Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1125/2024 03.10.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundov Emin Tahir oğlunun sədrliyi, Allahverdiyeva Gülnara Elşən qızının katibliyi ilə, İddiaçı “X16 Azərbaycan” QSC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxslər X4 və X5) qarşı qeydin bərpa edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə aşağıdakı qərarı qəbul etdi. T ə s v i r i h i s s ə: İddiaçı “X16 Azərbaycan” QSC-ti cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsinə(sonrakı ipoteka) əsasən “X16 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş X2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair bankın xeyrinə olan yüklülüyün və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatı barədə düzəlişin aparalmasına dair vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 26 avqust 2013-cü il tarixdə "xxxx" QSC ilə ipoteka qoyan X3rasında bağlanılmış İpoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən X1 mülkiyyətində olan ünvan 2 ünvanında, 0.06 ha torpaq sahəsində, ümumi sahəsi 122 kv.m, yaşayış sahəsi 62.9 kv.m, yardımcı sahəsi 59.1 kv.m-dən ibarət 3 otaqlı fərdi yaşayış evi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Eyni zamanda, 03 fevral 2015-ci ildə "xxxx" QSC ilə X8 arasında 194418/01 nömrəli kredit müqaviləsi bağlanılmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin təminatı olaraq 03 fevral 2015-ci il tarixdə “X16 Azərbaycan” QSC ilə borclu X9 və ipoteka qoyan X4 arasında İpoteka müqaviləsi (sonrakı ipoteka) bağlanılmışdır. Bağlanılmış ipoteka müqaviləsinə əsasən X1 mülkiyyətində olan ünvan 3 ünvanında, 0.06 ha torpaq sahəsində, ümumi sahəsi 122 kv.m, yaşayış sahəsi 62.9 kv.m, yardımcı sahəsi 59.1 kv.m-dən ibarət 3 otaqlı fərdi yaşayış evi"xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. X8 03 fevral 2015-ci il tarixli 194418/01 saylı kredit üzrə öz öhdəliklərini tam icra etmədiyi üçün qeyd edilən əmlaka dair "xxxx" QSC tərəfindən xx.xx.2016-cı il tarixdə elektron qaydada tutma yönəldilmişdir. 26 avqust 2013-cü il tarixli ipoteka müqaviləsi (sonrakı ipoteka) üzrə öhdəlik yerinə yetirildiyi üçün həmin müqavilə üzrə əmlakın yüklülükdən azad olunmasına dair 04 dekabr 2018-ci il tarixli 00667 saylı məktubla DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə elektron müraciət olunmuşdur. Cavabdehlər 03 fevral 2015-ci il tarixli 194418/01 saylı kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında tam yerinə yetirmədiyi üçün barələrində məhkəməyə müraciət olunmuş və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(043)-1744/2017 saylı qətnaməsi ilə borc tələbinin tutulması və tutmanın ipoteka müqaviləsi ilə "xxxx" QSC-nin xeyrinə yüklü edilmiş və ipoteka predmeti olan X2 məxsus Gəncə şəhəri, Nizami rayonu, N.Nərimaov prospektiev 241 ünvanında, 0.06 ha torpaq sahəsində, ümumi sahəsi 122 kv.m, yaşayış sahəsi 62.9 kv.m, yardımçı sahəsi 59.1 kv.m-dən ibarət 3 otaqlı fərdi yaşayış evinə yönəldilmişdir. Qətnamənin icrası zamanı məlum olmuşdur ki, DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsi 26 avqust 2013-cü və 03 fevral 2015-ci il tarixli ipoteka müqavilələri üzrə "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilən və ipoteka predmeti olan X2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evini yüklülükdən azad etmiş, həmçinin bank tərəfindən ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatını ləğv etmişdir. Halbuki, bankın ünvanladığı məktubda ancaq 26 avqust 2013-cü il tarixli ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən yüklülüyün ləğv edilməsi xahiş edilmişdir. 20 oktyabr 2023-cü il tarixdə bank tərəfindən DƏDRX-nin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət olunaraq 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş X2 məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair bankın xeyrinə olan yüklülüyün və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatını bərpa edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsi bankın məktubuna cavab olaraq 13 noyabr 2023-cü il tarixliməktub göndərmişdir. Məktuba əsasən bankın xahişi təmin edilməmişdir. Bununla bağlı onu bildiririk ki, 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsinə (sonrakı ipoteka) əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi, 03 fevral 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödəliklərin təminatı olaraq "xxxx" QSC-yə ipoteka ilə yüklü edilmişdir və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(043)-1744/2017 saylı qətnaməsi ilə ipoteka predmetinə tutma yönəldilmişdir. Bankın xeyrinə olan yüklülüyün və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatının bərpa edilməməsi həm məhkəmə qətnaməsinin icrasına poroblem yatmaqla,eynizamanda da bank qarşısında götürülmüş öhdəliklərin icra olunmasını cavabdehlər tərəfindən gecikdirilməsinə şərait yaradır. Qeyd edilənləri əsas gətirən iddiaçı iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsinə(sonrakı ipoteka) əsasən “X16 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş X2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair bankın xeyrinə olan yüklülüyün və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatının bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərardadları ilə X4 və X5 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən inzibati mübahisəyə dair iş üzrə qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin şifahi məhkəmə baxışı iclası 03 oktyabr 2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X7 iddia tələbini müdafiə edərək və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən üçüncü şəxslər iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Həmçinin bildirmişlər ki, hazırda ipoteka müqavilsinə əsasən olan borc ödənilməmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil etmişdir: -işə əlavə edilmiş xx.xx.2015-ci il tarixli 194418/01 nömrəli ipoteka müqaviləsi(sonrakı ipoteka) surəti; -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan müəyyən olunur ki, ünvan 1 X1 xüsusi mülkiyyətindədir. -işə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ******* nömrəli çıxarışdan müəyyən olunur ki, Gəncə şəhəri N.Nərimanov prospekti 241 saylı ev xx.xx.2015-xx.xx.2019-cu illər üçün ipoteka ilə yüklü edilmişdir. - “X16 Azərbaycan” QSC-nin xx.xx.2018-ci il tarixli 00667 nömrəli Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə ünvanlanmış məktubundan müəyyən olunur ki, bankla X4 arasında 26 avqust 2013-cü il tarixində bağlanmış sonrakı ipoteka müqaviləsinə əsasən bankın xeyrinə yüklü edilmiş N.Verdiyevaya məxsus Gəncə şəhəri N.Nərimanov prospekti 241 saylı evi üzərindəki, bamka aid bütün yüklülüklərdən azad edilməsi xahiş olunmuşdur. - işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin 13.11 2023-cü il tarixli 3-21-3-33/2-10601/2023 saylı məktub. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə təqdim olunmuş sənədləri hərtərəfli araşdıraraq, mübahisə ilə bağlı inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında hesab edir ki, iddia təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan iş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədir ki, buna baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı həmin Məcəllənin 34-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Məhkəmə işin faktiki hallarına və aşağıda qeyd edilən normalara əsasən iddianı əsaslı hesab edir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-33/2-10601/2023 saylı məktubdan müəyyən olunur ki, N.Verdiyevaya məxsus Gəncə şəhəri N.Nərimanov prospekti 241 saylı evi üzərindəki ipoteka müqavilsinə, “X16 Azərbaycan” QSC-nin xx.xx.2018-ci il tarixli 00667 nömrəli məktubuna əsasən xitam verildiyindən “İpotekaya qoyulmuş əmlaka titmanın yönəldilməsi” üzrə bildirişin bərpa edilməsi mümkün olmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2015-ci il tarixli 194418/01 nömrəli ipoteka müqaviləsi(sonrakı ipoteka) əsasən N.Verdiyevaya məxsus ev yenidən xx.xx.2015-xx.xx.2019-cu illər üçün ipoteka ilə bankın xeyrinə yüklü edilmişdir. Hazırda da kredit borcu tam ödənilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki,cavabdehin imtinası əsassızdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1. maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. - 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. - 16.3. Əgər dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. - 16.4. Bu Qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. - 16.5. Dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququna toxunulan şəxsin razılığı ilə həyata keçirilir. -20.1. Daşınmaz əmlakın, o cümlədən tikintisi başa çatdırılmamış obyektin ipotekası haqqında müqavilənin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, ipoteka ilə təmin edilmiş borcun (öhdəliyin) icra müddəti, ipotekasaxlayan və ipotekaqoyan barədə məlumat qeyd edilir. -20.2. İpoteka predmeti bütövlükdə əmlak kompleksi kimi müəssisə olduqda, üzərində ipoteka hüququ qeydiyyata alınan əmlakın tərkibinə həmin müəssisənin maddi və qeyrimaddi aktivləri, o cümlədən binalar, tikililər, qurğular, avadanlıq, inventar, xammal, hazır məhsul, tələb hüquqları, patentlər və başqa müstəsna hüquqlar daxil olur. -20.3. İpotekanın dövlət qeydiyyatı ərizənin qeydiyyat orqanına daxil edildiyi gündən 3 iş günü müddətində aparılır. -20.4. İpotekanın dövlət qeydiyyatı ipotekasaxlayanın ərizəsi və ya məhkəmənin qərarı əsasında ləğv olunur. -20.5. İpotekanın dövlət qeydiyyatının digər xüsusiyyətləri, o cümlədən əlavə dövlət qeydiyyatının aparılması qaydası ipoteka haqqında qanunvericiliklə tənzimlənir. -20.6. İpotekanın dövlət qeydiyyatına alınması, ipotekanın dövlət qeydiyyatının ləğvi barədə ərizələrin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -23.2. Daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. “İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun: -11.1. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. -11.2. İpoteka hüququ ipoteka müqaviləsinin dövlət qeydiyyatına alındığı andan əmələ gəlir. İpoteka müqaviləsi bu Qanunun 11.3-cü və müvafiq hallarda 11.4-cü maddələrində nəzərdə tutulmuş məlumatların müvafiq reyestrə daxil edildiyi andan dövlət qeydiyyatına alınmış hesab olunur. -11.3. İpoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı ipotekanın predmeti, əsas öhdəliyin mahiyyəti, ölçüsü, icra müddəti və ipoteka saxlayan barədə məlumat qeyd edilir.- 11.4. İpoteka müqaviləsində ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi nəzərdə tutulubsa, ipoteka müqaviləsinin dövlət qeydiyyatı zamanı yuxarıda göstərilən məlumatlarla yanaşı, ipoteka kağızının verilməsi və ya rəsmiləşdirilməsi barədə də məlumat qeyd edilir. -11.5. Eyni bir öhdəlik üzrə bir neçə ipoteka saxlayan (kreditor) olduqda, onlar ipotekanın dövlət qeydiyyatı orqanında birgə ipoteka saxlayanlar kimi qeydə alınırlar. - 11.6. Tikintisi başa çatdırılmamış daşınmaz əşya ipoteka qoyularkən ipoteka daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydə alına bilər. - 11.7. İpoteka predmeti olan tikintisi başa çatdırılmamış daşınmaz əşyanın tikintisi tam başa çatdıqdan sonra həmin əşya tikintisi başa çatmış əşya (yeni yaradılmış əşya) kimi dövlət reyestrində qeydə alındıqda ipoteka öz qüvvəsini saxlayır, bu şərtlə ki, həmin anda ipotekaya bu Qanuna müvafiq olaraq xitam verilməmiş olsun. -12.1. Daşınmaz əşyanın ipotekasının dövlət qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. -12.4-1. Daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, dövlət qeydiyyatı orqanı elektron sistem vasitəsilə ipoteka kağızı haqqında məlumatları əldə edir. -12.7-1. Daşınmaz əmlak üzərində ipoteka saxlayanın hüquqları ipoteka kağızı ilə təsdiq edildikdə, ipoteka kağızında dövlət qeydiyyatını aparan orqanın adı, qeydiyyat anı (tarixi və saatı) və nömrəsi göstərilməklə, qeydiyyat orqanının səlahiyyətli şəxsinin elektron imzası ilə imzalanır və ipoteka saxlayana və ipoteka qoyana elektron sistem vasitəsilə bildiriş göndərilir. -12.8. Qeydiyyat orqanı ipoteka haqqında məlumat bazasını yaradaraq məlumatın saxlanılmasını təmin etməlidir. Qeydiyyata alınmış ipoteka müqaviləsinin surəti, ipoteka kağızı verildikdə isə ipoteka kağızının surəti (daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızı istisna olmaqla) dövlət qeydiyyatı orqanının arxivində saxlanılır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası Prezidentinin 12 may 2020-ci ıl tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnamə»sinin 3.0.18-ci bəndinə görə daşınmaz əmlakın dövlət reyestrini aparmaq, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüquqlarının qeydiyyatını həyata keçirmək Xidmətin vəzifələri sırasına daxildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsinə(sonrakı ipoteka) əsasən “X16 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş X2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair bankın xeyrinə olan yüklülüyün və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatının bərpa edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: -68.1 və 68.2. maddələrinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. maddəsinin tələblərinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -69.5. maddəsinə əsasən məhkəmə qərarının nəticəvi hissəsində, məhkəmənin gəldiyi nəticə, prosessual xərclər və həmin qərara qarşı hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti göstərilməlidir. N ə t i c ə v i h i s s ə: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 68, 69, 73, 75, 78, 81 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar aldı: İddia təmin edilsin. 03 fevral 2015-ci il tarixli 194418/01 saylı ipoteka müqaviləsinə(sonrakı ipoteka) əsasən “X16 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş X2 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair bankın xeyrinə olan yüklülüyün və ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyatının bərpa edilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinə həvalə edilsin. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Emin Axundov
Məhkəmə qərarları › İş №2-1(114)-1125/2024
Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1125/2024
03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver