Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-112/2021 03.02.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Xəlilov Eldar Yaşar oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X3rşı xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən torpaq sahəsinin mülkiyyətində olan 1,36 ha torpaq sahəsinin və müqavilə əsasında satdığı 0,248 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilərək göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X3rşı xx.xx.2020-cu il tarixdə iddia ərizəsi ilə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən torpaq sahəsinin mülkiyyətində olan 1,36 ha torpaq sahəsinin və müqavilə əsasında satdığı 0,248 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilərək göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası regionların Sosial-X2 çərçivəsində, Şəmkir rayonunun ərazisindən keçən Gəncə-Qazax-Gürcüstan Respublikası avtomobil yolundakı yenidən qurma və yeni ipək yolunun tikintisi nəticəsində onun torpağının bir hissəsi yol planına düşmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx xxxxxxxx 2013-cü il tarixli, RX seriyalı ******* nömrəli dövlət reyestrindən çıxarışa əsasən Şəmkir rayonunun Dəllər Cəyir kəndində yerləşən 1,36 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi onun mülkiyyətindədir. Bütün ailə üzvləri ilə və 17 nəfər kənddən olan digər ailələrlə həmin torpaqda qurulmuş istixanada kənd təsərrüfatı məhsullarının yetişdirib satmaq üzrə kiçik sahibkarlıqla məşğul olurmuşlar. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş dövlət reyestrindən çıxarışdan göründüyü kimi qeyd edilən torpaq onun şəxsi mülkiyyətindədir. 24,83 hektarda yerləşən iddiaçının istixanası yeni ipək yolunun çəkiliş planına düşmüşdür. Əvəzində isə ona buna görə 307.270 manat pul kompensasiyası bank vasitəsi ilə ödənilmişdir. Onun bu hərəkəti aralarında bağlanan müqavilə ilə tənzimlənmişdir. Daşınmaz əmlakın AN-İ N20564579 nömrəli, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsinə əsasən ona mənxsus 1,36 hektar torpağın 30.73 sot sahəsindən və həmin torpağın üzərində yerləşən 24.83 sot istixana dövlət proqramı çərçivəsində iddiaçının aldığı kompensasiyaya görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xeyrinə imtina etmişdir. Tikinti işləri başlanarkən o görmüşdür ki, yol çəkən podaratçı təşkilatın işçiləri tərəfindən onun torpaqlarının bir hissəsi də, qanunsuz olaraq zəbt edimişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən ona məxsus torpağın 0.30 hektar əvəzinə 1.11 hektar sahəsi zəbt edilmiş və üzərindəki iddiaçıya məxsus istixanalarda məhv edilmişdir. Beləliklə də, onun plana düşən 0,81 hektar torpaq sahəsinin əvəzinə kompensasiya bu günədək ödənilməmişdir. İddiaçı onlara öz etirazını bildirib. Müəyyən müddət həmin ərazidə hətta işlər dayandırılmışdır. Lakin sonradan yenidən bərpa olunmuşdur. Bundan sonra iddiaçı müxtəlif səlahiyyətli dövlət qurumlarına müraciətlər etsə də, onun torpağını zəbt edənlər torpağından çıxmamışdırlar. Həmçinin zəbt edilmiş torpağın əvəzinə kompensasiya ödənişi edilməmişdir. İddiaçının icazəsi olmadan onun mülkiyyət hüquqlarına müdaxilə edilib və onun mülkündən istifadə hüquqlarına məhdudiyyətlər yaradılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ona verilmiş dövlət reyestrindən çıxarışdan göründüyü kimi qeyd edilən torpaq iddiaçının mülkiyyətindədir. Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən onun torpağının 0.81 hetara yaxın hissəsi qeyri qanuni olaraq zəbt edilmişdir. Hal-hazırda o, öz torpağından istifadə edə bilmir. Bu günədək də, o, öz mülkiyyət hüquqlarını bərpa edə bilməmişdir. Bu səbəbdən də, maddi və mənəvi sıxıntılara məruz qalmışdır. O, mülkiyyətində olan 1,36 hektar torpaq sahəsinin (tam) və müqavilə əsasında satdığı 0,248 hektar torpaq sahəsinin naturada yerinin müəyyən edilərək döngə nöqtələrinin göstərilməsinə dair ərizə ilə Azərbaycan Respublikasi İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 11 saylı X5 müraciət etmişdir. Sonuncu isə bundan imtina etmişdir. Cavabdehin imtinasını qanunsuz və əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Şifahi məhkəmə baxışı iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X6 nümayəndəsinin iştirakını şifahi məhkəmə baxışı iclasında təmin etməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: - İddiaçıya məxsus AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surəti ; - Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4 iddiaçıya ünvanladığı xx.xx.2020-ci il tarixli, **********93 nömrəli məktubunun əsli ; - «Torpağa mülkiyyət hüququna dair» JN-171 KOD50405018 nömrəli dövlət aktının surəti ; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* nömrəli, xx.xx.2013-cü il qeydiyyat tarixli çıxarışın surəti; - 0564579 nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surəti; - Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhərinin xüsusi notariusu İ.B.Hüseynov tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli, X-365 nömrəli cavab məktubu. Həmin sənədlərin məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının əsasını təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. X1 Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Çünki iddiaçı məhkəmədən müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan öhdəliyin icrasının cavabdehin üzərinə qoyulmasını tələb edir. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən 1.3610 hektar torpaq sahəsi RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmişdir. Bununla yanaşı məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ******* nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında iddiaçı həmin torpağın 0.248 hektarını satmışdır. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X5 müraciət edərək ona məxsus mülkiyyətdə olan 1,36 hektar torpaq sahəsinin (tam) və müqavilə əsasında satdığı 0,248 hektar torpaq sahəsinin naturada yerinin müəyyən edilərək döngə nöqtələrinin göstərilməsini xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Məhkəmə aşağıdakılara əsasən cavabdeh inzibati orqanın imtina ilə bağlı hərəkətlərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinin 4-cü bəndinə əsasən yerquruluşu işləri müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır və “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 22-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin sifarişi ilə həyata keçirilən torpaqların monitorinqi və yerquruluşu işləri sifarişçilər tərəfindən müəyyənləşdirilir. Avropa Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” xx xxxxx 2014-cü il tarixli qərarında qeyd edilir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır. (Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarları). Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələri). Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə xx xxxxx 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətinə və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Azərbaycan Respublikasında mülkiyyət hüququ haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətçi özünə məxsus əmlaka öz mülahizəsinə görə sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququna malikdir. Həmin Qanunun 21-ci maddəsinə əsasən vətəndaşın mülkiyyətində torpaq sahələri, yaşayış evləri, mənzillər; bağlar, bağ evləri, qarajlar, ev təsərrüfatı ləvazimatı və şəxsi istehsal predmetləri, pul vəsaiti, səhmlər, istiqraz vərəqələri və başqa qiymətli kağızlar, kütləvi informasiya vasitələri, mallar istehsalı, məişət xidməti, ticarət sahəsində, sahibkarlıq fəaliyyətinin başqa sahəsində müəssisələr, əmlak kompleksləri, binalar, tikililər, avadanlıq, nəqliyyat vasitələri və başqa istehsal vasitələri, dövlət təhlükəsizliyi və ya ictimai təhlükəsizlik mülahizələrinə, yaxud beynəlxalq öhdəliklərə görə vətəndaşa məxsus ola bilməyən əmlakın qanunvericilik aktlarında nəzərdə tutulan ayrı-ayrı növləri istisna olmaqla, istehsal, istehlak, sosial, mədəni və başqa təyinatlı hər hansı digər əmlaklar ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericlikdə nəzərdə tutulan hallarda qeyd alınmalıdır. İşin faktiki halları ilə müəyyən edilir ki, iddiaçı, qanunvericiliyin tələblərinə əsasən dövlət tərəfindən müdafiə olunan mülkiyyət hüququ əsasında ona məxsus, Bərdə rayonu Hacallı kəndində yerləşən 0.6086 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçülərək ona təhvil verilməsini xahiş etmişdir. Məhkəmə araşdırmaları zamanı məhkəmə iclaslarında tədqiq olunmuş sübutlara əsasən məhkəmə hesab edir ki, həmin sübutlar qanuni və əsaslı olduğundan iddiaçının da iddia tələbinin təmin edilməsi üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 69.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək belə hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanuna zidd olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğundan iddia tələbi təmin olunmalı, xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətində olan 1,36 ha torpaq sahəsinin və müqavilə əsasında satdığı 0,248 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilərək göstərilməsi öhdəliyi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X5 həvalə edilməlidir. N ə t i c ə v i h i s s ə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34, 68-69, 75, 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2013-cü il tarixli, RX seriyalı ******* saylı çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 1,36 ha torpaq sahəsinin və müqavilə əsasında satdığı 0,248 ha torpaq sahəsinin sərhədlərinin naturada müəyyən edilərək göstərilməsi öhdəliyi Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı X4 üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-112/2021
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-112/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver