşılıqlı iddia tələbi üzrə icraata xitam verilmişdir.

10. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışına və Elektron məhkəmə informasiya sistemindən çıxarışlara əsasən xx.xx.1958-ci il təvəllüdlü X11, xx.xx.1976-cı il təvəllüdlü X12, xx.xx.1973-cü il təvəllüdlü X28, xx.xx.2001-ci il təvəllüdlü X53, xx.xx.1972ci il təvəllüdlü X54, xx.xx.1996-cı il təvəllüdlü X46, xx.xx.1997-ci il təvəllüdlü X30, xx.xx.1992-ci il təvəllüdlü X33 və xx.xx.2005-ci il təvəllüdlü X7 şəhəri, A.M.Əhmədov küçəsi, ev 8 ünvanında qeydiyyatdadırlar.

11. İddiaçı üçüncü şəxslər X11, X12, X28, X53, X54, X46, X30, X33 və X14 ona məxsus olan ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması barədə Cavabdehnə etdiyi müraciətinə həmin orqanın xx.xx.2023-cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki, həmin şəxslərin Gəncə şəhəri, X32 küçəsi, 2-ci döngə, ev 3 ünvanından qeydiyyatdan çıxarılması “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat” haqqında Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinin 5-ci bəndinə əsasən (şəxs yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə) məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında əsasında həyata keçirilə bilər.

12. Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-2596/2023 nömrəli cavab məktubunda göstərilmişdir ki, İddiaçı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində xx.xx.2023-cü ilədək yoxlama aparılmış və informasiya sistemində ailə üzvləri barəsində aşağıdakı məlumatlar aşkar edilmişdir: arvad-X39 – xx.xx.1956, uşaq-X43 – xx.xx.1985, uşaq-X47 - xx.xx.1986.

13. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-1/2-03/2718/2023 nömrəli cavab məktubundan görünür ki, ünvan 5 ünvanında X15, X12, X28, X53, X54, X29, X33 və X14 yaşamadıqları müəyyən edilmişdir.

14. Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-37/2- 4247/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, X11 xx.xx.2005-ci il tarixdən halhazıradək, X12 xx.xx.2005-ci il tarixdən hal-hazıradək, X28 xx.xx.2005-ci il tarixdən halhazıradək, X53 xx.xx.2014-cü il tarixdən hal-hazıradək, X54 xx.xx.2005-ci il tarixdən halhazıradək, X46 xx.xx.2012-ci il tarixdən hal-hazıradək, X30 xx.xx.2012-ci il tarixdən halhazıradək, X33 xx.xx.2010-cu il tarixdən hal-hazıradək və X27 xx.xx.2015-ci il tarixdən hal-hazıradək ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Adları qeyd olunan şəxlərin qeydiyyata alınmalarına əsas olan sənədlərin saxlama müddəti bitdiyinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məhv edildiyindən təqdim edilməsi mümkün deyildir.

15. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-1/2-03/2718/2023 nömrəli cavab məktubundan görünür ki, ünvan 5 ünvanında X15, X12, X28, X53, X54, X29, X33 və X14 yaşadıqları müəyyən edilmişdir.

16. Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-35-2/2- 1662/2024 nömrəli cavab məktubundan və həmin məktuba əlavə edilmiş sənədlərdən məlum olur ki, Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dağılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan X6 məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin kateqoriyası saxlanılmaqla sökülüb yenidən tikilməsinə qərar verilmiş və hal-hazırda individual layihə əsasında yeni evin inşa edilməsi həyata keçirilməkdədir. II. Məhkəmədə icraat

17. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxslər X11, X12, X28, X53, X54, X46, X29, X33 və X14 ona məxsus olan ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

18. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Mülkiyyət hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydə alınmışdır. İş üzrə üçüncü şəxs X11 onun uzaq qohumu, mərhum Allahverdi Məmmədovun həyat yoldaşı olmuşdur. Digər üçüncü şəxslər isə onun ailə üzvləridir. X1 Məmmədovla faktiki nikaha daxil olduqdan sonra yaşamağa yerləri olmadığı üçün valideynləri onlara müəyyən müddət ərzində bu evdə yaşamağa icazə vermişlər. Daha sonra ev vərəsəlik qaydasında onun adına keçmişdir. Hər dəfə ona məxsus evdən pasport qeydiyyatından çıxmalarını tələb edən zaman onlar müxtəlif bəhanələr gətirərək əvvəlcə bunun üçün müəyyən müddət verməsini xahiş etsələr də, hazırda bundan ümumiyyətlə imtina edirlər. Üçüncü şəxslərin ona məxsus olan evdə qeydiyyatda qalmaları mülkiyyəti üzərində sərəncam hüquqlarını məhdudlaşdırır. Bu səbəbdən o, cavabdeh təşkilata, yəni Cavabdehnə X3, X4, X16, X37, X44, X35, X19, X23 və X14 evdən pasport qeydiyyatından çıxarılmaları üçün müraciət etsə də ona tamamilə əsassız olaraq imtina cavabı verilmişdir. Səbəb kimi isə guya onların qeydiyyatdan çıxarılmasının məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında həyata keçirilməli olduğu göstərilmişdir. Hesab edir ki, cavabdehin bu hərəkətləri onun hüquqlarını məhdudlaşdıran hərəkət kimi qiymətləndirilməlidir.

19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. III. İddianın növü və mümkünlüyü

20. Məhkəmə qeyd edir ki, hazırkı iddia ümumi mümkünlük şərtlərinə (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.), eyni zamanda xüsusi mümkünlük şərtlərinə əməl olunmaqla verilmişdir.

21. Belə ki, iddiaçı sözügedən evin mülkiyyətçisi olduğundan iddia qaldırmaqda subyektiv hüquqa malik olmuşdur.

22. İddia düzgün cavabdehə qarşı verilmişdir. Cavabdeh (Daxili İşlər Nazirliyinin ərazi və ixtisaslaşdırılmış polis rayon və şöbələri) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarına əsasən inzibati orqanların təsnifatına aid edilmişdir və şəxsin qeydiyyat çıxarılması məsələsi onun səlahiyyətlərinə aiddir.

23. Hazırkı iddia İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia növünə aiddir. İPM-in: - 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. - 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. - 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.

24. Hazırkı işdə öhdəliyin icrası haqqında iddianın xüsusi mümkünlük şərti kimi əvvəlcə eyni tələblə inzibati orqana müraciət edilməsi barədə şərt də ödənilmiş, iddiaçı hazırkı tələblə cavabdehə müraciət etmiş və cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir.

25. Cavabdeh yerləşdiyi Gəncə şəhəri “Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının xx.xx.2019cu il tarixli Qərarına əsasən Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edilmişdir.

26. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və cavabdehin yerləşdiyi yerin ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsində baxılmalıdır.

27. Göründüyü kimi, iddia mümkün iddiadır, ona görə ki, hazırkı iddianın qaldırılması üçün inzibati prosessual qanunvericilikdə nəzərdə tutulan həm ümumi, həm xüsusi mümkünlük şərtləri ödənilmiş və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir. IV.Prosessual məsələlər

28. Gəncə İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X11, X12, X28, X53, X54, X46, X29, X33 və X27 zəruri cəlbetmə qaydasında üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

29. İş üzrə inzibati prosessual qanunvericiliyin tələblərinə müvafiq prosessual hərəkətlər edilərək, işin şifahi məhkəmə baxış iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş, bu barədə tərəflərə və üçüncü şəxslərə məlumat verilərək şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onların iştirakı olmadan ərizəyə baxılacağı və iş üzrə qərar qəbul ediləcəyi barədə xəbərdarlıq edilmişdir.

30. İddiaçı və üçüncü şəxslərdən X11, X28 və X27 məhkəmə iclasına gəlmiş, cavabdeh xx.xx.2024-ci il tarixli məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Digər üçüncü şəxslər heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər.

31. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə müvafiq olaraq, işə şifahi məhkəmə baxış iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. V. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

32. İddiaçı şifahi məhkəmə baxışı iclasında iddia müdafiə edərək, iddianın təmin edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

33. Üçüncü şəxs X11 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, bildirmişdir ki, İddiaçı heç vaxt sözügedən evdə yaşamamışdır. Rafiq onun mərhum əri Allahverdi Məmmədovun əmisi qızı Həmidənin oğludur. Həmin evdə mərhum əri Allahverdi yaşamış, o da 1974-cü ildə onunla qeyri-rəsmi evlənərək oğlu Adillə birlikdə həmin evdə yaşamağa başlamışdır. Sonra Allahverdi ilə birgə yaşayışlarından Ruhiyyə adlı qızları olmuşdur. Yəni, o, oğlu Adillə 1974-cü ildən, qızı Ruhiyyə də doğulduğu 1976-cı ildən həmin evdə yaşamışlar. Gülzanə 1995-ci ildə Adillə evlənərək, həmin evə gəlin gəlmiş və onların övladları Arif, Rufan, Rufanə də həmin evdə doğulub boya-başa çatmışdır. X33 və X27 isə qızı Ruhiyyənin övladlarıdır. Haırda onların hamısı mübahisəli evdə yaşayırlar. Həmin ev Ermənistan silahlı birləşmələrinin Gəncə şəhərinə atdığı raket zərbəsinin dairəsinə düşmüş və ev qəzalı vəziyyətdə olmaqla, yaşamağa yararlı olmadığından, Dövlət tərəfindən onun sökülərək yenidən tikilməsi qərara alınmışdır. Hazırda evin inşası demək olar ki başa çatmışdır, xırda dekorativ təmir işləri qalsa da onların yaşamağa başqa yerləri olmadığından və iddiaçının şikayəti əsasında onlara kirayə haqqının ödənilməsi dayandırıldığından yeni tikilən evə köçüb yaşamağa başlamışlar. Ona görə də, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş edir.

34. Digər üçüncü şəxslər X28 və X27 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın rədd olunması barədə qərar çıxarılmasını xahiş etmişlər.

35. Cavabdeh orqanın və üçüncü şəxslərin iddiaya qarşı yazılı etirazı məhkəməyə daxil olmamışdır. VI. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

36. Məhkəmə araşdırmasının predmetini aşağıdakı sənədlər təşkil etmişdir: - Gəncə şəhəri texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 4648 reyestr nömrəli qeydiyyat vəsiqəsi; - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 02 avqust 2006-cı il tarixli 2-764/06 nömrəli qətnaməsi; - Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi MİÜMK-nın 28 noyabr 2006cı il tarixli 1MK-6831/2006 nömrəli qətnaməsi; - Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli 6K-1445 nömrəli qərarı; - Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2007-ci il tarixli 2(104)46(05-8)2007 nömrəli qətnaməsi; - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli 2(044)- 702/09 nömrəli qətnaməsi; - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(125)-1330/2022 nömrəli qətnaməsi; - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kolegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-905/2023 nömrəli qətnaməsi; - Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(104)-905/2023 nömrəli qərardadı; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli arayışı; - Cavabdeh xx.xx.2023-cü il tarixli imtina məktubu; - Məhkəmənin sorğusuna Gəncə şəhər qeydiyyat şöbəsinin xx.xx.2023-cü il tarixli 3-16-5/8-13-2596/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli 5-1/2-03/2718/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Cavabdeh xx.xx.2024-cü il tarixli 3-13-37/2-4247/2024 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-1/2-03/2718/2023 nömrəli cavab məktubu; - Məhkəmənin sorğusuna Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-35-2/2- 1662/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Məhkəmənin sorğusuna Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-in 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-11659/2024 nömrəli cavab məktubu və ona əlavə edilmiş sənədlər; - Elektron məhkəmə informasiya sistemindən çıxarışlar.

Əsaslandırma hissəsi:

VII. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

37. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə qənaətə gəlir ki, iddia mahiyyət baxımından əsassızdır və təmin edilməməlidir.

38. İş materialları ilə müəyyən edilmiş hallardan görünür ki, Gəncə şəhəri texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş xx.xx.1991-ci il tarixli 4648 reyestr nömrəli qeydiyyat vəsiqəsinə əsasən A.M.Əhmədov küçəsi, ev 8 ünvanında yerləşən ev İddiaçı adına qeydə alınmışdır. Üçüncü şəxslər X11, X12, X28, X53, X54, X46, X29, X33 və X27 həmin ünvanda pasport qeydiyyatındadırlar. İddiaçı cavabdeh orqana müraciət edərək, həmin şəxslərin ona məxsus evdən qeydiyyatdan çıxarılmasını xahiş etmiş, cavabdeh isə bundan imtina etmişdir.

39. İddiaçı üçüncü şəxslərin ona məxsus evdə qeydiyyatının formal olduğunu və bunun onun mülkiyyət hüququnun məhdudlaşmasına səbəb olduğunu əsas gətirməklə, hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

40. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar... - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında.

41. Yuxarıda göstərilən maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsasları sadalanmış, iddiaçı, üçüncü şəxslərin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün həmin normada göstərilən əsaslardan hər hansı birinin mövcudluğunu sübuta yetirə bilməmişdir.

42. Məhkəmə qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün 2 şərt məcmu halda ödənilməlidir: - şəxsin həmin yaşayış sahəsinə istifadə hüququ olmamalıdır; - şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır.

43. İş materialları ilə müəyyən edilir ki, üçüncü şəxs X11 iddiaçının anasının əmisi oğlu Allahverdi Məmmədovun həyat yoldaşı olmuş, digər üçüncü şəxslər isə Tamara Məmmədovanın övladları (Adil və Ruhiyyə), gəlini (Gülzanə) və nəvələri (Arif, Rufan, Rufanə, Elyar, Nəzrin) olmaqla həmin evə qeydiyyatdadırlar.

44. Həmçinin, məhkəmə qətnamələri ilə müəyyən edilir ki, X11 qeyd edilən ünvana 1974-cü ildə ailə qurması ilə əlaqədar oğlu Adillə birlikdə köçmüş, 1976-cı ildə həmin evdə qızı Ruhiyyə dünyaya gəlmişdir.

45. Göründüyü kimi, üçüncü şəxs X11, X48 və X12 50 ilə, X28 30 ilə yaxındır ki, mübahisə olunan ünvanda yaşayırlar, onların övladları isə həmin evdə doğulub boy-başa çatmışlar.

46. Məhkəmənin sorğusuna Gəncə Şəhər İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-1/2-03/2718/2023 nömrəli cavab məktubu ilə müəyyən edilir ki, üçüncü şəxslərin hamısı hazırda da sözügedən evdə yaşayırlar. Bunu iddiaçının özü də təsdiq etmişdir.

47. Ona görə də, üçüncü şəxslərin mübahisəli evdən istifadə hüquqlarının mövcud olub-olmaması mülki məhkəmə icraatı qaydasında müəyyən edilməli, iddiaçı əvvəlcə üçüncü şəxslərin evdən çıxarılması ilə bağlı iddia qaldırmalıdır. Həmin icraat zamanı üçüncü şəxslərin mübahisəli evə istifadə hüquqlarının olmadığı müəyyən ediləcəyi halda, həmin qətnamə onların qeydiyyatdan çıxarılması üçün əsas ola bilər.

48. Məhkəmə onu da qeyd edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində dağılmış, qəzalı vəziyyətə düşmüş və evin kateqoriyası saxlanılmaqla sökülüb yenidən tikilməsinə qərar verilmişdir. Hal-hazırda X3 adına individual layihə əsasında yeni evin inşa edilməsi həyata keçirilməkdədir.

49. Üçüncü şəxs Tamara Məmmədova verdiyi izahatında göstərmişdir ki, hazırda evin inşası demək olar ki başa çatmışdır, xırda dekorativ təmir işləri qalsa da onların yaşamağa başqa yerləri olmadığından və iddiaçının şikayəti əsasında onlara kirayə haqqının ödənilməsi dayandırıldığından yeni tikilən evə köçüb yaşamağa başlamışlar

50. Beləliklə, hazırkı halda iddiaçı cavabdeh orqana “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsində sadalanan əsaslardan hər hansı birini təqdim etmədiyinə görə cavabdeh orqanın üçüncü şəxslərin qeydiyyatdan çıxarmadan imtinası əsaslı olmuşdur.

51. Ona görə də, iddia təmin edilməməlidir.

52. İPM-in: - 58.7-ci maddəsinə görə sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Nəticəvi hissə:

53. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq

qərara aldı:

İddia təmin edilməsin. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Gülşən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar