Məhkəmə qərarları › İş №2-1(114)-1125/2025

Gəncə İnzibati Məhkəməsi Qərar — İş №2-1(114)-1125/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 2-1(114)-1125/2025 05.03.2025 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Kamil qızının sədrliyi, Nağıyeva Aysu Azər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialına qarşı əmək pensiyasının təyin edilməsi tələbinə dair işə məhkəmənin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakıları müəyyən etdi. Təsviri hissə: İddiaçı (bundan sonra mətndə - iddiaçı) xx.xx.1956-cı ildə anadan olmuş, hazırda Ağstafa rayonu Vurğun qəsəbəsi ünvanında yaşayır. ЕВ 013316 saylı diploma əsasən İddiaçı 1973-cü ildə Ç.İldırım adına Azərbaycan Politexnik İnstituna daxil olmuş, 1978-ci ildə Azərbaycan Mühəndis İnşaat İnstitunda sənaye və mülki tikinti ixtisası üzrə tam kursu bitirmişdir. ИT-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci ildən xx.xx.1981-ci ilədək (orduya çağırılması ilə əlaqədar işdən azad olunmuşdur) xx.xx.1983-cü ildən -xx.xx.1983-cü ilədək Kirovabad şəhəri 5 saylı Yol İstismar sahəsində tikinti üzrə iş icraçısı, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək 3 saylı Tresti PMK-37-də baş iş icraçısı, xx.xx.1984-cü ildən “Qazaxsutikinti” US-də maliyyə şöbəsinin baş iqtisadçı vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildən PTO-a ödənişli xidmətlər üzrə mühəndis keçirilmiş,xx.xx.1991-ci ildə İP kateqoriya əməyin təşkili və əmək haqqı üzrə mühəndis keçirilmiş, xx.xx.1994-cü ildə Ağstafa rayonu 67№li Yol Tikinti sahəsinə işə getdiyi üçün köçürmə yolu ilə tutduğu vəzifədən azad edilmişdir, xx.xx.1994-cü ildən xx.xx.1995-ci ilədək Ağstafa rayonu 67 №li Yol Tikinti sahəsində iş icraçısı, xx.xx.1995-ci ildən xx.xx.1995-ci ilədək 7 №li TQİ-sidə 4-cü dərəcəli briqadir, xx.xx.1995-ci ildən-xx.xx.2003cü il tarixədək “Qazaxsutikiniti” trestində mühəndis vəzifəsində işləmişdir. xx.xx.2019-cu il tarixli əmək müqaviləsi bildirişinə əsasən xx.xx.2019-cu il tarixdə İddiaçı ilə mağaza satıcısı vəzifəsinə aylıq əmək haqqı 265 manat olmaqla müddətsiz əmək müqaviləsi bağlanmışdır. İddiaçı pensiya təyini üçün cavabdehə müraciətinə xx.xx.2024-ci il tarixli, məktubla bildirilmişdir ki, təqdim edilmiş sənədlərin surətlərinə və Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil aldığı illər, xx.xx.1981-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla sığorta stajı 23 il 2 ay 3 gün təşkil edir. Eyni zamanda fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əsasında xx.xx.2006-cı il tarixinədək 21 il 3 ay 3 gün sığorta stajına uyğun olaraq 16200,21 manat, xx.xx.2019-cu il tarixindən xx.xx.2021 -ci il tarixinədək 1425,12 manat olmaqla ümumilikdə 17625,33 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildirilir ki, xx.xx.2023-cü il tarixindən etibarən qanunvericiliklə tələb olunan pensiya kapitalının məbləği 40320 manat, minimum əmək pensiyasının məbləği isə 280 manat müəyyən edilmişdir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Məlumat üçün bildiririlir ki, əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Qazax melorasiya su tikinti idarəsində, xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək 67 nömrəli tikinti sahəsində, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək 7 nömrəli tikinti quraşdırma idarəsində və xx.xx.1995-ci il tarixindən 01,03.2003-cü il tarixinədək Qazax su trestində əmək fəaliyyəti dövrləri araşdırılması zərurəti yaranmışdır. Fondun keçmiş 20 saylı regional ərazi filialının Ağstafa rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2021 -ci il tarixli akta əsasən Qazax Su Tikinti Trestinin əmək haqqı cədvəllərində 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 1 ay, 1994-cü il üzrə 8 ay, 1995-ci il üzrə 9 ay, 1996-cı il üzrə 4 ay, 1997-cı il üzrə 7 ay, 1998-ci il üzrə 11 ay adınıza əmək haqqı hesablanmadığı müəyyən edilmiş, 1999-cu ilə aid əmək haqqı kitabında adına rast gəlinməmişdir. Eyni zamanda həmin müəssisənin 2000-2003-cü illərə aid əmək haqqı cədvəlləri və əmr kitabları saxlanılması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən dövrlərdə əmək haqqı alıb-almadığını müəyyənləşdirmək mümkün olmamışdır. Bu səbəblə sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq bir daha bildirilir ki, sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə sosial müavinət almaq hüququ vardır. Qeyd olunan maddəyə əsasən ona xx.xx.2021-ci il tarixindən yaşa görə sosial müavinət təyin edilib, hazırda 220 manat məbləğində olmaqla ödənişi davam etdirilir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun iş stajı 25 ildən artıq olduğu halda ona yaşa görə əmək pensiyasnın təyin edilməsindən imtina edilir.Dəfələrlə cavabdeh orqana müraciət etsə də, problemin həllini ancaq məhkəmə yolu ilə tapacağını bildirmişlər. Belə ki, o, xx.xx.1956-cı ildə anadan olmuşdur, xx.xx.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixinədək təhsil almış, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Qazax melorasiya su tikinti idarəsində, xx.xx.1994-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək 67 nömrəli tikinti sahəsində, xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək 7 nömrəli tikinti quraşdırma idarəsində və xx.xx.1995-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək Qazax su trestində əmək fəaliyyəti ilə məşğul olmuş, 2019 və 2021-ci illərdə satıcı kimi işləmişdir.Təhsil aldığı və çalışdığı dövrlər nəzərə alınsa 28 il sosial sığorta stajını toplamışdır. Göründüyü kimi, o, yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajını toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Lakin bütün bunlara baxmayarq ona əsassız şəkildə imtina verilir.İmtina onunla əsaslandırılırki, vaxtı ilə kimlərinsə səhlənkarlığına görə olunmuş xx.xx.1992-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək əmək fəaliyyətim araşdırılarkən məlum olmuşdur ki, Qazax Su Tikinti Trestinin, 67 №-li Yol Tikinti idarəsinin və 7 №-li Tikinti Quraşdırma idarəsinin əmr kitabları Ağstafa rayon Dövlət Arxivinə mühafizə üçün verilməmişdir. Yoxlama zamanı 7 №-li Tikinti Quraşdırma idarəsinin Qazax Su Tikinti Trestinin Quraşdırma idarəsinin Qazax Su Tikinti Trestinin nəzdində fəaliyyət göstərmiş olduğu müəyyən edilmişdir. Eyni zamanda Ağstafa Rayon İcra Hakimiyyəti Ağstafa Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli № 58 saylı arxiv arayışına əsasən əmək kitabçasının surətində qeyd olunmuş 1999-cu il tarixinə dair əmək haqqı kitabında adı aşkarlanmamışdır. Qazax Su Tikinti trestinin 2000-2005-ci il illərə dair əmək haqqları kitabları Ağstafa Rayon Dövlət Arxivinə təhvil verilməmişdir. Bu səbəblə sözügedən dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Hesab edir ki,cavabdeh orqanın bu qərarı əsassızdır. Daha sonra iddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək onun əmək pensiyası hüququnun yarandığı xx.xx.2021-ci il tarixindən əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya qarşı ünvanladığı etirazı daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının, hərbi biletin və diplomun surətinə əsasən, onun ümumi sosial sığorta stajı 23 il 2 ay 3 gün təşkil edir ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. İddiaçının təqdim etdiyi təhsil haqqında diplomun surətinə əsasən 01,09.1973-cü il tarixindən xx.xx.1978-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixinədək hərbi xidmətdə olduğu dövr, xx.xx.1978-ci il tarixdən xx.xx.1981-ci il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək, əmək kitabçasının surətinə əsasən xx.xx.1983- cü il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrü, Ağstafa rayon dövlət arxivinin xx.xx.2021-ci il tarixli 58 nömrəli arxiv arayışının surətinə əsasən Qazax Su Tikinti trestində işlədiyi dövr üzrə 3 il 7 ay (43 ay) əmək haqqı aldığı dövrlər nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək mübahisələndirilməyən sosial sığorta stajı 21 il 3 ay 3 gün təşkil edir. Eyni zamanda Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) "Pensiya” altsistemində olan məlumatlara əsasən vətəndaşın xx.xx.2019-cu il tarixindən sonrakı dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalına uyğun olaraq sosial sığorta stajı 1 il 11 ay təşkil edir. Həmçinin, iddiaçı E.S.Güiümcanovun MEİS-in "Pensiya" altsistemində olan məlumatlarına əsasən xx.xx.2006-ct il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmamışdır. Məlumat üçün bildirilir ki, iddiaçının əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan 01,01.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Qazax meliorasiya su tikinti idarəsində, xx.xx.1994-cü il tarixdən 01,04.1995-ci il tarixədək Ağstafa 67 nömrəli yol tikiti sahəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Qazax 7 nömrəli tikinti quraşdırma idarəsində və xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Qazax Su Tikinti Trestində əmək fəaliyyəti dövrlərinin araşdırılması zəzurəti yaranmışdır. Belə ki, Fondun keçmiş 20 saylı regional ərazi filialının Ağstafa rayon Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2021 -ci il tarixli akta əsasən iddiaçı E.S.Güiümcanovun adına Qazax Su Tikinti Trestinin əmək haqqı cədvəllərində 1992-ci il üzrə 1 ay, 1993-cü il üzrə 1 ay, 1994- cü il üzrə 8 ay, 1995-ci il üzrə 9 ay, 1996-cı il üzrə 4 ay, 1997-ci il üzrə 7 ay, 1998-ci il üzrə 11 ay əmək haqqı hesablanmamış, 1999-cu ilə aid əmək haqqı kitabında adına rast gəlinməmişdir. Eyni zamanda həmin müəssisənin 2000- 2003-cü illərə aid əmək haqqı cədvəlləri və əmr kitabları saxlanılması üçün Dövlət Arxivinə təhvil verilmədiyindən sözügedən dövrlərdə vətəndaşın əməkhaqqı alıb-almamasının araşdırılması mümkün olmamışdır. Əlavə olaraq bildiririk ki, iddiaçı E.S.Güiümcanovun təqdim etdiyi Dövlət Vergi Xidmətinin xx.xx.2024-cü il tarixli arayışına əsasən vətəndaş xx.xx.2006-cı il tarixdən xx.xx.2024-cü il tarixədək gəlir vergisi ödəyicisi olmuşdur. Qeyd olunan dövr üzrə iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində pensiya sığorta kapitalı qeydə alınmamışdır. Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 il yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların (1 iyul 2019 - 30 iyun 2020-ci illər üçün) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilib. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçının yaşa görə əmək pensiyası hüququ 65 yaşla xx.xx.2023-cü il tarixdə yaranır. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta staiı olduqda. Qeyd olunanları nəzərə alaraq, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı və cavabdehin nümayəndəsi X2 məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin iddiaçı iddia tələbinin dəiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını və xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Qazax meliorasiya su tikinti idarəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Ağstafa 67 nömrəli yol tikinti sahəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Qazax 7 nömrəli tikinti quraşdırma idarəsində və xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Qazax Su Tikinti Trestində əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməklə, ona pensiya hüququnun yarandığı 09 avqust 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsinin Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə inzibati məhkəmə icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi etirazda qeyd olunanlarla eyni məzmunda izahat verərək iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini cavabdehin imtinası, iddiaçıya məxsus ИT-İ № ******* nömrəli əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti və digər sənədlər təşkil etmişdir. Həmin sənədlərin məzmununa istinad edilmişdir. Əsaslandırma hissəsi: İddia mümkün iddiadır. Belə ki, iddiaçı iddia qaldırmaqda subyektiv hüquqa malik olmuş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddianın məhkəmə və ərazi aidiyyəti düzgün müəyyən olunmuşdur. Hazırda irəli sürülmüş iddia İPM-in 2.2.1-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında və 2.2.3-cü maddəsində nəzərdə tutulmuş öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, iddiaçı onun əmək pensiyası hüququnun yarandığı xx.xx.2021-ci il tarixindən əmək pensiyasının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin hüquqi əsasını “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsi təşkil edir. Ona görə də işin halları bu normanın dispozisiya şərtləri əsasında araşdırılmalıdır. Bu normaya görə o şəxslərin yaşa görə pensiya almaq hüququ vardır ki, həmin şəxs: 1) Qanunla müəyyən edilmiş pensiya yaşına çatmış olsun; 2) 25 il sığorta stajına malik olsun və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermiş olsun. İddiaçının inzibati orqana müraciət etdiyi vaxt pensiya yaşına çatması işin mübahisəsiz halıdır. İddiaçı həmin dövrlərdə fəaliyyət göstərən müəssisədə işləməsi ilə bağlı əmək kitabçasını təqdim etmişdir. İddiaçının sığorta stajı iş materiallarında olan sənədlər qeyd edilən dövr ilə birlikdə 25 ildən çoxdur. Yəni iş materialları ilə iddiaçıya pensiya təyin olunması üçün qanunla müəyyən edilmiş şərtlər mövcud görünür. Məhkəmə araşdırması zamanı görünür ki, iddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Qazax meliorasiya su tikinti idarəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Ağstafa 67 nömrəli yol tikiti sahəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Qazax 7 nömrəli tikinti quraşdırma idarəsində və xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Qazax Su Tikinti Trestində işləyib. Qeyd olunan dövrlər iddiaçının əmək kitabçasında öz əksini tapmışdır. İddiaçının hazırda mübahisələndirilən iş stajı da həmin qanun qüvvəyə minənədək olan dövrləri əhatə edilir. Cavabdehin arqumentini əsassız hesab edən məhkəmə bildirir ki, iddiaçı xx.xx.1992ci il tarixdən xx.xx.1994-cü il tarixədək Qazax meliorasiya su tikinti idarəsində, xx.xx.1994cü il tarixdən xx.xx.1995-ci il tarixədək Ağstafa 67 nömrəli yol tikiti sahəsində, xx.xx.1995ci il tarixdən xx.xx.1995-ci il tarixədək Qazax 7 nömrəli tikinti quraşdırma idarəsində və xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Qazax Su Tikinti Trestində işləməsi ilə bağlı əmək kitabçasını təqdim etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndinin 1-ci hissəsində qeyd olunur ki, Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçının işlədiyi dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıdakı qanunvericilik aktlarından göründüyü kimi, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir Eyni zamanda, məhkəmə hesab edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar da müəyyən edilməmişdir. Belə ki, iddiaçının həmin dövrdə işləməməsi, əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi müəyyən edilmişdir. İddiaçının əmək kitabçasında olan qeydlərə uyğun müəssisənin mövcudluğu və fəaliyyətinin olması tam sübuta yetirilir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, iddiaçının əmək haqqı almasının aşkar edilməməsi onun təqsiri ilə bağlı olmayan haldır və təkcə bu hal özü-özlüyündə qanunvericilikdə pensiya hüquqlarının həyata keçirilməsindən imtina üçün əsas hesab edilə bilməz. Bununla bağlı olaraq həmçinin qeyd edilməlidir ki, belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. İddiaçı ona yaşa görə əmək pensiyası təyin olunması üçün qanunla müəyyən edilmiş yaş həddinə (65 yaş) çatmaqla, tələb olunan 25 il sosial sığorta stajından artıq sosial sığorta stajı toplamışdır. Onun əmək fəaliyyəti ilə məşğul olması əmək kitabçası ilə təsdiq olunur. Göründüyü kimi, Əmək Pensiyaları haqqında Qanunun 7-ci maddəsində və onun qeydində yaşa görə pensiya təyin edilməsi üçün nəzərdə tutulan dispozisiya şərtləri iddiaçıya münasibətdə tam ödənilir. Odur ki, o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi hərəkəti etməkdən cavabdehin imtina etməsi qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Ona görə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməli, cavabdehin üzərinə xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Qazax meliorasiya su tikinti idarəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Ağstafa 67 nömrəli yol tikiti sahəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Qazax 7 nömrəli tikinti quraşdırma idarəsində və xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Qazax Su Tikinti Trestində əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməklə, ona pensiya hüququnun yarandığı 09 avqust 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Nəticəvi hissə: Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75-ci, 78-ci və 85-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddia təmin edilsin. xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Qazax meliorasiya su tikinti idarəsində, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Ağstafa 67 nömrəli yol tikiti sahəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Qazax 7 nömrəli tikinti quraşdırma idarəsində və xx.xx.1995-ci il tarixdən xx.xx.2003-cü il tarixədək Qazax Su Tikinti Trestində əmək fəaliyyəti dövrlərinin sosial sığorta stajına daxil edilməklə, İddiaçı pensiya hüququnun yarandığı 09 avqust 2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, onun tam formada təqdim olduğu gündən 30 (otuz) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar