Məhkəmə qərarları › İş №2-1(114)-1126/2021

Gəncə İnzibati Məhkəməsi Qərardad — İş №2-1(114)-1126/2021

14.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1126/2021 14.10.2021 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Osmanov Usaməddin Hidayət oğlunun sədrliyi, Abdullayeva Şəms Şakir qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 5182.70 (beş min bir yüz səksən iki manat yetmiş qəpik) manat məbləğində gəlir vergisinin hesablanması haqqında cavabdehin 19.06.2020-ci il tarixli, **********926100 nömrəli qərarının ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq şifahi məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən e t d i: İddiaçı (bundan sonra mətndə iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra mətndə cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5182.70 (beş min bir yüz səksən iki manat yetmiş qəpik) manat məbləğində gəlir vergisinin hesablanması haqqında cavabdehin 19.06.2020-ci il tarixli, **********926100 nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edə bilmişdir. Belə ki, ona təqdim edilmiş məhkəmə bildirişində məhkəmə baxışı iclasına gəlmədiyi halda işə baxılması və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar edilmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək bildirdi ki, iddiaçının barəsində qəbul edilmiş 19.06.2020-ci il tarixli, **********926100 nömrəli qərar cavabdehin özü tərəfindən ləğv edilmiş, artıq həmin qərar üzrə iddiaçının borcu olmadığı, iddiaçının tələbi təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığını nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsi X2 tərəfindən məhkəməyə təqdim edilmiş ərizəni nəzərdən keçirib hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən iş üzrə icraata xitam verilməlidir. Cavabdehin nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi 26.08.02021-ci il tarixli **********067800 nömrəli vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərardan görünür ki, bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən hesablanmış vergi və ya sığorta haqqı müəyyən edilməmişdir (0.00 manat göstərilmişdir). Həmçinin İddiaçı (VÖEN: **********), şəxsi hesab vərəqəsindən görünür ki, 14.10.2021-ci il sənədin çap tarixinə onun vaxtı ötmüş borcu 0.00 manat göstərilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin:- - 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. - 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Hazırkı mübahisədə cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan və işin mahiyyəti üzrə mübahisə artıq mövcud olmadığından məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 15, 55 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 5182.70 (beş min bir yüz səksən iki manat yetmiş qəpik) manat məbləğində gəlir vergisinin hesablanması haqqında cavabdehin 19.06.2020-ci il tarixli, **********926100 nömrəli qərarının ləğv edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi (ünvan: Gəncə şəhəri, H.Əliyev prospekti 105) vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə (ünvan: Gəncə şəhəri, Atatürk prospekti 252) apelyasiya şikayəti verilə bilər. Hakim: Usaməddin Osmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar