Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-1(114)-1127/2024 14.05.2024 GƏNCƏ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı yeni doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə Giriş hissə: Hakim Əliyeva Gülşən Talıb qızının sədrliyi, İclas katibi Əsgərov Yadigar Əsgər oğlunun katibliyi, İddiaçı Cavabdehnə qarşı yeni doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair inzibati işə Gəncə İnzibati Məhkəməsinin (Gəncə şəhəri, H.Əliyev prospekti, 105) binasında açıq məhkəmə iclasında şifahi dinləmələr qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: I. İşin halları
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Gəncə İnzibati Məhkəməsinə müraciət edərək, Ağdərə rayonu Kolaşak kəndi icra nümayəndəliyi tərəfindən tərtib edilmiş xx.xx.1987-ci il tarixli XXİİ-JQ 357340 saylı doğum aktının etibarsız hesab edilməsinə və onun adının “Rövşanə” kimi qeyd edilməklə yeni şəhadətnamə verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılmışdır. II. Prosessual məsələlər
3. İş üzrə digər zəruri prosessual hərəkətlər edildikdən sonra məhkəmə hazırlıq iclası xx.xx.2024-cü il tarixə təyin edilərək, tərəflərə bu barədə lazımi qaydada məlumat verilmişdir.
4. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş, gəlməmələrinin üzrlü səbəbləri və ya mümküzsüzlüyü barədə məlumat verməmişdir.
5. 24.04.2024-cü il tarixdə məhkəməyə daxil olmuş Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/7-248/2024 nömrəli məktubunda bildirilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli rəyinə əsasən İddiaçı adına 02 nömrəli xx.xx.2024-cü il tarixli doğum bərpa haqqında akt qeydi tərtib edilmiş və vətəndaşa AZ-İV 900424 nömrəli xx.xx.2024-cü il tarixli doğum haqqında yeni şəhadətnamə verilmişdir. Əsaslandırma hissəsi:
8. Məhkəmə Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/7-248/2024 nömrəli məktubunu nəzərdən keçirib hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin edildiyindən və hazırkı iş üzrə inzibati mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir.
9. Belə ki, iddiaçının tələbi ona adının “Rövşanə” kimi qeyd edildiyi yeni doğum haqqında şəhadətnamənin verilməsindən ibarətdir.
10. Cavabdeh xx.xx.2024-cü il tarixli 3-16-5/7-248/2024 nömrəli məktubuna əlavə edilmiş sənədlərlə müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli rəyinə əsasən İddiaçı adına 02 nömrəli xx.xx.2024-cü il tarixli doğum bərpa haqqında akt qeydi tərtib edilmiş və bunun əsasında ona AZ-İV 900424 nömrəli xx.xx.2024-cü il tarixli doğum haqqında yeni şəhadətnamə verilmişdir.
11. Azərbaycan Respublikası İPM-nə görə: Maddə 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Maddə 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Maddə 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.
12. Beləliklə, iddiaçının tələbi cavabdeh orqanın özü tərəfindən təmin edildiyinə və inzibati mübahisə aradan qalxdığına görə hazırkı iş üzrə icraata xitam verilməlidir.
Nəticəvi hissə:
13. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq
qərara aldı:
İddiaçı Cavabdehnə qarşı yeni doğum haqqında şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Gəncə İnzibati Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına (Gəncə şəhəri, Atatürk prospekti, 252) apellyasiya şikayəti verilə bilər.
Hakim Gülşən Əliyeva